Mütləq ruhani vəhdət.
Müqəddəs əsarət.
Xeyirin dərki.
Əbədinin dərki.
Kamilin dərki.
Sonsuzun dərki.
Mənəviyyatın ali zirvəsi.
Hissiyyatın ali zirvəsi.
Nisbidə Mütləqi görmək.
Cismanidə ruhu görmək.
Özünü itirmək ülviyyəti!
Özünü yenidən tapmaq ülviyyəti!
Mənəvi sədlərin ölümü! Ardını oxu »
Soylu Atalı. Həyat din ilə alınmır
İnsan kimdir, həyat nədir, ölüm niyə var, əbədilik nə deməkdir, ölümsüzlük xəyallardırmı?! – Bəşər övladı bu sonsuz, əbədi sorulara daim cavab axtarır. Bununla bağlı, çoxsaylı nəzəriyyələr, ideyalar işlənib ortaya qoyulur. Ancaq axtarışlar başa çatmır, sorular qapanmır, yenə də davam edir. Düşünürük ki, qapanmayacaq da. Əbədi davam edəcək. Bu sorulara daha çox dini dünyagörüşlər, fəlsəfi araşdırmalar […]
Asif Ata. Azadlıq – Əsarət
Azadlıq – insanın ruhani varlıq kimi təsdiqi deməkdir. Əsarət – insanın ruhani varlıq kimi inkarı deməkdir. Azadlıqda ruhanilik – müstəqillik, özünəməxsusluq, özünəsahiblik şəklində aşkara çıxır. Ruhanilik – müstəqillik, özünəməxsusluq, özünəsahiblik deməkdir, çünki onlarsız kamillik, əbədilik və sonsuzluq yoxdur. Əsarətdə insan müstəqilliyini, özünəməxsusluğunu, özünəsahibliyini itirir və bununla da öz ruhani mahiyyətindən məhrum olur, çünki qeyri-müstəqil olmaq […]
İnamlı Atalı. İnsanlaşmağın gərəkliyi
Asif Atanın “Mütləqə İnam” Bitiyində “İnsan” əsəri var. Bu əsərdə, dünyaya göz açan insanın ana qucağından başlayaraq dünyanı tanıması izah olunur. Biz də Asif Atanın bu əsərindən insan-dünya münasibətlərinin inkişaf mərhələlərini araşdırıb öyrənməyə çalışırıq. İnsan dünyaya göz açır, böyüyür, müşahidələr aparır, dünya ilə dünyadakıların birliyini anlamağa çalışır. İnsan görür ki, dünyadakı cisim və olaylar bəsit, […]
Asif Ata. Ədalət – Zülm
Ədalət həyatda öz müxtəlif nişanələriylə təzahür edir. Zülm həyatda köklü, əsaslı, davamlı hadisə kimi təzahür edir. Ədalət zülmlə döyüşür, ancaq zülmə qələbə çala bilmir, zülm həyatdan silinmir, öz biçimini dəyişdirir və yaşayır. Son nəticədə həyatda ədalətin təzahürü artır, ancaq zülmün kökü kəsilmir. Zülm həyatı tərk etmir. Ədalət deyir ki, dünya hamınındır, bu səbəbdən də hamının […]
Nurtəkin Atalı. Ocaqlaşan talelər
Ocaqda hər bir ünsiyyət doğmalaşmaqdır; Eyni halda milli şüurun inkişaf yollarını birgə aramaq və ona təkan verməkdir; Hər görüşdə paylaşırıq düşüncələrimizi, duyğularımızı, ağrılarımızı; Yol açmaqdır çıxılmazlıqlara. Birləşməkdir, möh-kəmlənməkdir bu yolda. Birləşirik kədərdə, qayğıda, ümiddə;. Çünkü birləşməsən çıxa bilməzsən əsrlərin yükünə çevrilən problemlərdən; Yollar ideya ilə başlayır, düşüncələrlə, əməllərlə davam edir; (Bu gün çox şeylər imkansız […]
Asif Ata. Aşiqlik
Noyabr 19th, 2025
admin
Araz Gündüz. Asif Ata Haqqında xatirələrim
Noyabr 13th, 2025
admin Sovet dönəmində barmaqsayı qəzetlər çıxardı. Düzdür, hər rayonun yerli qəzetləri də vardı, ancaq mərkəzi qəzetlərin sayı az idi. Bu qəzetləri indikindən çox oxuyardılar, çünki onlara məcburi abunəçilik sistemi vardı. Həm də, kütlə arasında bu qəzet sözünün mötəbərliyinə yalançı bir inam formalaşmışdı. Mən orta məktəbdə oxuyanda evimizə dörd qəzet gələrdi: Azərbaycan Müəllimi (atam müəllim idi), Azərbaycan Gəncləri, Kommunist və rayon qəzeti. Orta məktəbin 6-cı sinifindən başlayaraq, bu qəzetlərin hamısını başdan-ayağa kimi oxuyardım. Günlərin birində, – deyəsən bu 1974-ci ildə olmuşdu – Azərbaycan Gəncləri qəzetində bir müsahibə oxudum, çox təmtəraqlı bir şəkildə təqdim olunan Asif Əfəndiyevin ədəbiyyatımızın problemləri ilə bağlı verdiyi müsahibə idi. Ardını oxu »
Araz Gündüz. Asif Ata haqqında xatirələrim
Noyabr 5th, 2025
admin Öncə, Asif Atanın öz dilindən soykökü ilə bağlı eşitdiklərimi danışmaq istəyirəm. Qazax-Dərələyəz bölgəsindən, Qaraqoyunlulardan olduğunu deyirdi. Son bir neçə yüz ildə babaları çox tanınmış ruhanilər olmuşdu. Əfəndiyev soyadı da ulu babası Hacı Alı əfəndi ilə bağlı idi. Babası molla Məhəmmədi yanılmıramsa 1939-cu ildə həbs edib güllələmişdilər. Ən qəribəsi, babasının əmisioğlu Bala Əfəndiyev Azərbaycanda Sovet hakimiyyətinin qurulmasında önəmli rol oynamış, tanınmış bolşevik olmuşdu. Asif Ata onu həmişə nifrətlə yad eləyər, Azərbaycanın “başını tutanlardan” olduğunu deyərdi.

Atası və anası müəllim olmuşdular. Ermənistandan köçüb Ağsafa rayonunda məskunlaşmışdılar. Asif Ata orta məktəbi rusca oxumuşdu. Sonra o vaxt SSRİ-də ən tanınmış təhsil ocaqlarından biri olan Qorki adına Ədəbiyyat institutunda oxumuşdu. Dediyinə görə, Moskvada təhsilini başa vurandan sonra ana dilində yaxşı danışa bilmirdi. Ancaq sonradan dili yetərincə öyrənmişdi və türkcə çox gözəl danışırdı. Moskvada oxuyanda atası general olan bir osetin qızı ilə evlənmişdi. Dediyinə görə, qızın atası onlar üçün hər cür şərait yaradıbmış, ancaq qız çox tez-tez atasının adını vurğulayırmış və getdikcə çox meşşan təbiətli bir qadın olduğu üzə çıxıbmış; bir gün də atasının elədiklərini Asif Atanın üzünə vuranda münasibətləri bütünlüklə korlanmış, ayrılmışdılar. Ardını oxu »
Soylu Atalı. Altıncı kalon
Oktyabr 27th, 2025
admin Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarım!
Bizi bilən bilir, – biz irqçi, ayrımçı, bölücü (seperat) düşüncələrə, davranışlara, əməllərə qarşıyıq. Ancaq elə məsələlər var, onları yazmaq, ya da dilə gətirmək heç də irqçi, ayrımçı, bölücü anlamına gəlməz. Hər şeyi adı ilə demək yanlış sayılmasın gərək. Söz yox, indi deyəcəyim məsələ ilə bağlı mən bir türk olaraq, bir insan, genel anlamda bir bəşər övladı olaraq, düşüncələrimi ortaya gətirirəm. Yəni təkcə bir millətin durumuna, çıxarlarına yönəlik irqçi düşüncə sərgiləmirəm. Bu üzdən də yanaşmamı özüm bir həqiqət kimi qəbul edirəm. Nədir rahatsızlığım, giriş verdiyim qonu yön olaraq nəyi bildirir?! – Onu da bəri başdan deyim ki, burada mən heç də yeni bir Amerika-filan kəşf eləmirəm. Bütün dünyada qabaqcıl düşünən yazarların, bilim adamlarının baxışları da, dediyim məsələ ilə bağlı geniş yayılmışdır. Sadəcə mən öz vətənimin, millətimin gələcəyi ilə bağlı rahatsızlıqlar duyduğuma görə yazıb paylaşmağı özümə borc bilirəm. Məsələ bu gün bölgədə, eləcə də dünyada “yəhudi diplomatiyası”nın yaratdığı antiinsani sürəclərlə, görsənişlərlə bağlıdır. Son yüzildə bu millətin bəşəriyyət üçün hazırladığı fəlakətlər gündən-günə bütün aydınlığı, çılpaqlığı ilə özünü göstərməkdə, sübut olunmaqdadır. Bütün qırğınlar, savaşlar, xəstəliklər, bölüb parçalamalar, dəyərlərin sıradan çıxarılması, qanlı düşmənçiliklərin ard-arda düzülməsi bu millətin başının altından çıxır. Bu millətin dövlətinin davranışları İnsanlığın gələcəyi üçün ən böyük qorxudur (təhdiddir). Ardını oxu »
Asif Ata. Etiqad
Oktyabr 21st, 2025
admin Mütləq inam.
Mütləq özünütəsdiq.
Mütləq hökm.
Mütləq qanun.
Seçilmiş yol.
Seçilmiş tale.
Seçilmiş ömür.
İnam bəxtiyarlığı.
İnam vəfadarlığı.
İnam qəhrəmanlığı. Ardını oxu »
Soylu Atalı. Xoşbəxtlik və Bədbəxtlik
Oktyabr 14th, 2025
admin Bədbəxtlik – ən böyük xəstəlikdir., çünkü ruhun xəstəliyidir. Fiziki xəstəyə fiziki qulluq gərək olduğu kimi bədbəxtə də mənəvi qulluq gərəkdir. İkinci birincidən qat-qat çətindir. Çünkü bədbəxtə mənəvi qulluq etmək üçün gərək xoşbəxt olasan. Xoşbəxt olmadan bədbəxtliyi, xoşbəxtliyi ayırd etmək, bədbəxti xoşbəxt etmək olumsuzdur. Bədbəxt öz bədbəxtliyini dərk eləmir. Dərk etsəydi, söz yox, bədbəxt olmazdı. Xoşbəxtlik nədir?! – İnsanın normal maddi-sosial olanaqları ola bilər. Tutaq ki, heç bir yüksək görəvi-filan yoxdur, ancaq aylığı yaşamağa, gəzməyə imkan verir, ailənin qayğıları ödənilir. Ancaq bu əsil xoşbəxtlik deyil.
Adamın içində ilan olur. Bu ilan adamın mənliyini çalırsa, o da başqalarının əhvalına zəhər qatır.
Adamın içində tülkü olur. Bu tülkü adamın mənliyini aldadırsa, o da başqalarına qarşı məkrli, hiyləgər münasibətlərdə olur. Ardını oxu »
SİNASİ KARA. ARAPLAŞTIRMA GAYRETİ BOŞUNA ÇABADIR
Oktyabr 14th, 2025
admin
Son günlerde “Araplaştırma” gayretleri dur durak bilmiyor. Boşuna uğraşıyorlar. Zira, Osmanlı 400 yıl Türkleri araplaştırmak için uğraştı. Başaramadı.
“Üzüm, üzüme bakarark kararır” tabiri, Türkler için geçerli değil. Almanya ve Amerika’da uzun yıllar bulundum. Sosyolojiye olan merakım nedeniyle, Türklerin toplumsal davranışlarını inceledim. Türkler kolay değişmiyor. Gittikleri toplumlar ile kaynaşmıyor. Kendi örf-adet ve kültürlerini yaşatıyor.
Türklerin en önemli zaafı, dindar olmasıdır. Türklere en büyük kötülüğü araplar yapmıştır. Müslümanlığa zarar verir diye Islam tarihçileri, arap katliamlarını ve ihanetlerini sakladılar. Günümüzde ise, bilgi saklanamıyor. Geçmişini öğrenen Türk, arap milletine şüphe ile bakıyor. Ardını oxu »
Asif Ata. Ehtizaz
Oktyabr 7th, 2025
admin Mütləqə vurulmaq.
Atəşdə qovrulmaq.
Mütləqə qovuşmaq.
Coşğun zəka.
Unudulan bədən.
Titrək dodaq.
Böyüklük zəhmi.
Ucalıq zəhmi!
Kamillik zəhmi.
İdrakın məhvərindən çıxması.
Hissiyyat zəlzələsi. Ardını oxu »
Soylu Atalı. Mənəvi Bağlılıq Ucalığı
Oktyabr 3rd, 2025
admin …Asif Ataya onun Ocağının münasibəti toplumumuzda biranlamlı qarşılanmır. “Şəxsiyyətin ilahiləşdirilməsi yolverilməzdir”, “Şəxsiyyətə pərəstiş gərəksiz sonuclara gətirib çıxarır”, “Hər kəsin öz həqiqəti var”… bu, ya buna bənzər baxışlar sərgiləməklə bir sıra iddialılar qısqanclıq göstərir, bəziləri Batıçılığın dəyərlərə qarşı yıxıcı çağrışlarına uyur, bəziləri “çağdaşlığın” “bərabərçilik” oyunlarını ölçü götürür. Bütün hallarda yanılırlar, – qutsallığı görməkdən qaçırlar, şəxsiyyətin rolunu danırlar, içimizə daşınan antiinsani gedişlərin dəyərlərimizi çıxdanc eləməsini ya görmürlər, ya da görmək istəmirlər.
Söz yox, öncə şəxsiyyəti tanımaq gərəkdir. Bizə saflığın boyasını göstərib sonra da satqınlıq eləyən, əli gizli oyunların içindən çıxan, xeyirin adından danışıb şərin yanında yer alan, oyunlarını xalq adına manevrlər kimi qiymətləndirib gözə kül üfürən tanınmışlara şəxsiyyət demək olmaz, nəinki ona uca münasibət bəsləmək. Ağaya, hökmdara, rütbəliyə, deputat mandatı gəzdirənə münasibətlə, ən yüksək ideya insanına, özündənkeçənə, bütün şüurlu həyatını insanın, xalqın mənəvi, ruhani azadlığına həsr eləmiş birinə münasibət eyni çəkidə, eyni ölçüdə ola bilməz. Nə qədər ki, biz bunları qarışdıracağıq, xalq olmaq gücümüzü itirəcəyik. Ardını oxu »




