Abil Ulusoy: Günaydın istəkli yurddaşlarımız! Türkel Araşdırma Qurumu ölkəmizdəki narahatlıqlarla bağlı vaxtaşırı münasibət bildirir. Bu gün də müəyyən məsələlərlə bağlı fikirlərimizi bölüşəcəyik. Son vaxtlar Azərbaycanın Güneyində, Türkiyədə gedən proseslər ciddi narahatlıqlar doğurur. Azərbaycanla İranın münasibətlərində gərginliklər davam edir. İran rəsmiyyəti özünün şimalında Azərbaycan dövlətini görmək istəmir. Azərbaycan inkişaf etdikcə İran Güney Azərbaycanı itirməklə parçalanmaqdan qorxu hissi keçirir. Ona görə hər vasitə ilə Azərbaycanın Quzeyini özününküləşdirmək, nəzarət altında saxlamaq istəyir. Ardını oxu »
Soylu Atalı. Türklüyün Yenilməsinin Yenilənməsi
Türkiyə ilə Azərbaycan arasında yaranan siyasi gərginlik çox çək-çevir edilməkdədir. Hər iki ölkədə duruma olduqca həssas, ehtiyatlı yanaşmalar da var, buradan oranı, oradan buranı yamanlayanlar da. Yamanlayanları iki yerə bölmək olar: Dış güclərin çıxarlarına qulluq edənlər, bir də hakimiyyətlərin istəklərinə qulluq edən trollar. Ehtiyatlı davrananlar çox çətin durumda qalıblar. Bəzən onlar barışdırıcı mövqe seçirlər, bəzən […]
Asif Ata. Özüylədöyüş və Özüyləbarışma
Həyatda insan özüylə döyüşür, ancaq bu döyüşdə tam qələbə qazanmır, son nəticədə özüylə barışır. Özüyləbarışmada o, gerçəkliyin məntiqinə əsaslanır. “Yırtıcı olmasam, yaşaya bilmərəm, məni parçalayarlar” – deyir. “Xudbin olmasam, yaşaya bilmərəm, başqasının əsarətinə düşərəm” – deyir. “Şəhvəti sevməsəm, yaşamaram, çünki həyat – cismani nəşələnməkdir” – deyir. “Şöhrəti sevməsəm, yaşamaram, çünki həyat özünütəsdiqdir” – deyir. “Yalana […]
Başsağlığı
Asif Atanın Mütləqə İnam Ocağı Ocaqdostu, Güney Azərbaycan aydını Ağşın Ağkəmərlinin ölümü ilə bağlı ailəsinə, millətimizə başsağlığı verir. Evindən işıq əskilməsin. Balalarında yaşasın. Yurdu, Ulusu var olsun.
Asif Ata. Dostluq – Düşmənlik
Həyatda ən yüksək dostluq belə, mütləq səviyyəyə qalxmır. Bu səbəbdən də həyatdakı ən böyük dostluqda belə düşmənlik yaşayır. Əgər insan xudbinlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan həsəd eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan mənfəətpərəstlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən […]
Ağşın Ağkəmərli. Yolçu yolda gərək
1965-ci ildə 5 yaşında kənddə məktəbə getmişəm. Bütün dərslər fasca olduğuna görə heç nə başa düşmürdüm. Təkcə mən yox, heç kim heç nə başa düşmürdü. Ancaq məni başqalarından fərqləndirən bir şey vardı, – şeiri bir dəfə eşitməklə öyrənirdim, daha doğrusu, sözlərini əzbərləyirdim. Atam hər ilin qış aylarında kəndə gəlirdi. 1-2 ay qalandan sonra evə gərək […]
ASİF ATA. HƏQİQƏTLƏR (III YAN BİTİQ) davamı
İyun 24th, 2013
admin HƏQİQƏT
Ziddiyyətsiz Mahiyyət, Ziddiyyətli Gerçəklik – Gerçəkliklə Mahiyyət arasında Ziddiyyət – Dünya budur.
HƏQİQƏT
Ziddiyyətli Gerçəklik – Mahiyyətə Zidd olan Gerçəklik.
ƏLAQƏ
Dəyişən Mahiyyət olmur.
Dəyişməz Təzahür olmur. Ardını oxu »
Şahnaz Kamal. SAVALAN (hekayə)
İyun 22nd, 2013
admin Yuxudan hövlnak ayıldım. Qan-tərə batmışdım. Dilim şişmişdi elə bil. Qalxıb yerimdə oturmaq istəsəm də, soyuq mənə güc gəldi, yorğanımı təzədən başıma çəkdim. Gördüyüm röyanı yenidən xatırlamağa çalışdım.
Anamı görmüşdüm yuxumda. İllərdir nəfəsinə həsrət qaldığım anamı. Yuxumda başımı onun zəif dizlərinə qoyub uzanmışdım. Sümüyü boynumu incitsə də narahat olmurdum. İçimi rahatladırdı bu ağrı. Anam titrək barmaqlarını qıvrım saçlarımın arasında gəzdirir, pıçıltı ilə danışırdı: Ardını oxu »
TÜRKİYƏMİZ SINAQ QARŞISINDA
İyun 16th, 2013
admin (Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı Türkiyənin indiki durumuna münasibət bildirir)
Üstün Atalı: Soylu bəy, istərdim bir neçə sualıma cavab verəsən. Birincisi, bu gün Azərbaycanın Türkiyə ilə münasibəti hansı səviyyədədir?
Soylu Atalı: Burada mən bəlli siyasi detalları sadalamayacağam, yazılarımızda bu barədə çox demişik. Bu gün Azərbaycanın nəinki Türkiyə ilə, əslində bütün ətraf ölkələrlə münasibəti normal deyil. O ölkələr ki, dünya düzəni deyilən gedişata təsirləri var. Məsələn, İran, Rusiya, Ermənistan, üstəlik Avropa dövlətləri, Amerika və s. Başqa dövlətlərlə münasibətin aşağı – yuxarı olmasına dözmək olar, ancaq Türkiyə ilə münasibətin ürək açan səviyyədə olmaması düşündürücüdür. Üzdə Türkiyə ilə münasibət normal görsənir, yəni başqa dövlətlərlə müqayisədə yumşaqdır. Ardını oxu »
XALİQ BAHADIR. Saleh Bəy
İyun 15th, 2013
admin “Azadlıq” Xaqani – 33-də olan çağlar idi. Vəkil Aslan İsmayılov zəng vurub məni çox dəyərli bir insanla tanış etmək istədiyini bildirdi. “Azadlıq” redaksiyası ilə “Viza” hüquq firmasının arası elə də çox deyildi. Getdim. Uzun, arıq bir kişi kresloda oturmuşdu. Mən onda nəsə bir soyuqluq, yadlıq, əlini dünyadan üzmüşlük gördüm. Bizim adamlara da çox oxşamırdı; elə bil haralardansa çox-çox uzaqlardan gəlmişdi. Ardını oxu »
Soylu Atalı. XALQ RUHUNUN İNCİLƏRİNDƏN
İyun 15th, 2013
admin Dədə Qorqudlu dünyamızı xatirata çevirdik. Tarixləşdi müdrikliyimiz. İndi Yalıncıqlar dünyasıdır. Hər yerdə satqınlıq, hər yerdə xəyanət. Milli dəyərlərimiz satılır, xalq ruhuna xəyanət olunur. Mədəniyyət, ailə, qeyrət, ədalət, vicdan pulçuluğun, zorun tabeliyindədir. Gözünü açıb həyata baxanda hər şey qara rəngdə görünür. Ümid sarsılır sanki. Başını qaldırıb göylərə baxanda allahsızlıq şığıyır adamın baxışlarına. Ardını oxu »
XALİQ BAHADIR. İLHAM ƏLİYEV – REPRESSİYA PREZİDENTİ!
İyun 10th, 2013
admin Dostum Qurban Məmmədov tutuldu. Onu Azərbaycanı sonadək dağıtmaq planlarına baş vurmuş İlham Əliyev tutdurdu. Onun Azərbaycanı darmadağın siyasətinə qarşı çıxanların hamısı tutulmalıdır – gənclər də, yaşlılar da. Bu gün ölkədə bir tutqu-dustaq-türmə sindromu yaşanmaqdadır. İŞĞALÇI Əliyevlər rejiminin daha beş il ölkəni soyub-yağmalaması üçün bütün sosial-siyasi aktivlər tutulub türməyə göndərilməlidir. Əliyevlər ailəsinin ölkəni bütünlüklə sümürməsi üçün daha beş illik bir dönəmə yiyələnmək gərəkir. Ardını oxu »
ASİF ATA. HƏQİQƏTLƏR (III YAN BİTİQ) davamı
İyun 10th, 2013
admin HƏQİQƏT
İnam – Mütləq İdrak.
Elm – Nisbi İdrak.
22 Ümid günü, Xəzan Ayı, 13-cü il. Bakı.
HƏQİQƏT
Dünya Mahiyyətlə Bir yaranıb, sonra Mahiyyətdən ayrılıb – Gerçəkləşib.
Həyat Mahiyyətlə Bir yaranıb, sonra Mahiyyətdən ayrılıb – Gerçəkləşib.
Insan Mahiyyətlə Bir yaranıb, sonra Mahiyyətdən ayrılıb – Gerçəkləşib. Ardını oxu »
XALİQ BAHADIR. ƏRDOĞANIN UDUZDUĞU TÜRKİYƏ
İyun 9th, 2013
admin Doqquzuncu gün! Bugünlər Türkiyə ayrı tarix yaşamaqdadır. İstanbulun Taksim meydanı başlanğıcda olduğu kimi yalnız deyil, bu gün bütün Türkiyə böyük bir meydandır – Xalq meydanı. Bir ağacın kəsilməsilə bağlı Azərbaycandakı olaylar yada düşür. Başlanğıc bir ağac olduğu kimi, bütün xalqın, bütün ölkənin qalxım nədənləri də oxşardır: milli mənlik duyğusu, özgürlük istəyi, bütün bunlarla bağlı illərlə yaşanan, illərlə sürən sıxıntılar… Ardını oxu »
28 May – DÖVLƏTÇİLİK BAYRAMI
May 27th, 2013
admin Türkel Araşdırma Qurumu təqdim edir
Göylü Atalı: Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız!
Əsrlərdir milli şüurumuzun inkişafına və dövlətçilik ənənələrimizə ardıcıl olaraq zərbələr vurulur. Bu da ən çox ərəb, fars və rus irticasının təsirində özünü göstərir. Bəlli “Türkmənçay bağlaşması” nəticəsində Qacar türk dövləti ikiyə parçalandı. Dövlətimizin bir hissəsi, Quzey Azərbaycan Çar Rusiyasının işğalı altında qaldı, başqa bir hissəmiz isə fars üsul-idarəsi lə əvəz olundu. Nəticədə Azərbaycanın dövlətçilik ənənəsi sıradan çıxarıldı. Təxminən 90 il sonra Azərbaycanın Quzeyində Məmməd Əmin Rəsulzadənin başçılığı altında Demokratik Respublika quruldu. Amma təəssüf ki, bunun ömrü heç iki il də çəkmədi və 20-ci yüzildə bu dəfə Çar Rusiyasının varisi Sovetlər tərəfindən (ikinci dəfə) dövlət müstəqilliyimizə son qoyuldu. Ardını oxu »




