Türkel Araşdırma Qurumu haqqında

Bu günlərdə əslən Güney Azərbaycanlı ziyalı, araşdırmaçı Ağşın Ağkəmərli, Milli Qurtuluş Partiyasının başkanı Vüqar Bəyturan, Milli mübarizənin ünlü simalarından Abil Ulusoy, Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı tərəfindən “Türkel Araşdırma Qurumu” təsis edilib. Qurumun məqsədi maarifçilik xəttindən ibarətdir. Bu maarifçiliyin əsas yönü milli açıdan təhlil, araşdırma və yönəltmə işidir. Türk aləmində, eləcə də dünyada baş verən ictimai-ruhani, ideoloji-siyasi proseslərə Türkçülük meyarı ilə yanaşıb həqiqi qiymət vermək məqsədi güdülür. Habelə Qurum bu gün Azərbaycanın ictimai-siyasi həyatında mövcud olan ideoloji boşluğu doldurmaq istəyindədir.

Bu vaxta qədər adı çəkilən şəxslərdən Abil Ulusoy, Ağşın Ağkəmərli, Soylu Atalı maarifçilik məqsədi ilə Azərbaycanın köklü problemlərini milli-mənəvi açıdan təhlil etmiş, müzakirələr aparmış, müəyyən işlər həyata keçirmişlər. Araşdırma Qurumu təsis edildikdən sonra bu iş yeni mərhələyə qədəm qoymuşdur.

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv