2013-cü ilin 58 faiz saxtakarlıqla keçirilmiş prezident seçkisindən sonra Azərbaycanı Bakıldan Şəkiyədək antidemokratiya məhkəmələri bürüyüb. Demokratiya, insan hüquqları aktivləri, yolçuları, bu yola boylananlar tutulub məhkəməyə çəkilib, çəkilir. Əliyevlər, demək olar, 20 ildən bu yana ABŞ-ı, Avropa birliyini, AŞ PA-nı aldada-aldada gəlirlər: “Biz demokratik dövlət qururuq, Azərbaycanda tezliklə demokratiya qurulacaq, Azərbaycan dövləti demokratiya yolundadır”. Bunlar illərlə yalan danışdılar, onlar illərlə yalana inandılar. Azərbaycanla birlikdə SSRİ-dən çıxmış Baltik ölkələri bir neçə ilin içində demokratiya yoluna çıxdılar. Ardını oxu »
Soylu Atalı. Türklüyün Yenilməsinin Yenilənməsi
Türkiyə ilə Azərbaycan arasında yaranan siyasi gərginlik çox çək-çevir edilməkdədir. Hər iki ölkədə duruma olduqca həssas, ehtiyatlı yanaşmalar da var, buradan oranı, oradan buranı yamanlayanlar da. Yamanlayanları iki yerə bölmək olar: Dış güclərin çıxarlarına qulluq edənlər, bir də hakimiyyətlərin istəklərinə qulluq edən trollar. Ehtiyatlı davrananlar çox çətin durumda qalıblar. Bəzən onlar barışdırıcı mövqe seçirlər, bəzən […]
Asif Ata. Özüylədöyüş və Özüyləbarışma
Həyatda insan özüylə döyüşür, ancaq bu döyüşdə tam qələbə qazanmır, son nəticədə özüylə barışır. Özüyləbarışmada o, gerçəkliyin məntiqinə əsaslanır. “Yırtıcı olmasam, yaşaya bilmərəm, məni parçalayarlar” – deyir. “Xudbin olmasam, yaşaya bilmərəm, başqasının əsarətinə düşərəm” – deyir. “Şəhvəti sevməsəm, yaşamaram, çünki həyat – cismani nəşələnməkdir” – deyir. “Şöhrəti sevməsəm, yaşamaram, çünki həyat özünütəsdiqdir” – deyir. “Yalana […]
Başsağlığı
Asif Atanın Mütləqə İnam Ocağı Ocaqdostu, Güney Azərbaycan aydını Ağşın Ağkəmərlinin ölümü ilə bağlı ailəsinə, millətimizə başsağlığı verir. Evindən işıq əskilməsin. Balalarında yaşasın. Yurdu, Ulusu var olsun.
Asif Ata. Dostluq – Düşmənlik
Həyatda ən yüksək dostluq belə, mütləq səviyyəyə qalxmır. Bu səbəbdən də həyatdakı ən böyük dostluqda belə düşmənlik yaşayır. Əgər insan xudbinlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan həsəd eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan mənfəətpərəstlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən […]
Ağşın Ağkəmərli. Yolçu yolda gərək
1965-ci ildə 5 yaşında kənddə məktəbə getmişəm. Bütün dərslər fasca olduğuna görə heç nə başa düşmürdüm. Təkcə mən yox, heç kim heç nə başa düşmürdü. Ancaq məni başqalarından fərqləndirən bir şey vardı, – şeiri bir dəfə eşitməklə öyrənirdim, daha doğrusu, sözlərini əzbərləyirdim. Atam hər ilin qış aylarında kəndə gəlirdi. 1-2 ay qalandan sonra evə gərək […]
ASİF ATA. XAQANİLİK
Mart 28th, 2014
admin Ürəyinizdə Günəş olsun, sayğılı oxucular!
Asif Atanın “Qutsal Onluq”unu (13 cilddə sistemləşdirilmiş kitablarını) Göylü Atalı Ocaq İlsırasının 30-ilində (2008), latın əsaslı Azərbaycan qrafikası ilə bilgisayarda yazıb Ocağa təhvil vermişdir. Ocaq isə bu kitabların üzünü artırıb yaymağa başlamışdır.
İndi isə Göylü Atalı Asif Atanın ədəbi-tənqid yönlü əsərlərindən ibarət olan “İnam və Şübhə” kitabını yazıb oxuculara təqdim eləməyə hazırlayır. Kitabın “Məcnunluq” adlı ilk əsəri artıq elektron və yazılı mətbuata təqdim edilmişdir. Hesab edirik ki, ədəbi-tənqidin təxminən sıradan çıxdığı bir zamanda bu əsərlərin ciddi etkisi olacaqdır. Ardını oxu »
Soylu Atalı. Zorakı hakimiyyətin bayram zorakılığı
Mart 24th, 2014
admin Bu gün xalqımız quruluşdan quruluşa (sosializmdən kapitalizmə) keçməsinin çətinliklərini, hətta fəlakətlərini yaşamaqdadır. Təbii ki, fəlakət quruluşun mahiyyətindədir. Üstəlik dövlətimizin başında olan hakimiyyət ötən illər ərzində bu fəlakəti daha da genişləndirmişdir. Hakimiyyətin yadlığı, özbaşınalığı Quruluşun mahiyyətindən gələn fəlakətlərlə mütləq vəhdət təşkil edir. Ardını oxu »
Soylu Atalı (Ocaq Yükümlüsü). MİLLİ FACİƏMİZİN XOCALISI
Mart 2nd, 2014
admin Güclü siyasət, zəif siyasət deyilişini qəbul etmirik. Güclü dövlət, zəif dövlət məntiqini doğru sayırıq. Güclü siyasət olmur, gücə dayanan siyasət olur. Bəs dövlətin gücü nəyə bağlıdır?! Hesab edirik ki, sağlam prinsiplər üzərində milli ideologiyanın işlənib hazırlanması və dövlət idarəetməsində hakim təsirə malik olması gərəkdir. Bunu isə ədalətli şəxsiyyət, milli ruha bağlı olan siyasi xadim gerçəkləşdirə bilər. Dövlət güclü olanda əməli addımlar atır, zəif olanda isə baş qatır. Dövlətin zəif, ya güclü olmasını ilk növbədə onun öz içində yaratdığı nizamda görmək olar. Bu nizamın adına “daxili siyasət” deyirlər. Ardını oxu »
Soylu Atalı (Ocaq Yükümlüsü). MİLLİ DÖVLƏT SORUNUMUZ
Fevral 21st, 2014
admin Uzun zamandır Azərbaycan-Türkiyə münasibətlərinə dövlət səviyyəsində soyuq küləklər əsir. İctimai-siyasi aləmdə bunun nədəninə fərqli yanaşmalar var. Özünün siyasi mənafeyini əsas götürən qüvvələr hesab edirlər ki, Türkiyə demokratik, Batı dəyərləri ilə qaynayıb-qarışmış (inteqrasiya etmiş) ölkədir. Azərbaycan isə demokratik olmayan, özbaşınalıqlarla, anarxiyaya yuvarlanmaqla nüfuzunu itirmiş durumdadır. Bir az türk sevgisi ilə düşünənlər hesab edərlər ki, Türkiyə oturuşmuş, təcrübəli dövlətdir, Azərbaycan isə gəncdir, imperiya təsirindən təzə çıxıb. Ardını oxu »
Üstün Atalı. GƏLƏCƏYİMİZİ DÜŞÜNƏK
Fevral 21st, 2014
admin İnsanlarla milli yöndə, vətənsevərlik mövzusunda söhbət etdikdə bəzən hörmət xatirinə, bəzən milli görünmək xatirinə, bəzən isə vaxtını keçirmək xatirinə sənə qulaq asırlar. Sonda isə öz həyat təcrübələrini ortaya qoyub, ya da maddi maraqlarını qabardıb səni “ayıltmağa” çalışırlar. Hər dəfə də eyni məntiq: “Zamanı, şəraiti dəyişmək bizim gücümüz dışındadır. Özümüzü zamana qarşı qoymaqla nə əldə edəcəyik? Bir az fərasətli, bir az çalışqan olmaq lazımdır ki, cəmiyyətdə özünə bir yer edəsən” və s. kimi məsləhətlər verirlər. Belə düşüncələrlə sabahı necə qurmaq olar?! Onların ağlı həyatı birtəhər yola verməyə köklənib. Deyirlər bir az biclik gərəkdir, “özünütəsdiq” üçün başqasını əzib keçmək də olar, yaltaqlıq eləmək də qaçılmaz olur… Ardını oxu »
ASİF ATA. İNSAN – CƏMİYYƏT
Fevral 18th, 2014
admin İnsanı cəmiyyətin məhsulu sayırlar.
Əslində isə cəmiyyəti Adam yaradır.
Cəmiyyət Adamlıq səviyyəsindən yaranıb – bu səbəbdən də İnsan Cəmiyyətdən artıqdır; onun İnsaniliyə Yetmək İmkanı Var, ancaq bu imkan gerçəkləşmir; Adam İnsaniliyə Yetmir; cəmiyyətə qarşı dura bilmir; onunla bərabərləşir, barışır; cəmiyyət İnsana Hakim olur, onu əsarətə salır.
Cəmiyyət Ağalıq əsasında qurulub – İnsanilik Ağalığa Ziddir. Ardını oxu »
Ordu quruculuğunda aparılan islahatlar və ya xalqın gerçəkləşən arzuları
Fevral 17th, 2014
admin Zəngin ənənələrinə malik olan, dünyanı sarsıdan türk döyüşçülərinin övladları necə oldu ki, torpaqlarımızı əldən verdilər? Tarixdə ermənilərin adı yox ikən türk babalarımızın qılıncı dörd iqlimdə işləyirdi, eyni vaxtda bir neçə yerdə məmləkətlər qururdu və onun sərhədlərini qoruyurdu. Doğrudanmı, türkün döyüş əzmi bu qədər zəiflədi, yaxud ermənilər hərb sənətini bir anda öyrəndilər? Xeyr, bunların heç biri real deyildir! Ardını oxu »
Soylu Atalı (Ocaq Yükümlüsü). DƏRDİMİZİN HARAYI
Fevral 9th, 2014
admin Sovetlər birliyi adında imperiya Türk birliyini dağıdan və türkləri dağınıq saxlayan başlıca güc mərkəzi idi. “Türk” sözünü, türk milli kimliyini millətin yaddaşından pozmağa çalışan ikinci güc mərkəzi İran imperiyası olub. İran adlanan ölklənin toplumunun əsas kütləsi Azərbaycan türkləri olduğu üçün, onun assimilyasiya yönündə təsiri də əsasən türkün Azərbaycan boyuna qarşı yönəlib. Orada başqa etnik türklərə münasibət Azərbaycana münasibətin tərkib hissəsi kimi özünü göstərir. Ardını oxu »
XALİQ BAHADIR. AZƏRBAYCAN: POSTSOVET DÖNƏMİNİN NEOKOLONİALİZM GERÇƏKLƏRİ
Fevral 5th, 2014
admin İki yüz illik rus kolonializmindən qurtulduq. Bağımsızlıq – suverenlik qazandığımızı toy-bayram etməyə başladıq, elə bu toy-bayram içində gözümüzü açıb, özümüzü qabaqkından qat-qat qorxulu bir kolonializm – Batıya bağlı neokolonializm bataqlığına batmış bulduq…
Amerika aldatdı bizi…
Bitdi, başa çatdı. Batının – ABŞ-la Avropanın Azərbaycandakı seçki-demokratiya oyunu, seçki-demokratiya şousu bitdi. Ardını oxu »




