Posts Tagged ‘Soylu Atalı’

Milli Dəyərlərimiz – Varlığımızın Özülüdür

Yasin Türksoy: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! TAQ-ın (Türkel Araşdırma Qurumu) bu toplantısı milli dəyərlərin qorunması qonusundadır. Yurdumuzun mənəvi, ideoloji durumu zəiflədikcə ulusal (milli) sorunlarımız da çoxalır. Bu proseslərə həm yurddışı, həm də yurdiçi qüvvələr təkan verməkdədir. Milli dəyərlərimizə qarşı aşağılayıcı münasibətlər, yazılar, fikirlər günü-gündən çoxalmaqdadır.

Soylu Atalı. İstedad və İnsanilik

(A.S. Puşkinin əsərləri üstə düşüncələr) I. Yaradıcılıq və Müqəddəslik A.S. Puşkin ədəbiyyatın ən çox araşdırdığı və öyrəndiyi simalardan biridir. Bu da təbiidir. Puşkinin bütün əsərləri füsunkar bir istedad qüdrəti ilə başa gəlmişdir və elə araşdırmalar da istedadın sərhədlərini müəyyən etmək xarakteri daşımışdır. Fəqət araşdırmalar yaradıcını yaratdığı ilə bir yerdə bütöv şəkildə üzə çıxarmağı hədəfləmir, nəticədə […]

Varlığımızın qarantı – Millət-Vətən-Dövlət birliyi

Soylu Atalı: Ürəyinizdə Günəş olsun, istəkli soydaşlarımız! Biz, Türkel Araşdırma Qurumu adı ilə uzun müddətdir maarifçi söhbətlər aparırıq. Bu söhbətlər demək olar ki, çox geniş xarakterdə qurulur, çox qonuları qapsayır. Ölkənin durumundan başlayıb, onun bütün mənəvi, siyasi hətta sosial sorunlarını belə özündə əks etdirir.

Uluyurd Hərəkatı – Azərbaycan uğrunda mübarizə

Soylu Atalı: Ürəyinizdə Günəş olsun, istəkli yurddaşlarımız! Bu gün növbəti bir mövzuya açıqlama gətirəcəyik. Bu mövzu “Uluyurd Hərəkatı” ilə bağlıdır. “Uluyurd Hərəkatı və çoxpartiyalılıq”. Biz öz istəyimizi təqdim eləyirik – Vahid Hərəkat yaranmalıdır. Niyə Vahid Hərəkat yaranmalıdır? Niyə çoxpartiyalılığı biz qəbul eləmirik? “Uluyurd Hərəkatı” nə deməkdir, onun prinsipləri nədir? Bu gün biz bunlara münasibət bildirəcəyik.

Ocağın yeni bölgə səfərləri

Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün yurdumuzda milli yöndən boşluqlar daim dərinləşir, ideoloji ziddiyyətlər getdikcə kəskinləşir. Sərbəst fəaliyyət göstərən yüzlərlə fərqli dünyagörüş daşıyıcısı olan qurumlar milli mühitin formalaşmasına ciddi əngəl olurlar. Onlar hər yerdə söz deyir, iş aparırlar. Onların basın (mətbuat) imkanları geniş, televiziyaya çıxmaq istəkləri qarşısıalınmazdır.Milli dəyərlərimizə qarşı təbliğat qurulur, gəncliyin vətənə, millətə […]

Soylu Atalı. GƏNCLİYİN GƏLƏCƏYİ

Millət necə oluşur, ictimai inkişaf necə baş verir, ədalət necə özünü göstərir? Bu suallara fərqli yönlərdən cavablar vermək olar. Biz deyirik, xalqın ruhaniyyatı olmalıdır,İnsani mühit yaranmalı, İnsani qanunlar işləməlidir. Əlbəttə, bu yarananları həyata keçirmək üçün Milli Dövlətin varlığı gərəkdir. Dövləti bu məsuliyyətə yönəldən isə, yenə də təbii ki, xalqın İnsani səviyyəsidir. Deməli, xalq öz insani […]

Soylu Atalı. Akif Səməd – İşıqlı şeiriyyət yolçusu

Söz Tanrıdan sonradır. Ancaq Tanrını da tanıdan Sözdür. Ona görə Sözü Tanrı ilə cərgələşdirmək yox, vəhdətdə götürmək gərəkdir. Tanrı ilə vəhdətdə olan Söz hansı könüldə nəğmə qoşursa, o könül yiyəsi mürşidə çevrilir: Dərdi tanıyan, bəsləyən, sevən bir mürşidə; Dərddən ümid yaradan, ümidi könüllərə yazan bir mürşidə. Könül əhlinin dünyası dərd özüllü dünyadır, ona görə də […]

Soylu Atalı. Qərb siyasəti qorxu təbliğatıdır

Uşağı böyütmək çox çətindir. Əslində ata, ana olmaq çətindir. Ancaq bu çətinliyi ananın yuxusuz qalmaları ilə, yaxud atanın dolanışığı təmin etmək üçün çəkdiyi əzablarla məhdudlaşdırmaq doğru deyil. Bunlardan daha ağır, daha çətin bir məsələ uşağı milli, insani ruhda böyütməyi bacarmaqdır. Təəssüf ki, bu məsələ demək olar ki, özünü doğrultmur. Çünki belə bir ənənə yaranmayıb.

BÜTÖVLÜYƏ DOĞRU İDEOLOJİ KONUŞMA

Güney Azərbaycan fəallarının nümayəndəsi Hüseyn Türkelli, ideoloji mübarizənin tanınmış siması Xaliq Bahadır və Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı milli mübarizə konusunda bir arada. Hüseyn Türkelli: “…Bilirsiniz ki, hal-hazırda təkqütblü sistem var dünyada. Təkqütblü sistemin mənfi tərəflərindən biri odur ki, kiçik millətlərin manevr imkanları olmur. Amma milli iradə açısından danışsaq, Güney Azərbaycanda milli iradə bizim […]

Soylu Atalı (Ocaq Yükümlüsü) Milli Dəyərlərin soyqırımı

Tarixdən bəllidir ki, Babəkin İslam xilafəti tərəfindən amansız edam edilməsindən sonra Azərbaycanda müsəlmanlaşdırmanın yeni mərhələsi başladı. Yəni başların doğranması üsulu psixoloji basqı altında təlqin eləmə üsulu ilə əvəzlənməyə yönləndi. Sonrakı mərhələdə xalqın içində gələcəyi çaşdıran ənənələrin əsası qoyuldu. Bu ənənələrdən biri də “seyidləşdirmə” ənənəsi idi.

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv