“Türkel Araşdırma Qurumu” müzakirə olunacaq mövzular və qurumun fəaliyyəti barədə müzakirə aparıb

Tədbirdən görüntü

Türkel Araşdırma Qurumunun
Mətbuatla Əlaqə Odasının
Məlumatı

Mətbuat Açıqlaması

Asif Ozan “Türkel Araşdırma Qurumu”na qoşuldu

“Türkel Araşdırma Qurumu” müzakirə olunacaq mövzular və qurumun fəaliyyəti barədə müzakirə aparıb
“Türkel Araşdırma Qurumu”nun Təsisçilərinin növbəti toplantısı keçirilib. Toplantıda qurumun fəaliyyəti, yeni araşdırmaçı mütəxəssislərin “Türkel” AQ çərçivəsində təmsil olunması və müzakirəyə təqdim olunan mövzular ətrafında fikir mübadiləsi aparılıb. Araşdırmaçı filosof, Milli Qurtuluş Partiyasının Böyük Məclisinin sədri Asif Ozanın “Türkel Araşdırma Qurumu”nda təmsil olunması təsisçilər tərəfindən müsbət qarşılanıb. Qarşıdakı fəaliyyət dövründə müzakirə ediləcək mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirdən görüntü

Tədbirdən görüntü

Qurumun müxtəlif sahələr üzrə Odalarının yaranması istiqamətində atılacaq addımlar və bəzi texniki məsələlər dəqiqləşdirilib. Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı, Güney Azərbaycanlı ziyalı Ağşın Ağkəmərli, MQP başqanı Vüqar Bəyturan və quruma yeni qoşulmuş Asif Ozan ölkədə və Türk dünyasında ictimai-siyasi, ideoloji-ruhani proseslər barədə öz mülahizələrini söyləyib. Quzey Azərbaycanda geniş vüsət alan etnik separatçılıq meyilləri, milli mövqedən çıxış edən qurum və şəxslərin şər-böhtan kampaniyası ilə üzləşməsi, Güney Azərbaycanda türk milli kimliyinə qarşı növbəti qəsdlər və qardaş Türkiyədə PKK terror təşkilatının anti-insani əməlləri nəticəsində 24 türk əsgərinin şəhid olması da mövzu olaraq müzakirə edilmişdir.

“Türkel Araşdırma Qurumu”nun Mətbuatla Əlaqə Odası

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv