Archive for the ‘Türk Dünyası’ Category

Günev Atalı. Ümidləşən İnamım

Mütləqim, Müqəddəsim, Ulu Peyğəmbərim Asif Ataya – İnam Ataya Ali Səcdə ilə! İnamla yaşamaq – hüdudsuz fərəhimdir! Yaşamın dəyişə biləcək imkanına ümidimdir. Asif Atanın, Mütləqə İnam Ocağının, Ocaq Evladlarının bir ömür zəhmətlərinin boşuna getməyəcəyini görümümdür. Atdığım hər addımın bəhrə verəcəyi mənə bəri başdan gün kimi aydındır. Dünyadakı Mütləqi görürəm, Mütləq öz əlamətləriylə üzümə gülür, balam […]

Yas Mərasimi – 28 Aprel (Asif Atanın çıxışı)

…Köhnə təqvimlə e.ə.VI əsrdə Azərbaycan xalqının müstəqil dövlət Ocağı söndü. 2400 il təxminən bundan əvvəl Qədim Midiya, Asiyada birinci dövlət sayılan, bəşərin ən qüdrətli dövlətlərindən biri, möhtəşəm adlanılan, özünəbənzər adlandırılan, yerə-göyə sığmayan qüdrətli Maq ölkəsi adlandırılan Midiya süquta uğradı. Astiaqın nökəri fars Kir Keyxosrov öz sabahına xəyanət elədi. Ona qarşı üsyan yaratdı və Midiya fars […]

Soylu Atalı. Zəkanın demədikləri

(Fridrix Nitsşenin “Antixrist” kitabına yönəlik düşüncələr) Bu günlərdə Fridrix Nitsşenin “Antixrist” kitabını oxudum. Kitabın dilimizdə hazırlanmasında əməyi olanlara sayğımı sunuram. Ancaq həm də ərk edib irad bildirmək istəyirəm. Nə çevirən, nə də redaktor yerində olmayıb. Sətri çevirmə olduğundan məzmun o qədər dolaşır, düşüncələri tutmaq çətin olur. Cümlələr uzun, cümlə üzvləri bir-birinin yerinə keçir. Bir Sözlə, […]

Asif Ata. İnsan Şəri

Riyalı məhəbbət! Boyalı məhəbbət! Qondarma əzəmət! Uydurma səadət! Cəsarət libasında cinayət! Ləyaqət libasında qəbahət! İlkinlik libasında çirkinlik! Doğruluq libasında əyrilik! Nicat libasında əsarət! Ədalət libasında məşəqqət! Cəfakeşlik libasın­da müstəbidlik! Cəngavərlik libasında cahangirlik! Xalqsevər­lik libasında zorsevərlik! Quyu qazmaq məharəti! Yazı pozmaq məharəti! Fitnəkar əməli! Zülmkar əməli! Zahirin batinə yadlığı! Sözlərin niyyətə yadlığı! Yanılma uçurumu! Aldanma uçurumu! […]

Xaliq Bahadır. Tanıtım anıları

  Çağında, gecəli-gündüzlü yaşam içində, anlamlı-anlamsız, gərəkli-gərəksiz qaç-qov axarında illərin necə keçib getdiyini bilmək olmur. Çağlar ötür, axar ağırlaşır, asta-asta sular axır, durulur. Sular durulduqca öncələr çox da önəmsəmədiklərini asta-asta axıb durulan sular sayağı asta-asta anır, andıqca önəmsəyir, önəmsədikcə öncələr üstündən eləcə ötüb keçdiklərinə qayıdır, qayıtdıqca hamısında olmasa da, bir çoxunda yeni-yeni yaşam yaşantıları, yeni-yeni […]

Asif Ata. İnsan Xeyiri

Mütləqi tanımaq! Ulunu tanımaq! Ruhlunu tanımaq! Torpaqda doğmalıq kəşf etmək! Dağlarda ucalıq kəşf etmək! Ürəyi riqqətə gətirmək! Üzü şəfəqə bürümək! Peyğəmbəranə söz müqəddəsliyi! Aşiqanə göz müqəd­dəs­liyi! Ata müqəddəsliyi! Ana müqəddəsliyi! And müqəddəsliyi! El müqəddəsliyi! Ev müqəddəsliyi! Vəcd müqəddəsliyi! Ehtizaz müqəddəsliyi! Dil müqəddəsliyi! Sirr müqəddəsliyi! Ülviyyət müqəddəsliyi! Mütləqlə görüş müqəddəsliyi!

Başsağlığı

Asif Atanın Mütləqə İnam Ocağı Ocaqdostu Famil bəyə anası Nazilə xanımın ölümü ilə bağlı ailəsinə, yaxınlarına, dostlarına dərin hüznlə başsağlığı verir. Balalarında, Yurdunda, Ulusunda yaşasın!         “Matəm üstə Mütləqlə Təmas” Ölən – Əzəlidə qalır. Əbədidə qalır. Sonsuzda qalır. Kamildə qalır. Üzlərdə qalır. Gözlərdə qalır. Dodaqlarda qalır. Xalqda qalır. Ölən – Gerçəklikdən gedir – Mənada qalır.

Asif Ata. İnsan Qəbahəti

Mütləqdən ayrılmaq. Müqəddəslikdən ayrılmaq. Həqiqətdən ayrılmaq. Ədalətdən ayrılmaq. İlkinlikdən ayrılmaq. Ruhani­likdən ayrılmaq. Heyrətdən ayrılmaq. Həsrətdən ayrılmaq. Cürətdən ayrılmaq. Tarixdən ayrılmaq. Qəhrəmanlıqdan ayrıl­maq. Fədakarlıqdan ayrılmaq. Aşiqlikdən ayrılmaq. Dahilikdən ayrılmaq. Ülvi yollardan ayrılmaq. Vüsaldan ayrılmaq.

Xaliq Bahadır. Türklük ayrıca sivilizasiyadır

Bir “professor” belə uydurma tezislə çıxış eləyib: “Türk millət deyil, ümmətdir”. Avropadan yayınlanan bir televizya bu uydurmanı əlüstü tirajlayıb. Burası olduqca ilginc görsənişdir: Azərbaycan kimi müsəlman ölkələrindəki hüquqsuzluğa, dərəbəyliyə, mənliyin alçaldılmasına dözməyərək ölkədən gedənlər var-dövləti aşıb-daşan ərəb ölkələrinə deyil, Avropaya, Amerikaya, başqa sözlə, sevmədikləri, bəyənmədikləri xristian ölkələrinə üz tuturlar. Sonra da bir çoxları orada ərəblik-müsəlmanlıq […]

Asif Ata. İnsan Ləyaqəti

İdeala heyrət. Gözəlliyə heyrət. Mütləqlə vəhdət. Zamana sığmamaq. Mühitə sığmamaq. Yalansızlıq. Ehkamsızlıq. Xülyasızlıq. Cəhalətsizlik. Cinayət­­­sizlik. Tək yanmaqdan çəkinməmək. Yırtıcılıq üzərində qələbə. Xudpəsəndlik üzərində qələbə. Qorxaqlıq üzərində qələbə. Hərcayilik üzərində qələbə. Məkr, fitnə üzərində qələbə. Ətalət üzərində qələbə. Həqiqət eşqi. İdrak eşqi. Xeyir eşqi. Təbiət eşqi. Vətənsevərlik. Bəşərsevərlik.

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv