Gerçəklik nöqsanlını kamil kimi qələmə verir.
Gerçəklik keçicini sonsuz kimi qələmə verir.
Gerçəklik ölümlünü ölümsüz kimi qələmə verir.
Gerçəklik insanı aldadır.
İnsan gerçəkliklə döyüşür.
İnsan gerçəkliyin yalanını rədd edir.
İnsan gerçəkliyin tələbini eşitmir, onun məntiqinə inanmır. İnsan gerçəkliyə deyir ki, sənin həqiqət kimi təqdim etdiyin həqiqət deyil, ülviyyət kimi təqdim etdiyin ülviyyət deyil, zirvə kimi təqdim etdiyin zirvə deyil; sən mənim üçün azsan. Mən sənin həqiqətindən, ülviyyətindən, zirvəndən daha yüksək həqiqət, ülviyyət və zirvə yarada bilərəm.
Mən sənə bənzəmək üçün yox, səni təkrar etmək üçün yox, səndən yüksəyə qalxmaq, səndən yaxşısını yaratmaq üçün dünyaya gəlmişəm.
Çünki mən ruhani xilqətəm və mənim mahiyyətimdə Mütləq yaşayır. Mən sənin daxilində yaşasam da, səndən yüksəkdə yaşayıram. Sənin nöqsanlı kamilliyin mənim üçün azdır və mən əsil sonsuzluq yaradıram; səndən fərqli, səndən uca yaşayıram. Ardını oxu »
Soylu Atalı. Borçalının taleyini düşünəkmi!?
Uzun aralıqdan sonra bu günlərdə Borçalıya səfərim oldu. 2019-cu ildə başladılan pandemiyadan üzü bu günədək Azərbaycan dövləti quru yolları bağlı tuturdu. May ayından Azərbaycanla Gürcüstan arasında dəmir yolunun işə salınmasına baxmayaraq, yolların yenə də bağlı olmasını deməyə ciddi səbəblər var. Ya bilet tapmaq olumsuzdur, ya da biletlər şişirdilmiş qiymətlərlə satışa buraxılır. Hərçəndi onu da əldə […]
Asif Ata. Müqəddəslik – Hərcayilik
Müqəddəslik – hadisələrin, keyfiyyətlərin, xassələrin əbədi, sonsuz, kamil, mütləq mənasını təsdiq edir. Hərcayilik – hadisələrin, keyfiyyətlərin, xassələrin ölümlü, keçici, qeyri-kamil, nisbi mövcudluğunu təsdiq edir. Bu cəhətdən, müqəddəsliklə hərcayilik bir-biriylə yanaşı yaşayır və vuruşur. Həyat onların heç birinə tam qələbə gətirmir, hər ikisini yaşadır. O, insanın qəlbində yaşayan iki duyğunun – həyatın həyatdan böyük mənasını qiymətləndirmə meylinin və […]
Ədalət, İnsanlaşma qonusunda söhbət
(Soylu Atalı yazılarını amaldaşlarına oxuyur, ortaya sorular çıxdıqca cavablandırır) Müdriklərin düşüncəsi belədir: maddi üstünlüyünə fərəhlənmə ki, onu itirəndə kədərlənməyəsən. Bu, insanın dünyaya münasibətinə yönəlik çağırışdır. Hər kəs maddi bir şey əldə edəndə sevinir. Bu qaçılmazdır, sevinməsi doğrudur. Ancaq insanların ömründə ruhani fərəh olmadığına görə, həyatdan maddi nə gəlirsə onun fərəhinin qaynağına çevrilir. Ona görə maddi […]
Asif Ata. Saflıq – Günah
İnsan özüylə barışanda, kifayətlənəndə günaha batır. Yırtıcılığıyla barışır – günaha batır! Zorakılığıyla barışır – günaha batır! Zəlilliyiylə barışır – günaha batır! Qəddarlığıyla barışır – günaha batır! Şöhrətpərəstliyiylə barışır – günaha batır! Süniliyiylə barışır – günaha batır! İnamsızlığıyla barışır – günaha batır! Nankorluğuyla barışır – günaha batır! Bədxahlığıyla barışır – günaha batır! Qorxuyla barışır – günaha […]
Talıboğullarının qovuşma günü
Talıblı – 100 …Uzun illər axtarışdan sonra Kəpənəkçidə yaşayan Talıblıların başqa bölgələrdə yaşayan soy qohumlarına qovuşa bildik. Qaraqoyunlu mahalına, Qazağa, Dağ Borçalının Mollaevi kəndinə, Qaraçöp mahalına, Kəpənəkçiyə bölünmüş bu soyun (Talıboğullarının) bir araya gələrək, bir-birini tanıması prosesi birinci aşamada uğurla başa çatdı. İnanıram ki, bu soyu birləşdirən “Talıboğulları” kitabı (tarixi oçerk) hər bir “qol”da öyrənilərək […]
Asif Ata. Gerçəklikdən Yüksək yaşamaq
Yanvar 31st, 2026
admin
Galip SARIALTIN. Erdogan hayranı arkadaş bu yazıyı oku
Yanvar 28th, 2026
admin Erdogan hayranı arkadaş bu yazıyı sonuna kadar okumanı rica ediyorum .. Ama ağır ağır oku. Sindire sindire oku ….. Uyarsa Cevap yaz yaz yaz .. yaz ama küfretmeden. Masayı devirmeden Mantıklı cevaplar ver.. Konuya bir örnekle gireyim..
TÜRKİYE 1967 yılında Aliminyum faprikası yapmak için Amerika dan kredi ve teknik yardım ister. Amerika “Siz bir tarım ülkesisiniz. Bırakın fabrika falan yapmayı. Biz size hazır sanayi ürünleri verelim sizde domatesinizi, biberinizi üretmeye devam edin” der. Bunun üzerine Demirel hükümeti Sovyetler birligininin kapısını çalar. Öyleydi böyleydi derken Sovyetlerin teknik yardımıyla Seydişehir alimimyum faprikası 1974 yılında üretime geçer. Kaldı ki Erdoğan ın sürekli kötüledigi 1950 öncesi İnönü döneminde Hiç bir yabancı kredi kullanmadan Yüzlerce tesisi kendi kıt kaynaklarımızla kurmayı başarmıştık.. Ardını oxu »
Paşa Talıblı. Şeirlər
Yanvar 28th, 2026
admin Bu payız hicrətdə qaldım…
… hansı suyu xatırlayım,
yadıma bərə düşməsin.
Necə tutum bu dünyanı,
əlimdən yerə düşməsin…
… gülü görüm güllələnsin,
gülü gillə qarışdırdım.
Yanmaq məni kül elədi,
odu küllə qarışdırdım.
Əlnən tutulmur qəriblik,
dilnən deyilmir heç dərd də!..
… dağdöşü, dağdibi uzaq,
qaldım bu payız hicrətdə. Ardını oxu »
Soylu Atalı. 20 Yanvar Dərsi
Yanvar 20th, 2026
admin Zərdüşt Əsilliyik – İşıqçılıq həsrətlisiyik.
Qaranlığa alışmadıq, «20 Yanvar» yaratdıq.
Babək Əsilliyik – Azadlıq həsrətlisiyik.
Əsarətə dözmədik – «20 Yanvar» yaratdıq.
Dədə Qorqud Əsilliyik – Mərifət təşnəsiyik.
Təhqirə dözmədik – «20 Yanvar» yaratdıq.
Nəimi–Nəsimi Əsilliyik – Daxili Kamillik həsrətlisiyik.
Cəhalətin zülmünə dözmədik – «20 Yanvar» yaratdıq.
Füzuli Əsilliyik – Aşiqlik pərəstişkarıyıq.
Həyasızlıq təqibinə dözmədik – «20 Yanvar» yaratdıq.
Muğam Əsilliyik – İlahi Yolçuluq həsrətindəyik. Ardını oxu »
Asif Ata. 20 Yanvar
Yanvar 20th, 2026
admin Qərb Erməniləri Qorbaçovşinadan incimişdilər.
Moskva Erməniləri Qorbaçovşinadan incimişdilər.
Ermənistan Erməniləri Qorbaçovşinadan incimişdilər.
Balalarımıza güllə atılmalıydı.
Qorbaçovşina inciyənlərlə barışmalıydı.
Azərbaycan hökuməti özünün elan etdiyi suverenliyə elə inandı ki, özünü doğrudan da, müstəqil saydı və Mərkəzə diş qıcartdı.
Mərkəz də onun dişini qırıb qarnına tökdü.
Nəqliyyat Blokadaçılarına atıldı balalarımıza atılan güllə.Neftçalalılara atıldı. Ardını oxu »
Fazil Aliev. Qıpçaq-Afşar etnosistemində Soğanlığın tarixi
Yanvar 14th, 2026
admin “Oğuz Sistemində Soğanlıq Tayfası” XVI–XVIII əsrlər arasında Soğanlıq tayfasının etnogenezi və məskunlaşma dinamikasını Oğuz–Afşar konteksti içində izah edən, arxiv və xəritə materiallarına dayanan ilk sistemli tədqiqatdır. Kitab, Oğuzların 24 boy sistemi, damğa/onqon rəmzləri və “çəngəl dönəmi” nəzəri çərçivəsindən başlayaraq Afşar–So ğanlıq xəttini morfoloji, onomastik və areal analizlərlə izləyir. Osmanlı idarəçiliyində tahrir–tımar–iskân mexanizminin Tiflis–Kür sağ sahilində yaratdığı “dayaq məntəqələ ri” 1518–1521 Konya tahrirləri və 1728 Tiflis müfəssəli kimi birinci əl mənbələrlə sənəd ləşdirilir. Vaxuşti Baqrationi atlası və Jan Şarden səfərnaməsi əsasında “Qorqud Eli”nin kartoqrafik skeleti və karvan–coğrafiyası canlı şəkildə bərpa olunur. Cədvəl və xəritələr lə zənginləşdirilən monoqrafiya, etimologiya, toponimika və sosial tarix arasında körpü quraraq Soğanlıq tayfasını lokal fakt kimi deyil, Osmanlı–Səfəvi sərhəd siyasətinin uzunmüddətli nəticəsi kimi təqdim edir. Akademik oxucu üçün dərin, yerli tədqiqatçı və maraqlananlar üçün isə əlçatan bir başvuru mənbəsidir.
Soylu Atalı – 60. Yaşamaq – Özünü Dərkdədir
Yanvar 13th, 2026
admin İnsan özündə egonu formalaşdıran keyfiyyətlərlə iç-içə olursa, bütün varlığı gün-güzarana, kefə, əyləncəyə bağlı olur. İnsan İçində ruhani keyfiyyətlərlə ünsiyyətdə olarsa, onu içdən ruhanilik formalaşdırar. Yəni insan öz içində nə ilə ünsiyyətdədirsə, nə ilə söhbət edirsə, onun varlığını ünsiyyətdə olduğu keyfiyyətlər formalaşdırır. Bunu da insanın özü bilməlidir, tanımalıdır. Özünü tanımalıdır ki, nə ilə ünsiyyətdədir, nəyə boy verir, meydan verir, içində nəyi söylədir, nəyi dindirir.
Tutaq ki, sən içində kinlə təmasda olur, onu dindirirsən. O anda sən acıqla, qəddarlıqla da təmasa gedirsən. Sənin içində halın, varlığın bütünlüklə təmasda olduqlarından ibarət olur, təmasda olduqların olursan. Başqalarına münasibəti də o formalaşdırır, o yaradır. Sən içində təması dəyişsən, ünsiyyəti dəyişsən, ünsiyyətin yerini dəyişsən onda uğurlu münasibət, insani münasibət, doğma münasibət formalaşacaq. Ardını oxu »
Asif Ata. Ürəkdən gələn səs
Yanvar 13th, 2026
admin Dünyada, Həyatda, İnsanda – dünyaya, həyata, insana sığmayan, onlardan yüksək olan, ali, böyük olan, onlarda təzahür edən, nişanələriylə aşkara çıxan, onları böyüdən, yüksəldən Mütləq yaşayır.
Dünyada, Həyatda, İnsanda gözəl, kamil, ülvi nə varsa – hamısında Mütləq var. Gözəlliklər, ülviliklər, kamilliklər Mütləqin əlamətləridir. Ancaq dünyada, həyatda, insanda gözəlliklərlə, kamilliklərlə, ülviliklərlə yanaşı, eybəcərliklər, naqisliklər, bəsitliklər də yaşayır. Mütləq onlara yaddır, düşməndir, onları rədd edəndir.
Mütləq – dünyada, həyatda, insanda nə varsa, hamısının kamilləşməyə, ucalmağa, şərə, çirkinliyə qələbə çalmağa sövq edir, onları özlərindən kənara çıxarır, Mütləq gözəlliyə, Mütləq xeyirə səsləyir, onların qarşısında sonsuz üfüqlər açır, onlara sığmazlıq xisləti bəxş edir. Dünya, Həyat, İnsan çoxcəhətlidir, əlvandır, mürəkkəbdir, ziddiyyətlidir, bulanıqdır, ancaq həm də Mütləqlə səciyyələnən, yetişən, gözəlləşən, özündən yüksəyə qalxan, sonsuzluğa doğru hərəkət edəndir. Dünyanın, Həyatın, İnsanın məziyyətləri nisbi səciyyə daşıyır. Nisbi gözəllik, nisbi kamillik, nisbi xeyir var dünyada. Lakin nisbidə Mütləq var. Nisbi gözəlliyin, nisbi kamilliyin, nisbi xeyirin mayasında Mütləq yaşayır. Ardını oxu »
Soylu Atalı. Dəyişmədən Yenilik olmur
Yanvar 8th, 2026
admin …İnsan yeniliyə can atır. Ancaq bu yenilik nədir, onu necə anlayır, necə qəbul edir, – bu çox ilginc bir məsələdir. İnsan həmişə real dünyadan uzaqlaşmağa can atır, çünkü real dünya ona əzablı gəlir, çətin görünür, bəsit, adi bilinir. Bəs o, real dünyadan hansı dünyaya can atır. Bu canatma insanın gerçək yerişinə, reallığına uyğun gəlirmi?! Göyel (səmavi) dinlərdə insana cənnət vəd olunur. Yəni real dünyadan fərqli bir dünya. Cənnət dünyasında insan guya rahatlıq tapır, kef, eyş-işrət, əzabdan, əziyyətdən uzaq…
Eləcə də başqa məsələlər olsun, insan fərqli dünya axtarışındadır. Ancaq bu dünya hardadır, necədir, kim yaradacaq, kim gətirəcək, kim çağıracaq, bunun fərqinə varmaq gərəkdir. Dediyim kimi, dinlər insanlara vədlər verir. Asif Ata insana mifik vədlər vermir. O, insana əzab, əziyyət “vəd” edir. Deyir, sən dünyanı dəyişməlisən, yeni dünya bu dünyanın özünün içindədir, özündədir, qıraqda deyil. Onun üçün sən zəhmətə qatlaşmalısan, öz üzərində işləməlisən, öz davranışlarını, xarakterini dəyişməlisən. Bütövlükdə toplumun dəyişməsinə yardım eləməlisən. Yeni bir dünya yaradırsan. Yeni dünya sənin ədalət dünyan olur, həqiqət, mənəviyyat dünyan – İnsanlıq dünyan olur, münasibətlər gözəlliyi dünyanı əmələ gətirir…
Bu artıq yeni bir çağırışdır, fərqli çağırışdır. Burada mif, əsatir, nağıl yoxdur. Ancaq bütün dinlərdə, çağırışlarda əsatir, mif var, nağıl var. Eyni halda, heç kim Asif Ataya qədər insanları öz əliylə, öz içində dəyişmək yönündə addım atmayıb, dünyanı dəyişmək məqsədi güdməyib. İnsanın özünü deyil, baxışını dəyişməyə çalışıblar. Ardını oxu »
Asif Ata. Məkandan yüksək yaşamaq
Dekabr 31st, 2025
admin İnsan cismən ən məhdud, kiçik məkana sığır. Ancaq fikrən, ruhən ən geniş, ən böyük məkana sığmır.
Buna görə də o, məkandan yalnız cismani mənada asılı olur. İnsan ömrü boyu bir evdə, bir şəhərdə, bir yerdə yaşaya bilər. Ancaq düşüncəsiylə, arzusuyla, duyğularıyla həmin evə, həmin şəhərə, həmin yerə sığmaz. Buna görə də o, həmin evdən, şəhərdən, yerdən yalnız cismani mənada asılı olur. İnsan yaxında mövcud olur, ən çox yaxınlıqda ünsiyyət yaradır, ancaq yaxınlığa sığmır, ruhani ucalığa can atır. Buna görə də o, yaxınlıqdan yalnız nisbi mənada asılı olur. İnsan məhdudda, kiçikdə geniş və böyük mahiyyət kəşf edir, evində, torpağında, şəhərində, qeyri-adi, müqəddəs, sonsuz, əbədi məna tapır. Bu səbəbdən də o, gördüyündən yalnız nisbi mənada asılı olur, görünəndən daha çox görür. İnsan müəyyən bir ölkədə yaşayır, ancaq həmin ölkədə dünyanın rəmzi mənasını tapır, buna görə də o, ölkənin vətəndaşı olduğu dərəcədə dünyanın vətəndaşı olur, öz ölkəsini sevdiyi dərəcədə dünyanı sevir. Həyat insana məkan daxilində yaşamaq imkanı verir. Ancaq insan bu imkanla kifayətlənmir, məkandan yüksək yaşayır.
Bu o deməkdir ki, onun duyğuları məkana pərçimlənən duyğular olmur, ondan böyük, ali duyğular olur.
O, yalnız məkan çərçivəsinə sığanı sevmir, dünyanı, bəşəri, təbiəti sevir.
Bu o deməkdir ki, o, özünün məkanla vəhdətini məhdud keyfiyyət sayır, ondan daha böyük vəhdət arayır və tapır. Dünyayla vəhdət ucalığına çatır. Ardını oxu »




