İnsanilik bayramımız qutlu olsun! İnsanlar həmişə həqiqət axtarışında olublar. Ancaq həqiqəti ömürdə yaşatmaq asan məsələ deyil. Həyatın qayğılarına ilişib həqiqəti unudanlar var, ya da həqiqəti həyatdan üstün bilib onu seçənlər. Necə ayırd etmək olar ki, əsil yaşamaq nədir, necədir. İnsanın özünəxas cəhətləri var. Bu cəhətlər insaniləşdikcə, ruhaniləşdikcə cəmiyyətə zidd ola bilir, qanunlara zidd ola bilir. Çünkü İnsanilik cəmiyyət qanunları ilə uymur. Cəmiyyət onun qanunları ilə yaşayan, tabe olan, onu yaşadan fərd istəyir. Müstəqil, özünə yiyə insanı sevmir. Cəmiyyət insanı elə bir madiyyat burulğanına salır, adam özünə haqq qazandıra-qazandıra bu burulğanda boğulmağa razı olur. Bunu özünün taleyi, aqibəti kimi qəbul edir. Həqiqət adamın gözünü açanda isə görürsən ki, hər şeyi yenmək olar, burulğandan da çıxmaq olar. Yetər ki, özünə inanasan. Bir dəfə verilən ömrü özümlüyünü təsdiq edərək, özünü sevərək, özünə öz gözünlə baxaraq qiymətləndirəsən. Ömrünü cəmiyyət istəyi ilə deyil, Mütləq tələbi ilə qurasan. Cəmiyyət deyir, məndən asılı ol, həyatın düzələcək. Ardını oxu »
Asif Ata. Özüylədöyüş və Özüyləbarışma
Həyatda insan özüylə döyüşür, ancaq bu döyüşdə tam qələbə qazanmır, son nəticədə özüylə barışır. Özüyləbarışmada o, gerçəkliyin məntiqinə əsaslanır. “Yırtıcı olmasam, yaşaya bilmərəm, məni parçalayarlar” – deyir. “Xudbin olmasam, yaşaya bilmərəm, başqasının əsarətinə düşərəm” – deyir. “Şəhvəti sevməsəm, yaşamaram, çünki həyat – cismani nəşələnməkdir” – deyir. “Şöhrəti sevməsəm, yaşamaram, çünki həyat özünütəsdiqdir” – deyir. “Yalana […]
Başsağlığı
Asif Atanın Mütləqə İnam Ocağı Ocaqdostu, Güney Azərbaycan aydını Ağşın Ağkəmərlinin ölümü ilə bağlı ailəsinə, millətimizə başsağlığı verir. Evindən işıq əskilməsin. Balalarında yaşasın. Yurdu, Ulusu var olsun.
Asif Ata. Dostluq – Düşmənlik
Həyatda ən yüksək dostluq belə, mütləq səviyyəyə qalxmır. Bu səbəbdən də həyatdakı ən böyük dostluqda belə düşmənlik yaşayır. Əgər insan xudbinlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan həsəd eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan mənfəətpərəstlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən […]
Ağşın Ağkəmərli. Yolçu yolda gərək
1965-ci ildə 5 yaşında kənddə məktəbə getmişəm. Bütün dərslər fasca olduğuna görə heç nə başa düşmürdüm. Təkcə mən yox, heç kim heç nə başa düşmürdü. Ancaq məni başqalarından fərqləndirən bir şey vardı, – şeiri bir dəfə eşitməklə öyrənirdim, daha doğrusu, sözlərini əzbərləyirdim. Atam hər ilin qış aylarında kəndə gəlirdi. 1-2 ay qalandan sonra evə gərək […]
Soylu Atalı. Türkün qədim ABEsi (Tamğası)
90-cı illərdə Asif Atadan eşitdiyimiz başlıca qonulardan biri millətimizin öz abesinin, (əlifbasının) olması ilə bağlı idi. Ancaq abenin yaranması hər addımda baş tuta bilən asan bir məsələ deyil. Bu üzdən axtarışlar bizi Orxon-Yenisey yazılarının üzərinə aparıb çıxardı. Bəllidir ki, ərəblərin türkləri mənəvi-ruhani işğal eləməsinə qədər türklər arasında bu abe qullanılmışdır. İşğaldan sonra qədim türk abesi […]
Günev Atalı. Fərəhləndirən Gün
Sentyabr 16th, 2025
admin Hər birinizi, xalqımızı, eləcə də bəşəri İnsanilik bayramı münasibətilə qutlayıram. Belə bir xoş əhvalla, belə bir xoş məqamda sizinlə birlikdə olmağımdan qürur duyuram. İnsanilik bayramı ilə bağlı düşüncələrimi bölüşmək istəyirəm.
Amal ömrün Ali mənası olan İnsanlığa aparan yoldur. Özündəki Mütləqə qovuşmaq yoludur. Ömrün hər anında bu istəklə yaşayırsan, özünə nəzarət edir, qüsurlarla döyüşür, arınır, durulur, alnıaçıq yaşayırsan. Dil yalandan, əl haramdan çəkilir. Baxışlara məhrəmlik, əhvala səmimiyyət gəlir. Gözəlliyə, dürüstlüyə heyrətli münasibət ucalıq gətirir ömrə. Yaşamın fövqündə görürsən özünü. Borclu bilirsən özünü yetdiklərini yörəndəkilərə yetirmək üçün. Ardını oxu »
IŞIK KOŞANER. UNUTUYORUZ…
Sentyabr 14th, 2025
admin
Asif Ata. Səcdə
Sentyabr 9th, 2025
admin Mütləq qiymət.
Mütləq mərifət.
Mütləq ləyaqət.
Mütləq inam.
Mütləq etiraf.
Mütləq səmimiyyət.
Balaca “mənin” ölümü.
Xudbinliyin ölünü.
Ruhani naşılığın ölümü.
Vəhşiliyin ölümü.
Özünü özündən böyükdə tapmaq.
İnsanilik. Ardını oxu »
Soylu Atalı.Türklüyün Zəfər Günü qutlu olsun
Avqust 31st, 2025
admin Türkiyədə Ərdoğançı kəsim Atatürkü gözdən salmağın yeni üsulunu işə salıbdır. Guya Atatürk bütləşdirilir. Deməliyik ki, bütləşdirmədə kor bir “pərəstiş” olur. Bu keyfiyyəti də biz ən çox dinə tapınan kütlədə görürük. Bunların münasibətində dərk eləməkdən söhbət gedə bilməzr. Çünkü şüuru zorlanan insanların təfəkkürü ayılmır. (Lütfən, məni yanlış anlamayın. Heç kimin heysiyyatına toxunmaq istəyim yoxdur. Sadəcə düşündüyüm, doğru bildiyim həqiqətləri sizlərlə paylaşmaq istəyirəm. İstəyirəm Atatürkə sevdalı münasibət sərgiliyənlərin fərqini göstərim). Atatürk gerçək bir qurtarıcıdır (xilaskardır). Heç kimin sevgisinə, aldadaraq, soxulmayıb. Yurdu, Ulusu üçün, sözün doğru anlamında, şəhid taleyi yaşayıb.Həm milləti qurtarıb, həm də bu millətə dövlətçilik uğurları verib. Tarixi burada sadalamaq istəmirəm. Hər kəs bilir ki, Osmanlı xarabalıqları üzərində Avropa imperiyası genişlənmək üzrə idi. Yağıların mənfur arzuları gözlərində qaldı. Nədən, çünkü Atatürkdə təfəkkür, cəsarət, özündənkeçmə ərdəmliyi birləşmişdi. Ardını oxu »
İLBER ORTAYLI. BENİM FİLİSTİN DİYE BİR DAVAM YOKTUR…
Avqust 29th, 2025
admin FİLİSTİNLİLERİN TÜRKLERE YAPTIGI ZULÜM VE KÖTÜLÜKLERDEN DOLAYI BENİM FİLİSTİN DİYE BİR DAVAM YOKTUR…
FİLİSTİNLİ ÜMMET KARDEŞLERİMİZİ BİR DE BURADAN OKUYUN.
ŞU FİLİSTİN DOST MUYMUŞ, DÜŞMAN MIYMIŞ? GERÇEKTEN İŞĞAL EDİLMİŞ Mİ?
BUYURUN OKUYUN…
YIL 1837…
FİLİSTİN nüfus sayımı yapılıyor, Filistin’de bulunan Yahudiler’in toplam nüfusu 9 bin olarak kayıtlara geçiyor.
FİLİSTİNLİ Araplar’ın, Yahudiler’e toprak satması ile bu rakam elli bine yükseliyor.
BÖYLECE 1882′ de ikinci Yahudi yerleşimi kurulmuş oldu…
1908′ de YAHUDİ nüfusu yüz binin üzerine çıkmıştı. Ardını oxu »
Asif Ata. Vəcd
Avqust 25th, 2025
admin Şiddətli məftunluq!
Şiddətli coşğunluq!
Atəşin qiymət!
Atəşin ricət!
Atəşin tərənnüm!
Daşğın etiras!
Çılğın etiraf!
Həyəcanın ülviyyət məqamı!
Bədənin ruhani əsirliyi!
Sarsıdan həqiqət!
Sarsıdan məhəbbət!
Sarsıdan səadət!
Sarsıdan izhar.
Heyrət ildırımı!
Daxili hərarət ildırımı!
Müqəddəs şəfqət ildırımı!
Ruhani həyanlıq sığmazlığı!
Həssaslıq sığmazlığı!
Sarsılan söz! Ardını oxu »
Hilmi Mısır. Recep Tayyib Erdoğan kimdir?
Avqust 21st, 2025
admin -Türkiye’de kökenleri en çok merak edilen, araştırılan ve önyargılarla yorumlanan suçlanan bir kişi Recep Tayyip ERDOĞAN’ın soy kimliğidir.
Onun Rum mu ? Ermeni mi ? Gürcü mü ? Yahudi mi ? olduğu hakkındaki görüşler tartışmalar yoğundur. Bu kadar yoğun tartışmalara rağmen de kendisi çıkıp apaçık bir açıklama Yapmıyor. Yapamıyoor. Neden?
-Kurtuluş yıllarında 13 kasım 1918 de İşgal kuvvetlerinin işgaliyle birlikte RİZE merkezli o bölgede RUM lar isyan ettiler RUMPONTUS hükümdarlığı kurdular . BAĞIMSIZLIK ilan ettier. 13 kasım 1918 den 15 aralık 1925 yılına kadar BAĞIMSIZ DEVLET olarak yaşadılar. 1925 Yılına kadarda kendilerini yönettiler. Devlete vergiyi kestiler, OSMANLI’ya askere gitmeme kararı aldılar. POTAMYA denilen bölge de buraya dahildi.
-1923 de Ülke işgalden kurtulduktan sonra ATATÜRK’ün emriyle HAMİDİYE savaş gemisi 15 aralık 1925 denizden buraları bombaladı, karadan da TÜRK ordusu tarafından kuşatıldı ve RUMPONTUS hükümdarlığı yıkıldı. İstiklal mahkemesi kuruldu pek çok isyancı asıldı kesildi sürgün edildi.. Çok meşhur şu sözlerde o zamandan kalmadır. Atma hamidiye atma : Vergüda verecüük., Askerda edecüük, Şapkada giyecüük. Ardını oxu »
Göynur Atalı. “GÖY GİRSİN, QIRMIZI ÇIXSIN” — QƏDİM TÜRKLƏRİN ANDİNIN MARAQLİ TARİXİ.
Avqust 18th, 2025
admin
Asif Ata. Vəhy
Avqust 15th, 2025
admin Fikir seli.
Düşüncə təlatümü.
Həqiqətin ömrə gəlişi.
İdrakın iradəyə hakim olması.
Zəkanın yürüşü.
Mahiyyətin züruru.
Məntiqə sığmayan məntiq!
Sübuta sığmayan sübut!
Riqqətlə söylənən kəlam!
Alov tək şığıyan hikmət!
Bir anda açılan sirr!
Bir anda zülməti parçalayan işıq!
Bir anda qovulan naşılıq!
Bir anda dəyişən idrak! Ardını oxu »





