Hakimiyyətdə olanlar öz yerlərinə göz dikənlərə, başqa sözlə hakimiyyətə gəlməyə real imkanları olanlara qarşı cəlladlıq edir, onları əzmək, sıradan çıxarmaq üçün bəhanələr düşünürlər. Yalandan da olsa, əsaslandırıla biləcək faktlar əldə etməyə çalışırlar. Bunun üçün onlar hakimiyyətə gəlmək imkanları olmayanlar üzərində möhkəmlənirlər.
Nitşe belə bir gedişə əxlaqın gücünün çatmadığını elan edir və alqışlayır. Nitşeyə görə əxlaq yalançı təsəlli kimi Nihilizmin qaynağıdır. Ardını oxu »
Soylu Atalı. Türklüyün Yenilməsinin Yenilənməsi
Türkiyə ilə Azərbaycan arasında yaranan siyasi gərginlik çox çək-çevir edilməkdədir. Hər iki ölkədə duruma olduqca həssas, ehtiyatlı yanaşmalar da var, buradan oranı, oradan buranı yamanlayanlar da. Yamanlayanları iki yerə bölmək olar: Dış güclərin çıxarlarına qulluq edənlər, bir də hakimiyyətlərin istəklərinə qulluq edən trollar. Ehtiyatlı davrananlar çox çətin durumda qalıblar. Bəzən onlar barışdırıcı mövqe seçirlər, bəzən […]
Asif Ata. Özüylədöyüş və Özüyləbarışma
Həyatda insan özüylə döyüşür, ancaq bu döyüşdə tam qələbə qazanmır, son nəticədə özüylə barışır. Özüyləbarışmada o, gerçəkliyin məntiqinə əsaslanır. “Yırtıcı olmasam, yaşaya bilmərəm, məni parçalayarlar” – deyir. “Xudbin olmasam, yaşaya bilmərəm, başqasının əsarətinə düşərəm” – deyir. “Şəhvəti sevməsəm, yaşamaram, çünki həyat – cismani nəşələnməkdir” – deyir. “Şöhrəti sevməsəm, yaşamaram, çünki həyat özünütəsdiqdir” – deyir. “Yalana […]
Başsağlığı
Asif Atanın Mütləqə İnam Ocağı Ocaqdostu, Güney Azərbaycan aydını Ağşın Ağkəmərlinin ölümü ilə bağlı ailəsinə, millətimizə başsağlığı verir. Evindən işıq əskilməsin. Balalarında yaşasın. Yurdu, Ulusu var olsun.
Asif Ata. Dostluq – Düşmənlik
Həyatda ən yüksək dostluq belə, mütləq səviyyəyə qalxmır. Bu səbəbdən də həyatdakı ən böyük dostluqda belə düşmənlik yaşayır. Əgər insan xudbinlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan həsəd eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan mənfəətpərəstlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən […]
Ağşın Ağkəmərli. Yolçu yolda gərək
1965-ci ildə 5 yaşında kənddə məktəbə getmişəm. Bütün dərslər fasca olduğuna görə heç nə başa düşmürdüm. Təkcə mən yox, heç kim heç nə başa düşmürdü. Ancaq məni başqalarından fərqləndirən bir şey vardı, – şeiri bir dəfə eşitməklə öyrənirdim, daha doğrusu, sözlərini əzbərləyirdim. Atam hər ilin qış aylarında kəndə gəlirdi. 1-2 ay qalandan sonra evə gərək […]
Soylu Atalı. F.NİTŞENİN “HAKİMİYYƏT ƏZMİ” üstə
May 26th, 2013
admin
ASİF ATA. HƏQİQƏTLƏR (III YAN BİTİQ)
May 25th, 2013
admin Birinci Bölüm:
Sənə¬tə, Elmə, Fəlsəfəyə, Ruhaniyyata yönəlik
ATA SÖYLƏMLƏRİ – DƏYƏRLƏNDİRMƏLƏRİ
MÖMİNLİK ÇEŞİDLƏRİ
Katolisizm – Kilsə ibadəti.
Protestantizm –Şəxsi ibadət.
İslam – İlahi Qismət itaəti.
21 İnam günü, İşıq Ayı, 11-ci il. Bakı. Ardını oxu »
NURTƏKİN ATALI. İNAMIN BİLİNMƏ İZLƏRİ
May 13th, 2013
admin Asif Ata Ocağının sorağı yayıldıqca ayrı-ayrı maraqlanan insanlar vaxtaşırı İnam Evinə üz tuturlar. Burada onlara Ata və onun Amalı haqqında geniş bilgilər verilir və əlavə olaraq Ocaq ədəbiyyatları təqdim olunur. İndi bu görüşlərdən biri haqqında oxuculara qısaca soraq vermək istəyirik. Bu günlərdə Türkiyəli öyrəncilər Göybəy və Atilla, onlarla eyni vaxtda Azərbaycan türkü Kamran bəy İnam Evində oldular. Ardını oxu »
NURTƏKİN ATALI. TÜRKİYƏYƏ OCAQ SƏFƏRİ
May 13th, 2013
admin Bu ay iş elə gətirdi ki, Türkiyəyə səfər etmək imkanım yarandı. Bir həftə vətənimdən uzaqda olacağım ağlımda oturmamışdı. İstanbulu gördüm, bir ölkədir özü – gəzməli, görməli. Amma mənim üçün ölkəni tanımaq insanları tanımaqdan başlayır. Çünki bir ölkəni tanımaq həmin ölkənin yalnız muzeylərini, təbiətini görmək deyil, ən əsası insanların fikirləri ilə tanış olmaq, dəyərlərini tanımaq, keçmişini və gələcəyə necə baxdıqlarını bilməkdir. Ardını oxu »
XALİQ BAHADIR. Yolsuzluğun yaratdığı yoxsulluqlar
May 10th, 2013
admin Böyük Cavid yüz il bundan irəli demişdi:
Turana qılıncdan daha kəskin ulu qüvvət
Yalnız mədəniyət, mədəniyət, mədəniyət!
Aradan yüz il keçdiyindən, dünya yüz il qabağa getdiyindən Cavidin bu sözləri bizim üçün çoxdan aktuallığını itirməli idi. Ancaq itirməyib, son illərdə daha böyük aktuallıq qazanıb. Bu isə birbaşa indiki korrupsioner rejimlə bağlıdır. Son iyirmi ildə Dövlət hakimiyət sisteminin Klan hakimiyət sistemi ilə yerdəyiş edilməsi, rüşvətin-korrupsiyanın-oğurluğun-soyğunçuluğun-monopoliyanın DÖVLƏT SİYASƏTİNƏ çevrilməyi, belə bir ANTİSİSTEM axarında Təhsilin darmadağın edilməyi Cavidin yüz il qabaq dediyinə istər-istəməz aktuallıq qazandırıb. Ardını oxu »
Soylu Atalı. TƏRƏQQİ DƏYİŞMƏZLİKDƏN YARANIR
May 1st, 2013
admin İnsan təcriddə yaşaya bilmədi, toplum yaratdı. Birgə yaşayışı tənzimləmək üçün axtarışlar elədi. Dövlət də bu axtarışlar nəticəsində yarandı. Dövlətin özünün yaranması başqa tələblər də ortaya çıxartdı. İctimai həyatı nizamda saxlamaq üçün qaydalara, qanunlara ehtiyac özünü göstərdi. Bu məsələdə dinin (inancın) xeyli rolu oldu. Din öz qaydalarını sundu. Ancaq bu qaydaları bütünlüklə ehkama (doqmaya) çevirdi. Müəyyən toxunulmaz kurallar ola bilər, olmalıdır. Hər bir qaydanın ehkamlaşması isə ziddiyyətlər ortaya çıxardı. Bu da özünü nədə göstərir?! Ardını oxu »
İSA MEHDİOĞLU. DİNLƏRİN İSLAHATA EHTİYACI VAR
May 1st, 2013
admin Bir yas məclisində molla Adəm haqqında hədis edirdi. İnsanların əcdadı sayılan Adəmin 6 min il öncə Tanrı tərəfindən yaradıldığı, sonra isə qabırğasından Həvvanın yaradıldığı haqqında danışır, bütün bəşəriyyətin bunlardan törəndiyini vurğulayırdı. Dinləyicilərin arasından bir müəllim mollanın dediklərinə etiraz elədi. O bildirdi ki, insanlığın tarixi 100 min illər öncəyə gedib çıxır. Sonra əlavə elədi ki, insanın da başqa canlılar kimi on iki qabırğası var. Mollanın hədisini sakit və nəzakətlə dinləyənlərin çoxu müəllimin sözlərini təsdiq edirdilər. Ardını oxu »
Xaliq Bahadır. Qarşılıqlı sürəc: dövlət – yurddaş yolsuzluğu
Aprel 22nd, 2013
admin Millət dövləti doğurur. Dövlət milli varlığı – milli mənliyi qoruyur. Milli mənliyi qorumayan dövlət dövlət olmur. Daha doğrusu, gerçək dövlət olmur. Bu baxımdan bizdə gerçək dövlət yerinə, milləti soymaqla varlanmış bəlli bir qrupun qarantına çevrilmiş dövlət var. Belə dövlətə klanmafiya dövləti deyilir. Bu dövlətdə yalnız əski qanunlar deyil, ən yeni, ən qabaqcıl sayılan qanunlar da klan-mafya üçün kamuflyaj rolunu oynayır: istər içdə, istər dışda. H. Əliyevin formalaşdırdığı dövlət belə bir dövlətdir. Bu sayaq dövlətlərdə gerçək dövlət qanunları işlək olmadığı kimi, mənlik qanunları da işlək olmur. Bu isə yurddaşla dövlətin qarşılıqlı aşınmasına, qarşılıqlı deqradasiyasına gətirib çıxarır. Ardını oxu »
XALİQ BAHADIR. TARİXİN FƏLSƏFƏSİ (III HİSSƏ)
Aprel 20th, 2013
admin İngiltərə başda olmaqla, o çağkı üstün dövlətlərin bölgədə yürütdüyü siyasət Türk gücünü sarsıdıb aradan qaldırmağa yönəlmişdi. Ortada Azərbaycanı bir neçə yerə, Türkiyəni beş-altı dövlətə bölmək planı vardı. Bu planı gerçəkləşdırmək üçün yenə İngiltərə başda olmaqla beş Avropa dövləti birlikdə Türkiyəni tutmaq planlarınaa baş vurmuşdu. Tanrının Türkiyəyə, Türklüyə yolladığı Atatürk adlı tanrısal yardımı ilə o planlar alt-üst oldu. Türkiyəni tutmaq, bölgədə Türk gücünü sarsıtmaq planlarının başında duranlardan biri – Çörçill – 60 minlik Avropa ordusunun Türkiyədə əzilib yenilməsindən sonra demişdi: “Biz Türkiyəni az bir sürədə tutmağı planlaşdımışdıq, ancaq bizim planlarımızda Atatürk faktoru yox idi”. Ardını oxu »
Soylu Atalı. BOŞLUĞA DÜŞMƏYƏN
Aprel 20th, 2013
admin Çağdaş dünya din, siyasət və dövlət məsələlərinə münasibət baxımından rəqabət mühitinə çevrilib. Bu mühit bəşəriyyəti ziddiyyətli, qarışıq həyat sürməyə vadar edir. Nümunə kimi bizim ölkəmizdəki durumu göstərmək olar. Toplumun müəyyən bir qismi həyat amansızlıqlarının basqısı artdıqca dinə üz tutur. Din isə müqəddəsliyi əvəz edə bilmir, başqa sözlə, insani birlik yarada bilmir. Ona görə də dinə üz tutan əksəriyyət kortəbii və amansız bir münasibət dairəsində yaşamalı olurlar. Dinə üz tutan toplumun başqa qismi isə müəyyən bir fəal birlik yaradırlar və həyatda özləri üçün hakim bir mövqeyə sahib olmağa çalışırlar. Belə adamlar əsasən dövləti özlərinə rəqib hesab edirlər. Çünki onlar qıraq təbliğatların təsiri altında formalaşmış qüvvələrdir. Ardını oxu »




