Xaliq Bahadır. Yenilməz Məhəmməd Əmin

Ölkədə NUHÇIXAN informasiya agedntliyi də varmış. Agentlik bildirir: “Prezident İlham Əliyev dekabrın 30-da Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb”.Bunlar yağışdan sonra göbələk kimi çıxan rejimə bağlı agentliklərdir. Nəyə görəsə, bunların dil bilgisi, daha doğrusu, bilgisizliyi bir-birinə çox oxşayır. Elə bil hamısı bir əldən çıxır.

Verilən sorağın başlanğıcına baxın: “”Prezident İlham Əliyev dekabrın 30-da Məhəmməd Əimin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb”. Bəlli olduğu kimi, belə “yüksək ranqlı” informasiyalar yayımlananadək ən azı bir neçə əldən keçir. Keçir, ancaq hakimiyətdə geniş yayaılmış intellekt yoxsunluğu üzündən başlanğıcdan sonadək necə var elə də qalır- düzəliş edilmədən. Hakimiyət nə gündədirsə, 30 il boyunca yetişdirdikləri (burada, jurnalistika) da o gündədir. Başlıca amac nədir? Necə olur olsunpul qazanmaq. Pul isə çox asanlıqla qazanılır- hakimiyətə gözübağlı qulluq yolu tutub çoxlu qrant almaqla.

Düzəlişin nercə olmalı olduğuna baxaq: “Prezident İlham Əliyev Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin keçirilməsi üçün dekabrın 30-da sərəncam imzalayıb”. Agentliyin bildirdiyiniə görə, 140 illik dekabrın 30-da keçirilməli imiş. Agentlik o bildirinin ardınca toplumu “sərəncamla” tanış edir:

“2024-cü ilin yanvar ayında görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyi tamam olur.

Məhəmməd Əmin Rəsulzadə XX əsrin ilk onilliklərində böhranlı geosiyasi şəraitdə Azərbaycanda müstəqillik idealının gerçəkləşdirilməsi və milli dövlət quruluşunun dirçəldilməsi yolunda böyük xidmətlər göstərmiş şəxsiyyətlərdəndir. Onun istiqlal məfkurəsi öz mənbəyini doğma xalqının çoxəsrlik yaddaşında kök salmış milli azadlıq düşüncəsindən alırdı. Məhəmməd Əmin Rəsulzadənin dövrün salnaməsinə çevrilən parlaq publisistik, siyasi, ədəbi-tənqidi və elmi irsi Azərbaycanın ictimai fikir tarixində xüsusi yer tutur. Uzun illər ərzində mühacirətdə də o, müstəqil Azərbaycan arzusu ilə yaşamış və mübarizə aparmışdır…”

Buradakı dil, sözsüz, Agentliyin dili deyil, dövlətin başında duran, dövlət dilini özünün Agentliyi kimi bilən (ərəb-fars sözləriylə dolu əskidən əski bir dil!) hakimiyət komandasının dilidir. Yeri gəlmişkən, “sərəncam” farscadır, bizim dildə buyruq, göstəriş deməkdir.. Dillə bağlı deyəcəklərimizi burada bitiriub göstərişin özünə, özlüyünə keçək.

Göstərişdə M.Ə.Rəsulzadənin yaşanağı (yaşanaq- bioqrafiya) baxımından bizim üzərində ayrıca dayanacağımız iki önəmli vurğulama var. Birinci, “XX əsrin ilk onilliklərində böhranlı geosiyasi şərait”. O “böhranlı şərait” nə idi? Birinci dünya savaşı olmuş, o savaş sonucunda çağın ən güclü imperiya dövlətləri dağılmış, dünyanı yenidən bölüşdürməyə yönəlik bir çox addımlar atılmış, savaşdan üstün çıxan dövlətlər yeni imperialist planlara baş vurmuşdular.

Savaşdan üstün çıxmış Antanta dövlətlərinin (İngiltərə, Fransa, Rusiya) onlarla birgə olan Amerikanın yeni imperialist planlarında Türk ölkələri (Türkiyə, Qacarlar İranı, Quzey Azərbaycan) antiTürk politikalar ayrıca yer tuturdu. Böyük Atatürkün ortaya çıxması Türkiyəni imperialist planlara uyğun bütünlüklə parçalanmadan qurtardı. Qacarlar dövlətini yıxan güc onun yerində Fars dövləti qurdu. Quzey Azərbaycanı parçalamaq yoluyla burada qondarma “Ermənistan” yaradıldı. Azərbaycanı tutmuş ingilis komandanlığı başında M.Ə.Rəsulzadənin durduğu Milli şuranın qarşısına İrəvanın başkənd olaraq ermənilərə verilməsi buyruğunu qoymuşdu. Azərbaycan Antanta dövlətlərinin təpədən dırnağadak yaraqlandırıb donatdığı qaniçən erməniliyin qarşısında polisi, ordusu olmayan əliyalın varlıq yerindəydi. Bütün Azərbaycanı qan içində boğmağa yüklənmiş arxalı köpəyi- erməniliyi yalnız İrəvanı verməklə toxtatmaq olardı. Milli şura ölkəni tutulmaqdan, xalqı qırğından qorumaq üçün İrəvanı verməkdən başqa yol bulamadı. O çağkı “böhranlı geosiyasi şərait”, o “şəraitin” doğurduğu çıxılmazlıq çox qısaca anlatımla bu demək idi!

O çıxılmaz “şəraitin” indi, 30 il sonra, anlaşılması istər-istəməz bir çox ilginc sorular doğurur. Ən başlıcası, nə üçün indi? Son 30 il boyunca Məhəmməd Əmin kimi gerçəkdən Ulu Öndəri aşağılama, gözdənsalma kampaniyasına ara verilmədi. Başlıca suçlama isə “İrəvanı satdı” oldu. Bizim 30 il boyunca faktlara dayanaraq yazdığımız qarşılıq yazıları görməzdən gələrək dediklərini dedilər: “Milli şura, ADR hökuməti İrəvanı satdı”.

İkinci vurğu: “… Azərbaycanda müstəqillik idealının gerçəkləşdirilməsi və milli dövlət quruluşunun dirçəldilməsi yolunda böyük xidmətlər göstərmiş şəxsiyyətlərdəndir”. Milli şura Məhəmməd Əmin başçılığında Azərbaycanda bağımsızlıq (ərəbcə- müstəqillik) idealını gerçəkləşdirmişdi- burası doğrudur. Məhəmməd Əmin bəy bununla bağlı yazırdı: “Rusiya idarəsindəki müsəlmanlara türk dedirtmək qazanılmış bir davadır. Yalnız türk sözü yox, Azərbaycan adı da qazanılmışdır”. Bu bir neçə sözdən də Məhəmməd Əminin, eləcə də başında durduğuMilli şuranın Azərbaycanı hansı çətinliklərlə haradan haraya gətirdiyini anlamaq olar.

Məhəmməd Əmin 1917-ci ildə özünün “Açıq söz”  qəzetində yazırdı: “Nə xoşbəxtəm mənim dilim Türk dilidir”. Onun başında durdiuğu Milli şura ADR qurulandan azacıq sonra, 1918-ci il iyinin 27-də, dilimizin adını özünə qaytardı- Türk dili.

Türklüyə yağı Sovet dövləti çoxsaylı “pantürküst” damğalı repressiyaların sonucunda- 1936-cı ildə dilimizin adını “Azərbaycan dili” deyə geriyə çevirdi. AXC hakimiyəti dilimizin adını yenidən özünə qaytardı. 1995-ci ildə bir daha geriyə dönüş yoluyla dilimizin adı dəyişdirildi-  “Azərbaycan dili”. O çağlar mənim “Azadlıq” qəzetində Məhəmməd Əmin ideyaları- dillə bağlı yazılarım çıxırdı. Bir filologiya elmləri doktoru, professor “alim” gərəkən “şərait” yetişdiyini görərək, “Azadlıq” qəzetinə, baş redaktor G.Tahirliyə böyük bir məktub göndərmişdi. “Alim” məktubunda məni “pantürküst” adlandırır, bu azmış kimi, mənim “pantürküst” olaraq cəzalandırılmağımı istəyirdi. Bəlli olduğu kimi, 37-lərdə  qaniçən Stalin “pantürküst” damğası vurulanlara iki cəza bəlirləmişdi: 1) güllələnmə; 2) Sibirə sürgün. Sovet dövləti dağıldığından məni Sibirə sürgün etmək olamazdı. Sözsüz, bir çox dərsliklərin yazarı olan o “alim” bu variantın baştutmaz olduğunu bilirdi, qalırdı birinci variant…

“… nilli dövlət quruluşunun dirçəldilməsi yolunda böyük xidmətlər göstərmiş şəxsiyətlərdəndir”. Kim? Məhəmməd Əmin! Burası doğru deyil; Məhəmməd Əmin “milli dövlət quruluşunu dirçəltməyib, dirçəldə bilməzdi. Nədən, nə üçün, niyə? Dirçəltmək üçün adına “milli dövlət quruluşu” deyilən nəsnənin özü gərək idi, o isə, bəlli olduğu kimi, yerli-dibli yox idi. Elədə nə görəkirdi? O nəsnəni yoxdan vara çevirmək, başqa sözlə, yaratmaq. Qısqanclıq nəyə gərək? Məhəmməd Əmin yoxdan Varlıq yaratdı- dünyada tayı olmayan bir Varlıq: Azərbaycan Demokratik Respublikası!

Söz yox, o çağlar Avropada bir sıra demokratik dövlətlər vardı, ancaq onların demokratiyaları yarımçıq idi. Azərbaycanda Parlamentar Respublika qurulmuş, qadınlara kişilərlə birgə seçib-seçilmək hüququ qazandırlmışdı. (Avropada qadınlara kişilərlə bir seçib-seçilmək hüququ ADR-dən çox sonra, daha çox 60-cı illərdə verilmişdi).

Yaxın yoldaşları Məhəmməd Əminin prezident olmasını istəmiş, o isə demişdi: “Xalqımız şahsevəndir, biz Parlamentli Respublika yoluyla xalqımızı kollektiv idarəçiliyə öyrətməliyik”. Böyüklük, ucalıq, üstünlük  belə olur!O, taysız böyüklüyün, o, taysız ucalığın, o, taysız üstünlüyün dəyişməz adı Məhəmməd Əmindir!!

P.S. Azərbaycan dilinin açıqlama sözlüyündəDİRÇƏLMƏK sözünün anlatımı belədir: Öncəki durumuna baxmış yaxşılaşdırmaq, yavaş-yavaş gücü özünə qayıtmaq, bərkimək… Buradan da göründüyü kimi, Məhəmməd Əmin nəyinsə üzərinə qonmamış, bütün Doğu dünyasında tək, Avropa demokratiyasından isə daha üstün Demokratiya- Ulusal (milli) Demokratik Dövlət qurmuşdu!

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv