Posts Tagged ‘Asif Ata Ocağı’

Soylu Atalı. İstedad və İnsanilik

(A.S. Puşkinin əsərləri üstə düşüncələr) I. Yaradıcılıq və Müqəddəslik A.S. Puşkin ədəbiyyatın ən çox araşdırdığı və öyrəndiyi simalardan biridir. Bu da təbiidir. Puşkinin bütün əsərləri füsunkar bir istedad qüdrəti ilə başa gəlmişdir və elə araşdırmalar da istedadın sərhədlərini müəyyən etmək xarakteri daşımışdır. Fəqət araşdırmalar yaradıcını yaratdığı ilə bir yerdə bütöv şəkildə üzə çıxarmağı hədəfləmir, nəticədə […]

Mütləqə İnam Ocağının Ruhani Başçısı – Atası Asif Ata

Asif Atayla görüş. Mövzu: Mütləqə İnam (son hissə)

Sual: Asif Ataya salam və ehtiram. Ata, istəyirdim ki, siz yevrey məsələsinə bir az fikrinizi söylə­yəsiz. Cavab: Bundan artıq da nə deyim? Yevrey xalqına, heç bir xalqa Ata, onun Evladları, düşmən deyil. Yevreyizm ayrı şeydir, Yevrey ayrı, hardasa.

Asif Atayla görüş. Mövzu: Mütləqə İnam (I hissə)

Asif Atanın ayrı-ayrı vaxtlarda keçirdiyi görüşləri, tədbirləri Onun Ocağı sonradan səsdən sözə çevirib kitab halına salmışdır. Kitab “Ata Səsi” adlanır. İndi həmin kitabı hissə-hissə oxuculara təqdim edirik. Fikir Evi. Mövzu: Mütləqə İnam (Ata gəlir və hamı ayağa durur – Soylu Atalı.) Ata zala daxil olur: “Həlak olanlarımızın xatirəsini yad edək (Hamı ayaq üstə – S.A.). […]

Üstün Atalı. Vətənləşən səfərlərim

Bəşər həyatını davamlı izləsək, görərik  ki, insanlar çoxluq etibarilə öz yaşamlarında bir-birindən səthi məsələlərdə fərqlənirlər. Yalnız ayrı-ayrı insanlar səthilikdən çıxır, bənzərsiz ömür yaşamaq səviyyəsinə yetirlər. Bu da onunla bağlıdır ki, ali keyfiyyətlər daşıdığını anlayanda  insan öz ömrünü məhz adilikdə məhdudlaşdırmaq istəmir. Bu insani ehtiyacdır.

Üstün Atalı. Duyğularımda çiçəklənən ümidlər

I …Qüdrət – zor vasitəsiylə təsdiq olunmur. Zor qorxunu, mütiliyi, avamlığı aşkarlayır. Soylu Atalı deyir “bu gün insanları birləşdirən Asif Atanın harayını çəkdiyi İnsani keyfiyyətlər deyil, Qorxudur. Qorxu toplumun gerçək yaşamının özülündə dayanır. Hər kəs söz deməyə, söz dinləməyə qorxur.

Üstün Atalı. Heyrətimin Səfəri

İnsan yaradıcıdır. O həyatda özünü təkcə cismani olaraq ifadə etmir, həm də ruhani yaşamla öz ömrünü, yaşadığı mühiti mənalandırır. Mən bir fərd olaraq bu gün necə yaşayıramsa, necə özümü ifadə edirəmsə, mənim mühitim də o səviyyədə olacaq.

Üstün Atalı. Soydaşlarıma soydaşlıq ərki

Ürəyinizdə Ata Günəşi olsun, istəkli yurddaşlarımız. Azərbaycan toplumunun bugünkü halı, qıraqdan yurdumuza olmazın təsirlər, aydınlarımızın bu mühitə dirəniş göstərməməsi bir vətən övladı kimi məni narahat edir. İnsanların içində bu gün hünər deyil, – yaltaqlıq, özünütəsdiq deyil, – mənliyiinkar, ruhanilik deyil, – biolojilik, özümləşmə deyil, – yadlıq hökm sürür.

Soylu Atalı (Ocaq Yükümlüsü) Milli Dəyərlərin soyqırımı

Tarixdən bəllidir ki, Babəkin İslam xilafəti tərəfindən amansız edam edilməsindən sonra Azərbaycanda müsəlmanlaşdırmanın yeni mərhələsi başladı. Yəni başların doğranması üsulu psixoloji basqı altında təlqin eləmə üsulu ilə əvəzlənməyə yönləndi. Sonrakı mərhələdə xalqın içində gələcəyi çaşdıran ənənələrin əsası qoyuldu. Bu ənənələrdən biri də “seyidləşdirmə” ənənəsi idi.

28 May Dövlətçilik Bayramı

Göylü Atalı: Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız! Yüzillərdir milli şüurumuzun inkişafına və dövlətçilik ənənələrimizə ardıcıl olaraq zərbələr vurulur. Bu da ən çox ərəb, fars və rus irticasının təsirində özünü göstərir. Bəlli “Türkmənçay bağlaşması” nəticəsində Qacar-türk dövləti ikiyə parçalandı. Dövlətimizin bir hissəsi, – Quzey Azərbaycan Çar Rusiyasının işğalı altında qaldı, başqa bir hissəmiz isə fars yönətim […]

Soylu Atalı (Ocaq Yükümlüsü). Azadlığımız – Haqqımızdır

Minillik sivilizasiyanın son iki Quruluşu (sosializm və kapitalizm) bir-biri ilə mübarizədə qalib-məğlub mərhələsini yekunlaşdırmaqdadır. Demək olar ki, Kapitalizm tam qələbəyə nail oldu. “Kommunizm Sosializmin ən yüksək mərhələsidir” deyənlərin arzuları isə puç oldu. Çin dövlətini belə, bu mərhələdə istisna eləmək mümkün deyil. Çünki Kommunist rejimi idarəçiliyin müəyyən bir səviyyəsində qalsa da, Çində də əsasən kapitalizmin yönətim […]

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv