Archive for the ‘Türk Dünyası’ Category

Asif Ata. Ədalət – Zülm

Ədalət  həyatda öz müxtəlif nişanələriylə təzahür edir. Zülm həyatda köklü, əsaslı, davamlı hadisə kimi təzahür edir. Ədalət zülmlə döyüşür, ancaq zülmə qələbə çala bilmir, zülm həyatdan silinmir, öz biçimini dəyişdirir və  yaşayır. Son nəticədə həyatda ədalətin təzahürü artır, ancaq zülmün kökü kəsilmir. Zülm həyatı tərk etmir. Ədalət deyir ki, dünya hamınındır, bu səbəbdən də hamının […]

Nurtəkin Atalı. Ocaqlaşan talelər

Ocaqda hər bir ünsiyyət doğmalaşmaqdır; Eyni halda milli şüurun inkişaf yollarını birgə aramaq və ona təkan verməkdir; Hər görüşdə paylaşırıq düşüncələrimizi, duyğularımızı, ağrılarımızı; Yol açmaqdır çıxılmazlıqlara. Birləşməkdir, möh-kəmlənməkdir bu yolda. Birləşirik kədərdə, qayğıda, ümiddə;. Çünkü birləşməsən çıxa bilməzsən əsrlərin yükünə çevrilən problemlərdən; Yollar ideya ilə başlayır, düşüncələrlə, əməllərlə davam edir; (Bu gün çox şeylər imkansız […]

Asif Ata. İnam – Şübhə

İnam həyatda əbədi, sonsuz, kamil mahiyyət görür. Şübhə həyatda yalnız keçici, ölümlü, qeyri-kamil əlamət görür. İnam deyir ki, bütün nöqsanlarıyla yanaşı, həyat təsdiqə layiqdir, çünki o, özündən, görünəndən, təzahür edəndən artıq­dır, böyükdür, yüksəkdir, onun keçiciliyinin arxasında sonsuz­luq, qeyri-kamilliyinin arxasında kamillik dayanır. Şübhə deyir ki, həyatda əbədi, sonsuz, kamil heç nə yoxdur, bu səbəbdən də o, […]

Soylu Atalı. Borçalının taleyini düşünəkmi!?

Uzun aralıqdan sonra bu günlərdə Borçalıya səfərim oldu. 2019-cu ildə başladılan pandemiyadan üzü bu günədək Azərbaycan dövləti quru yolları bağlı tuturdu. May ayından Azərbaycanla Gürcüstan arasında dəmir yolunun işə salınmasına baxmayaraq, yolların yenə də bağlı olmasını deməyə ciddi səbəblər var. Ya bilet tapmaq olumsuzdur, ya da biletlər şişirdilmiş qiymətlərlə satışa buraxılır. Hərçəndi onu da əldə […]

Asif Ata. Müqəddəslik – Hərcayilik

Müqəddəslik – hadisələrin, keyfiyyətlərin, xassələrin əbədi, sonsuz, kamil, mütləq mənasını təsdiq edir. Hərcayilik – hadisələrin, keyfiyyətlərin, xassələrin ölümlü, keçici, qeyri-kamil, nisbi mövcudluğunu təsdiq edir. Bu cəhətdən, müqəddəsliklə hərcayilik bir-biriylə yanaşı yaşayır və vuruşur. Həyat onların heç birinə tam qələbə gətirmir, hər ikisini yaşadır. O, insanın qəlbində yaşayan iki duyğunun – həyatın həyat­dan böyük mənasını qiymətləndirmə meylinin və […]

Ədalət, İnsanlaşma qonusunda söhbət

(Soylu Atalı yazılarını amaldaşlarına oxuyur, ortaya sorular çıxdıqca cavablandırır) Müdriklərin düşüncəsi belədir: maddi üstünlüyünə fərəhlənmə ki, onu itirəndə kədərlənməyəsən. Bu, insanın dünyaya münasibətinə yönəlik çağırışdır. Hər kəs maddi bir şey əldə edəndə sevinir. Bu qaçılmazdır, sevinməsi doğrudur. Ancaq insanların ömründə ruhani fərəh olmadığına görə, həyatdan maddi nə gəlirsə onun fərəhinin qaynağına çevrilir. Ona görə maddi […]

Asif Ata. Saflıq – Günah

İnsan özüylə barışanda, kifayətlənəndə günaha batır. Yırtıcılığıyla barışır – günaha batır! Zorakılığıyla barışır – günaha batır! Zəlilliyiylə barışır – günaha batır! Qəddarlığıyla barışır – günaha batır! Şöhrətpərəstliyiylə barışır – günaha batır! Süniliyiylə barışır – günaha batır! İnamsızlığıyla barışır – günaha batır! Nankorluğuyla barışır – günaha batır! Bədxahlığıyla barışır – günaha batır! Qorxuyla barışır – günaha […]

Talıboğullarının qovuşma günü

Talıblı – 100 …Uzun illər axtarışdan sonra Kəpənəkçidə yaşayan Talıblıların başqa bölgələrdə yaşayan soy qohumlarına qovuşa bildik. Qaraqoyunlu mahalına, Qazağa, Dağ Borçalının Mollaevi kəndinə, Qaraçöp mahalına, Kəpənəkçiyə bölünmüş bu soyun (Talıboğullarının) bir araya gələrək, bir-birini tanıması prosesi birinci aşamada uğurla başa çatdı. İnanıram ki, bu soyu birləşdirən “Talıboğulları” kitabı (tarixi oçerk) hər bir “qol”da öyrənilərək […]

İnamlı Atalı. Özümləşmə Yönündə Axtarışlar

Ürəyinizdə Günəş olsun, sevimli yurddaşlarım! İnsanın Məna yönündə artıb, böyüyüb, yüksəlməsində özünüdərkin böyük rolu vardır. Özünüdərk İnamdan başlanır. İnsana inanasan gərək. Başqa sözlə, İnsanın İnsanlıq Qüdrətinə inanasan gərək. İnsanın görünəndən, bilinəndən artıq, böyük, yüksək olan daxili imkanlarına inanasan gərək. İnsan – işıqdır – qaranlıqları yaran! Bəşər tarixində bu günə kimi insanın tapındığı inamlar nisbi inamlar […]

Asif Ata. Gözəllik – Eybəcərlik

Həyatda tam, bütöv, Mütləq gözəllik yoxdur, həyatdakı gö­zəl­lik nöqsanlıdır, eybəcərlikdən xali deyil, eybəcərliklə yanaşı yaşayır, onunla döyüşür, lakin onu dünyadan həmişəlik poza bilmir. Eybəcərlik həyatda demək olar ki, həmişə gözəlliyin üstünə kölgə salır, onun kamilliyinə xələl gətirir, ümumi ahəngini pozur. Həyatdakı gözəllik demək olar ki, həmişə özündə eybəcərlik gəzdirir. Bu səbəbdən də o, Mütləq Gözəllikdən […]

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv