Əqidəyə xidmət edirsən, ancaq əqidəsizsən, çünki ona inanmırsan, ağlınla, duyğularınla ona bağlanmırsan – ona riayət edirsən! Çünki hamı ona tapınır.
Hamıdan yapışırsan, hamılaşırsan, çünki özün ola bilmirsən, özün olmaq istəmirsən, özün olmağının zəhmi səni basır, hamıyla bir olursan ki, özün olmayasan!
İnama xidmət edirsən, ancaq inamsızsan, çünki İnamı ağlında, qəlbində yaşatmırsan, ona tabe olursan. Hamıdan yapışırsan, hamılaşırsan, çünki özün ola bilmirsən, özün olmaq istəmirsən, özün olmağının zəhmi səni basır, hamıya qovuşmaqla özündən azad olursan.
Özündən kənardakı Möhtəşəm Qüdrətə xidmət edirsən, ancaq qüdrətsizsən, çünki Qüdrətə ağlında, duyğularında yer yoxdur, sən hamının təsiriylə, hamıyla birgə Qüdrətə baş əyirsən, çünki əks təqdirdə səni özün olmaq təhlükəsi gözləyir.
Həmin təhlükədən yaxa qurtarmaq üçün hamıdan yapışırsan, hamılaşırsan. Ardını oxu »
Soylu Atalı. Həyat din ilə alınmır
İnsan kimdir, həyat nədir, ölüm niyə var, əbədilik nə deməkdir, ölümsüzlük xəyallardırmı?! – Bəşər övladı bu sonsuz, əbədi sorulara daim cavab axtarır. Bununla bağlı, çoxsaylı nəzəriyyələr, ideyalar işlənib ortaya qoyulur. Ancaq axtarışlar başa çatmır, sorular qapanmır, yenə də davam edir. Düşünürük ki, qapanmayacaq da. Əbədi davam edəcək. Bu sorulara daha çox dini dünyagörüşlər, fəlsəfi araşdırmalar […]
Asif Ata. Azadlıq – Əsarət
Azadlıq – insanın ruhani varlıq kimi təsdiqi deməkdir. Əsarət – insanın ruhani varlıq kimi inkarı deməkdir. Azadlıqda ruhanilik – müstəqillik, özünəməxsusluq, özünəsahiblik şəklində aşkara çıxır. Ruhanilik – müstəqillik, özünəməxsusluq, özünəsahiblik deməkdir, çünki onlarsız kamillik, əbədilik və sonsuzluq yoxdur. Əsarətdə insan müstəqilliyini, özünəməxsusluğunu, özünəsahibliyini itirir və bununla da öz ruhani mahiyyətindən məhrum olur, çünki qeyri-müstəqil olmaq […]
İnamlı Atalı. İnsanlaşmağın gərəkliyi
Asif Atanın “Mütləqə İnam” Bitiyində “İnsan” əsəri var. Bu əsərdə, dünyaya göz açan insanın ana qucağından başlayaraq dünyanı tanıması izah olunur. Biz də Asif Atanın bu əsərindən insan-dünya münasibətlərinin inkişaf mərhələlərini araşdırıb öyrənməyə çalışırıq. İnsan dünyaya göz açır, böyüyür, müşahidələr aparır, dünya ilə dünyadakıların birliyini anlamağa çalışır. İnsan görür ki, dünyadakı cisim və olaylar bəsit, […]
Asif Ata. Ədalət – Zülm
Ədalət həyatda öz müxtəlif nişanələriylə təzahür edir. Zülm həyatda köklü, əsaslı, davamlı hadisə kimi təzahür edir. Ədalət zülmlə döyüşür, ancaq zülmə qələbə çala bilmir, zülm həyatdan silinmir, öz biçimini dəyişdirir və yaşayır. Son nəticədə həyatda ədalətin təzahürü artır, ancaq zülmün kökü kəsilmir. Zülm həyatı tərk etmir. Ədalət deyir ki, dünya hamınındır, bu səbəbdən də hamının […]
Nurtəkin Atalı. Ocaqlaşan talelər
Ocaqda hər bir ünsiyyət doğmalaşmaqdır; Eyni halda milli şüurun inkişaf yollarını birgə aramaq və ona təkan verməkdir; Hər görüşdə paylaşırıq düşüncələrimizi, duyğularımızı, ağrılarımızı; Yol açmaqdır çıxılmazlıqlara. Birləşməkdir, möh-kəmlənməkdir bu yolda. Birləşirik kədərdə, qayğıda, ümiddə;. Çünkü birləşməsən çıxa bilməzsən əsrlərin yükünə çevrilən problemlərdən; Yollar ideya ilə başlayır, düşüncələrlə, əməllərlə davam edir; (Bu gün çox şeylər imkansız […]
Asif Ata. Sürüləşmə
Aprel 15th, 2026
admin
Soylu Atalı. Dəyişmədən Yenilik Olmur
Aprel 4th, 2026
admin …İnsan yeniliyə can atır. Ancaq bu yenilik nədir, onu necə anlayır, necə qəbul edir, – bu çox ilginc bir məsələdir. İnsan həmişə real dünyadan uzaqlaşmağa can atır, çünkü real dünya ona əzablı gəlir, çətin görünür, bəsit, adi bilinir. Bəs o, real dünyadan hansı dünyaya can atır. Bu canatma insanın gerçək yerişinə, reallığına uyğun gəlirmi?! Göyel (səmavi) dinlərdə insana cənnət vəd olunur. Yəni real dünyadan fərqli bir dünya. Cənnət dünyasında insan guya rahatlıq tapır, kef, eyş-işrət, əzabdan, əziyyətdən uzaq…
Eləcə də başqa məsələlər olsun, insan fərqli dünya axtarışındadır. Ancaq bu dünya hardadır, necədir, kim yaradacaq, kim gətirəcək, kim çağıracaq, bunun fərqinə varmaq gərəkdir. Dediyim kimi, dinlər insanlara vədlər verir. Asif Ata insana mifik vədlər vermir. O, insana əzab, əziyyət “vəd”edir. Deyir, sən dünyanı dəyişməlisən, yeni dünya bu dünyanın özünün içindədir, özündədir, qıraqda deyil. Onun üçün sən zəhmətə qatlaşmalısan, öz üzərində işləməlisən, öz davranışlarını, xarakterini dəyişməlisən. Bütövlükdə toplumun dəyişməsinə yardım eləməlisən. Yeni bir dünya yaradırsan. Yeni dünya sənin ədalət dünyan olur, həqiqət, mənəviyyat dünyan – İnsanlıq dünyan olur, münasibətlər gözəlliyi dünyanı əmələ gətirir… Ardını oxu »
Asif Ata. İnsansızlıq
Mart 21st, 2026
admin Can var, cəsəd var, əl var, göz var – ancaq insan yoxdur, çünki cana, cəsədə, ələ, gözə insandan kənar iradə hakim olub.
Can sənin deyil, çünki onun aqibəti özgə qüvvədən asılıdır; göz sənin deyil, çünki sən dünyaya öz gözünlə baxmırsan; əl sənin deyil, çünki əslində onu səndən kənardakı iradə işlədir.
Sən sən deyilsən, sən möhtəşəm iradənin təzahürüsən. Canın var, fəqət cansızsan; gözün var, fəqət gözsüzsən; varsan, fəqət yoxsan. Ağlın var, ürəyin var, ancaq özün yoxsan. Çünki ağlını, ürəyini əlindən alıblar; çünki dünyaya öz ağlınla yanaşmırsan, İradənin ağlıyla yanaşırsan; çünki duyğularını ifadə etmirsən, İradənin arzusunu ifadə edirsən. Öz insani iradən olsa da, əslində iradəsizsən, çünki taleyini İradəyə tapşırıblar.
Ömürlüsən, həm də ömürsüzsən. Çünki günlərini, aylarını İradənin sərəncamına vermisən.
Azad görünürsən, ancaq dünyadan hədsiz dərəcədə asılısan: dünya nemətləri səni sənin əlindən alıb.
Ruhlusan, ancaq bədənə qulluq edirsən, ruhsuzluq bəlasına düçar olmusan, bədənə çevrilmisən, bədəndən ibarət olmusan. Ardını oxu »
Soylu Atalı. Babək Özgürlük simqəmizdir
Mart 14th, 2026
admin (Babək Günü ilə bağlı toplantıda çıxışdan)
Tarix boyu Azərbaycanın dəyərlərinə çoxsaylı hücumlar olub, bu gün də var. Bizi, bir millət olaraq, sıradançıxarma gedişləri var. Bunu dövlət siyasəti səviyyəsində həyata keçirirlər. Buna dirəniş göstərməyin ilk addımı, özümüzün ayaqda qalmağımız üçün, tutacağımız dəyərlərimizi tanımaqdan başlayır. Bizi millət eləyən nə varsa, onları öyrənməliyik, bilməliyik. Onları təkcə öyrənməli, bilməli deyilik, milli gələnəklərimizdə yaşadılmasına çalışmalıyıq.
Babək haqqında tarixi faktları burda vurğulamayacağam. Bilirsiniz, Babək haqqında çoxsaylı yanlışlar var. Bu yanlışlar təkcə onun tarixi faktlarına yanaşmada deyil, bütövlükdə Babəkin sunulması, öyrədilməsi, bir dəyər olaraq, bir mənəviyyat faktı olaraq pozuntuya uğradılır (təhrif olunur). Ən yaxşı halda isə Babəki ərəb işğalçılarına qarşı döyüşən bir qəhrəman sayırlar. Bilmək gərək, Babək ərəb işğalına qarşı elə-belə döyüşmürdü. Ərəb bizim üzərimizə elə-belə gəlməmişdi, ideologiya ilə gəlmişdi. Başının üstünə İslam bayrağını qaldırmışdı. Dilində “la ilahə illallah” bağırtısı vardı. Yurdumuzun içərisinə “la ilahə illallah” bağırtısı ilə girirdi. Babək “la ilahə illallah”a qarşı döyüşürdü, onun xalqının içinə gələn, gətirilən ideologiyaya qarşı döyüşürdü. Ardını oxu »
Asif Ata. Babəkliyimiz – Xürrəmdinliyimiz
Mart 14th, 2026
admin I. Fərəh İnamı
Babək Ləzzət İnamı yaratmamışdı. Fərəh İnamı yaratmışdı.
Ləzzət İnamçısı 23 il Xəlifətlə döyüşməzdi – ləzzətindən keçməzdi, – Babək özündən keçmişdi.
Babək İnamının Yazılarını məhv eləyiblər, ancaq Babək əməli gəlib bizə çatıb. Babək əməli əsasında Babək İnamını fəhm etmək olar. İnsan Dünyaya Fərəh üçün gəlib, ən böyük Fərəh isə – Azadlıqdır. Azadlıq –İnsanın özünəməxsusluğu, özünəsahibliyi, özündən asılılığıdır.
Azadlıq – İnsanı İnsandan kənardakı Zorakı qüvvəyə yox, özünə tapşırır: Azadlıqda – İnsan Aqibətini özü yaradır, ömrünü özü Yazır, özündən kömək diləyir, – əfsanələrdən, xurafatdan, xülyadan yox; özünə əl uzadır – əfsanələrə, xurafata, xülyaya yox; özünə çatır – əfsanələrə, xurafata, xülyalara yox; həqiqətə inanır – cəfəngiyyata yox; Azadlıqdan böyük cənnət tanımır, əsarətdən böyük cəhənnəm; Xeyirdən böyük mükafat tanımır, Şərdən böyük cəza.
Azadlıq İnsanı müqəddəs Fərəhə qərq edir.
O, Yenilməzlik Tələbidir – Zora əyilməmək, özümlüyü qorumaq – Vüqarı, Ləyaqəti…
Xalq – İnsanın Müqəddəs Mənliyidir. Yenilməzlik – müqəddəs Mənliyi qorumaqdır.
Yenilməzlik uğrunda döyüş İnsanı Müqəddəs Fərəhə qərq edir.
Zora yenilməmək, Zoru yenmək – Müqəddəs Fərəhdir.
Təbiidir ki, Babəkin Fərəh İnamı – Xəlifət İnamına daxilən, üzvi surətdə, qəti şəkildə zidd idi, onu kökündən sarsıdırdı. Ardını oxu »
Yakup Çetin. Şah İsmail ve Safevi Devleti: Türk Tarihinde Bir Dönüm Noktası
Mart 13th, 2026
admin Şah İsmail, Türk tarihinin en karizmatik ve etkili liderlerinden biri olarak, 15. yüzyılın sonunda Doğu Anadolu ve İran coğrafyasında fırtına gibi esmiş bir Türkmen beyidir. Kökeni itibarıyla köklü bir sufi geleneği olan Safeviye Tarikatı’na dayanması, ona hem ruhani hem de siyasi bir güç kazandırmıştır. Küçük yaşta babasını ve abisini kaybetmesine rağmen, sadık Türkmen müritleri tarafından korunmuş ve henüz on dört yaşındayken Tebriz’i alarak tahta oturmuştur. Onun kurduğu devlet, sadece bir hanedan değişikliği değil, Türk dünyasının jeopolitik yapısını kökten değiştiren bir devrim niteliğindedir.
Safevi Devleti’nin temel taşı, “Kızılbaş” olarak anılan Anadolu Türkmenleridir. Şah İsmail, Anadolu’nun içlerine kadar uzanan bir nüfuz ağı kurarak, buradaki Türkmen boylarını kendi bayrağı altında toplamayı başarmıştır. Şamlı, Afşar, Kaçar, Ustaclu ve Tekelu gibi öz be öz Türk boyları, Şah İsmail’i sadece bir hükümdar değil, aynı zamanda mürşit olarak görmüştür. Bu durum, Safevi Devleti’nin askeri ve sosyal yapısının tamamen Türk unsurları üzerine inşa edilmesini sağlamış, devleti bir nevi “Türkmen İmparatorluğu” kimliğine büründürmüştür. Ardını oxu »
YILMAZ ÖZDİL -Karadeniz’den Karadeniz’e Karadeniz…
Mart 12th, 2026
admin 130 metre boyunda, 16 metre genişliğinde yolcu gemisiydi.
1926 yılında Haliç’e çekildi, bembeyaz boyandı, kuğu gibi oldu.
Bizzat Mustafa Kemal’in projesiydi.
Yüzen fuar’dı.
Dünyada ilk’ti.
★
Henüz üç yaşında olan Türkiye Cumhuriyeti’nin vitriniydi.
“İhracat” vizyonuydu.
★
Tarım ürünlerimizden Hereke halılarımıza, Kütahya çinilerimizden Edirne sabunlarımıza, nakışlarımız çeşmibülbüllerimiz, tamamı Türk malı ürünlerimizden oluşan sergiydi. Camekanlar içinde Anadolu Medeniyetleri Müzesi’nden seçilmiş antik eserler vardı. Ardını oxu »
Levent Gültekin. CUMHURBAŞKANI ERDOĞAN’A AÇIK ÇAĞRI
Mart 10th, 2026
admin “Sayın Cumhurbaşkanı, size bu çağrıyı bir muhalif olarak değil, bu ülkenin bir evladı olarak, gidişattan endişe eden bir vatandaş olarak yapıyorum. Türkiye bugün sadece ekonomik bir krizin içinde değil, bir varlık ve yokluk sancısı çekiyor.
1. Devlet Mekanizmasındaki Çöküş
Kurumlar işlevsizleşti, liyakat tamamen rafa kalktı. Devlet, bir grubun veya bir partinin aygıtı haline dönüştü. Oysa devlet hepimizindir. Adaletin olmadığı yerde mülk (devlet) durmaz. Bugün yargıya güvenin yerle bir olması, bu ülkenin geleceğine vurulan en büyük darbedir. Lütfen görün; etrafınızdaki kuşatma gerçeği duymanıza engel oluyor.
2. Toplumdaki Duygusal Kopuş
Ülkeyi ‘biz ve onlar’ diye ayırdınız. Ama unutmayın ki ‘onlar’ dediğiniz bu ülkenin yarısıdır. İnsanlar artık bu ülkede bir gelecek göremiyor, gençler akın akın yurt dışına gidiyor. Bir liderin başarısı, halkının yarısını diğer yarısına düşman etmek değil, herkesi ortak bir idealde buluşturmaktır. Türkiye’nin iç barışı, bekamızın en büyük teminatıdır. Ardını oxu »
Asif Ata. Həyatilik
Mart 9th, 2026
admin Həyat – maddinin, cismaninin ruhaniləşməsidir.
Buna görə də o, əşyavariliyə və vəhşivariliyə ziddir.
Əşyavarilikdə insan maddiyyat səviyyəsinə enir.
Vəhşivarilikdə o, heyvanat səviyyəsinə enir.
Hər ikisində yaşayış ruhanilikdən məhrum olur.
Əşyavarilikdə insan cansızlaşır, əşyalaşır, özünə sahib olmur, özündən kənardakından, özünə yaddan asılı olur, şəraitin, cəmiyyətin alətinə çevrilir, istənilən şəklə salınır, oynadılır, özümsüzləşdirilir, yaşamadan öldürülür, düşüncələrində, duyğularında, hərəkətlərində zəruriyyət, labüdlük adlanan məhdudiyyətə pərçimlənib qalır.
Əşyavarilikdə insan mahiyyət etibarilə cansızların heç birindən fərqlənmir, zəruriyyət küləyinin təsiriylə titrəyir, yaxud qırılır, zəruriyyət çayının selinə qərq olur, zəruriyyət şimşəyinin zərbəsindən sarsılır.
Əşyavarilikdə insan taleyini qeyri-Ruhani amillər həll edir. İnsan ruha yox, cismə xidmət edir, cismanilik insana sahib olur, onu istədiyi səmtə sürükləyir, istədiyi kimi yaşadır. Cismaninin hökmü insanı cansızlaşdırır, çünki canlı olmaq özünə sahib olmaqdır.
Əşyavarilikdə cismani tələbat insanı öz əsarətinə salır, insan onun müstəbid ağalığını qəbul edir; insan sürülür, sürünür, onda insanilikdən əsər-əlamət qalmır, ancaq yoxluq varlıq sayılır. Ardını oxu »
Al Habtoor Group rəhbərindən Trampa açıq məktub: “Sülh vədləri hara getdi?”
Mart 6th, 2026
admin Ərəb milyarder Donald Trampa sərt sözlərlə müraciət edib. ABŞ-ın müttəfiq ərəb dövlətləri arasında belə bir etiraz ilk dəfədir yaşanır. Bu vaxta qədər ABŞ-nin də böyük biznes tərəfdaşı olan “Al Habtoor Group” biznes imperiyasının sahibi Xələf Əhməd Əl Habturun Trampa müraciətində deyilir:
“Cənab Prezident Donald Trump,
Birbaşa sual: bölgəmizi İran ilə müharibəyə sürükləmək haqqını sizə kim verdi? Bu təhlükəli qərarı hansı əsasla qəbul etdiniz?
Tətiyi çəkməzdən əvvəl mümkün əlavə zərərləri hesabladınızmı? Və düşündünüzmü ki, bu eskalasiyadan ilk zərər görəcək tərəf region ölkələri olacaq?
Bu bölgənin xalqlarının belə bir sual vermək haqqı da var: bu yalnız sizin qərarınız idimi, yoxsa bu qərar Benyamin Netanyahu və onun hökumətinin təzyiqləri nəticəsində qəbul edildi? Bölgəmizi müharibə meydanına çevirməyə sizə kim icazə verdi?
Sülh və sabitlik adı ilə elan etdiyiniz “Board Of Peace” (“Sülh Şurası” – red.) təşəbbüsünün mürəkkəbi qurumadan biz artıq bütün regionu təhlükə altına qoyan hərbi gərginliklə üz-üzə qalmışıq. Bəs o təşəbbüslər hara getdi? Sülh adı ilə verilən vədlərin aqibəti nə oldu? Ardını oxu »




