Tarixən Türkiyə ilə Azərbaycan arasında münasibətlər bu gün göründüyü qədər sadə olmayıb. Müstəqillik qazanandan sonra bizim suverenliyimizi ilk tanıyan dövlət kimi ölkəmizin ictimai şüurunda müsbət yer tutan, milli, dini, tarixi yaxınlığımızın digər xalqlara nisbətən daha çox olduğu Türkiyə türklərini millətimiz qardaş kimi qəbul edib, dövlətimizsə yaxın qonşumuzu strateji müttəfiq kimi görüb. Ardını oxu »
Soylu Atalı. Türklüyün Yenilməsinin Yenilənməsi
Türkiyə ilə Azərbaycan arasında yaranan siyasi gərginlik çox çək-çevir edilməkdədir. Hər iki ölkədə duruma olduqca həssas, ehtiyatlı yanaşmalar da var, buradan oranı, oradan buranı yamanlayanlar da. Yamanlayanları iki yerə bölmək olar: Dış güclərin çıxarlarına qulluq edənlər, bir də hakimiyyətlərin istəklərinə qulluq edən trollar. Ehtiyatlı davrananlar çox çətin durumda qalıblar. Bəzən onlar barışdırıcı mövqe seçirlər, bəzən […]
Asif Ata. Özüylədöyüş və Özüyləbarışma
Həyatda insan özüylə döyüşür, ancaq bu döyüşdə tam qələbə qazanmır, son nəticədə özüylə barışır. Özüyləbarışmada o, gerçəkliyin məntiqinə əsaslanır. “Yırtıcı olmasam, yaşaya bilmərəm, məni parçalayarlar” – deyir. “Xudbin olmasam, yaşaya bilmərəm, başqasının əsarətinə düşərəm” – deyir. “Şəhvəti sevməsəm, yaşamaram, çünki həyat – cismani nəşələnməkdir” – deyir. “Şöhrəti sevməsəm, yaşamaram, çünki həyat özünütəsdiqdir” – deyir. “Yalana […]
Başsağlığı
Asif Atanın Mütləqə İnam Ocağı Ocaqdostu, Güney Azərbaycan aydını Ağşın Ağkəmərlinin ölümü ilə bağlı ailəsinə, millətimizə başsağlığı verir. Evindən işıq əskilməsin. Balalarında yaşasın. Yurdu, Ulusu var olsun.
Asif Ata. Dostluq – Düşmənlik
Həyatda ən yüksək dostluq belə, mütləq səviyyəyə qalxmır. Bu səbəbdən də həyatdakı ən böyük dostluqda belə düşmənlik yaşayır. Əgər insan xudbinlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan həsəd eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan mənfəətpərəstlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən […]
Ağşın Ağkəmərli. Yolçu yolda gərək
1965-ci ildə 5 yaşında kənddə məktəbə getmişəm. Bütün dərslər fasca olduğuna görə heç nə başa düşmürdüm. Təkcə mən yox, heç kim heç nə başa düşmürdü. Ancaq məni başqalarından fərqləndirən bir şey vardı, – şeiri bir dəfə eşitməklə öyrənirdim, daha doğrusu, sözlərini əzbərləyirdim. Atam hər ilin qış aylarında kəndə gəlirdi. 1-2 ay qalandan sonra evə gərək […]
Hürufilik – Azərbaycanın Ruhani mahiyyətidir
Dekabr 20th, 2011
admin Fəlakətlərimizdən dərs götürək!
Azərbaycanın tarixi fəlakətləri əsasən onun yaratdığı milli-bəşəri dəyərlərin məhv edilməsi hesabına formalaşıb. Bu fəlakətlər isə bu vaxta qədər təhrif olunmuş biçimdə qiymətləndirilib…
Əslən Təbrizdən olan tədqiqatçı ziyalı Ağşın Ağkəmərli, Uluyurd prinsipləri ilə yükümlü Abil Ulusoy və Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı “Fəlakətlərimizdən dərs götürək” rubrikası altında milli-mənəvi açımdan mövzuları təqdim edirlər. Ardını oxu »
Türkel Araşdırma Qurumu toplantı keçirdi
Dekabr 20th, 2011
admin TÜRKEL ARAŞDIRMA QURUMU
Toplantı keçirdi
18 dekabr 2011-ci il tarixdə “Türkel Araşdırma Qurumu” növbəti toplantısını keçirdi. Ardını oxu »
Ulusəs Atalı. Türkü – Türk İnamı var edəcək
Dekabr 10th, 2011
admin Dünya Gənc Türk yazarlar Birliyinin “Türkün səsi” kitabına rəy verərkən mən “Türkün səsi”ni türk ruhunun ucalığında görmək arzumu çatdırmaq istəyirəm.
Dünyada ən böyük ərazisi olan türk, öz torpaqlarında, yüzillərlə türk millətini əsarətdə saxlayan yad qüvvələrə, onların dini və siyasi imperiyalarının mövcudluğuna dözür nədənsə. Ardını oxu »
Soylu Atalı. Din İnamsızlığı
Dekabr 6th, 2011
admin Qiyamət Günü – Allaha inamsızlıqdır. Din dünyanın düzələcəyinə, insanın kamilləşəcəyinə, hətta özünün iddia elədiyi kimi, Allahın peyğəmbərlərə göndərdiyi kitablarla insanı düzəldə biləcəyinə şübhə edir. Əgər Qiyamət mütləq qopacaqsa, deməli, insan düzəlməyəcək. İnsan düzəlsəydi Qiyamət qoparılmazdı. Deməli, bəri başdan insanın düzəlməyəcəyi bəllidir ki, Qiyamətin qopması ilə bağlı hökm verilib. Ardını oxu »
Asif Ata. Azərbaycançılıq – Türkçülük Birliyi
Dekabr 6th, 2011
admin Ürəyinizdə Günəş Olsun!
Türkçülüyün Üç əsas Cəhəti var: Ruhani Türkçülük, Tarixi Türkçülük, İdeoloji Türkçülük. Ardını oxu »
Rafiq Tağıya həsr olunmuş Anma Törəni keçirildi
Noyabr 28th, 2011
admin Türkel Araşdırma Qurumunun və Mütləqə İnam Ocağının birgə təşəbbüsü ilə 27 Yağış ayı, 33( noyabr, 2011) cü il tarixdə Rafiq Tağının xatirəsinə həsr olunmuş Anım Tədbiri düzənləndi. Burada media mənsubları, Rafiq Tağını sevən dostları və qardaşı İlqar bəy iştirak edirdi.”1) Nə baş verdi və niyə baş verdi – kim idi Rafiq Tağı; 2) Azad düşüncə və dövlətçilik. Söhbət əsasən bu məsələlərin üzərində quruldu. Ardını oxu »
Soylu Atalı. Alimin fal daşı və ya kül aləmin gözünə
Noyabr 26th, 2011
admin Bir vaxtlar Azərbaycanda ruslara “sevgi” dəbdə idi. Rusun orta səviyyəli bir yaradıcısına yarınmaq istəyənlərin içərisinə iynə atırdın yerə düşmürdü. İndi avropalıların xoşuna gəlmək yarışı başlayıb. Kim harda nə tapırsa, dərhal ona kosmetik bəzək verib öz doğmaca xalqına “ərməğan” edir. Hər vasitə ilə cəmiyyəti inandırmağa çalışırlar ki, Avropada azərbaycanlıların bilmədiyi kişi varmış. Bizim cəmiyyət onlardan xəbərsizmiş. Ardını oxu »
Ulusəs Atalı. Dönə-dönə Atatürk…
Noyabr 26th, 2011
admin Atatürk qəhrəmanlığı – türkün ölümü yenmə qətiyyətiydi.
Atatürkün başçılıq etdiyi Çanaqqala döyüşü elə andır ki, məhz buradan türkün yenidən doğulub “var olmaq” tərcümeyi-halı başlanır. O savaşlarda göstərdiyi qəhrəmanlıq millətin özümlüyünü, yenilməzliyini bir daha təsdiqlədi. Məhz bu döyüşdə Atatürkün məşhur “Mən sizə ölmək əmri verirəm!” hökmü 200 min türkü şəhidlik zirvəsinə yüksəltməklə, ulusu ölümsüz etdi. Ardını oxu »




