Soylu Atalı. Xalqının durumundan əzab çəkən müstəqilliyimiz

İllər öncə “Müstəqilliyindən əziyyət çəkən xalq” yazısı yazmışdım. Müstəqil elan olunduq, ancaq sevinə bilmədik. Çünki həyat, məişət, quruluş, nizam, milli yön, heç biri yerində olmadı. Üstəlik xarici asılılıq bir neçə yönə bağlandı. Sanki müstəqil olmağımıza görə kimlərəsə borclu qaldıq, başqa sözlə Beynəlxalq güclərə “vergi” verməyə başladıq. Ölkənin enerji imkanları su qiymətinə hərraca qoyuldu. “Suyun qiyməti” isə iç talançılarımız tərəfindən mənimsənildi. Suveren dövlətin asılı iqtisadiyyatı yarandı. Bununla da xalqın həyatı asılıığa bağlandı. Ardını oxu »

XALİQ BAHADIR. BİZ HARA GEDİRİK? BİZ HARASA GEDİRİKMİ?

Internet çağı. İnternet çağının adamları. Biz indi hamılıqla İnternet çağının adamlarıyıq. Bunu istəsək də, istəməsək də. İnternet qarşında, gözlərin önündə bütöv dünya deməkdir. Sən bu dünyada özünü də görə bilərsən, özgələrini də. Ən yaxınları da, ən uzaqları da. Çağdaş Azərbaycan olaraq biz İnternetdə necə görünürük – bundan yazmaq istəyirəm. Qısaca olaraq, bir neçə fakta toxunmaqla. Bizdə Feysbuk da, saytlar da çoxdan milli-siyasi polemika meydanından söyüş-təhqir meydanına çevrilib. Ardını oxu »

YASİN TÜRKSOY. “NİKOLA TESLA” – BAKI YƏHUDİ İŞĞALINDA!”

Zəlzələ maşını

 Gördüyünüz bu abidə paytaxtın mərkəz yerlərindən biri – “28 May” yaxınlığında, Süleyman Rəhimov küçəsində yenicə qoyulub. Bir müddət təmir-bərpa işləri gedən ərazidə abidənin açılışı fevralın əvvəlində, Azərbaycana gələn Serbiya Respublikasının prezidenti Tomislav Nikoliç”in səfərində oldu. Üzdə iki dövlət arasında qarşılıqlı əlaqələrin qurulması kimi çox gözəl də görsənir.
-Niyə məhs, Nikola Tesla ?!
-Nədən, Azərbaycanda mason şəbəkələrin tapşırıqları ?! Ardını oxu »

XALİQ BAHADIR. MİLLƏTİ ÖLDÜRÜB MUĞAMI DİRİLDƏNLƏR

Bir yandan ölkədə açıq-aydın sosial-siyasi, mənəvi-psixoloji qırğın siyasəti yürüdür, o biri yandan muğamı DİRİLDİR, muğamı YÜKSƏLDİRLƏR. Özü də görün bu sayaq işlərin başında kim durur? 40 ildən bəri “ümummilli liderlə” yanaşı milləti yenmə siyasətlərinin başında duran adam. Ilham Əliyev uğurlu NEFT-QAZ, uğurlu KÜRÜ, uğurlu DOLLAR diplomatiyasından sonra AŞ PA-dan kart –blanş aldığı kimi, R.Mehdiyevin son çağlar İlham Əliyevdən kart-blanş aldığı açıq görünür. Ardını oxu »

ANA DİLİ– VƏTƏNİN MÜQƏDDƏSLİYİDİR

Göylü Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız. Cari problemlər bu gün o qədər çoxdur ki, köklü məsələlər haqqında düşünmək sanki yada düşmür. Yaxud da ildönümündən ildönümünə yada düşür. Xalqın həyatında başlıca rol oynayan amillərdən biri dil məsələsidir. Bu günkü söhbətimiz də elə bu məsələyə həsr olunacaq. Söhbətdaşlarımız isə ideoloji-siyasi proseslərdə özünəməxsus sözü olan dəyərli ziyalımız Xaliq Bahadır, Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı və əslən Güney Azərbaycandan olan ziyalımız Ağşın Ağkəmərlidir. Ardını oxu »

BEŞİKBAŞI MƏRASİMİ

Ocaq Günsırası ilə 12 Köçəri Ayı, 34-cü ildə (fevral, 2013) Asif Atanın Mütləqə İnam Ocağı Beşikbaşı (toy) Mərasimi həyata keçirdi.
Nurtəkin Atalının və İlqar bəyin evlənmələrini gerçəkləşdirən “Beşikbaşı Mərasimi” əvvəldən-axıra qədər Ocağın nizamı əsasında baş tutdu. Qeyd edək ki, bu çağa qədər Mütləqə İnam Ocağı ayrı-ayrı vaxtlarda Ocaq kuralı əsasında 30-a qədər evlilik hadisəsini həyata keçirib. Ancaq onlardan yalnız ikisi tam olaraq Ocağın “Beşikbaşı Mərasimi” kuralı əsasında gerçəkləşib. Ardını oxu »

Xaliq Bahadır. Dönüklüyün dəli yuxuları

Nə üçün ermənilərlə bağlı gerçəklər deyilməsin? Hər baxımdan. Gəlin çıxaq,
deyək: kimdir ermənilər…
Mark Bristol, ABŞ Yüksək komissarı

xxx

“Xocalıda yalnız ölülər qaldı” – deyə döyüşkən səsilə “Moskovskie novosti”
dünyaya soraq yaydı.
Xatınla, ya da Sonqmi ilə hər hansı tutuşdurma yersizdir: onlarda
cəza verənlər köməksiz insanların baş dərisindən, qulaqlarından kolleksiya yığmırdılar,onları eləcə öldürürdülər.
Ю.А.Помпеев. Кровавый омут Карабаха. Ardını oxu »

Soylu Atalı. Anarxiya Kuralları

Bu gün Azərbaycan elə bir mərhələyə qədəm qoyub ki, anarxiya əlindən tərpənmək olmur. Hər bir balaca hadisə böyüdülür, ictimailəşdirilir. Hər bir ictimai fəlakət isə küyə çevrilir. Elə bir həşirə salınır ki, fəlakət həqiqi qiymətini tapmır. Bu gedişdən isə qarşı duran siyasi qüvvələr yararlanmağa çalışır. Sağlam mübarizə sağlam ideoloji zəminlər üzərində qurula bilər. Bu olmadığına görə ən çirkin üsullara əl atılır. Belə faktlar bəs qədərdir. Ancaq bunlardan birinin üzərində fikirlərimizi ümumiləşdirə bilərik. Bu gün ölkənin gündəmini qapsayan Əkrəm Əylisli olayına fərqli yanaşmalar olsa da, əsasən üst-üstə düşən haqlı etirazlar qabarır. Ardını oxu »

Gənclərlə görüş

Bu günlərdə Türkel Araşdırma Qurumunun aydınları gənclərlə görüş keçirmişdir. Mövzu – milli-insani problemləri yaradan səbəblər və onların aradan qaldırılması yollarının müzakirəsindən ibarət idi. Vətənin durumu, Dövlətin durumu, İnsanın durumu yönündə fikirlər səsləndirilmiş, söhbət suallar və cavablarla genişləndirilmişdir.
Yeni qatılan gənclər ayrıca Mütləqə İnam Ocağının ideya və məqsədləri ilə maraqlanmış, bu yöndə Ocağın Yükümlüsü Soylu Atalıya çoxsaylı suallar vermişlər. Ardını oxu »

AZƏRBAYCANIN NİCATINI RUHANİ İNTİBAHDA GÖRÜRƏM

(Asif Ata ilə müsahibə)

– Asif Ata, istərdim söhbətimizi «Fikir evi»ndən başlayaq.
– Çox gözəl, başlayaq.
– Siz, «Fikir evi»ylə xeyli yol keçmisiniz. Təbiidir ki, filosofun ideyaları ilə qidalanan bu konkret auditoriyada onun ardıcılları yetişib. Bu baxımdan aparıcı ideyalarınızı aşkarlamaq maraqlı olardı.
– Azərbaycan haqqında bilik vermək lazımdır, təəssüf ki, tarixçilər bunu da eləmirlər. Əslində isə Azərbaycan haqqında bilik vermək, ayrı-ayrı hadisələri təsvir və təhlil etmək azdır. Ardını oxu »

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv