İki yüz illik rus kolonializmindən qurtulduq. Bağımsızlıq – suverenlik qazandığımızı toy-bayram etməyə başladıq, elə bu toy-bayram içində gözümüzü açıb, özümüzü qabaqkından qat-qat qorxulu bir kolonializm – Batıya bağlı neokolonializm bataqlığına batmış bulduq…
Amerika aldatdı bizi…
Bitdi, başa çatdı. Batının – ABŞ-la Avropanın Azərbaycandakı seçki-demokratiya oyunu, seçki-demokratiya şousu bitdi. ABŞ-ın Bakıdakı baş diplomatı Riçard Morninqstar noyabrın 14-də “Azadlıq” radiosuyla qonuşmasında ABŞ hökumətinin Azərbaycandakı 9 oktyabr seçki cinayəti ilə bağlı yüksək dəyərləndirməsini ortaya qoydu: Ardını oxu »
Soylu Atalı. Türklüyün Yenilməsinin Yenilənməsi
Türkiyə ilə Azərbaycan arasında yaranan siyasi gərginlik çox çək-çevir edilməkdədir. Hər iki ölkədə duruma olduqca həssas, ehtiyatlı yanaşmalar da var, buradan oranı, oradan buranı yamanlayanlar da. Yamanlayanları iki yerə bölmək olar: Dış güclərin çıxarlarına qulluq edənlər, bir də hakimiyyətlərin istəklərinə qulluq edən trollar. Ehtiyatlı davrananlar çox çətin durumda qalıblar. Bəzən onlar barışdırıcı mövqe seçirlər, bəzən […]
Asif Ata. Özüylədöyüş və Özüyləbarışma
Həyatda insan özüylə döyüşür, ancaq bu döyüşdə tam qələbə qazanmır, son nəticədə özüylə barışır. Özüyləbarışmada o, gerçəkliyin məntiqinə əsaslanır. “Yırtıcı olmasam, yaşaya bilmərəm, məni parçalayarlar” – deyir. “Xudbin olmasam, yaşaya bilmərəm, başqasının əsarətinə düşərəm” – deyir. “Şəhvəti sevməsəm, yaşamaram, çünki həyat – cismani nəşələnməkdir” – deyir. “Şöhrəti sevməsəm, yaşamaram, çünki həyat özünütəsdiqdir” – deyir. “Yalana […]
Başsağlığı
Asif Atanın Mütləqə İnam Ocağı Ocaqdostu, Güney Azərbaycan aydını Ağşın Ağkəmərlinin ölümü ilə bağlı ailəsinə, millətimizə başsağlığı verir. Evindən işıq əskilməsin. Balalarında yaşasın. Yurdu, Ulusu var olsun.
Asif Ata. Dostluq – Düşmənlik
Həyatda ən yüksək dostluq belə, mütləq səviyyəyə qalxmır. Bu səbəbdən də həyatdakı ən böyük dostluqda belə düşmənlik yaşayır. Əgər insan xudbinlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan həsəd eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan mənfəətpərəstlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən […]
Ağşın Ağkəmərli. Yolçu yolda gərək
1965-ci ildə 5 yaşında kənddə məktəbə getmişəm. Bütün dərslər fasca olduğuna görə heç nə başa düşmürdüm. Təkcə mən yox, heç kim heç nə başa düşmürdü. Ancaq məni başqalarından fərqləndirən bir şey vardı, – şeiri bir dəfə eşitməklə öyrənirdim, daha doğrusu, sözlərini əzbərləyirdim. Atam hər ilin qış aylarında kəndə gəlirdi. 1-2 ay qalandan sonra evə gərək […]
XALİQ BAHADIR. Azərbaycan: postsovet dönəmİnİn neokolonİalİzm gerçəklərİ
Dekabr 5th, 2013
admin
Dövlətçiliyimizə gərək olan Millətçiliyimiz
Noyabr 23rd, 2013
admin Soylu Atalı: Ürəyinizdə Günəş olsun, istəkli Yurddaşlarımız!
Azərbaycanımızın həyatında çox ağrılı, fəlakətli bir tarix yaranıb. Bu tarix bizim bugünkü həyatımıza da ciddi təsir göstərir. Ona görə də biz bir millət olaraq bu aqibətimizi düzgün dəyərləndirməliyik və düzgün yön almalıyıq. Nəsillər bir-birini səhvlər üzərində təkrar eləməməlidir. Nəhayət ki, milli varlığımız özünün bütün çalarlarıyla müəyyənliyini tapmalıdır. Ardını oxu »
YASİN TÜRKSOY. AVROPA SİONİZMİNƏ QURBAN VERİLƏN AZƏRBAYCAN
Noyabr 16th, 2013
admin ( Asif Ata Ocağının “İnam Evi Günü” mərasim-törənində deyilmiş fikirlər)
Bir sıra köklü bəşər xalqları kimi bizi də çətin duruma salıblar. Kapitalizm gələndən sonra durumumuz daha da çətinləşdi. Bizi milli-mənəvi süquta, iqtisadi asılılığa uğradıblar. Milli-ideoloji, öyrədici (maarifləndirici) aydın işi yox kimidir.Yeniyetməni, gəncliyi Avropa təbliğatının əsirinə çevrirlər. Bunun üçün “Avrovision” kimi, qış və yay olimpiada oyunları kimi fərqli adlarda musiqi və idman yarışları keçirilir. Əsas məqsədə çatmaq üçün demoqrafik vəziyyət nəzarətdə saxlanılır, insanları əyləncələşdirmək yönündə təsir vasitələri düşünülür. Ardını oxu »
XALİQ BAHADIR. XALQIN – MÜXALİFƏTİN QARŞIDAKI GÜNLƏRİ
Noyabr 4th, 2013
admin Axtarışlar… axtarışlar… axtarışlar. Bunlar çağdaş Azərbaycanın başlıca, mən deyərdim, başda duran analitklərindən biri, birincisi olan Hüseynbala Səlimovun yazılarında olan ardıcıl görsənişlərdir – ardıcıl axtarış görsənişləri. Bizdə “analitik-politoloq” adıyla tanınan çoxdur. Ardını oxu »
BORÇALINI TÜRK RUHUNDAN TƏCRİD ELƏMƏK GEDİŞLƏRİNƏ DİRƏNİŞ GƏRƏKDİR
Noyabr 4th, 2013
admin Ürəyinizdə Günəş olsun, istəkli yurddaşlarımız!
Artıq Azərbaycan cəmiyyətinə bəllidir ki, Yurdumuzda hər cür yadlığa, özgəçiliyə qarşı Asif Atanın Mütləqə İnam Ocağı milli-insani dirəniş faktıdır. Asif Ata prinsiplərinin qəti və nüfuzedici təsirləri yurdumuzun sınırlarından kənara çıxmaqdadır. Ancaq bu təsirlər daha çox milli-insani, bəşəri yöndədir. Ardını oxu »
XALİQ BAHADIR. RAMİZ MEHDİYEV… ABŞ-la SAVAŞDA
Oktyabr 30th, 2013
admin Uzun illərdən bəri Azərbaycanda oturub… Azərbaycanla ölüm-dirim savaşı aparan Ramiz Mehdiyev indi ABŞ-la açıq savaşa çıxıb. Müxalifətçi dostların acığına getsə belə, mən bu yerdə keçmiş kompartiya, indiki YAP ideoloqu R.Mehdiyevi ürəkdən alqışlayıram. Adam yetişib! Gələ-gələ yetişib. Ardını oxu »
XALİQ BAHADIR. İLHAM ƏLİYEVİN İNAUQURASİYA YALANLARI
Oktyabr 28th, 2013
admin Onun inauqurasiya çıxışını başdan ayağa oxumaq, o çıxışla başdan ayağa tanışlıq yersiz-gərəksiz çağ itkisi demək olardı. Arxada yalanlar, xalqı aldatmalarla dolu 10 illik bir dönəm var. Arxada qoyub gəldiyi 10 illik dönəm ölkənin ən yüksək tribunasından ən yüksək yalanlar, ən yüksək aldatmalarla yadda qalıb. Hakimiyətə yalanla, xalqı aldatmaqla gəldikləri kimi, yalanla, xalqı aldatmaqla da hakimiyətdə qalırlar – ailəiçi transfer yoluyla. Ardını oxu »
ASİF ATA. HƏQİQƏTLƏR (III YAN BİTİQ) davamı
Oktyabr 28th, 2013
admin TƏZƏ DÖVLƏTÇİLİK
Kooperativ – Dövlət artığı.
İcarə – Dövlət təhkimçiliyi.
Təsərrüfat hesabı – Dövlət kölgəsi.
Fərdi Təsərrüfat – Dövlət Zəkatı. Ardını oxu »
XALİQ BAHADIR. Rusİyadakı azərbaycanlılar…
Oktyabr 25th, 2013
admin Rusyada azərbaycanlıların sayı 3 milyona çatıb. Azərbaycanda azərbaycanlılar azalır, Rusiyada artır. Rusiyadakı siyasi rejim də Azərbaycandakı kimi avtoritar xarakterlidir. Ancaq azərbaycanlıların Rusiyaya axınından belə bilmək olur: azərbaycanlılara Azərbaycanda yaşamaq Rusiyada yaşamaqdan daha ağır, daha çətin, daha dözülməzdir – bütün bunlara görə Azərbaycandan axın Rusiyaya yönəlik demoqrafiya xarakteri alıb. Azərbaycan azərbaycanlılar üçün getdikcə qısırlaşan, Rusiya azərbaycanlılar üçün getdikcə ürüyüb-artan ölkə rolunu oynamaqdadır. Ardını oxu »
XALİQ BAHADIR. KRİMİNAL SEÇKİ FAKTORU
Oktyabr 14th, 2013
admin 44 ildir bir ailənin bir millətlə savaşı gedir. Bir ailənin bir millətlə savaşı ağlasığmaz olsa da, bu var, bu bir gerçəklikdir. Əliyevlər ailəsi 44 ildir bu millətlə (burada siyasi millət anlayışı önə çəkilir) savaş aparır. Ortada çoxlu sayda cinayət faktı olduğundan geriyə yol yoxdur: ailə sonadak bu milləti yenməyə yüklənib. Bu tezisi doğrulayan çoxlu fakt göstərmək olar, ancaq çox uzağa getməyə, faktlar toplusuna əl atmağa gərək yoxdur. Son çağların iki faktını göstərmək yetər. Ardını oxu »




