Xaliq Bahadır. Dostoyevskinin gündəlikləri

Fyodor Mixayloviç Dostoyevski (1821-1881). Bu ad Yer üzünün bütün az-çox gəlişmiş düşüncə yiyələrinə, gerçək oxumuşlarına, özünü kültürlü oxucu kimi yetişdirmişlərinə yaxşı tanışdır. Dostoyevski günü bu gün də açunda (açun-ərəbcə, dünya) ən çox oxunan yazıçılardandır.
Mənim Dostoyevski yaradıcılığı ilə tanışlığım tələbəlik illərindən başlamışdı. L.Qrossmanın Dostoyevski ilə bağlı iri ölçülü bioqrafik kitabını da oxumuşdum, bütün bunlara görə Dostoyevskini yetərincə tanıdığımı düşünürdüm. Ancaq belə deyilmiş. Çoxları kimi mənim də Dostoyevski ilə bağlı bilgilərim yarımçıq imiş. Bunu onun “Yazıçının gündəliyi” kitabını (Dnevnik pisatelya, Sankt-Peterburq, iz. Azbuka, 2014) oxuyandan sonra anladım. Ardını oxu »

Soylu Atalı. Xocalının Pərdələnən İlləri

Bu gün biz, Xocalı soyqırımının sonrakı ildönümü qarşısındayıq. Gələnəksəl olaraq, yeni seminarlar keçirməyi, köhnə şəkilləri yenidən nümayiş etdirməyi, Xocalı abidəsinin böyür-başını gül-çiçəklə bəzəməyi planlaşdırırıq. Ancaq gələcək soylara deməyə, ümid verəcək, sözümüz yoxdur. Qarabağ uğrunda savaşdıq, minlərlə şəhid verdik. Bununla belə, Xocalı yenə erməninin əlindədir, erməniliyi qoruyan Rusiya yenə Xocalıdadır. Oradan bizi yeni “Xocalı” olaylarının olacağı ilə hədələməkdədir.
Tarixdən bəllidir, Rusiya imperiya kimi qurulub. Çünkü öz varlığı, torpağı  dövləti olmayıb. Türkləri assimilyasiya yolu ilə onların torpaqlarında varlığını oluşdurubdur. Ruslar, bildiyim qədər, Skandinaviyadan gəlmiş ros tayfalarıdır. Böyük qırğınlar bahasına Türk yurdlarında özlərinə dövlət qura bildilər. Bir var, kiminsə dövləti ola, onu qorumaq, genişləndirmək üçün imperiya yarada. Bir də var, başqalarının dövlətini yıxıb yerində öz dövlətini qura. Rusiya belə yaranıb. Ardını oxu »

Asif Ata. Hürufiliyimiz – Ənəlhəqliyimiz

I. İnsan – Allah

Hürufilər İnsanı Allah sayırdılar, Ocaq diliylə desək – Əzəli, Əbədi, Sonsuz, Kamil Mütləq sayırdılar.
Hər bir İnsanı Allah oğlu sayırdılar – təkcə Peyğəmbərləri, hökmdarları yox.
İsaçılar İsanı Allah oğlu sayırdılar, Makedoniyalı İsgəndər Allah sayılırdı, Roma İmperatoru Kaliqula özünü Allah elan etmişdi. İslamda İnsan Allahın Bəndəsiydi, quluydu, Peyğəmbər özü Allahın quluydu, Allah İnsanı yaratmışdı Aqibətiylə, Qismətiylə birgə. İnsan Allah İdrakının, İradəsinin alətiydi, İtaətçiydi. Hürufilikdə İnsan Dünyanın canıydı.

Çün on səkkiz min aləmin cüdu-vücudi xud mənəm,
Cümlə-cahan təndir mana, mən bu cahanın canıyam. Ardını oxu »

Soylu Atalı. Milli Faciəmizin Xocalısı

Güclü siyasət, zəif siyasət deyilişini qəbul etmirik. Güclü dövlət, zəif dövlət məntiqini doğru sayırıq. Güclü siyasət olmur, gücə dayanan siyasət olur. Bəs dövlətin gücü nəyə bağlıdır?! Hesab edirik, sağlam prinsiplər üzərində milli ideologiyanın işlənib hazırlanması, dövlət yönətimində hakim etkiyə çevrilməsi gərəkdir. Bunu isə ədalətli şəxsiyyət, milli ruha bağlı olan siyasi xadim gerçəkləşdirə bilər. Dövlət güclü olanda əməli addımlar atır, zəif olanda isə baş qatır. Dövlətin zəif, ya güclü olmasını ilk növbədə onun öz içində yaratdığı nizamda görmək olar. Bu nizamın adına “daxili siyasət” deyirlər. Dövlət içrə yaranan nizam ədalətli qanunlarla həyata keçiriləndə dövlətin dünyada yeri, etkisi də bəlli olur, yəni dövlətin yürütdüyü dış siyasət öz xalqının müstəqil mədəni, mənəvi varlığını təmsil edir. Ardını oxu »

Xaliq Bahadır. Yenilməz Məhəmməd Əmin

Ölkədə NUHÇIXAN informasiya agedntliyi də varmış. Agentlik bildirir: “Prezident İlham Əliyev dekabrın 30-da Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb”.Bunlar yağışdan sonra göbələk kimi çıxan rejimə bağlı agentliklərdir. Nəyə görəsə, bunların dil bilgisi, daha doğrusu, bilgisizliyi bir-birinə çox oxşayır. Elə bil hamısı bir əldən çıxır.

Verilən sorağın başlanğıcına baxın: “”Prezident İlham Əliyev dekabrın 30-da Məhəmməd Əimin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb”. Bəlli olduğu kimi, belə “yüksək ranqlı” informasiyalar yayımlananadək ən azı bir neçə əldən keçir. Keçir, ancaq hakimiyətdə geniş yayaılmış intellekt yoxsunluğu üzündən başlanğıcdan sonadək necə var elə də qalır- düzəliş edilmədən. Hakimiyət nə gündədirsə, 30 il boyunca yetişdirdikləri (burada, jurnalistika) da o gündədir. Başlıca amac nədir? Necə olur olsunpul qazanmaq. Pul isə çox asanlıqla qazanılır- hakimiyətə gözübağlı qulluq yolu tutub çoxlu qrant almaqla. Ardını oxu »

Soylu Atalı. Vətən – insanın qutsal Yaşamasıdır

Ürəyinizdə Ata Günəşi olsun, sevimli Amaldaşlarım.
Mənə bir sual verdilər. Daha doğrusu, bir neçə sual verdilər. Sualın içindən sual çıxdı. Mən də bu sualları cavablandırdım. İndi istəyirəm, cavablandırdığım qədər olmasa da, aşağı-yuxarı verdiyim cavablar yönündə sizə düşüncələrimi bildirəm.
Vətənsevərlik nədir, ya da kim vətənsevərdi? – Öncə biz bilməliyik vətən nədir. Vətəninin nə olduğunu biləndən sonra vətən sevgisinin nə olduğuna da aydınlıq gətirə bilərik. İnsanların çoxluq baxımından ağlında, düşüncəsində vətən anlayışı onun yaşadığı coğrafiya deməkdir. Söz yox, bununla razılaşmırıq. Məsələn, bizim hər birimiz bu gün Azərbaycanda yaşayırıqsa, deməli, Azərbaycan bizim vətənimizdir. Sabah Azərbaycandan köçübTailandda yaşaya bilərik. Deməli,Tailand bizim vətənimiz olur?Bizə görə məsələ heç də elə deyil. Çox incə məsələdir. Buradan başqa bir sual ortaya çıxa bilir: tutalım, bir adam Azərbaycandan köçdü, ömrünün axırına kimi gedib başqa bir bölgədə yaşadı, onda o vətənsizmi olur?! –  Ora gəlib çıxana kimi vətən məsələsi ilə bağlı düşüncələrimizi aydınlaşdıraq. Biz deyirik, vətən – bizi yaşadan, bizi var edən dəyərlərin yaşadığı coğrafiyadır. Söz yox, burdan da sual ortaya çıxacaq, bəs onda dəyər nədir? O suala keçməzdən qabaq bu düşüncəni bir az genişləndirək. Bizi var edən, yaşadan dəyərlərin yaşadığı, oluşduğu coğrafiya vətəndir. Bu vətəndə biz özümüzü necə hiss edirik, necə yaşayırıq, necə var oluruq, necə doğmalaşırıq, necə yadlaşırıq, bunların hamısı vətən məsələsinə qatqı göstərən düşüncələrdir, baxışlardır. Ardını oxu »

Xaliq Bahadır. Dilimizdəki tullantı sözlər

Dövlətin, dövlətçiliyin sürəkli aşındırıldığı dönəm içindəyik. Bu görsəniş qanunları qorumalı olanların öz çıxarları üçün qanunuqanunsuzluğa dönüşdürməsiylə doğrulanır. İstər yuxarıda, istər aşağıda birinin etdiyi qanunsuzluq çağındaca gərəkən təpkiylə qarşılanmırsa, tezliklə domino etkisinin (effektinin) yaranması qaçılmaz olur. Başqa sözlə, belədə aşağı-yuxarı dövlət qurumlarındaaşınma-dağılma baş verir.

Burada deyilənlərlə bağlı tək elə son illərin görkülərindəın çoxlu örnək gətirmək olar. Ancaq buna gərək yoxdur: çoxsaylı Az tv-lər ölkədəki bütün yamanlıqları görməzdən gəlib yalnız hakimiyəti öyməyə çalışsalar da, İnternet adlanan Yer Tanrısı öz işini görür. Ardını oxu »

Bu gün ünlü şair, “Bulaq” xalq yaradıcılığının yaradıcılarından biri Tahir Talıblının doğum günüdür. Ona sağlam ömür, könül xoşluğu diləyirik.

 

“Əyri – Düz”

Rəhmətlik Paşa dayımın sözüydü:
“Əyri dünyada, düz axtarma

İçim səhvlərnən hörülü,
Səf-səf səhvlər naxış oldu.
Nə axa-axa duruldu,
Naxış özü, yanlış oldu.

Düz görmədim əyri yöndə,
Hər yanda bir ayrı gördüm.
Ayrı yöndə, ayrı donda,
Hər üzdə bir əyri gördüm.

Hər şey dəyişdi içimdə,
Gur axan çaylar qurudu.
Nə nişanda, nə biçimdə,
İçimdə sirrər qarıdı. Ardını oxu »

Xaliq Bahadır. Dil bazarçıları

 

Dil bazarçısı yalandır, varmazam bazarına,

Əyri dildən nəsnə gəlməz, durmuşam inkarına.

Nəsimi

Başlıca müxalifət partiyaları olaraq tanınan iki partiya- Müsavatla AXCP- qarşıdakı prezident seçkisiylə bağlı BOYKOT qərarı verdi.

İstənilən partiyanın istənilən politik, toplumsal durumla bağlı istədiyi kimi qərar vermək hüququ var- burası bəlli. Ancaq burada adı çəkilən iki partiya ilkin yaranış baxımından, eləcə dəideya-politik missiya baxımından Xalq hərəkatına, Məhəmməd Əmin yoluna bağlı partiyalar sayıldığından bu iki partiyaya toplumsal (onların ərəbcəsində- ictimai) yanaşma başqa partiyalarla bir tutula bilməz. Ardını oxu »

Paşa Talıblı. Şeirlər

 

Mənim şeirlərim elegiyadı…

… tapdadı içimi atlı qarışqa,
tapmadı içimi adlı qarışqa,
qağayı burnu tək duzlaşıb içim.

… göylərə yaraşır elə göy adı!
Mənim şeirlərim elegiyadı,
mənim şeirlərim başsağlığıdı…

Ardını oxu »

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv