Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız!

Ayın 1-i Mütləqə İnam Ocağı “Yeni İl” törənini gerçəkləşdirdi. İlin anlamı, törənləşmə nədəni üstə düşüncələr sərgiləndi. Ocaq 20 ildir (cismani baxımdan) Asif Atasız Yol gedir. Bu illərdə Ocağın yaşamı bütün gərginliyi, zənginliyi ilə birlikdə uğurlu olmuşdur. Ocağa yeni Ocaqçılar gəlmiş, sağlam ortam yaranmış, yanaşmalarda yüksək doğmalıq aşamaları başlamışdır. Buna görədir – minlərlə ədəbiyyatlar hazırlanmış, çap olunmuş, dərgi buraxılışları basılaraq yayılmışdır. Azərbaycanın şəhərlərinə, rayonlarına, eləcə də çoxsaylı kəndlərinə yüzlərcə səfərlər edilmiş, görüşlər keçirilmişdir. Bu səfərlərdə ədəbiyyatlar paylanmışdır. Səfərlər çətinliklərlə başa gəlmişdir. Döydüyümüz yüzlərlə qapılardan üzümüzə beşi açılanda onu bağlanmışdır. Ancaq yorulmadıq, inamımızı itirmədik. Bu Vətən, bu Millət mənimkidir deyə, inadımızdan dönmədik, milli-insani söz dedik. Ağıllarda, düşüncələrdə vətənimizin, millətimizin mənəvi obrazını yaratmağa çalışdıq. Dayanmamışıq, davam edirik.
Bundan başqa dış ölkələrə də səfərlər elədik. Türkiyəyə, Rusiyaya, Gürcüstana üz tutduq, soydaşlarımızla görüşlər keçirdik, söz dedik, ədəbiyyatlar payladıq. Ölkənin basın yayınlarında mindən çox çapımız oldu, yüzlərlə tədbirlərimiz, törənlərimiz oldu, minlərlə biresəl görüşlərimiz keçirildi. Bizim istəyimiz özgələşdirməyə qarşı dirəniş göstərməkdir, milli-insani kimliyimizi formalaşdırmaqdır. İnam xalqı yaratmaq – cəhalətə son vermək, İnsanlaşma Yolundakı Qaranlıqları yarmaqdır. Milli Birliyə yetmək, ədalətli toplumsal nizama varmaq, dünyada öz yerini tapmaq, qorumaq! Bunun üçün ruhlu, qüdrətli insanlar gərəkdir. Umacaqsız, özündənkeçən oğullar, qızlar böyüməlidir. Bu böyük yoldur, bu böyük savaşdır, bu böyük gələcəkdir…
Ocağın bu ili Kamilləşmə İli adlanır. Belə adlandırdıq. Günsıra vizitlərimizi hazırladıq, Ocağımıza sunduq, soydaşlarımıza da sunuruq.
İlaydın, dəyərli soydaşlarımız. Hər birinizə yeni uğurlar, başarılar diləyirik.

Atamız Var olsun!

Mütləqə İnam Ocağı

 Günəş Ayı, 39-cu il. Atakənd.
(mart, 2017. Bakı).

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv