Türkel Araşdırma Qurumu toplantı keçirib

 Türkel Araşdırma Qurumunun Mətbuatla Əlaqə Odasının Məlumatı
24 Yağış Ayı, 33-cü ildə (noyabr, 2011) Türkel Araşdırma Qurumunun növbəti toplantısı keçirilib. Toplantıda Qurumun fəaliyyəti, “Güney Azərbaycanın Azadlıq məsələsinə konseptual baxış” mövzusunun üçüncü hissəsi və cari məsələlər təhlil edilib. “Güney Azərbaycanın Azadlıq məsələsinə konseptual baxış” mövzusunun növbəti görüşdə müzakirə ediləcək əsas istiqamətləri müəyyənləşdirilib. TAQ eyni zamanda indi bölgədə baş verən proseslərin mahiyyətinə toxunub. Yaxın günlərdə daha ətraflı müzakirə oxuculara təqdim olunacaq.
Bölgədə aktivləşən siyasi proseslərə, Qərbin İrana bağlı yürütdüyü siyasətə və Azərbaycan Respublikasının İran adlanan dövlətə yönəlik tutduğu mövqeyə aydınlıq gətiriləcək. Yurdumuzun taleyində yaranan ictimai-siyasi dəyişikliklər TAQ-ın öz meyarı və açımı ilə qiymətləndiriləcək.

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv