Türkel Araşdırma Qurumunun Mətbuatla Əlaqə Odasının Məlumatı
24 Yağış Ayı, 33-cü ildə (noyabr, 2011) Türkel Araşdırma Qurumunun növbəti toplantısı keçirilib. Toplantıda Qurumun fəaliyyəti, “Güney Azərbaycanın Azadlıq məsələsinə konseptual baxış” mövzusunun üçüncü hissəsi və cari məsələlər təhlil edilib. Ardını oxu »
Soylu Atalı. Türklüyün Yenilməsinin Yenilənməsi
Türkiyə ilə Azərbaycan arasında yaranan siyasi gərginlik çox çək-çevir edilməkdədir. Hər iki ölkədə duruma olduqca həssas, ehtiyatlı yanaşmalar da var, buradan oranı, oradan buranı yamanlayanlar da. Yamanlayanları iki yerə bölmək olar: Dış güclərin çıxarlarına qulluq edənlər, bir də hakimiyyətlərin istəklərinə qulluq edən trollar. Ehtiyatlı davrananlar çox çətin durumda qalıblar. Bəzən onlar barışdırıcı mövqe seçirlər, bəzən […]
Asif Ata. Özüylədöyüş və Özüyləbarışma
Həyatda insan özüylə döyüşür, ancaq bu döyüşdə tam qələbə qazanmır, son nəticədə özüylə barışır. Özüyləbarışmada o, gerçəkliyin məntiqinə əsaslanır. “Yırtıcı olmasam, yaşaya bilmərəm, məni parçalayarlar” – deyir. “Xudbin olmasam, yaşaya bilmərəm, başqasının əsarətinə düşərəm” – deyir. “Şəhvəti sevməsəm, yaşamaram, çünki həyat – cismani nəşələnməkdir” – deyir. “Şöhrəti sevməsəm, yaşamaram, çünki həyat özünütəsdiqdir” – deyir. “Yalana […]
Başsağlığı
Asif Atanın Mütləqə İnam Ocağı Ocaqdostu, Güney Azərbaycan aydını Ağşın Ağkəmərlinin ölümü ilə bağlı ailəsinə, millətimizə başsağlığı verir. Evindən işıq əskilməsin. Balalarında yaşasın. Yurdu, Ulusu var olsun.
Asif Ata. Dostluq – Düşmənlik
Həyatda ən yüksək dostluq belə, mütləq səviyyəyə qalxmır. Bu səbəbdən də həyatdakı ən böyük dostluqda belə düşmənlik yaşayır. Əgər insan xudbinlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan həsəd eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan mənfəətpərəstlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən […]
Ağşın Ağkəmərli. Yolçu yolda gərək
1965-ci ildə 5 yaşında kənddə məktəbə getmişəm. Bütün dərslər fasca olduğuna görə heç nə başa düşmürdüm. Təkcə mən yox, heç kim heç nə başa düşmürdü. Ancaq məni başqalarından fərqləndirən bir şey vardı, – şeiri bir dəfə eşitməklə öyrənirdim, daha doğrusu, sözlərini əzbərləyirdim. Atam hər ilin qış aylarında kəndə gəlirdi. 1-2 ay qalandan sonra evə gərək […]
Türkel Araşdırma Qurumu toplantı keçirib
Noyabr 26th, 2011
admin
Soylu Atalı. Rəzalətin yaratdığı hədələr
Noyabr 26th, 2011
admin Yazıçı Rafiq Tağını susdurmaqla molla şüuru köhnəliyi sabaha daşımaq istəyir. Anlamaq olmur ki, bunun mümkünlüyünə o, öz içində inanırmı?! Axı Rafiq Tağı danışan yeganə ziyalı deyil. Orta çağların yasaq üsulunu qorumaqdansa ictimai, siyasi idarəetmədə dəyişikliklər eləmək daha doğru qanacaq olmazmı?! Burada biz İran İslam Respublikasının heç bir çərçivəyə sığmayan davranışlarını nəzərdə tuturuq. Ardını oxu »
Vüqar Bəyturan. Bizə inqilab lazımdırmı?
Noyabr 21st, 2011
admin Azərbaycanın ənənəvi müxalifəti inqilab etməkdə, iqtidarsa onun qarşısını almaqda acizdir
İnqilab mövzusu dünya ölkələrinin birində sözügedən prosesə uyğun bir hadisə baş verən kimi bizim də yadımıza düşür. Hakimiyyətyönlü politoloq-şərhçi yığnağı belə bir olayın bizdə baş verə bilməsinin mümkünsüzlüyünü, müxalifət cameəsinin başbilənləri isə növbəti inqilabın mütləq Azərbaycanda olacağını əsaslandırmaq üçün yarışa start verir. Köşə yazarları “ o əjdahadan niyə bizdə yoxdur?” sualına cavab axtarır, zülm altında inildəyən əhalimiz yenə ümidlə müxalifət qəzetlərinin manşetlərini izləyir, qırxı çoxdan çıxmış ənənəvi müxalifətdən situasiyaya təsir edə biləcək addım gözləyir. Ardını oxu »
Azərbaycançılıqla “Azərbaycan”çılığın fərqi
Noyabr 16th, 2011
admin Vüqar Bəyturan (Milli Qurtuluş Partiyasının başqanı)
İdeologiya çürük cəmiyyətlər üçün xilas yoludur. Yalnız hər hansı nəzəriyyəyə inanan insan kütləsi kütləvi hərəkata nail olur, məqsədə doğru böyük inamla irəliləmək bacarığına sahiblənir. Məhz belə kütləvilik ciddi dəyişikliklər üçün baza rolunu oynayır, inqilabların, üsyanların, hakimiyyət əvəzləmələrinin, böyük imperiyaların qurulmasının və dağılmasının səbəbkarı kimi çıxış edir. Ardını oxu »
Dəyişməli, ya da dəyişməli
Noyabr 12th, 2011
admin Vüqar Bəyturan (Milli Qurtuluş Partiyasının başqanı)
Azərbaycanda iqtidar da, müxalifət də, xalq da mahiyyətcə dəyişməlidir!
Ölkəmizdən başdan-başa naftalin qoxusu gəlir. Televiziyalar köhnə mövzulardan, əslində çərçivələrdən kənara çıxa bilmir, küçələrdə binalar, körpülər tikilsə də, yenilik hiss olunmur, daşlar adamın üzərinə gəlir. Azərbaycan polisi mundirini dəyişsə də, sovet milisinin zorbalığını özündə tam ehtiva edir. Azərbaycanda 20-30 il əvvəl olduğu kimi təkpartiyalı sistem bərqərar olub, ölkə AKP, MK, 1-ci katib psixologiyası ilə idarə olunur. Parlamentdə kolxozçuların yerinə biznesmenlər təyin olunub. Azərbaycan müxalifəti Mavzoley, Kreml yerinə Avropa Şurasına donos və şikayət yazan sovet demokratlarına (demoqoq-V.B) bənzəyir. Ardını oxu »
Türkel Araşdırma Qurumunun növbəti toplantısı (2 noyabr, 2011)
Noyabr 9th, 2011
admin 2 noyabr, 2011 (Yağış, 33) tarixdə Türkel Araşdırma Qurumu növbəti dəfə toplantısını keçirmişdir. Toplantı iki hissədən ibarət oldu. Birinci hissədə “Güney Azərbaycanın Azadlıq məsələsinə konseptual baxış” ideyasının 2-ci mövzusu “Güney Azərbaycanda aparılmış milli azadlıq mübarizələri və nəticə olaraq bu günü” müzakirə edilmişdir. İkinci hissədə işin texniki-təşkilati cəhəti təhlil edilərək, yeni təkliflər diqqətdən keçirilmişdir. Türkel Araşdırma Qurumu Yeni Oda’ların təşkil olunması və əlaqələrin genişləndirilməsi məsələsini də qarşıya məqsəd qoymuşdur. Ardını oxu »
Soylu Atalı ilə Fəxrəddin Hacıbəylinin söhbəti
Noyabr 9th, 2011
admin Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı ilə Almaniyada yaşayan ziyalı həmyerlimiz Fəxrəddin Hacıbəylinin söhbəti
Soylu Atalı: Xoş gördük, Fəxri bəy! Necəsən?
Fəxrəddin Hacıbəyli: Xoş gördük, Soylu bəy! Mən yaxşıyam, siz necəsiniz?
Soylu Atalı: Təşəkkür edirəm, biz də çox yaxşıyıq.
Mənim üçün dünyanın harasında olursa-olsun, Azərbaycan ziyalısı dəyərdir. Mən onu həmişə yanımda bilirəm, – əsil ziyalını. Ardını oxu »
Soylu Atalı. Üzü və Sözü Güney Azərbaycan türklərinə doğru
Noyabr 5th, 2011
admin Üzü və Sözü Güney Azərbaycan türklərinə doğru
Ürəyinizdə Günəş olsun, sayğılı Yurddaşlarım və Soydaşlarım!
Azərbaycanın indiki durumu Türk Dünyasının ən dərin problemidir. Bir az geniş təhlil olunsa, məlum olar ki, bütövlükdə dünyanın dərin problemidir. Ancaq indiki siyasi dünya Azərbaycanın taleyinə qarşı biganədir, çünki bu taleni siyasi dünya özü hazırlayıb. 200 ildir Azərbaycanın bu durumdan çıxmasının qarşısını alır. Bu qədər vaxtda ardıcıl Azadlıq mübarizələri aparmışıq, böyük mənada bəhrə verməyib. Azərbaycanın ikiyə bölünməsi durumu daha da mürəkkəbləşdirib. Mübarizələrimiz həmişə pərakəndə xarakter daşıyıb. Mütəşəkkil ayağa duranda belə, məzmunca pərakəndə olub. 20-ci yüzildə Azərbaycanın Güneyində 3 dəfə inqilab həyata keçirilib, məğlubiyyətlə sonuclanıb. Söz yox ki, xalqın ruhunda mübarizə ənənəsinin yaranması tarixilik baxımından da, millilik baxımından da bir örnəkdir. Ancaq mübarizə Azadlıq yetirməlidir. Ardını oxu »
Yasin Türksoy. Dövlətçiliyə Nurçuluq təhlükəsi
Oktyabr 26th, 2011
admin Azərbaycan gəncliyinin beyninə təhsildə yeridilən psixoloji əsarət – Sakit işğal
Nurçuların iziylə…
Zamanımızda, Vətənimizin sürətlə özgələşdirildiyi bir vaxtda, ideoloji cəhətdən nəzarətsiz Azərbaycanda eninə-boyuna yayılan təriqətlərdən biri də Nurçuluqdur.
Türkiyədə başlayıb, ABŞ-da qərarlaşan, Avropaya sızan şəbəkə Qafqazı aşıb Mərkəzi Asiya ölkələrinə də geniş yayılmaqdadır. Ardını oxu »
Güney Azərbaycanın tarixi keçmişinə fəlsəfi-ruhani qiymət
Oktyabr 24th, 2011
admin Güney Azərbaycanın müstəqillik məsələsinə konseptual baxış
I mövzu: Güney Azərbaycanın tarixi keçmişinə fəlsəfi-ruhani qiymət
Abil Ulusoy: Günaydın, istəkli yurddaşlarımız!
“Türkel Araşdırma Qurumu” növbəti toplantısını keçirir. Bugünkü mövzumuz “Güney Azərbaycanın müstəqillik məsələsinə konseptual baxış”dır. Bunun da birinci hissəsi “Güney Azərbaycanın tarixi keçmişi adlanır. Bu mövzunun içində Güney Azərbaycanın coğrafi sınırlarını da xatırlatmaq yerinə düşər. Hər bir dövlətin təbii ki, müəyyən olunmuş sərhədləri var. Bu sərhədlər bəzən zorakılıqla müəyyən olunur, bəzən isə həmin ərazidə yaşayan supermillətin arzularına uyğun şəkildə cızılır. Bəzən də başqa xalqların coğrafi sərhədləri onların iradələrinin əleyhinə dəyişdirilir. Güney Azərbaycanın sərhədlərinin müəyyənləşdirilməsi bu qəbildəndir. Ardını oxu »




