Artıq bir neçə gündür Azərbaycanın cəbhə bölgəsində atəşkəs ermənilər tərəfindən pozulub. Söz yox ki, Azərbaycanın silahlı qüvvələri gərəkən cavabı verir. Hətta bəzi xətlərdə erməninin mövqelərinə doğru irəliləyir də. Bu irəliləməni eşidən bir sıra soydaşlarımız qürur hissi ilə sosial şəbəkələrdə münasibət sərgiləyirlər. Bu hisslər təbiidir. 20 ildir yurdumuzun bəlli torpaqlarının erməni tapdağında qalması vətən oğullarının qüruruna toxunur, qeyrətini incidir. Ardını oxu »
Soylu Atalı. Türklüyün Yenilməsinin Yenilənməsi
Türkiyə ilə Azərbaycan arasında yaranan siyasi gərginlik çox çək-çevir edilməkdədir. Hər iki ölkədə duruma olduqca həssas, ehtiyatlı yanaşmalar da var, buradan oranı, oradan buranı yamanlayanlar da. Yamanlayanları iki yerə bölmək olar: Dış güclərin çıxarlarına qulluq edənlər, bir də hakimiyyətlərin istəklərinə qulluq edən trollar. Ehtiyatlı davrananlar çox çətin durumda qalıblar. Bəzən onlar barışdırıcı mövqe seçirlər, bəzən […]
Asif Ata. Özüylədöyüş və Özüyləbarışma
Həyatda insan özüylə döyüşür, ancaq bu döyüşdə tam qələbə qazanmır, son nəticədə özüylə barışır. Özüyləbarışmada o, gerçəkliyin məntiqinə əsaslanır. “Yırtıcı olmasam, yaşaya bilmərəm, məni parçalayarlar” – deyir. “Xudbin olmasam, yaşaya bilmərəm, başqasının əsarətinə düşərəm” – deyir. “Şəhvəti sevməsəm, yaşamaram, çünki həyat – cismani nəşələnməkdir” – deyir. “Şöhrəti sevməsəm, yaşamaram, çünki həyat özünütəsdiqdir” – deyir. “Yalana […]
Başsağlığı
Asif Atanın Mütləqə İnam Ocağı Ocaqdostu, Güney Azərbaycan aydını Ağşın Ağkəmərlinin ölümü ilə bağlı ailəsinə, millətimizə başsağlığı verir. Evindən işıq əskilməsin. Balalarında yaşasın. Yurdu, Ulusu var olsun.
Asif Ata. Dostluq – Düşmənlik
Həyatda ən yüksək dostluq belə, mütləq səviyyəyə qalxmır. Bu səbəbdən də həyatdakı ən böyük dostluqda belə düşmənlik yaşayır. Əgər insan xudbinlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan həsəd eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan mənfəətpərəstlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən […]
Ağşın Ağkəmərli. Yolçu yolda gərək
1965-ci ildə 5 yaşında kənddə məktəbə getmişəm. Bütün dərslər fasca olduğuna görə heç nə başa düşmürdüm. Təkcə mən yox, heç kim heç nə başa düşmürdü. Ancaq məni başqalarından fərqləndirən bir şey vardı, – şeiri bir dəfə eşitməklə öyrənirdim, daha doğrusu, sözlərini əzbərləyirdim. Atam hər ilin qış aylarında kəndə gəlirdi. 1-2 ay qalandan sonra evə gərək […]
28 MAY DÖVLƏTÇİLİK BAYRAMI
Yanvar 31st, 2014
admin Türkel Araşdırma Qurumu təqdim edir
Göylü Atalı: Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız! Əsrlərdir milli şüurumuzun inkişafına və dövlətçilik ənənələrimizə ardıcıl olaraq zərbələr vurulur. Bu da ən çox ərəb, fars və rus irticasının təsirində özünü göstərir. Bəlli “Türkmənçay bağlaşması” nəticəsində Qacar türk dövləti ikiyə parçalandı. Dövlətimizin bir hissəsi, Quzey Azərbaycan Çar Rusiyasının işğalı altında qaldı, başqa bir hissəmiz isə fars üsul-idarəsi lə əvəz olundu. Nəticədə Azərbaycanın dövlətçilik ənənəsi sıradan çıxarıldı. Təxminən 90 il sonra Azərbaycanın Quzeyində Məmməd Əmin Rəsulzadənin başçılığı altında Demokratik Respublika quruldu. Ardını oxu »
Soylu Atalı (Ocaq Yükümlüsü). ARXİVLƏŞƏN FACİƏLƏRİMİZ
Yanvar 17th, 2014
admin “20 Yanvar” milli faciə tariximizin davamı idi. Bugünkü nəsil bu faciəmizə şanlı tarix kimi baxır. Hesab edir ki, bu faciənin üzərində müstəqil – milli dövlət qurduq. Ancaq qurduqmu?! Qurduq desək, bu, özünə təsəllidən başqa bir şey olmaz. Qurmadıq desək, gərək hər gün utanc duyğusu ilə yaşayaq. Bəzən mətbuatda belə fikirlərə də rast gəlinir: “milli dövlətimiz işğal olundu.” Bu fikir 90-illərdə hakimiyyətin əldən verilməsinə bir işarədir. Biz də yazmışıq və hesab edirik ki, milli dövlətimiz işğal olunub. Ancaq biz məsələyə yalnız 90-illərdən baxmırıq. Əgər milli dövlətsizlik probleminin kökü 90-illərə bağlansa, heç vaxt həllini tapmayacaq. Ardını oxu »
ASİF ATA. HƏQİQƏT AZADLIĞI – CƏFƏNGİYYAT ƏSARƏTİ
Yanvar 17th, 2014
admin (Qırxıncı Müqəddəs Kitab)
1. ƏLAQƏ
Həqiqət – Azadlıqdır,
Cəfəngiyyat – Əsarət.
Bəşər Həqiqət Azadlığına Yetməyib,
çünki Cəfəngiyyat Əsarətindən çıxmayıb. Ardını oxu »
TÜRKÇÜLÜK VƏ DİNÇİLİK
Yanvar 7th, 2014
admin Bu gün Azərbaycanda, Türkiyədə, bütövlükdə Türk Dünyasında türkün yaxınlaşmasını əngəlləmək, türklüyü sıradan çıxarmaq üçün çeşidli oyunlar gedir. Bu gedişat bütün dövrlərdə Türkçülüyə qarşı düşünülmüş planların təzələnməsidir. Belə bir məsələyə qarşı öz düşüncələri ilə dirəniş göstərmək üçün milli mübarizənin təmsilçiləri Milli Qurtuluş Partiyasının başqanı Vüqar Bəyturan, Abil Ulusoy, Üzeyir Əlizadə, Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı bu mövzunu müzakirə etmişlər. Həmin müzakirəni təqdim edirik. Ardını oxu »
Soylu Atalı. Qloballaşmanın Qlobal dağıdıcılığı
Yanvar 4th, 2014
admin Acınacaqlıdır. Siyasi dünya vəhşi cəngəlliyi xatırladır. İnsan öz növündən olanlar arasında xoşbəxtlik haqqında düşünə bilmir. Güvəniləsi heç nə qalmayıb. Harda yaxşı bir münasibət, proses baş qaldırır, dərhal onun üstünə yeriyirlər və heçə çevirirlər. Sanki öhdəlik götürülüb, – ümidverici heç nə olmamalıdır. Elmi-texniki inkişafın həyata gətirdiyi ab-hava budur. Bu inkişaf maddi üstünlük uğrunda yarışmanın meyarıdır. Ardını oxu »
Xaliq Bahadır. Haray
Dekabr 30th, 2013
admin Bu Ölkənin varından, yoxundan qazanc güdür,
Qarabağı satanlar Qaziləri öldürür!
Bütün ölkə ayağa qalxmalıdır bugünlər,
Azərbaycan Bakıya axmalıdır bugünlər!
Bəsdir! Bu hakimiyət bu Millətə yağıdır,
Bəsdir! Bu quldurları durdurmağın çağıdır! Ardını oxu »
ASİF ATA. ANTİİNSANİ TİCARƏT
Dekabr 23rd, 2013
admin (“İqtisadiyyat İnsansızlığı – İqtisadiyyat İnsaniliyi” Müqəddəs Kİtabından)
Ticarətin əsil məqsədi – maddiyyat bolluğu yaratmaq deyil, daha çox və daha baha qiymətə mal satmaq, daha çox Qazanc əldə etməkdir.
Ticarətdə İnsani münasibətlər rədd edilir – ticarətçi üçün İnsan – yalnız Qazanc mənbəyidir. İnsanın dəyəri burada Alıcılıq, Satıcılıq qabiliyyətiylə ölçülür.
Ticarətdə, Bazarçılıqda Qazanca hörmət İnsaniliyə hörməti rədd edir; İnsan – İnsana yalnız bir keyfiyyətdə – Qazanc götür¬mək keyfiyyətində görünür, bilinir. Ardını oxu »
Xaliq Bahadır. Qoşqu
Dekabr 14th, 2013
admin Xoxol olmaq!
Xoxol olmaq istəyirəm, ay ana!
İstəyirəm Meydan olsun Maydanım.
Amerika pul yollasın çoxluca
Maydanımı çoxlu çapım, şadlanım.
Xoxol olmaq istəyirəm, ay ana!
Kerri, Eşton gəlib dursun dalımda. Ardını oxu »
Soylu Atalı. BEYNƏLXALQÇILIQ ANTİBƏŞƏRİLİYİ
Dekabr 6th, 2013
admin «Beynəlxalqçılıq» anlayışı siyasətin (Avropa siyasətinin) icad elədiyi elə bir niqabdır ki, hər cür oyunbazlıq bu niqabı üzünə çəkib gizlənə bilir. Ümumiyyətlə, «beynəlxalq qüvvə» nə deməkdir, onun rolu nədir? Bu suala həqiqi meyarla cavab vermirlər. Yalnız siyasət cavab verir. Və bütün hallarda aldadır. Təbiidir ki, siyasət öz paxırını açıb özünü ifşa eləməz. Bu sualın həqiqi cavabı milliliyi və bunun nəticəsi kimi bəşəriliyi təsdiq edər. Təəssüf ki, bu da baş vermir. Ardını oxu »




