Asif Ata. 28 May

XX əsrin Siyasi Dünyasında Qərb–Rusiya hökmdarlığı qərar tutdu.
Həmin birlik kapitalizm təməli üzərində baş qaldırdı, sonradan sosializm ideyalarının təsirinə məruz qaldı.
Kapitalizm xüsusi sahibkarlığa, sosializm ictimai sahibkarlığa əsaslandı; hər ikisi beynəlmiləlçi, kosmopolit mahiyyət daşıyırdı və zəhmətkeşə qarşıydı.
Rusiya ictimai-siyasi baxımdan Qərbdən geri qalırdı, ancaq imperiya daxilində Qərbi təmsil eləyirdi. Rusiyalıq Qərblik kimi tanınırdı; Rusiya ziyalısı, Rusiya sahibkarı adlı hadisə yaranmışdı; koloniya ölkələrinin yuxarı zümrəsi sürətlə komprodorlaşırdı – əcnəbiləşirdi, özgələşirdi… Şərqdə yaranan panislamizm Qərb–Rusiya Birliyinə qarşı durmurdu; ona uyğunlaşırdı, imperialist birlik panislamizmdən bəhrələnə bilirdi: çevik siyasət nəticəsində panislamizmdən Qərb–Rusiya sözəbaxanı düzəlirdi.
Pantürkizm nəzəriyyə səviyyəsində qalırdı.
 Qərb–Rus hegemonluğu xalqları əzirdi: sosial-demokratçılıq dünyəvi proletar inqilabı təbliğ edirdi, Şərq əzginləşmiş, üzülmüşdü, Azərbaycan ruslaşır, farslaşır, kapitalistləşir, xurafatlaşırdı… Ardını oxu »

“Bay Kemal” geri döndü…

“Bay Kemal” geri döndü… hem de mahkeme kararıyla.
Yıllarca seçim kaybedip koltuğu bırakmayan Kemal Kılıçdaroğlu, şimdi CHP’nin başına yeniden geçmiş durumda. 2023 kurultayını iptal eden mahkeme kararı sonrası Özgür Özel fiilen görevden düşürüldü ve Kılıçdaroğlu tekrar genel başkan konumuna geldi.
Ama toplumun önemli bir kısmının tepkisi tam da burada başlıyor. Çünkü insanlar bu geri dönüşü bir “zafer” değil, yıllardır kapanmayan eski siyasetin yeniden hortlaması olarak görüyor.
13 yıl boyunca CHP’nin başında kalan Kılıçdaroğlu’nun siyasi bilançosu ortada:
Kaybedilen seçimler, dağılan umutlar, sürekli ertelenen değişim ve her yenilgiden sonra üretilen yeni bahaneler… Buna rağmen bugün hâlâ kendisini vazgeçilmez bir figür gibi konumlandırması ciddi tepki çekiyor.
Üstelik en kritik nokta şu:
CHP uzun zaman sonra ilk kez iktidarı zorlayan bir hava yakalamışken, yerel seçim başarısıyla moral üstünlük sağlamışken, partinin yeniden eski dönemin tartışmalarına çekilmesi milyonlarca seçmende büyük hayal kırıklığı yarattı. Ardını oxu »

Asif Ata. Amalsızlıq

Amal – Ali Həyat istəyidir.
Bu istəyi qəlbində gəzdirən – adi həyatdan beşəlli yapışmaz, onu hər şey saymaz, onunla kifayətlənməz. O, adi həyatın Ali Həyata zidd olan cəhətlərindən imtina eləyər.
Amalsız – adi həyatdan kənarda həyat görməz, ona pərçim­lənər: həyatın natamamlığını – bütövlük, naqisliyini – əsillik, bəsitliyini – ülvilik, həqarətini – ləyaqət sayar.
O, həyatın böyüklüyüylə yanaşı, kiçikliyini də təqdir edir; ucalığıyla yanaşı, alçaqlığını da təqdir edir; şəhvətə aludədir, şöhrətə aludədir, nemətə aludədir.
Həyat amalsız üçün çəmənlikdir – otunu yeməlidir, bağdır – meyvəsini dərməlidir.
Amalsız – namus, qeyrət bəndini aşanda da həyatı sevir, əyyaşlıq bataqlığına düşəndə də həyatı sevir, xudbinlik, fitnəkar­lıq, qatillik, xəyanət, çirkabına batanda da həyatı sevir. O, həyatda qalmaq üçün, yaşamaq üçün insani qəbahətlərin bütün çeşidlərindən yapışar. Sürünər, sürülər, mənliyindən keçər, kölələşər, kölgələşər, vüqarını itirər; yeri gələndə quduzlaşar, yeri gələndə canavarlaşar – yorulmaz, usanmaz!
Amalsız deyir ki, “dünyada həyatdan gözəl heç nə yoxdur. Buna görə də namus, vicdan, insaniyyət – həyatdan, yaşamaqdan aşağıdır”.
Amalsız deyir ki, “həyatı heç nəyə qurban vermək olmaz. Buna görə də qəhrəmanlığa ehtiyac yoxdur”.
Amalsız deyir ki, “həyatın nemətləri hər şeydən üstündür. Buna görə də əxlaqa tapınmaq ağılsızlıqdır”.
“Yaşamaq hər şeydir” – deyir Amalsız və insani ləyaqətindən əl çəkir.
“Həyat – fərəhdir” – deyir Amalsız və mətanəti zəruri keyfiyyət saymır. Ardını oxu »

Soylu Atalı. İdeala çağırış

…Ata bizi çağırır, idealla görüşdürür. Biz idealla görüşdən heyrətə gəlirik. Heyrətdən bəzən göz yaşı əmələ gəlir, bəzən adam donub qalır, bəzən sevincin həddi olmur, sanki yenidən doğulub yeni bir dünyaya düşmüsən. Hər şey ondandır.
İnsan özü də özünü idealla görüşdürə bilər, ilahi məqamı ömrünə çağıra bilər, – düşüncəsi ilə, nitqi ilə, çıxışı ilə. Varlığına çağırarsan, içinə çağırarsan, için işıqlanar, ömrün dolar, zənginləşər, ömründə bir doluluq yaranar. Bu, romantik, obrazlaşdırılmış bir deyim deyil, gerçək həqiqətin özüdür.
İdealı çağırmaq məqamı var, bir də onu qarşılamaq məqamı. Belə götürək, hər bir insanın gənc yaşlarında sevdalı anları olur. Bütün dünya onun üçün həmin anlarla dolur. O məqam gələndə, sevdalı anlarda sevgilisinin surəti, halı, xarakteri, istəyi onun varlığına sarılır. Sevgilisinin baxışının etikisi altında olur. Onunla görüşə ehtiraslı, həyəcanlı, ürəyi çırpına-çırpına gedir. Elə bil bu gedişə qeyri-ixtiyarı hazırlaşır, bu hazırlaşma özəl bir hazırlaşma olmur. Ardını oxu »

Asif Ata. Sürüləşmə

Əqidəyə xidmət edirsən, ancaq əqidəsizsən, çünki ona inan­mırsan, ağlınla, duyğularınla ona bağlanmırsan – ona riayət edirsən! Çünki hamı ona tapınır.
 Hamıdan yapışırsan, hamılaşırsan, çünki özün ola bilmirsən, özün olmaq istəmirsən, özün olmağının zəhmi səni basır, hamıyla bir olursan ki, özün olmayasan!
İnama xidmət edirsən, ancaq inamsızsan, çünki İnamı ağlında, qəlbində yaşatmırsan, ona tabe olursan. Hamıdan yapışırsan, hamılaşırsan, çünki özün ola bilmirsən, özün olmaq istəmirsən, özün olmağının zəhmi səni basır, hamıya qovuş­maqla özündən azad olursan.
Özündən kənardakı Möhtəşəm Qüdrətə xidmət edirsən, ancaq qüdrətsizsən, çünki Qüdrətə ağlında, duyğularında yer yoxdur, sən hamının təsiriylə, hamıyla birgə Qüdrətə baş əyirsən, çünki əks təqdirdə səni özün olmaq təhlükəsi gözləyir.
Həmin təhlükədən yaxa qurtarmaq üçün hamıdan yapışırsan, hamılaşırsan. Ardını oxu »

Soylu Atalı. Dəyişmədən Yenilik Olmur

…İnsan yeniliyə can atır. Ancaq bu yenilik nədir, onu necə anlayır, necə qəbul edir, – bu çox ilginc bir məsələdir. İnsan həmişə real dünyadan uzaqlaşmağa can atır, çünkü real dünya ona əzablı gəlir, çətin görünür, bəsit, adi bilinir. Bəs o, real dünyadan hansı dünyaya can atır. Bu canatma insanın gerçək yerişinə, reallığına uyğun gəlirmi?! Göyel (səmavi) dinlərdə  insana cənnət vəd olunur. Yəni real dünyadan fərqli bir dünya. Cənnət dünyasında insan guya rahatlıq tapır, kef, eyş-işrət, əzabdan, əziyyətdən uzaq…
Eləcə də başqa məsələlər olsun, insan fərqli dünya axtarışındadır.  Ancaq bu dünya hardadır, necədir, kim yaradacaq, kim gətirəcək, kim çağıracaq, bunun fərqinə varmaq gərəkdir. Dediyim kimi, dinlər insanlara vədlər verir. Asif Ata insana mifik vədlər vermir. O, insana əzab, əziyyət “vəd”edir. Deyir, sən dünyanı dəyişməlisən, yeni dünya bu dünyanın özünün içindədir, özündədir, qıraqda deyil. Onun üçün sən zəhmətə qatlaşmalısan, öz üzərində işləməlisən, öz davranışlarını, xarakterini dəyişməlisən. Bütövlükdə toplumun dəyişməsinə yardım eləməlisən. Yeni bir dünya yaradırsan. Yeni dünya sənin ədalət dünyan olur, həqiqət, mənəviyyat dünyan – İnsanlıq dünyan olur, münasibətlər gözəlliyi dünyanı əmələ gətirir… Ardını oxu »

Asif Ata. İnsansızlıq

Can var, cəsəd var, əl var, göz var – ancaq insan yoxdur, çünki cana, cəsədə, ələ, gözə insandan kənar iradə hakim olub.
Can sənin deyil, çünki onun aqibəti özgə qüvvədən asılıdır; göz sənin deyil, çünki sən dünyaya öz gözünlə baxmırsan; əl sənin deyil, çünki əslində onu səndən kənardakı iradə işlədir.
Sən sən deyilsən, sən möhtəşəm iradənin təzahü­rüsən. Canın var, fəqət cansızsan; gözün var, fəqət gözsüzsən; varsan, fəqət yoxsan. Ağlın var, ürəyin var, ancaq özün yoxsan. Çünki ağlını, ürəyini əlindən alıblar; çünki dünyaya öz ağlınla yanaşmırsan, İradənin ağlıyla yanaşırsan; çünki duyğularını ifadə etmirsən, İradənin arzusunu ifadə edirsən. Öz insani iradən olsa da, əslində iradəsizsən, çünki taleyini İradəyə tapşırıblar.
Ömürlüsən, həm də ömürsüzsən. Çünki günlərini, aylarını İradənin sərəncamına vermisən.
Azad görünürsən, ancaq dünyadan hədsiz dərəcədə asılısan: dünya nemətləri səni sənin əlindən alıb.
Ruhlusan, ancaq bədənə qulluq edirsən, ruhsuzluq bəlasına düçar olmusan, bədənə çevrilmisən, bədəndən ibarət olmusan. Ardını oxu »

Soylu Atalı. Babək Özgürlük simqəmizdir

(Babək Günü ilə bağlı toplantıda çıxışdan)

Tarix boyu Azərbaycanın dəyərlərinə çoxsaylı hücumlar olub, bu gün də var. Bizi, bir millət olaraq, sıradançıxarma gedişləri var. Bunu dövlət siyasəti səviyyəsində həyata keçirirlər. Buna dirəniş göstərməyin ilk addımı, özümüzün ayaqda qalmağımız üçün, tutacağımız dəyərlərimizi tanımaqdan başlayır. Bizi millət eləyən nə varsa, onları öyrənməliyik, bilməliyik. Onları təkcə öyrənməli, bilməli deyilik, milli gələnəklərimizdə yaşadıl­masına çalışmalıyıq.
Babək haqqında tarixi faktları burda vurğula­mayacağam. Bilirsiniz, Babək haqqında çoxsaylı yanlışlar var. Bu yanlışlar təkcə onun tarixi faktlarına yanaşmada deyil, bütövlükdə Babəkin sunulması, öyrə­dilməsi, bir dəyər olaraq, bir mənəviyyat faktı olaraq pozuntuya uğradılır (təhrif olunur). Ən yaxşı halda isə Babəki ərəb işğalçılarına qarşı döyüşən bir qəhrəman sayırlar. Bilmək gərək, Babək ərəb işğalına qarşı elə-belə döyüşmürdü. Ərəb bizim üzərimizə elə-belə gəlməmişdi, ideologiya ilə gəlmişdi. Başının üstünə İslam bayrağını qaldırmışdı. Dilində “la ilahə illallah” bağırtısı vardı. Yurdumuzun içərisinə “la ilahə illallah” bağırtısı ilə girirdi. Babək “la ilahə illallah”a qarşı döyüşürdü, onun xalqının içinə gələn, gətirilən ideologiyaya qarşı döyüşürdü. Ardını oxu »

Asif Ata. Babəkliyimiz – Xürrəmdinliyimiz

I. Fərəh İnamı

Babək Ləzzət İnamı yaratmamışdı. Fərəh İnamı yaratmışdı.
Ləzzət İnamçısı 23 il Xəlifətlə döyüşməzdi – ləzzətindən keçməzdi, – Babək özündən keçmişdi.
Babək İnamının Yazılarını məhv eləyiblər, ancaq Babək əməli gəlib bizə çatıb. Babək əməli əsasında Babək İnamını fəhm etmək olar. İnsan Dünyaya Fərəh üçün gəlib, ən böyük Fərəh isə – Azadlıqdır. Azadlıq  –İnsanın özünəməxsusluğu, özünəsahibliyi, özündən asılılığıdır.
Azadlıq – İnsanı İnsandan kənardakı Zorakı qüvvəyə yox, özünə tapşırır: Azadlıqda – İnsan Aqibətini özü yaradır, ömrünü özü Yazır, özündən kömək diləyir, – əfsanələrdən, xurafatdan, xülyadan yox; özünə əl uzadır – əfsanələrə, xurafata, xülyaya yox; özünə çatır – əfsanələrə, xurafata, xülyalara yox; həqiqətə inanır – cəfəngiyyata yox; Azadlıqdan böyük cənnət tanımır, əsarətdən böyük cəhənnəm; Xeyirdən böyük mükafat tanımır, Şərdən böyük cəza.
Azadlıq İnsanı müqəddəs Fərəhə qərq edir.
O, Yenilməzlik Tələbidir – Zora əyilməmək, özümlüyü qorumaq – Vüqarı, Ləyaqəti…
Xalq – İnsanın Müqəddəs Mənliyidir. Yenilməzlik – müqəddəs Mənliyi qorumaqdır.
Yenilməzlik uğrunda döyüş İnsanı Müqəddəs Fərəhə qərq edir.
Zora yenilməmək, Zoru yenmək – Müqəddəs Fərəhdir.
Təbiidir ki, Babəkin Fərəh İnamı – Xəlifət İnamına daxilən, üzvi surətdə, qəti şəkildə zidd idi, onu kökündən sarsıdırdı. Ardını oxu »

Yakup Çetin. Şah İsmail ve Safevi Devleti: Türk Tarihinde Bir Dönüm Noktası

Şah İsmail, Türk tarihinin en karizmatik ve etkili liderlerinden biri olarak, 15. yüzyılın sonunda Doğu Anadolu ve İran coğrafyasında fırtına gibi esmiş bir Türkmen beyidir. Kökeni itibarıyla köklü bir sufi geleneği olan Safeviye Tarikatı’na dayanması, ona hem ruhani hem de siyasi bir güç kazandırmıştır. Küçük yaşta babasını ve abisini kaybetmesine rağmen, sadık Türkmen müritleri tarafından korunmuş ve henüz on dört yaşındayken Tebriz’i alarak tahta oturmuştur. Onun kurduğu devlet, sadece bir hanedan değişikliği değil, Türk dünyasının jeopolitik yapısını kökten değiştiren bir devrim niteliğindedir.

Safevi Devleti’nin temel taşı, “Kızılbaş” olarak anılan Anadolu Türkmenleridir. Şah İsmail, Anadolu’nun içlerine kadar uzanan bir nüfuz ağı kurarak, buradaki Türkmen boylarını kendi bayrağı altında toplamayı başarmıştır. Şamlı, Afşar, Kaçar, Ustaclu ve Tekelu gibi öz be öz Türk boyları, Şah İsmail’i sadece bir hükümdar değil, aynı zamanda mürşit olarak görmüştür. Bu durum, Safevi Devleti’nin askeri ve sosyal yapısının tamamen Türk unsurları üzerine inşa edilmesini sağlamış, devleti bir nevi “Türkmen İmparatorluğu” kimliğine büründürmüştür. Ardını oxu »

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv