Həyatda insan özüylə döyüşür, ancaq bu döyüşdə tam qələbə qazanmır, son nəticədə özüylə barışır. Özüyləbarışmada o, gerçəkliyin məntiqinə əsaslanır. “Yırtıcı olmasam, yaşaya bilmərəm, məni parçalayarlar” – deyir. “Xudbin olmasam, yaşaya bilmərəm, başqasının əsarətinə düşərəm” – deyir. “Şəhvəti sevməsəm, yaşamaram, çünki həyat – cismani nəşələnməkdir” – deyir. “Şöhrəti sevməsəm, yaşamaram, çünki həyat özünütəsdiqdir” – deyir. “Yalana […]
Archive for the ‘Türk Dünyası’ Category
Başsağlığı
Oktyabr 14th, 2026
admin Asif Atanın Mütləqə İnam Ocağı Ocaqdostu, Güney Azərbaycan aydını Ağşın Ağkəmərlinin ölümü ilə bağlı ailəsinə, millətimizə başsağlığı verir. Evindən işıq əskilməsin. Balalarında yaşasın. Yurdu, Ulusu var olsun.
Asif Ata. Dostluq – Düşmənlik
Oktyabr 2nd, 2026
admin Həyatda ən yüksək dostluq belə, mütləq səviyyəyə qalxmır. Bu səbəbdən də həyatdakı ən böyük dostluqda belə düşmənlik yaşayır. Əgər insan xudbinlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan həsəd eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan mənfəətpərəstlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən […]
Ağşın Ağkəmərli. Yolçu yolda gərək
Sentyabr 19th, 2026
admin 1965-ci ildə 5 yaşında kənddə məktəbə getmişəm. Bütün dərslər fasca olduğuna görə heç nə başa düşmürdüm. Təkcə mən yox, heç kim heç nə başa düşmürdü. Ancaq məni başqalarından fərqləndirən bir şey vardı, – şeiri bir dəfə eşitməklə öyrənirdim, daha doğrusu, sözlərini əzbərləyirdim. Atam hər ilin qış aylarında kəndə gəlirdi. 1-2 ay qalandan sonra evə gərək […]
Soylu Atalı. Türkün qədim ABEsi (Tamğası)
Sentyabr 17th, 2026
admin 90-cı illərdə Asif Atadan eşitdiyimiz başlıca qonulardan biri millətimizin öz abesinin, (əlifbasının) olması ilə bağlı idi. Ancaq abenin yaranması hər addımda baş tuta bilən asan bir məsələ deyil. Bu üzdən axtarışlar bizi Orxon-Yenisey yazılarının üzərinə aparıb çıxardı. Bəllidir ki, ərəblərin türkləri mənəvi-ruhani işğal eləməsinə qədər türklər arasında bu abe qullanılmışdır. İşğaldan sonra qədim türk abesi […]
Asif Ata. Gerçəklik – İdeal
Sentyabr 11th, 2026
admin Həyat – gerçəkliklə məhdudlaşmır, ideala can atır, ona çatmaq istəyir. Ancaq gerçəklik heç vaxt ideala bərabər olmur. İdeal gerçəklikdə yalnız öz nişanələriylə, əlamətləriylə yaşayır. Həyat ideala yüksələ bilmir. Ancaq həyat gerçəkliklə də kifayətlənmir, onu ideal səviyyəsində görmək istəyir. İdeal gerçəkliyi dəyişdirir, təkmilləşdirir, ancaq bu dəyişdirmə, təkmilləşdirmə nisbi səciyyə daşıyır, mahiyyət etibariylə gerçəklik dəyişmir, onunla ideal […]
Soylu Atalı. Yaşamı yaşadanlar
Sentyabr 10th, 2026
admin Dünya gözəldir. İnsan bu gözəlliyi düşünəndə, duyanda, görəndə yaşayır. Əslində yaşamağın başqa anlamı da yoxdur. İnsan doğulduğu gündən öldüyü günədək öz varlığını anlamağa, kimliyini tanımağa çalışmalıdır. Yoxsa həyat insanın imkanlarını heçə çevirir. Bütün gücünü maddi nemətlər əldə etməyə həsr edən insan bunun heçə çevrilmək olduğunu sözdə deyir, ancaq ömründə bundan imtina edib Dünyanın gözəlliyinə doğru […]
Soylu Atalı. Həyat din ilə alınmır
Sentyabr 2nd, 2026
admin İnsan kimdir, həyat nədir, ölüm niyə var, əbədilik nə deməkdir, ölümsüzlük xəyallardırmı?! – Bəşər övladı bu sonsuz, əbədi sorulara daim cavab axtarır. Bununla bağlı, çoxsaylı nəzəriyyələr, ideyalar işlənib ortaya qoyulur. Ancaq axtarışlar başa çatmır, sorular qapanmır, yenə də davam edir. Düşünürük ki, qapanmayacaq da. Əbədi davam edəcək. Bu sorulara daha çox dini dünyagörüşlər, fəlsəfi araşdırmalar […]
Asif Ata. Azadlıq – Əsarət
Avqust 14th, 2026
admin Azadlıq – insanın ruhani varlıq kimi təsdiqi deməkdir. Əsarət – insanın ruhani varlıq kimi inkarı deməkdir. Azadlıqda ruhanilik – müstəqillik, özünəməxsusluq, özünəsahiblik şəklində aşkara çıxır. Ruhanilik – müstəqillik, özünəməxsusluq, özünəsahiblik deməkdir, çünki onlarsız kamillik, əbədilik və sonsuzluq yoxdur. Əsarətdə insan müstəqilliyini, özünəməxsusluğunu, özünəsahibliyini itirir və bununla da öz ruhani mahiyyətindən məhrum olur, çünki qeyri-müstəqil olmaq […]
İnamlı Atalı. İnsanlaşmağın gərəkliyi
Avqust 8th, 2026
admin Asif Atanın “Mütləqə İnam” Bitiyində “İnsan” əsəri var. Bu əsərdə, dünyaya göz açan insanın ana qucağından başlayaraq dünyanı tanıması izah olunur. Biz də Asif Atanın bu əsərindən insan-dünya münasibətlərinin inkişaf mərhələlərini araşdırıb öyrənməyə çalışırıq. İnsan dünyaya göz açır, böyüyür, müşahidələr aparır, dünya ilə dünyadakıların birliyini anlamağa çalışır. İnsan görür ki, dünyadakı cisim və olaylar bəsit, […]




Posted in
Tags:
