Televiziyalar, bir sıra bəlli tanınmışlar necə hay-küy qaldırıblar: “Heydər Əliyev və yeni cəmiyyət”. Onlar H.Əliyevin bütünlüklə “yeni, müasir cəmiyyət” yaratdığından danışırlar. Bilirik: qarşıdan rejim başçısının ad günü gəlir. Olsun, ancaq ağ yalanlar danışmağın anlamı nə? Qabaqlar Bakıda da belə yalanlara inana çox idi. İndi ölkənin ucqarlarında belə, bu yalanlar adamlarda yalnız acıq doğurur.
Başqa televiziyalar bir yana, son 20 ildə Azərbaycanda necə “yeni, müasir cəmiyyət” yaradıldığını bilmək üçün “İctimai televiziya” adlanan antiictimai kanala… baxmaq yetər. Ardını oxu »
Soylu Atalı. Türklüyün Yenilməsinin Yenilənməsi
Türkiyə ilə Azərbaycan arasında yaranan siyasi gərginlik çox çək-çevir edilməkdədir. Hər iki ölkədə duruma olduqca həssas, ehtiyatlı yanaşmalar da var, buradan oranı, oradan buranı yamanlayanlar da. Yamanlayanları iki yerə bölmək olar: Dış güclərin çıxarlarına qulluq edənlər, bir də hakimiyyətlərin istəklərinə qulluq edən trollar. Ehtiyatlı davrananlar çox çətin durumda qalıblar. Bəzən onlar barışdırıcı mövqe seçirlər, bəzən […]
Asif Ata. Özüylədöyüş və Özüyləbarışma
Həyatda insan özüylə döyüşür, ancaq bu döyüşdə tam qələbə qazanmır, son nəticədə özüylə barışır. Özüyləbarışmada o, gerçəkliyin məntiqinə əsaslanır. “Yırtıcı olmasam, yaşaya bilmərəm, məni parçalayarlar” – deyir. “Xudbin olmasam, yaşaya bilmərəm, başqasının əsarətinə düşərəm” – deyir. “Şəhvəti sevməsəm, yaşamaram, çünki həyat – cismani nəşələnməkdir” – deyir. “Şöhrəti sevməsəm, yaşamaram, çünki həyat özünütəsdiqdir” – deyir. “Yalana […]
Başsağlığı
Asif Atanın Mütləqə İnam Ocağı Ocaqdostu, Güney Azərbaycan aydını Ağşın Ağkəmərlinin ölümü ilə bağlı ailəsinə, millətimizə başsağlığı verir. Evindən işıq əskilməsin. Balalarında yaşasın. Yurdu, Ulusu var olsun.
Asif Ata. Dostluq – Düşmənlik
Həyatda ən yüksək dostluq belə, mütləq səviyyəyə qalxmır. Bu səbəbdən də həyatdakı ən böyük dostluqda belə düşmənlik yaşayır. Əgər insan xudbinlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan həsəd eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan mənfəətpərəstlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən […]
Ağşın Ağkəmərli. Yolçu yolda gərək
1965-ci ildə 5 yaşında kənddə məktəbə getmişəm. Bütün dərslər fasca olduğuna görə heç nə başa düşmürdüm. Təkcə mən yox, heç kim heç nə başa düşmürdü. Ancaq məni başqalarından fərqləndirən bir şey vardı, – şeiri bir dəfə eşitməklə öyrənirdim, daha doğrusu, sözlərini əzbərləyirdim. Atam hər ilin qış aylarında kəndə gəlirdi. 1-2 ay qalandan sonra evə gərək […]
XALİQ BAHADIR. YALANLA YARADILAN “YENİ CƏMİYYƏT”
May 14th, 2014
admin
ASİF ATA. NİZAMİLİK
May 14th, 2014
admin Ürəyinizdə Günəş olsun, sayğılı oxucular!
Asif Atanın “Qutsal Onluq”unu (13 cilddə sistemləşdirilmiş kitablarını) Göylü Atalı Ocaq İlsırasının 30-ilində (2008), latın əsaslı Azərbaycan qrafikası ilə bilgisayarda yazıb Ocağa təhvil vermişdir. Ocaq isə bu kitabların üzünü artırıb yaymağa başlamışdır.
İndi isə Göylü Atalı Asif Atanın ədəbi-tənqid yönlü əsərlərindən ibarət olan “İnam və Şübhə” kitabını yazıb oxuculara təqdim eləməyə hazırlayır. Kitabın “Məcnunluq”, “Koroğlular və Həmzələr”, “Xaqanilik”, “Nəsimilik”, “Sənət və Kəşf”, “Elmin hüdudları və zamanın üfüqləri”, “İnsan və Sənət” adlı əsərləri artıq elektron və yazılı mətbuata təqdim edilmişdir. Hesab edirik ki, ədəbi-tənqidin təxminən sıradan çıxdığı bir zamanda bu əsərlərin ciddi etkisi olacaqdır. Ardını oxu »
XALİQ BAHADIR. “BEŞİNCİ KOLON” FAKTORU
May 13th, 2014
admin Bu günlər ortaya çıxmış ilginc bir çıxış yada çox-çox illər öncənin başqa bir ilginc çıxışını saldı. AXCP-ni parçalamaqla “Bütöv Azərbaycan xalq cəbhəsi partiyası” yaratmış, bu sifarişli siyasi yaradıcılığına ödünc olaraq deputat mandatı ilə ödülləndirilmiş Qüdrət Həsənquliyev bugünlərdə açıq-açığına Rusiya ordusunu Azərbaycana çağırmaq istəyini ortaya qoydu. Ardını oxu »
ASİF ATA. Sənət və Kəşf (davamı)
May 12th, 2014
admin IV. NASİRANƏ MƏNZƏRƏ
Manaf Süleymanovun “Zirvələrdə” romanını oxuyarkən insanın ağlına gələn ilk fikir “harada qaldı” fikri olur.
Harada qaldı qəhrəmanlarının mənəvi aləmi, harada qaldı konfliktlər, harada qaldı məhəbbət?
Əsərin əvvəlində nəsə yaranırdı. Ağazadə adlı despotla, etik problemlərlə, mürəkkəb taleli Dəmir Şahbaz oğlu ilə rastlaşdıq.
Lakin elə ki, romanın ilk səhifələrində “ədalət” bərpa olunur – bütün dramatizm, bədiilik, psixoloji təhlil və s. yox olur. İnsan, bədii xarakter, psixologizm roman səhifələrini tərk edir. Ardını oxu »
Soylu Atalı (Ocaq Yükümlüsü). SİYASİ DÜNYANIN ERMƏNİSİ
Aprel 26th, 2014
admin Tanrıçılıq – Türkün Təbiətlə doğmalığından, birliyindən yaranan inancdır. Türk Tanrıçılığı dünya üçün müqəddəs bir nizam idi. Təbiət sevilirdi, bəslənirdi, qorunurdu. “Tanrı türkün həm balası idi, həm babası”(Asif Ata). Balasını əzizləyirdi, babasına arxalanırdı türk. Ardını oxu »
ASİF ATA. Sənət və Kəşf (davamı)
Aprel 18th, 2014
admin III. MƏNƏVİ ALƏM DİALEKTİKASI
Realist sənət ictimai həyatın yeni qanunauyğunluqlarını açıb göstərməklə bərabər, insan mənəviyyatının dialektikasını da kəşf etmişdir.
Bu o deməkdir ki, realist sənət daxili aləmi mürəkkəb, ziddiyyətli, dinamik bir proses kimi təsvir edir. Bu, eyni zamanda o deməkdir ki, realist sənət insan psixikasının bəsit təfəkkür vasitəsiylə dərk edilməyən, ən incə, dərin, ilkin xüsusiyyətlərini təhlil və təsvir edə bilmişdir. Ardını oxu »
XALİQ BAHADIR. ABŞ AZƏRBAYCANDA REJİM DƏYİŞİKLİYİ İSTƏYİRMİ?
Aprel 14th, 2014
admin Gərəkən giriş
ABŞ-Azərbaycan diplomatik ilişkilərinin yaranmasından 22 il keçir. Bu ilişkilərin özülünü az-çox demokratik hakimiyət olaraq tanınan AXC qoymuşdu. Bir illik AXC hakimiyəti. AXC hakimiyəti qoyduğu özül üzərində dayana bilmədi. Dayana bilmədi – bir sıra bəlli imperialist dövlətlərin buyruğuna boyun əymədiyi üçün. Buyruq isə belə idi: Azərbaycanın doğal resurslarının böyük bölümü bu dövlətlər arasında pay-püşk edilməlidir! AXC prezidenti buna getmədi. Getmədiyi üçün də… getdirildi! Onun yerinə gizli danışıq-uzlaşma yoluyla (onun özünün də anlaşılmaz istəyi ilə) hakimiyətə açıq diktator baxışları ilə tanınan bəlli KQB generalı gətirildi. Ardını oxu »
ASİF ATA. Sənət və Kəşf
Aprel 14th, 2014
admin Ürəyinizdə Günəş olsun, sayğılı oxucular!
Asif Atanın “Qutsal Onluq”unu (13 cilddə sistemləşdirilmiş kitablarını) Göylü Atalı Ocaq İlsırasının 30-ilində (2008), latın əsaslı Azərbaycan qrafikası ilə bilgisayarda yazıb Ocağa təhvil vermişdir. Ocaq isə bu kitabların üzünü artırıb yaymağa başlamışdır.
İndi isə Göylü Atalı Asif Atanın ədəbi-tənqid yönlü əsərlərindən ibarət olan “İnam və Şübhə” kitabını yazıb oxuculara təqdim eləməyə hazırlayır. Kitabın “Məcnunluq”, “Koroğlular və Həmzələr”, “Xaqanilik”, “Nəsimilik” adlı əsərləri artıq elektron və yazılı mətbuata təqdim edilmişdir. Ardını oxu »
XALİQ BAHADIR. TÜRKİYƏ KLERİKALİZM BATAQLIĞINDA
Aprel 4th, 2014
admin Türkiyə sarsıntılı çarpışma, çaxnaşma, çalxantı içindədir. Böyük, qocaman bir dövlətin dış işlər baxanlığı çılpaq durumda! Olduqca acınacaqlı bir durum: dövlətin strateji gizlinləri dinlənilir, sonra da bu gizlinlər bütün dünyaya yayılır. Ardından uzun illərin AKP- dövlət yönəticiləri meydanlara, televiziya ekranlarına çıxaraq bir-birindən isterik çıxışlarda bulunurlar.
Səs yazısı ilə bağlı ilk çıxışı Ərdoğan etdi. Ərdoğanın Diyarbəkirdə qısıq səslə etdiyi o çıxış yer, səs baxımından simvolik xarakteri ilə seçilirdi. Ardını oxu »
ASİF ATA. VƏCDLİ İDRAK (NƏSİMİLİK)
Aprel 4th, 2014
admin 1. İNSAN
Vəcdə gəlmək – ülvi mənaya dalmaq, onunla bir olmaqdır. Gözəllik öz əsil qiymətini vəcd məqamında tapır. İnsanı özündən (adi durumundan) ayıra bilməyən gözəllik natamam gözəllikdir.
Ali hikmətə tam qovuşmaq – onu vəcdlə duymaq deməkdir.
Ürəyin də çaylar kimi bir sel məqamı var.
Bu məqamda ehtiras insanı öz sularında qərq edir. Vəcdsiz ürək – alovsuz ocaqdır.
Ağıl adi halda görmədiyini, duymadığını vəcd anında görür, duyur, vəcd bəsit təfəkkür sədlərini dağıdır, dünyanın yeni sirləri, mənaları kamalın üzünə açılır. Ardını oxu »




