Tədbirdən görüntü

“Türkel Araşdırma Qurumu” müzakirə olunacaq mövzular və qurumun fəaliyyəti barədə müzakirə aparıb

Türkel Araşdırma Qurumunun
Mətbuatla Əlaqə Odasının
Məlumatı

Mətbuat Açıqlaması

Asif Ozan “Türkel Araşdırma Qurumu”na qoşuldu

“Türkel Araşdırma Qurumu” müzakirə olunacaq mövzular və qurumun fəaliyyəti barədə müzakirə aparıb
“Türkel Araşdırma Qurumu”nun Təsisçilərinin növbəti toplantısı keçirilib. Toplantıda qurumun fəaliyyəti, yeni araşdırmaçı mütəxəssislərin “Türkel” AQ çərçivəsində təmsil olunması və müzakirəyə təqdim olunan mövzular ətrafında fikir mübadiləsi aparılıb. Araşdırmaçı filosof, Milli Qurtuluş Partiyasının Böyük Məclisinin sədri Asif Ozanın “Türkel Araşdırma Qurumu”nda təmsil olunması təsisçilər tərəfindən müsbət qarşılanıb. Qarşıdakı fəaliyyət dövründə müzakirə ediləcək mövzular ətrafında fikir mübadiləsi aparılıb. Ardını oxu »

Türkel Araşdırma Qurumu haqqında

Bu günlərdə əslən Güney Azərbaycanlı ziyalı, araşdırmaçı Ağşın Ağkəmərli, Milli Qurtuluş Partiyasının başkanı Vüqar Bəyturan, Milli mübarizənin ünlü simalarından Abil Ulusoy, Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı tərəfindən “Türkel Araşdırma Qurumu” təsis edilib. Qurumun məqsədi maarifçilik xəttindən ibarətdir. Bu maarifçiliyin əsas yönü milli açıdan təhlil, araşdırma və yönəltmə işidir. Türk aləmində, eləcə də dünyada baş verən ictimai-ruhani, ideoloji-siyasi proseslərə Türkçülük meyarı ilə yanaşıb həqiqi qiymət vermək məqsədi güdülür. Habelə Qurum bu gün Azərbaycanın ictimai-siyasi həyatında mövcud olan ideoloji boşluğu doldurmaq istəyindədir.

Bu vaxta qədər adı çəkilən şəxslərdən Abil Ulusoy, Ağşın Ağkəmərli, Soylu Atalı maarifçilik məqsədi ilə Azərbaycanın köklü problemlərini milli-mənəvi açıdan təhlil etmiş, müzakirələr aparmış, müəyyən işlər həyata keçirmişlər. Araşdırma Qurumu təsis edildikdən sonra bu iş yeni mərhələyə qədəm qoymuşdur.

Türkçülük və Dinçilik

Bu gün Azərbaycanda, Türkiyədə, bütövlükdə Türk Dünyasında türkün yaxınlaşmasını əngəlləmək, türklüyü sıradan çıxarmaq üçün çeşidli oyunlar gedir. Bu gedişat bütün dövrlərdə Türkçülüyə qarşı düşünülmüş planların təzələnməsidir. Belə bir məsələyə qarşı öz düşüncələri ilə dirəniş göstərmək üçün milli mübarizənin təmsilçiləri Milli Qurtuluş Partiyasının başqanı Vüqar Bəyturan, Abil Ulusoy, Üzeyir Əlizadə, Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı bu mövzunu müzakirə etmişlər. Həmin müzakirəni təqdim edirik.

Türkçülük və Dinçilik

Vüqar Bəyturan: Hörmətli dostlar, ilk növbədə hər birinizi salamlayıram. Bugünkü mövzumuz türk millətinin İslam dininə girov düşməsi ilə bağlıdır. İndiyə qədər də dinlə bağlı müzakirələr olub. Ardını oxu »

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv