Posts Tagged ‘Abil Ulusoy’

Milli Dəyərlərimiz – Varlığımızın Özülüdür

Yasin Türksoy: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! TAQ-ın (Türkel Araşdırma Qurumu) bu toplantısı milli dəyərlərin qorunması qonusundadır. Yurdumuzun mənəvi, ideoloji durumu zəiflədikcə ulusal (milli) sorunlarımız da çoxalır. Bu proseslərə həm yurddışı, həm də yurdiçi qüvvələr təkan verməkdədir. Milli dəyərlərimizə qarşı aşağılayıcı münasibətlər, yazılar, fikirlər günü-gündən çoxalmaqdadır.

Varlığımızın qarantı – Millət-Vətən-Dövlət birliyi

Soylu Atalı: Ürəyinizdə Günəş olsun, istəkli soydaşlarımız! Biz, Türkel Araşdırma Qurumu adı ilə uzun müddətdir maarifçi söhbətlər aparırıq. Bu söhbətlər demək olar ki, çox geniş xarakterdə qurulur, çox qonuları qapsayır. Ölkənin durumundan başlayıb, onun bütün mənəvi, siyasi hətta sosial sorunlarını belə özündə əks etdirir.

Uluyurd Hərəkatı – Azərbaycan uğrunda mübarizə

Soylu Atalı: Ürəyinizdə Günəş olsun, istəkli yurddaşlarımız! Bu gün növbəti bir mövzuya açıqlama gətirəcəyik. Bu mövzu “Uluyurd Hərəkatı” ilə bağlıdır. “Uluyurd Hərəkatı və çoxpartiyalılıq”. Biz öz istəyimizi təqdim eləyirik – Vahid Hərəkat yaranmalıdır. Niyə Vahid Hərəkat yaranmalıdır? Niyə çoxpartiyalılığı biz qəbul eləmirik? “Uluyurd Hərəkatı” nə deməkdir, onun prinsipləri nədir? Bu gün biz bunlara münasibət bildirəcəyik.

Tədbirdən görüntü

Güney Azərbaycanın tarixi keçmişinə fəlsəfi-ruhani qiymət

Güney Azərbaycanın müstəqillik məsələsinə konseptual baxış I mövzu: Güney Azərbaycanın tarixi keçmişinə fəlsəfi-ruhani qiymət Abil Ulusoy: Günaydın, istəkli yurddaşlarımız! “Türkel Araşdırma Qurumu” növbəti toplantısını keçirir. Bugünkü mövzumuz “Güney Azərbaycanın müstəqillik məsələsinə konseptual baxış”dır. Bunun da birinci hissəsi “Güney Azərbaycanın tarixi keçmişi adlanır. Bu mövzunun içində Güney Azərbaycanın coğrafi sınırlarını da xatırlatmaq yerinə düşər. Hər bir […]

Türkçülük və Dinçilik

Bu gün Azərbaycanda, Türkiyədə, bütövlükdə Türk Dünyasında türkün yaxınlaşmasını əngəlləmək, türklüyü sıradan çıxarmaq üçün çeşidli oyunlar gedir. Bu gedişat bütün dövrlərdə Türkçülüyə qarşı düşünülmüş planların təzələnməsidir. Belə bir məsələyə qarşı öz düşüncələri ilə dirəniş göstərmək üçün milli mübarizənin təmsilçiləri Milli Qurtuluş Partiyasının başqanı Vüqar Bəyturan, Abil Ulusoy, Üzeyir Əlizadə, Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı […]

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv