Bu gün ünlü şair, “Bulaq” xalq yaradıcılığının yaradıcılarından biri Tahir Talıblının doğum günüdür. Ona sağlam ömür, könül xoşluğu diləyirik.

 

“Əyri – Düz”

Rəhmətlik Paşa dayımın sözüydü:
“Əyri dünyada, düz axtarma

İçim səhvlərnən hörülü,
Səf-səf səhvlər naxış oldu.
Nə axa-axa duruldu,
Naxış özü, yanlış oldu.

Düz görmədim əyri yöndə,
Hər yanda bir ayrı gördüm.
Ayrı yöndə, ayrı donda,
Hər üzdə bir əyri gördüm.

Hər şey dəyişdi içimdə,
Gur axan çaylar qurudu.
Nə nişanda, nə biçimdə,
İçimdə sirrər qarıdı. Ardını oxu »

Xaliq Bahadır. Dil bazarçıları

 

Dil bazarçısı yalandır, varmazam bazarına,

Əyri dildən nəsnə gəlməz, durmuşam inkarına.

Nəsimi

Başlıca müxalifət partiyaları olaraq tanınan iki partiya- Müsavatla AXCP- qarşıdakı prezident seçkisiylə bağlı BOYKOT qərarı verdi.

İstənilən partiyanın istənilən politik, toplumsal durumla bağlı istədiyi kimi qərar vermək hüququ var- burası bəlli. Ancaq burada adı çəkilən iki partiya ilkin yaranış baxımından, eləcə dəideya-politik missiya baxımından Xalq hərəkatına, Məhəmməd Əmin yoluna bağlı partiyalar sayıldığından bu iki partiyaya toplumsal (onların ərəbcəsində- ictimai) yanaşma başqa partiyalarla bir tutula bilməz. Ardını oxu »

Paşa Talıblı. Şeirlər

 

Mənim şeirlərim elegiyadı…

… tapdadı içimi atlı qarışqa,
tapmadı içimi adlı qarışqa,
qağayı burnu tək duzlaşıb içim.

… göylərə yaraşır elə göy adı!
Mənim şeirlərim elegiyadı,
mənim şeirlərim başsağlığıdı…

Ardını oxu »

Xaliq Bahadır. 94 yaşında yetim

 

“Məndə vətən həsrəti indi dil həsrətilə əvəz olunub”,- bu acıdan-acı sözləri oxuyanda içimdən sızıltı keçmiş, gözlərim dolmuşdu. Deyəsən, bir il qabaq idi. Bu sözlərdəki sonsuz ağrı-acını yalnız xalqına, onun dilinə bütün əriş-arğacıyla bağlı olanlar, başlıcası da gerçək yazarlar sezər, duya bilər.

O adda biri var, illərdir Yazıçılar birliyinin başdaduranlarındandır. Xalqdan uzaq, xalqın dilindən uzaq, ancaq “xalq yazıçısı”. Sən dilinlə, yaradıcılığınla bu xalqa yadsansa, Bakının ortası iş, yaşayış yerin olsa da, fəlsəfədə deyildiyi kimi: “özündə nəsnə”dən özgə nəsə deyilsən. Olmaz, olamazsan! Ardını oxu »

Paşa Talıblı. “Alnımın küncündə bir şam ağlayır…”

                                                                                                                                                                                                                                                                                                                                                                                                                Yoxluğun şəkli…



…sən bir heçsən, sən heç kimsən,
heç nəsən , heç kimsən daha.
Hamının içində yoxsan,
hamıdan seçkinsən daha.

…göz üstündə yoxsan — gördüm,
əl içində yoxsan — gördüm!
Gördüm — hamı var, sən yoxsan,
el içində yoxsan — gördüm! Ardını oxu »

Günev Atalı. İnam Evi – İnsanlığın Carı

 

Qardaşım İnam Evinin mahiyyətini andatdı. Hər bir inancın özünün ünvanı olub. Buddistlərin məbədləri, zərdüşt məbədləri, sonra səmavi dinlərin məscidi, kilsəsi, sinaqoqu olub.  Bizə görə çatışmazlıqlar olub insana münasibət baxımından. Həqiqət nisbi mənada, ədalət nisbi mənada, azadlıq, vətən anlamı, İnsanlıq, ruhaniyyat nisbi mənada öyrədilib. Ata deyirdi bunlar bəşəriyyətin yarım işıqları idi gəlmişdilər. Ancaq səmavi dinlərin olduğu yerlərdə getdikcə qaranlıqlar artdı. İnsanı elə günə saldılar ki, bu gün insan mənəviyyatdan, müqəddəslikdən daha çox hərisliyə meyillidir. Fərasətli sözünü fırıldaqçı, rüşvətxor, nanəcib adamların ünvanına deyirlər. Ona görə Asif Ata mənəvi ehtiyacdan ortaya çıxdı. Asif Ata Ocağının bütün işlərini bu ehtiyacı ödəmək üçün qurdu: kitablarını, Evladlarını, İnam Evini. 11-ci il, Ata Ayının 27-də Ataya söz vermişdim. Bəlkə də fərqinə varmadan demişdim. Ardını oxu »

Xaliq Bahadır. Daha bir aşama… gözləntili yaşama!

(Qarşıdakı beş ildə bizi nələr gözləyir?)

Sıradışı seçki

Hakimiyətin ABD ilə kəskin qarşıdurması superdövlətin “yenilməsi” ilə sonuclandı. Yanlar uzlaşmaya gəldilər. Demək, ABD 30 illik əliyevçi rejimə superdemokratik seçki yoluyla daha beş illiyə legitimlik hüququ tanıyır. İ.Əliyev isə Moskvanın deyil, Vaşinqtonun diktəsiylə Ermənistanla barışığa gedir. Müxalifətimizin interpretasiyasına görə, belə bir praqmatik uzlaşma nədəniylə Amerika Azərbaycanda demokratiyanı bu “mərhələdə” istəməsə belə, ertələməli olur.

İnandırıcı olsun deyə, arqumentlər də göstərilir. 1) geopolitik güdüklər; 2) Ermənistanla barışın gərəkliliyi; 3) müxalifətin indiki gücsüzlüyü. Başqa sözlə, Amerika bütün bunları daş-tərəziyə vurmaqla Azərbaycanda demokratiyanı “indiki mərhələdə ertələmək qərarı” verib. Çox gözəl! Göz önündəki gerçəklik prizmasından yanaşmaqla bunların hamısı inandırıcıdır, özü də çox inandırıcı.

Ancaq… gəlin burasına baxaq. Ardını oxu »

Elana İnamçı. İnam Evi – İnsan kimi yaşamaq istəyənlərin ünvanı

Mən bir məsələyə toxunmaq istəyirəm. Ocağın Bayrağına irad tutanlar var. Bizim dövlət bayrağımız üçrənglidir. Hərəsi bir məna daşıyır. Başqa-başqa ideyaları süni şəkildə birləşdirib bayraq yaratmaq heç kimi rahatsız eləmir, ancaq Ocağın bayrağı rahatsız edir. Mənasızdır dövlət bayrağının boyaları, çünkü milliliyi bütöv şəkildə ifadə etmir. Ocağın Bayrağı  isə İnsanlaşmaya çağıran müqəddəsliyin rəmzidir. Ardını oxu »

Abil Ulusoy. İnam Evi Azərbaycan Ruhunu Yadlıqlardan Qoruyan Ünvandır

(“İnam Evi Günü”ndəki çıxışından)

İstanbulda bir kitab aldım. Dünyaya yön verən yüz filosof. Orda oxumaq imkanım olmadı. Bakıda onu kifayət qədər yaxşı incələdim. Hər biri haqqında bioqrafik məlumatlar var. Həmin filosofların dünyaya nəylə yön verməsi ilə bağlı xırda yazılar var. Həmin kitabda yazılanların dünyaya yön verməyi əslində qərbin dünyaya yön verməyidir. Qərb ağalığının özünü təsdiqi idi o filosofların timsalında. Şərq orda təmsil olunmamışdı. Dünyaya yön vermək isə, əslində dünyanın siyasi, ruhani mənzərəsini həmin filosoflar vasitəsilə çatdırırlar. Yəni dünyanı, həyatı, insanı dərk eləmək kitabda göstərilən yüz filosofun iradəsinin ifadəsi kimidir. Bunlar da hamısı qərbdən gələn bir iradədir. Qərb ağalığı, qərbin ruhani ağalığı, siyasi ağalığı və dünyanın, insanın, nicatını tamamilə qərbə bağlayırlar. Mən bunu nəyə görə dedim, son vaxtlar Azərbaycanda ziyalı adlanan kəsimin də bəlli çıxışları olur. Filosof kimi təqdim olunanlar var. Ardını oxu »

Nurtəkin Atalı. İnam evi – Özümlü aqibət birliyi

İnam Evi Günümüz qutlu olsun.
Din millətlər üçün olanda zorla yayılmır, yayılmamalıydı. Hər kəs dinə inanmalıdırmı, ya da zorla yayılan dini qəbul edib soydan soya keçdikcə onu özününkü kimi qəbul etməlidirmi? Soylu Atalı ilə görüşlərin birində “sən mənim ata-babamın dininə qarşı çıxırsan” deyə təpgi göstərilmişdi. Sanki islam dinindən başlayır onun soyu. Bəs İslamdan öncəki babaların?! Onların inancının gələnəyini kim qoruyacaq? Hər torpağın, iqlimin etkilədiyi, yaratdığı xarakter var, gen var. Milli xarakter, milli gen də özündə dəyişməz bir şeylər daşıyır. Əgər o xarakter, o inanc uyum sağlayırsa , o inanc milli düşüncədən, ruhdan, gendən gəlirsə onun zəmini möhkəm olduğu kimi sabahı da möhkəm olacaq. Ardını oxu »

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv