Soylu Atalı (Ocaq Yükümlüsü). MİLLİ DƏYƏR DÖVLƏTİN ÖZÜLÜDÜR

Bala verməyən heyvanlara qısır deyirlər. Ancaq bu qısırlıq növbəti il aradan qalxa bilir. Övladı olmayan atalara da “sonsuz” deyirlər. Ancaq sonsuzluq həmişəlik olur. Hesab edirik ki, millətin də “sonsuzluğu” var. Məsələn, dəyər yaradıb bəşəri səviyyəyə qalxa bilməyən milləti “sonsuz” saymaq olar. Sonsuz adamlar çoxluq etibarilə xəsis, acgöz olurlar. Dəyərsiz millət də xəbis və məkrli olur. Biz bunu erməninin timsalında gördük. Azərbaycan mətbəxini, musiqisini mənimsəməklə bəşər ailəsində özünü var göstərməyə çalışır. Əgər müsəlman olsaydılar və onlarda ərəb, fars adları yayılmış olsaydı, böyük şəxsiyyətlərimizi də adlarına çıxardılar. Necə ki, talışlar Babəki, kürdlər Zərdüştü, Babəki, Novruz-Ergenekon bayramını öz adlarına çıxırlar. Bunun birinci səbəbi odur ki, türklər və adı çəkilən toplumlar eyni dünyagörüşü – müsəlmançılığı paylaşırlar. Bu toplumların (türklərin, talışların, kürdlərin) şəxs adları bir-birinə bənzəyir. Çünki din amili çox böyük rol oynayır. Din bu toplumları ruhani işğala uğratdığı kimi, öz anlayışlarını və şəxs adlarını da (bizə və onlara) sırıyıb. İkinci səbəb, Türkün öz yaratdığı dəyərlərə sahib çıxmamasıdır. Zərdüşt Azərbaycanın olduğu halda, İran dəyəri, yaxud İran xalqlarının ortaq dəyəri sayılır. Ümumiyyətlə, xalqların ortaq bir dəyəri ola bilər, məsələn, muğam. Ancaq şəxsiyyət necə ortaq ola bilər?! O, bir millətin övladıdır. Şəxsiyyət yaratdığı dəyərlə də ortaq ola bilər, fərd kimi isə eyni vaxtda beş millətin törəməsi ola bilməz. Konkret Novruz-Ergenekon bayramı isə özündə daşıdığı atributlarla hardan qaynaqlandığı bəllidir. Bu bayramın məzmununda əsas atribut odla bağlıdır. Od isə Azərbaycanın mahiyyətindən irəli gəlir, – İşıqçılıq ideyası Azərbaycanın bütünlükdə ruhaniyyat tarixinin əsasını təşkil edir. Biz bu haqda çox yazmışıq. Ən əsası Asif Atanın “Azərbaycanımız – Azərbaycanlığımız” izharında bu “işıqçılıq ideyası” bütöv bir xətt təşkil edərək yəqinlik yaradır. Məsələn, Zərdüşt Odçuluğu – İşıqçılığı; Dədə Qorqud Müdrikliyi – İşıqçılığı (Qorqud sözünün özü də odla bağlıdır); Babək Azadlığı – Fərəhçiliyi – İşıqçılığı; Nəsimi İnsançılığı – İşıqçılığı; Füzuli Aşiqçiliyi – İşıqçılığı; Muğam İlahiliyi – İşıqçılığı; Saz Tanrıçılığı – İşıqçılığı. Azərbaycan sözünün mənası da Oda – İşığa bağlıdır. Od Qoruyan, Odlar Yurdu – məhz saydığımız ruhani məzmunla, özəllikcə onun ilkinliyi ilə (Zərdüştçülüklə) bağlıdır. Bu səbəbdən də, guya bu dəyərlərin yaradıcısı kimi özünü bəşəriyyətə, tarixə sunmaq istəyənlərin cəhdi tamamilə əsassızdır. Bəs bu cəhdlərin nədəni hardan qaynaqlanır?! Tarixdə köklü qədim xalqlar var. Bu xalqların varlığını ifadə eləyən əsas cəhətlərdən biri, bəlkə də birincisi dildir. Dil varsa, mədəniyyət də olmalıdır. Çünki dilin ifadə elədiyi məna, məzmun olmazsa, inkişaf edə bilməz, sıradan çıxa bilər. Ancaq dilin inkişafı iki yöndə mədəniyyətə bağlı olur. Daha doğrusu dilin inkişafı və yaşaması mədəniyyətin təsir imkanlarından asılıdır. Yəni bir var öz içində mövcudluğunu təmin etmək, bir də var dünyəvi təsir imkanlarına malik olmaqla bəşər sivilizasiyasının yaranmasında və yenilənməsində qatqısı olmaq. Millət öz içində mövcudluğunu özünəxas məişət mədəniyyəti, əmək-təsərrüfat yaradıcılığı, fərdi incəsənət qabiliyyəti ilə sürdürür. Ancaq sivilizasiyaya təsir eləmək başqa bir imkanın olmasını tələb edir. Bu da Dövlətçilik məsələsidir. Dövlətçiliyə malik olmaq isə asan bir iş deyil. Dövlət elə-belə yaranmır. Gərək xalqın bəşəriyyətə verdiyi dəyər olsun. Bəşəri dəyər yaratmaq xalqı haqlı edir. Belə ki, bəşəri səviyyədə dəyəri, mədəniyyəti olmayan xalq labüd şəkildə mədəni xalqların təsirinə uğrayır. Ona görə də “Dövlət İdarəetməsi” həmin mədəni xalqa məxsus olur. Dövlət özündə yaşayan bütün toplumları hamıya təsir edə bilən mədəniyyətlə bir araya gətirib idarə edə bilir. Əks halda, dövlət məsələsi baş tutmazdı.

Bu gün siyasi dünya qədim, köklü xalqların dövlətlərini parçalamaqla “kürd dövləti” yaratmağa çalışır. Təbii ki, bu “yaradıcılıq” humanizmə deyil, siyasi məqsədlərə dayanır. Ancaq nəyə dayanırsa dayansın, gərək dövlət yaratmağa haqq edəsən. Bu haqq isə millətin bəşəri səviyyədə dəyər, mədəniyyət yaradıcılığının olmasını tələb edir. Tarixdə isə bizə kürd toplumunun dəyər, mədəniyyət baxımından bəşərə töhfə verməsi bəlli deyil. Ona görə də kürd toplumunun ayrı-ayrı nümayəndələri dövlət yaratmağa haqlı olduqlarını sübut eləmək üçün bəşər səviyyəsinə qaldırdığımız ayrı-ayrı dəyərlərimizi öz adlarına çıxmağa başlayıblar. Bəs niyə İranın deyil, Türkiyənin, İraqın deyil, məhz Azərbaycan dəyərlərinə göz dikirlər?! Bunun əsas səbəbi odur ki, Azərbaycan güclü dövlət deyil, parçalanmış, bölünmüş durumdadır. İkinci səbəbi isə, Azərbaycanın öz dəyərlərinə yiyə durmamasıdır, yaxud dəyərlərinə səthi yanaşmasıdır. Bu səbəb həm də birbaşa birinci səbəblə bağlıdır. Yəni parçalanmış, bölünmüş olduğu üçün gücü zəifdir. Gücü zəif olduğu üçün dəyərlərinə yiyə dura bilmir…
Kimsə düşünə bilər ki, bəşəri dəyəri, mədəniyyəti yaratmaq üçün qabaqca millətin dövləti olmalıdır. Biz isə hesab edirik ki, millət dövlətinin olmasına qədər də bəşəri dəyər yaratmalı idi. Məsələn, bu günkü siyasətini, mövqeyini qəbul etməsək də, yəhudilər dövlətlərini yaradana qədər də bəşəri dəyər veriblər. Ancaq Azərbaycanı parçalayıb erməniyə dövlət yaratdılar. Erməni yüz ilə yaxındır dövlətli sayılır, bununla belə, heç bir bəşəri dəyər verməyib, əksinə, yalnız dağıdıcılıqla məşğul olub. Deməli, xalqın mayasında, mahiyyətində olmalıdır – Bəşərilik, Dəyərçilik!

Atamız Var olsun!

(arxiv)

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv