Asif Ata. İnsan Şəri

Riyalı məhəbbət! Boyalı məhəbbət! Qondarma əzəmət! Uydurma səadət!
Cəsarət libasında cinayət! Ləyaqət libasında qəbahət! İlkinlik libasında çirkinlik! Doğruluq libasında əyrilik! Nicat libasında əsarət! Ədalət libasında məşəqqət! Cəfakeşlik libasın­da müstəbidlik! Cəngavərlik libasında cahangirlik! Xalqsevər­lik libasında zorsevərlik!
Quyu qazmaq məharəti! Yazı pozmaq məharəti! Fitnəkar əməli! Zülmkar əməli!
Zahirin batinə yadlığı! Sözlərin niyyətə yadlığı!
Yanılma uçurumu! Aldanma uçurumu! Mərhəmət biçimində əsarət. Doğmalıq biçimində düşmənlik. Analıq biçimində yamanlıq. Atalıq biçimində zalımlıq. Ardını oxu »

Xaliq Bahadır. Tanıtım anıları

 

Çağında, gecəli-gündüzlü yaşam içində, anlamlı-anlamsız, gərəkli-gərəksiz qaç-qov axarında illərin necə keçib getdiyini bilmək olmur. Çağlar ötür, axar ağırlaşır, asta-asta sular axır, durulur. Sular durulduqca öncələr çox da önəmsəmədiklərini asta-asta axıb durulan sular sayağı asta-asta anır, andıqca önəmsəyir, önəmsədikcə öncələr üstündən eləcə ötüb keçdiklərinə qayıdır, qayıtdıqca hamısında olmasa da, bir çoxunda yeni-yeni yaşam yaşantıları, yeni-yeni yaşantı çalarları bulursan: retro filmə baxmağa bənzər görsənişlər… Ardını oxu »

Asif Ata. İnsan Xeyiri

Mütləqi tanımaq! Ulunu tanımaq! Ruhlunu tanımaq!
Torpaqda doğmalıq kəşf etmək! Dağlarda ucalıq kəşf etmək! Ürəyi riqqətə gətirmək! Üzü şəfəqə bürümək!
Peyğəmbəranə söz müqəddəsliyi! Aşiqanə göz müqəd­dəs­liyi! Ata müqəddəsliyi! Ana müqəddəsliyi! And müqəddəsliyi! El müqəddəsliyi! Ev müqəddəsliyi! Vəcd müqəddəsliyi! Ehtizaz müqəddəsliyi! Dil müqəddəsliyi! Sirr müqəddəsliyi! Ülviyyət müqəddəsliyi! Mütləqlə görüş müqəddəsliyi! Ardını oxu »

Başsağlığı

Asif Atanın Mütləqə İnam Ocağı Ocaqdostu Famil bəyə anası Nazilə xanımın ölümü ilə bağlı ailəsinə, yaxınlarına, dostlarına dərin hüznlə başsağlığı verir.
Balalarında, Yurdunda, Ulusunda yaşasın!

        “Matəm üstə Mütləqlə Təmas”

Ölən – Əzəlidə qalır.
Əbədidə qalır.
Sonsuzda qalır.
Kamildə qalır.
Üzlərdə qalır.
Gözlərdə qalır.
Dodaqlarda qalır.
Xalqda qalır.
Ölən – Gerçəklikdən gedir – Mənada qalır.

Ardını oxu »

Asif Ata. İnsan Qəbahəti

Mütləqdən ayrılmaq. Müqəddəslikdən ayrılmaq. Həqiqətdən ayrılmaq. Ədalətdən ayrılmaq. İlkinlikdən ayrılmaq. Ruhani­likdən ayrılmaq. Heyrətdən ayrılmaq. Həsrətdən ayrılmaq. Cürətdən ayrılmaq. Tarixdən ayrılmaq. Qəhrəmanlıqdan ayrıl­maq. Fədakarlıqdan ayrılmaq. Aşiqlikdən ayrılmaq. Dahilikdən ayrılmaq. Ülvi yollardan ayrılmaq. Vüsaldan ayrılmaq. Ardını oxu »

Xaliq Bahadır. Türklük ayrıca sivilizasiyadır

Bir “professor” belə uydurma tezislə çıxış eləyib: “Türk millət deyil, ümmətdir”. Avropadan yayınlanan bir televizya bu uydurmanı əlüstü tirajlayıb. Burası olduqca ilginc görsənişdir: Azərbaycan kimi müsəlman ölkələrindəki hüquqsuzluğa, dərəbəyliyə, mənliyin alçaldılmasına dözməyərək ölkədən gedənlər var-dövləti aşıb-daşan ərəb ölkələrinə deyil, Avropaya, Amerikaya, başqa sözlə, sevmədikləri, bəyənmədikləri xristian ölkələrinə üz tuturlar. Sonra da bir çoxları orada ərəblik-müsəlmanlıq yolçuluğu yapır, ərəblik-müsəlmanlıq ideologiyasının qızğın carçıları rolunda çıxış edirlər.

Yeri gəlmişkən, Qazaxıstandan olan blogerin sosial şəbəkədə yayılmış çıxışına görə, bir sıra ərəb dövlətləri müsəlmanlıq propaqandası üçün açunun dörd bir yanında jurnalistlərə, blogerlərə çoxlu pul verirlər. Ola bilər, sözümüz yoxdur, pulları çoxdur, verirlər: neft-qaz milyardları bir yana, təkcə Kəbədə həcc ziyarətindən ildə 20 milyard dollardan artıq pul yığılır. Kəbənin yiyəsi öz çağında demişdi: “Elm öyrənmək cənab Allahın yanında namazdan, orucdan, həccdən, cihaddan üstündür”. Siz bunu indiyədək Azərbaycandan tutmuş ta Ərəbistana gedib çıxanacan bir din böyüyünün dilindən eşitdinizmi? Eşitməzsiz, eşidə bilməzsiz-bilim (elm) gözü açır, düşüncəni dirildir, o üzdən bilimə çağıran belə örnəklərin 1400 ildən anarı tutulması gərəkli bilinir. Başqa sözlə, bilim qorxulu düşmən, cəhalət əlverişli arxadaş sayılır. “Cəhalət yenilməsi gərəkən ən böyük düşməndir”, deyən Atatürkü bir çox din böyüklərinin düşmən gözündə görməyi buna görədir. Ardını oxu »

Asif Ata. İnsan Ləyaqəti

İdeala heyrət. Gözəlliyə heyrət. Mütləqlə vəhdət.
Zamana sığmamaq. Mühitə sığmamaq.
Yalansızlıq. Ehkamsızlıq. Xülyasızlıq. Cəhalətsizlik. Cinayət­­­sizlik.
Tək yanmaqdan çəkinməmək.
Yırtıcılıq üzərində qələbə. Xudpəsəndlik üzərində qələbə. Qorxaqlıq üzərində qələbə. Hərcayilik üzərində qələbə. Məkr, fitnə üzərində qələbə. Ətalət üzərində qələbə.
Həqiqət eşqi. İdrak eşqi. Xeyir eşqi. Təbiət eşqi.
Vətənsevərlik. Bəşərsevərlik. Ardını oxu »

İnamlı Atalı. İnsanlaşmağın gərəkliyi

Asif Atanın “Mütləqə İnam” Bitiyində “İnsan” əsəri var. Bu əsərdə, dünyaya göz açan insanın ana qucağından başlayaraq dünyanı tanıması izah olunur. Biz də Asif Atanın bu əsərindən insan-dünya münasibətlərinin inkişaf mərhələlərini araşdırıb öyrənməyə çalışırıq. İnsan dünyaya göz açır, böyüyür, müşahidələr aparır, dünya ilə dünyadakıların birliyini anlamağa çalışır. İnsan görür ki, dünyadakı cisim və olaylar bəsit, sönük, etkisiz deyildir. Onlar özünəxas özəlliklərlə (əlamətləri, nişanələrilə) izlənir. Bu özəlliklər olmasaydı, cisimlər sadəcə kütlə yığınından, olaylar isə quru görsənişlərdən başqa bir şey olmazdı. Cisim və olaylar özlərini əlamətləri ilə bildirir, bir-birinə özünəxas əlamətləri ilə qarşılıqlı etki göstərirlər. Ardını oxu »

Asif Ata. Özünə sığmayan dünya

Günəş səmaya sığmır. Dilək ürəyə sığmır. Dəniz məcraya sığmır. Ruh bədənə sığmır. Səs sinəyə sığmır. Fikir sözə sığmır. İnsan ölümə sığmır. Ömür taleyə sığmır. Səda sükuta sığmır. Gecə zülmətə sığmır. İnsan özünə sığmır. Bəbək gözünə sığmır. Çiçək çöllərə sığmır. Meyvə budağa sığmır. Ayaq yollara sığmır. Qartal dağlara sığmır. Heyrət tərifə sığmır. Qüdrət tarixə sığmır. Pələng meşəyə sığmır. Zəka ağıla sığmır. İgid qorxuya sığmır. Müdrik dövrana sığmır.
Körpə bələyə sığmır. Aşiq bəlaya sığmır. Qəzəb acığa sığmır. Dalğa dənizə sığmır. Çalğı pərdəyə sığmır. Atəş daxilə sığmır. Kəlmə dodağa sığmır. Maral oylağa sığmır. Vüqar dağlara sığmır. Sellər çaylara sığmır. Əllər əllərə sığmır. İsmət qiymətə sığmır. Ardını oxu »

Paşa Talıblı. Şeirlər

                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                     Yetənə sofu deməzlər…

… cəmi – aşiqlərin cəmi neçədi?
Məndən soran olsa cəm ustasıyam…
… gülgün şərab üçün badə gərəkdi!
Badə nədi, yahu, cam ustasıyam…

 

… yaraşır hay əyri, haray dikinə!
Mən hər gün, hər saat, hər ay tikirəm –
bağlı könüllərə saray tikirəm,
tikməyin dostuyam, həm ustasıyam…

 

Paşam der, sofudu ruhu təmizlər…
… qulun da haqqı var, haqqı yeməzlər!
… yetənə qəm dostu, sofu deməzlər!
Mən dərviş deyiləm, qəm ustasıyam…

 


Gecə məşqi…
Ardını oxu »

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv