ASİF ATA OCAĞI BÖLGƏDƏ GƏNCLƏRLƏ YENİ GÖRÜŞ KEÇİRİB

Ürəyinizdə günəş olsun, sayğılı yurddaşlarımız!

Bildirdiyimiz kimi, Asif Ata Ocağının ideya quruculuğu və yayıcılığı işi bir neçə yöndə inkişaf etdirilir. Bu yönlərdən ən əsas yeri Ocaq tədbirlərində “Özüylədöyüş” ideyasına əməl olunması və Ocaqçının mənəvi, idraki kamilliyinin yüksəldilməsi tutur. İkinci xətt isə Bakıda və bölgələrdə gənclərlə fərdi və kütləvi görüşlər keçirməkdir. Hesab edirik ki, insanlarımızın mənəvi, idraki yüksəlişi bütün sorunların açarı deməkdir. Qarışıq dünyada, qarışıq gedişatın etkisində çaşmalar artıq xarakterik şəklə düşüb. Vətən övladı şüurlu ömrünü necə bir həyata həsr edir; burada onun yönü nə olacaq, milli kimliyini necə tanıyacaq, tanıyacaqmı, ulusal qoruyuculuq gücü olan dəyərlərə sahib çıxacaqmı – bütün bunlar həyatımızın ən böyük sorunu, ən böyük sorğusudur. Bu gün bu cür neqativ hallara qarşı hərtərəfli dirəniş göstərmək üçün sistemli şəkildə ideya gücü olan yalnız bir hadisə var – bu, Asif Atanın Mütləqə İnam Ocağıdır. Bu səbəbdən də sağlam düşüncəli aydınlarımızın diqqəti Ocağa yönəlməlidir. Ocaq ideyaları ilə öyrənmək, öyrətmək bizi, milliliyə və mənəviliyə qarşı yönələn basqılardan qoruya bilər. Biz, Ocaq olaraq, bütün insanlarımızı bu durumu dərk etməyə çağırırıq. Ocaq ideyaları Azərbaycanı tanıdır, onun dəyərlərini ağıllarda qoruyur. Biz bu çağırışları təkcə yazılarla, nəzəriyyə ilə eləmirik, insanlarımızla canlı olaraq üz-üzə gəlib yönəltməyə çalışırıq. Bu çalışmanın bir örnəyi bu ayın 19-da gerçəkləşmişdir. Belə ki, Asif Ata Ocağının Yükümlüsü Soylu Atalı Sabirabad rayonunda yenidən çoxsaylı gənclərlə görüş keçirmişdir. Görüşü Ocağın Evladı İnamlı Atalı təşkil etmişdir. Onlardan başqa bu görüşə Göylü Atalı və Ocaqdostu İlham Mustafa da qatılmışdır. Səfər millətsevər aydın İlham Axundun fədakarlığı sayəsində gerçəkləşdi. O, özünün şəxsi avtomobili ilə Ocaqçıları bölgəyə apararaq görüşün baş tutmasına yardımçı oldu.
Görüşdə gənclərə və öyrətmənlərə Ocaq ədəbiyyatları bağışlandı.

Köçəri Ayı, 36-cı il. Atakənd.
(fevral, 2015. Bakı.)

IMG_0878

IMG_0881

IMG_0887

IMG_0891

IMG_0882

IMG_0893

IMG_0898

IMG_0897

IMG_0925

IMG_0927

IMG_0934

IMG_0946

IMG_0946

IMG_0957

IMG_0961

IMG_0983

IMG_0997

IMG_1003

IMG_1006

IMG_1012

IMG_1009

IMG_1016

IMG_1021

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv