Biz tarixin fəlsəfəsini öyrənəndən, biləndən sonra dünya tarixindəki yerimizi bilməliyik. Bilməliyik: bizim yerimiz tarixin hansısa ucqarında deyil, tən ortasındadır. O tarix min illər öncə dünya tarixinə özünün ünlü, silinməz damğasını vurmuş Turlar ölkəsinin – Azərbaycanın tarixidir. Manna, Maday (Midiya), Atropatena, Albaniya – bunlar Azərbaycan Türk etnosunun ayrı-ayrı adlar altında yaratdığı bir-birinə bağlı dövlətlər sistemidir. Ardını oxu »
Soylu Atalı. Türklüyün Yenilməsinin Yenilənməsi
Türkiyə ilə Azərbaycan arasında yaranan siyasi gərginlik çox çək-çevir edilməkdədir. Hər iki ölkədə duruma olduqca həssas, ehtiyatlı yanaşmalar da var, buradan oranı, oradan buranı yamanlayanlar da. Yamanlayanları iki yerə bölmək olar: Dış güclərin çıxarlarına qulluq edənlər, bir də hakimiyyətlərin istəklərinə qulluq edən trollar. Ehtiyatlı davrananlar çox çətin durumda qalıblar. Bəzən onlar barışdırıcı mövqe seçirlər, bəzən […]
Asif Ata. Özüylədöyüş və Özüyləbarışma
Həyatda insan özüylə döyüşür, ancaq bu döyüşdə tam qələbə qazanmır, son nəticədə özüylə barışır. Özüyləbarışmada o, gerçəkliyin məntiqinə əsaslanır. “Yırtıcı olmasam, yaşaya bilmərəm, məni parçalayarlar” – deyir. “Xudbin olmasam, yaşaya bilmərəm, başqasının əsarətinə düşərəm” – deyir. “Şəhvəti sevməsəm, yaşamaram, çünki həyat – cismani nəşələnməkdir” – deyir. “Şöhrəti sevməsəm, yaşamaram, çünki həyat özünütəsdiqdir” – deyir. “Yalana […]
Başsağlığı
Asif Atanın Mütləqə İnam Ocağı Ocaqdostu, Güney Azərbaycan aydını Ağşın Ağkəmərlinin ölümü ilə bağlı ailəsinə, millətimizə başsağlığı verir. Evindən işıq əskilməsin. Balalarında yaşasın. Yurdu, Ulusu var olsun.
Asif Ata. Dostluq – Düşmənlik
Həyatda ən yüksək dostluq belə, mütləq səviyyəyə qalxmır. Bu səbəbdən də həyatdakı ən böyük dostluqda belə düşmənlik yaşayır. Əgər insan xudbinlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan həsəd eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan mənfəətpərəstlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən […]
Ağşın Ağkəmərli. Yolçu yolda gərək
1965-ci ildə 5 yaşında kənddə məktəbə getmişəm. Bütün dərslər fasca olduğuna görə heç nə başa düşmürdüm. Təkcə mən yox, heç kim heç nə başa düşmürdü. Ancaq məni başqalarından fərqləndirən bir şey vardı, – şeiri bir dəfə eşitməklə öyrənirdim, daha doğrusu, sözlərini əzbərləyirdim. Atam hər ilin qış aylarında kəndə gəlirdi. 1-2 ay qalandan sonra evə gərək […]
ASİF ATA. CƏMİYYƏTLƏ GÖRÜŞ
Aprel 14th, 2013
admin İnsan başqaları ilə birgə yaşamağa can atdı: o, kiminsə əlindən tutmalıydı, kiməsə həmdəm olmalıydı, həm də öz gücünü artırmalıydı. İnsan belə hesab edirdi ki, cəmiyyətdə onun ruhani qüdrəti daha parlaq şəkildə meydana çıxacaq. Bir sözlə, insan cəmə qovuşdu, cəmin içindən özünə başçı seçdi, onu fərqləndirdi, yüksəltdi. Ona inandı.
Hamılıqla təbiət üzərində qələbə çaldılar, dünyaya sahib oldular. Ardını oxu »
XALİQ BAHADIR. TARİXİN FƏLSƏFƏSİ (I HİSSƏ)
Aprel 11th, 2013
admin Tarix nədir, nədən ötrüdür, onu niyə yazırlar? Bir sıra qabaqcıl, gəlişmiş uluslar (deyək, anqlosakslar) üçün bunlar, ola bilsin, yersiz-gərəksiz sorulardır; onlardan ötrü bu sayaq sorular aktuallığını çoxdan itirib. Niyə? Onlar çox-çox illər öncə bu soruları doğuran nədənləri aradan qaldırıblar. Ancaq bizdən ötrü bu sorular bu gün də aktualdır, istər-istəməz biz indi də bu sorulardan yaxa qurtarmaz durumdayıq. Tez-gez biz bu sorulara son qoymalıyıq. Necə, hansı yolla? Bu soruları doğuran gerçəyi aradan qaldırmaqla. Bu isə çox da asan iş deyil. Ardını oxu »
Soylu Atalı. ÖZÜNƏYADLAŞMANIN TARİXİ SƏBƏBİ
Aprel 8th, 2013
admin Azərbaycanda qeyri-milli, eləcə də antimilli təbliğatlar sürətlə işə keçir, ancaq milli təbliğatların etkisi ya yoxdur, ya da çox az hiss olunur. Bu gün toplumu özgələşməyə şirnikdirən təbliğatlar arasında yeni bir fikir də yayılmaqdadır. Son dövrlər ictimai fərdlərdən, eləcə də sadə insanlardan belə bir fikri tez-tez eşitmək olur: “İkinci dünya savaşında Bolşevik Rusiyası deyil, almanlar qalib olsaydı, Azərbaycan indi ən inkişaf etmiş ölkəyə çevrilmişdi, sosial problemlər də aradan qalxmışdı”. Ardını oxu »
İsa MEHDİOĞLU. “KOMİTET 300” VƏ BİZ
Mart 31st, 2013
admin Biganəlik xalqın mənəviyyatının itirilməsinə xəbərdarlıqdır!
Dünyada var olan, bəşəriyyətə bəlli bütün canlı və cansz, maddi və mənəvi varlıqlar daimi olaraq, tədrici dəyişməkdədir. Bu dəyişikliklər təbii və ənənəvi olaraq, məqsədyönlü, planlaşdırılmış və dönməz şəkildə hansısa sirli qüvvələrin layihələrinin təsdiqi kimi baş verir. Bizdən asılı olmayan bu dəyişikliklər, həmişə bizim xeyirmizə xidmət edir və bu dəyişiklikləri tədqiq edən, öyrənən isanların intellektual səviyyəsi artır. Nəticə etibarilə, əslində, ənənəvi olan ibtidai çatışmazlıqlardan, çətinliklərdən uzaqlaşan bəşəriyyətin elmi və mədəni səviyyəsi də yüksəlir. Ardını oxu »
Soylu Atalı. MÜTLƏQ HAKİMİYYƏTÇİLİK EYBƏCƏRLİYİ
Mart 25th, 2013
admin Demokratiya – hakimiyyət uğrunda mübarizə ideologiyasına çevrilib. Hamı demokratiyanı hakimiyyətə gəlmək üçün sevir. Buna görədir ki, hamı partiyalarda qruplaşır. Millətləşmə uğrunda, vətən uğrunda mübarizə aparan şəxsiyyət partiyaçılığa küsənməz, ümumimili Hərəkata başlayar. Partiyaçılıq qrup mənafeyidir, bu səbəbdən də milli istəklər üçün məhduddur. Partiyaçılıqda hədəf hakimiyyət dəyişikliyidir, milli şüur dəyişikliyi deyil. Ümummilli Hərəkatda hədəf milli şüurun inkişafı ilə dövlət yönətim kurallarının milli zəmin üzərinə keçməsini oluşdurmaqdır. Hakimiyyət dəyişikliyi yalan vədlər üzərində həyata keçirilir. Ardını oxu »
XALİQ BAHADIR. ÜZLƏŞDİYİMİZ QANUNSUZLUQLAR
Mart 15th, 2013
admin İki körpə uşaq atası, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallını şərləyib tutduran Gülər Əhmədova özü indi dustaqdır. Əvəz Zeynallı sevmədiyi rejimin dustağıdır, Gülərsə bir könüldən min könülə aşiq olduğu, qurulmasında, bərkinməyində ayrıca rol oynadığı rejimin dustağı! Olduqca ilginc görsənişdir.
Əvəz Zeynallı dustaqlıqda da dediyindən dönmür, bu rejimlə döyüşür, rejimin iç üzünü açıb tökən çıxışlarda bulunur. Ardını oxu »
14 Günəş Ayı (mart) BABƏKİN EDAMININ İLDÖNÜMÜDÜR
Mart 15th, 2013
admin Asif Ata
BABƏKLİYİMİZ – XÜRRƏMDİNLİYİMİZ
I. Fərəh İnamı
Babək Ləzzət İnamı yaratmamışdı. Fərəh İnamı yaratmışdı.
Ləzzət İnamçısı 23 il Xəlifətlə döyüşməzdi – ləzzətindən keçməzdi, – Babək özündən keçmişdi.
Babək İnamının Yazılarını məhv eləyiblər, ancaq Babək əməli gəlib bizə çatıb. Babək əməli əsasında Babək İnamını fəhm etmək olar. İnsan Dünyaya Fərəh üçün gəlib, ən böyük Fərəh isə – Azadlıqdır. Azadlıq – İnsanın özünəməxsusluğu, özünəsahibliyi, özündən asılılığıdır. Ardını oxu »
Soylu Atalı. ZORAKI HAKİMİYYƏTİN BAYRAM ZORAKILIĞI
Mart 12th, 2013
admin Bu gün xalqımız quruluşdan quruluşa (sosializmdən kapitalizmə) keçməsinin çətinliklərini, hətta fəlakətlərini yaşamaqdadır. Təbii ki, fəlakət quruluşun mahiyyətindədir. Üstəlik dövlətimizin başında olan hakimiyyət ötən illər ərzində bu fəlakəti daha da genişləndirmişdir. Hakimiyyətin yadlığı, özbaşınalığı Quruluşun mahiyyətindən gələn fəlakətlərlə mütləq vəhdət təşkil edir. Bu da özünü xalqın həyatında bütün çılpaqlığı ilə ifadə edir. Ölkənin gəlir imkanları aşkarlandıqca aclıq, səfalət daha da çiçəklənir. Ardını oxu »
XALİQ BAHADIR. AŞ PA: GÖZLƏNTİLƏRİMİZ, GÖRDÜKLƏRİMİZ
Mart 11th, 2013
admin AŞ PA-ın indiki qış sessiyasından gözləntilərimiz böyük idi. Bunun iki başlıca nədəni vardı. Birinci, AŞ PA-ın son illərdə keçirilən sesiyalarında dönə-dönə Əliyevlər hakimiyətinə “son xəbərdarlıq” edilmişdi: demokratik reformalara başlayın, insan hüquqlarını pozma praktikasına son qoyun. 2007-ci il sessiyalarının birində Səməd Seyidov dəstəsinin uzun-uzadı yalvarışlarından, eləcə də İngiltərə, Rusiya, Türkiyə deputatlarının gərgin çalışmalarından sonra “2008-ci il prezident seçkisini demokratik geçirmək ümidi ilə” Əliyevlər hakimiyətini bağışlamış, ona daha bir dədboyu vermiş, güzəştə getmişdilər. Ardını oxu »




