Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız!
Biz böyük Azərbaycan filosofu, Mütləqə İnam Dünyabaxışının peyğəmbəri, bu Baxışın, Ocaq Qurumunun yaradıcısı Asif Atanın (İnam Atanın) anadan olmasının 90 illiyi qarşısındayıq. Bununla bağlı onun davamçıları – Evladları ayrı-ayrı soydaşlarımızın qatqısı ilə törən keçirmişlər. Bu törəndə Asif Atanın ulusal-ruhsal kimliyinə yönəlik, eləcə də onun bu yöndə işlərinin gerçəkləşmə, davametmə məzmununda söz deyilmişdir. Hələ 60-cı illərdə Asif Atanın axtarışlarına, xalqının əsarətdən, mənəvi, siyasi işğaldan qurtuluşuna yönəlik çabalarına aydınlıq gətirilmişdir.
Soylu Atalı. Həyat din ilə alınmır
İnsan kimdir, həyat nədir, ölüm niyə var, əbədilik nə deməkdir, ölümsüzlük xəyallardırmı?! – Bəşər övladı bu sonsuz, əbədi sorulara daim cavab axtarır. Bununla bağlı, çoxsaylı nəzəriyyələr, ideyalar işlənib ortaya qoyulur. Ancaq axtarışlar başa çatmır, sorular qapanmır, yenə də davam edir. Düşünürük ki, qapanmayacaq da. Əbədi davam edəcək. Bu sorulara daha çox dini dünyagörüşlər, fəlsəfi araşdırmalar […]
Asif Ata. Azadlıq – Əsarət
Azadlıq – insanın ruhani varlıq kimi təsdiqi deməkdir. Əsarət – insanın ruhani varlıq kimi inkarı deməkdir. Azadlıqda ruhanilik – müstəqillik, özünəməxsusluq, özünəsahiblik şəklində aşkara çıxır. Ruhanilik – müstəqillik, özünəməxsusluq, özünəsahiblik deməkdir, çünki onlarsız kamillik, əbədilik və sonsuzluq yoxdur. Əsarətdə insan müstəqilliyini, özünəməxsusluğunu, özünəsahibliyini itirir və bununla da öz ruhani mahiyyətindən məhrum olur, çünki qeyri-müstəqil olmaq […]
İnamlı Atalı. İnsanlaşmağın gərəkliyi
Asif Atanın “Mütləqə İnam” Bitiyində “İnsan” əsəri var. Bu əsərdə, dünyaya göz açan insanın ana qucağından başlayaraq dünyanı tanıması izah olunur. Biz də Asif Atanın bu əsərindən insan-dünya münasibətlərinin inkişaf mərhələlərini araşdırıb öyrənməyə çalışırıq. İnsan dünyaya göz açır, böyüyür, müşahidələr aparır, dünya ilə dünyadakıların birliyini anlamağa çalışır. İnsan görür ki, dünyadakı cisim və olaylar bəsit, […]
Asif Ata. Ədalət – Zülm
Ədalət həyatda öz müxtəlif nişanələriylə təzahür edir. Zülm həyatda köklü, əsaslı, davamlı hadisə kimi təzahür edir. Ədalət zülmlə döyüşür, ancaq zülmə qələbə çala bilmir, zülm həyatdan silinmir, öz biçimini dəyişdirir və yaşayır. Son nəticədə həyatda ədalətin təzahürü artır, ancaq zülmün kökü kəsilmir. Zülm həyatı tərk etmir. Ədalət deyir ki, dünya hamınındır, bu səbəbdən də hamının […]
Nurtəkin Atalı. Ocaqlaşan talelər
Ocaqda hər bir ünsiyyət doğmalaşmaqdır; Eyni halda milli şüurun inkişaf yollarını birgə aramaq və ona təkan verməkdir; Hər görüşdə paylaşırıq düşüncələrimizi, duyğularımızı, ağrılarımızı; Yol açmaqdır çıxılmazlıqlara. Birləşməkdir, möh-kəmlənməkdir bu yolda. Birləşirik kədərdə, qayğıda, ümiddə;. Çünkü birləşməsən çıxa bilməzsən əsrlərin yükünə çevrilən problemlərdən; Yollar ideya ilə başlayır, düşüncələrlə, əməllərlə davam edir; (Bu gün çox şeylər imkansız […]
Mənəviyyat ünvanını xalq qıraqda axtarmalı deyil
Sentyabr 29th, 2025
admin
Asif Ata – 90
Sentyabr 25th, 2025
admin Doğmalarıma
Siz Sirli, Sehrli, Qədim və Müqəddəs Dünyanın zərrələrisiniz.
Sizin Təbiət Dünyanızda Dərin və Uca Səmalar, Vüqarlı və Müdrik Dağlar, Günəş Şəfqəti, Meşə Hekayəti, Qar Nağılı, Gecə Möcüzəsi, Səhər Təbəssümü, sonu görünməyən, ürəyimizi özü ilə aparan, Ruhumuzu çağıran Yollar, Qürub Çağının Kədərli Məlahəti, Şimşək Nərəsi, Sel Əzəməti var…
Sizin Analıq, Məhəbbət və Dostluq Dünyanızda beşik başında oxunan Layla Qüdsiyyəti, Ürəklərdən-ürəklərə axan İşıq, Yerin-Göyün Mehr, Heyrət, Vəcd şəfəqinə bürünməsi, Duyğu Bulağının qaynaması, Özünü başqasında tapmaq Səadəti var. Ardını oxu »
Soylu Atalı. Mütləqə İnam Gərəkliyi
Sentyabr 25th, 2025
admin

Ürəyinizdə Ata Günəşi olsun!
Atanın günəşi İnsanlıqdan doğur, İnsanı doğurur, doğruldur. Ata Günəşinin İşığı bütün qaranlıqları yarmaq, bütün məchulları aydınlatmaq üçündür. Bəşəriyyətin min illərdir azadlıq, qurtuluş axtarışları Asif Atanın – İnam Atanın gəlişi ilə həqiqətə yetir. Bu həqiqəti öyrənmək bəşər övladının İnsanlaşma görəvidir, boynunun borcudur.
İnsan niyə doğulur – Dünyaya göz açıb kor baxmaq üçünmü?! Dünyanın sonsuzluq hikmətini dərk eləmədən həşərata çevrilmək üçünmü?! Atalı, analı, qardaşlı, bacılı, dostlu, sevdalı dünyasını İnsaniləşən dünyaya çevirməyib, onlara qarşı həyat uğrunda mübarizə aparmaq üçünmü?!
Bu çağa kimi hər bir dini, fəlsəfi, siyasi “izm”lər sözünü dedi, zəhmət çəkdi, insanı çağırdı, yönləndirdi. Asif Ata bunların hər birinin əməyini qiymətləndirdi, təqdir elədi. Ancaq həm də qınadı, danladı, dışladı. Çünkü insan nisbi azadlığa qovuşdu, nisbi qurtuluş əldə elədi. Özünün kimliyini bütöv şəkildə aşkara çıxara bilmədi, xəlqi yönünü, tarixi aqibətini bəlirləyə bilmədi.
İndi söz Asif Atanındır, yönləndirmək haqqı onun yanındadır. O, İnsanlığın sorunlarını, qurtuluşun sirlərini daha aydın anladır. İnsanı sabaha götürən İşıqlı yol yaradır. Bu Yolda yürümək yeni sivilizasiya, yeni tarix, yeni Gələcək başlamaqdır. İnam Atanın İnam Yolu – əzab Yoludur – Gerçəklikdən artıq yaşamaq, özümləşmək – özünü kamilləşdirmək, Dünyanı əzəli, əbədi saymaq, Dünyanın Mənasına qovuşmaq, İmtinaçılıq tələbindən usanmamaq. Bir sözlə, sözün mütləqilik ölçüsündə İnsanlaşmaq Yolu! Ardını oxu »
Nurtəkin Atalı. Heç bir fəlakət İnamı yenə bilməz
Sentyabr 21st, 2025
admin İnsanilik bayramımız qutlu olsun! İnsanlar həmişə həqiqət axtarışında olublar. Ancaq həqiqəti ömürdə yaşatmaq asan məsələ deyil. Həyatın qayğılarına ilişib həqiqəti unudanlar var, ya da həqiqəti həyatdan üstün bilib onu seçənlər. Necə ayırd etmək olar ki, əsil yaşamaq nədir, necədir. İnsanın özünəxas cəhətləri var. Bu cəhətlər insaniləşdikcə, ruhaniləşdikcə cəmiyyətə zidd ola bilir, qanunlara zidd ola bilir. Çünkü İnsanilik cəmiyyət qanunları ilə uymur. Cəmiyyət onun qanunları ilə yaşayan, tabe olan, onu yaşadan fərd istəyir. Müstəqil, özünə yiyə insanı sevmir. Cəmiyyət insanı elə bir madiyyat burulğanına salır, adam özünə haqq qazandıra-qazandıra bu burulğanda boğulmağa razı olur. Bunu özünün taleyi, aqibəti kimi qəbul edir. Həqiqət adamın gözünü açanda isə görürsən ki, hər şeyi yenmək olar, burulğandan da çıxmaq olar. Yetər ki, özünə inanasan. Bir dəfə verilən ömrü özümlüyünü təsdiq edərək, özünü sevərək, özünə öz gözünlə baxaraq qiymətləndirəsən. Ömrünü cəmiyyət istəyi ilə deyil, Mütləq tələbi ilə qurasan. Cəmiyyət deyir, məndən asılı ol, həyatın düzələcək. Ardını oxu »
Günev Atalı. Fərəhləndirən Gün
Sentyabr 16th, 2025
admin Hər birinizi, xalqımızı, eləcə də bəşəri İnsanilik bayramı münasibətilə qutlayıram. Belə bir xoş əhvalla, belə bir xoş məqamda sizinlə birlikdə olmağımdan qürur duyuram. İnsanilik bayramı ilə bağlı düşüncələrimi bölüşmək istəyirəm.
Amal ömrün Ali mənası olan İnsanlığa aparan yoldur. Özündəki Mütləqə qovuşmaq yoludur. Ömrün hər anında bu istəklə yaşayırsan, özünə nəzarət edir, qüsurlarla döyüşür, arınır, durulur, alnıaçıq yaşayırsan. Dil yalandan, əl haramdan çəkilir. Baxışlara məhrəmlik, əhvala səmimiyyət gəlir. Gözəlliyə, dürüstlüyə heyrətli münasibət ucalıq gətirir ömrə. Yaşamın fövqündə görürsən özünü. Borclu bilirsən özünü yetdiklərini yörəndəkilərə yetirmək üçün. Ardını oxu »
IŞIK KOŞANER. UNUTUYORUZ…
Sentyabr 14th, 2025
admin
Asif Ata. Səcdə
Sentyabr 9th, 2025
admin Mütləq qiymət.
Mütləq mərifət.
Mütləq ləyaqət.
Mütləq inam.
Mütləq etiraf.
Mütləq səmimiyyət.
Balaca “mənin” ölümü.
Xudbinliyin ölünü.
Ruhani naşılığın ölümü.
Vəhşiliyin ölümü.
Özünü özündən böyükdə tapmaq.
İnsanilik. Ardını oxu »
Soylu Atalı.Türklüyün Zəfər Günü qutlu olsun
Avqust 31st, 2025
admin Türkiyədə Ərdoğançı kəsim Atatürkü gözdən salmağın yeni üsulunu işə salıbdır. Guya Atatürk bütləşdirilir. Deməliyik ki, bütləşdirmədə kor bir “pərəstiş” olur. Bu keyfiyyəti də biz ən çox dinə tapınan kütlədə görürük. Bunların münasibətində dərk eləməkdən söhbət gedə bilməzr. Çünkü şüuru zorlanan insanların təfəkkürü ayılmır. (Lütfən, məni yanlış anlamayın. Heç kimin heysiyyatına toxunmaq istəyim yoxdur. Sadəcə düşündüyüm, doğru bildiyim həqiqətləri sizlərlə paylaşmaq istəyirəm. İstəyirəm Atatürkə sevdalı münasibət sərgiliyənlərin fərqini göstərim). Atatürk gerçək bir qurtarıcıdır (xilaskardır). Heç kimin sevgisinə, aldadaraq, soxulmayıb. Yurdu, Ulusu üçün, sözün doğru anlamında, şəhid taleyi yaşayıb.Həm milləti qurtarıb, həm də bu millətə dövlətçilik uğurları verib. Tarixi burada sadalamaq istəmirəm. Hər kəs bilir ki, Osmanlı xarabalıqları üzərində Avropa imperiyası genişlənmək üzrə idi. Yağıların mənfur arzuları gözlərində qaldı. Nədən, çünkü Atatürkdə təfəkkür, cəsarət, özündənkeçmə ərdəmliyi birləşmişdi. Ardını oxu »
İLBER ORTAYLI. BENİM FİLİSTİN DİYE BİR DAVAM YOKTUR…
Avqust 29th, 2025
admin FİLİSTİNLİLERİN TÜRKLERE YAPTIGI ZULÜM VE KÖTÜLÜKLERDEN DOLAYI BENİM FİLİSTİN DİYE BİR DAVAM YOKTUR…
FİLİSTİNLİ ÜMMET KARDEŞLERİMİZİ BİR DE BURADAN OKUYUN.
ŞU FİLİSTİN DOST MUYMUŞ, DÜŞMAN MIYMIŞ? GERÇEKTEN İŞĞAL EDİLMİŞ Mİ?
BUYURUN OKUYUN…
YIL 1837…
FİLİSTİN nüfus sayımı yapılıyor, Filistin’de bulunan Yahudiler’in toplam nüfusu 9 bin olarak kayıtlara geçiyor.
FİLİSTİNLİ Araplar’ın, Yahudiler’e toprak satması ile bu rakam elli bine yükseliyor.
BÖYLECE 1882′ de ikinci Yahudi yerleşimi kurulmuş oldu…
1908′ de YAHUDİ nüfusu yüz binin üzerine çıkmıştı. Ardını oxu »
Asif Ata. Vəcd
Avqust 25th, 2025
admin Şiddətli məftunluq!
Şiddətli coşğunluq!
Atəşin qiymət!
Atəşin ricət!
Atəşin tərənnüm!
Daşğın etiras!
Çılğın etiraf!
Həyəcanın ülviyyət məqamı!
Bədənin ruhani əsirliyi!
Sarsıdan həqiqət!
Sarsıdan məhəbbət!
Sarsıdan səadət!
Sarsıdan izhar.
Heyrət ildırımı!
Daxili hərarət ildırımı!
Müqəddəs şəfqət ildırımı!
Ruhani həyanlıq sığmazlığı!
Həssaslıq sığmazlığı!
Sarsılan söz! Ardını oxu »





