(Asif Ata ilə Qarabağ qonusunda müsahibə)
– Müqəddəs Ata, verəcəyim suallar Qarabağ üstə köklənib. Bilmək istərdim, ermənilərin Qarabağdan «Qafqaz İsraili» düzəltmək istəklərinə Ata fikri necədir?
– Dünyanın təzadları çoxdur. O təzadlardan biri Qərb–Türk təzadıdır, rus–türk təzadıdır, ümumən Türk Dünyası və bütün dünya təzadıdır. Həmin təzad bu gün yaranmayıb, onun müəyyən tarixi var.
Lakin bu təzad zahirən yumşalıbsa, daxilən demək olar ki, heç vaxt dəyişməyib. Ardını oxu »
Soylu Atalı. Türklüyün Yenilməsinin Yenilənməsi
Türkiyə ilə Azərbaycan arasında yaranan siyasi gərginlik çox çək-çevir edilməkdədir. Hər iki ölkədə duruma olduqca həssas, ehtiyatlı yanaşmalar da var, buradan oranı, oradan buranı yamanlayanlar da. Yamanlayanları iki yerə bölmək olar: Dış güclərin çıxarlarına qulluq edənlər, bir də hakimiyyətlərin istəklərinə qulluq edən trollar. Ehtiyatlı davrananlar çox çətin durumda qalıblar. Bəzən onlar barışdırıcı mövqe seçirlər, bəzən […]
Asif Ata. Özüylədöyüş və Özüyləbarışma
Həyatda insan özüylə döyüşür, ancaq bu döyüşdə tam qələbə qazanmır, son nəticədə özüylə barışır. Özüyləbarışmada o, gerçəkliyin məntiqinə əsaslanır. “Yırtıcı olmasam, yaşaya bilmərəm, məni parçalayarlar” – deyir. “Xudbin olmasam, yaşaya bilmərəm, başqasının əsarətinə düşərəm” – deyir. “Şəhvəti sevməsəm, yaşamaram, çünki həyat – cismani nəşələnməkdir” – deyir. “Şöhrəti sevməsəm, yaşamaram, çünki həyat özünütəsdiqdir” – deyir. “Yalana […]
Başsağlığı
Asif Atanın Mütləqə İnam Ocağı Ocaqdostu, Güney Azərbaycan aydını Ağşın Ağkəmərlinin ölümü ilə bağlı ailəsinə, millətimizə başsağlığı verir. Evindən işıq əskilməsin. Balalarında yaşasın. Yurdu, Ulusu var olsun.
Asif Ata. Dostluq – Düşmənlik
Həyatda ən yüksək dostluq belə, mütləq səviyyəyə qalxmır. Bu səbəbdən də həyatdakı ən böyük dostluqda belə düşmənlik yaşayır. Əgər insan xudbinlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan həsəd eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan mənfəətpərəstlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən […]
Ağşın Ağkəmərli. Yolçu yolda gərək
1965-ci ildə 5 yaşında kənddə məktəbə getmişəm. Bütün dərslər fasca olduğuna görə heç nə başa düşmürdüm. Təkcə mən yox, heç kim heç nə başa düşmürdü. Ancaq məni başqalarından fərqləndirən bir şey vardı, – şeiri bir dəfə eşitməklə öyrənirdim, daha doğrusu, sözlərini əzbərləyirdim. Atam hər ilin qış aylarında kəndə gəlirdi. 1-2 ay qalandan sonra evə gərək […]
Azərbaycan dünyanın Müqəddəs Ocağı olacaq
Avqust 3rd, 2014
admin
ASİF ATA. HAQQ (İYİRMİNCİ MÜQƏDDƏS KİTAB)
Avqust 2nd, 2014
admin 1. HAQQ–HÜQUQ
Haqq – İnsaniliyi Təsdiq edir. Hüquq Adamlığı qoruyur.
İnsanilik – Mütləq Xeyir deməkdir; Mütləq Ədalət, Mütləq Həqiqət, Mütləq İnam, Mütləq İdrak, Mütləq Mənəviyyat, Mütləq İradə…
Adamlıq – Cəmiyyətçilik deməkdir; Ağalıq – Nökərlik, Təbəqələşmə, Özgələşmə, Hamılaşma.
Haqq – Gerçəkliyi Amala Yüksəldir.
Hüquq – Gerçəkliyi Qoruyur.
Haqq – Mənanı İfadə eləyir; Hüquq – Təzahürü. Bu səbəbdən də Haqq – Nisbilik tanımır, Hüquq – Mütləqilik. Ardını oxu »
Soylu Atalı. Şəxsiyyət Yubileydə tanınmır
İyul 23rd, 2014
admin Xalq şəxsiyyətlər doğur, ancaq şəxsiyyətlərini çağında tanıya bilmir. Böyüməyən xalq heç sonradan da şəxsiyyətlərini tanıya bilmir. Tərəqqi üzü aşağı gedəndə şəxsiyyət və xalq təzadı həmişə qalır, aradan qalxmır. Beləliklə, xalq öz şəxsiyyətlərinin çağırışlarını eşitmir, onlardan ayrılır. Şəxsiyyəti öz dövrünün qəlibinə salmaqla əslində xalq özünə və şəxsiyyətinə xəyanət edir. Ardını oxu »
Xaliq Bahadır. Əkdiyini biçən Rusiya
İyul 22nd, 2014
admin Ukraynada qanlı savaş gedir. Yeni Ukrayna hökuməti ölkəni kəsinliklə separatçılardan arıtmaqdadır. Separatçılardan! Bugünlər Rusiyada ən çox acıq doğuran bir söz varsa, o da Ukrayna ilə bağlı işlədilən “separatizm”, “separatçılar” sözləridir. Bəlli olduğu kimi, bu sözlər Ukraynada yaşayan, Ukraynanı bölməyə çalışan ruslarla bağlı işlədilir. İndi Rusiyada bu sözü sevmirlər. Ancaq qabaqlar çox sevərdilər. Qabaqlar – Çeçenstandakı olaylar dönəmində. Ardını oxu »
Soylu Atalı. Akif Səməd – İşıqlı şeiriyyət yolçusu
İyul 22nd, 2014
admin Söz Tanrıdan sonradır. Ancaq Tanrını da tanıdan Sözdür. Ona görə Sözü Tanrı ilə cərgələşdirmək yox, vəhdətdə götürmək gərəkdir. Tanrı ilə vəhdətdə olan Söz hansı könüldə nəğmə qoşursa, o könül yiyəsi mürşidə çevrilir: Dərdi tanıyan, bəsləyən, sevən bir mürşidə; Dərddən ümid yaradan, ümidi könüllərə yazan bir mürşidə.
Könül əhlinin dünyası dərd özüllü dünyadır, ona görə də əlçatmazdır. Əlçatan dərd şəxsin fərdi-fiziki taleyinin ifadəsi olur… Ardını oxu »
Üstün Atalı. Vətənləşən səfərlərim
İyul 22nd, 2014
admin Bəşər həyatını davamlı izləsək, görərik ki, insanlar çoxluq etibarilə öz yaşamlarında bir-birindən səthi məsələlərdə fərqlənirlər. Yalnız ayrı-ayrı insanlar səthilikdən çıxır, bənzərsiz ömür yaşamaq səviyyəsinə yetirlər. Bu da onunla bağlıdır ki, ali keyfiyyətlər daşıdığını anlayanda insan öz ömrünü məhz adilikdə məhdudlaşdırmaq istəmir. Bu insani ehtiyacdır. Ardını oxu »
Xaliq Bahadır. Azərbaycan – korrupsioner bürokratiya qalası
İyul 18th, 2014
admin AŞ PA-da çıxış edən İ.Əliyev “Azərbaycanın əsas prioritetlərindən birinin də korrupsiya ilə mübarizə” olduğunu bildirib. “Azərbaycan bu sahədə unikal bir təcrübəyə malikdir”, – deyən İ.Əliyev gerçəyi ortaya qoyub. Doğrudan da, Əliyevlər Azərbaycanında korrupsiya ilə “mübarizənin” çox “unikal” praktikası var: korrupsiyanın başında dövlətin başında duranlar durur, ancaq… Ardını oxu »
Asif Ata. Tarixə çatmaq (IV. Xətailiyimiz)
İyul 18th, 2014
admin QAN HAVASI
Qan çağırır Zəmanə, Qan Həvəsinə qoşulub. Qana qəltan olub, Qana sığınıb. Qana bürünüb; – Qana küsəniblər hökmdarlar; Qan bulaşıb Qohumluğa, Qardaşlığa; Qandan böyük məna görmürlər Qansızlar; Qanla doğulurlar, ölürlər, Qan Beşiyində yetişirlər; Qandan Taxt düzəldirlər, tac düzəldirlər; torpaqlar Qanla suvarılır, Fitnə, Məkr qanlaşır; Qan gətirib Qan aparırlar; Qan havasına oynayırlar, oynadırlar, Qanla yazılır ömürlər, Qan nehrəsində çalxalanır Dünya. Ardını oxu »
Xaliq Bahadır. “Effektli mübarizə forması” adıyla gözə kül üfürmə
İyul 16th, 2014
admin Son 25 il, ən çox da əliyevçi rejimə bağlı son 22 il ölkəmiz üçün bir-birindən ağır, bir-birindən çətin illər olub. Bir illik AXC hakimiyyətini çıxmaqla, bu illər bizim üçün öz-özümüzlə savaş illəri olub. Daha çox da bəlli KQB generalının yön verdiyi son 22 il! Son 22 il demokratiyadan diktaturaya keçid dönəmi oldu. Son 22 il eləcə də regionçuluq, ailə-klan hakimiyyəti dönəmi oldu. Ardını oxu »
Asif Ata. Türk Ruhu bərqərar olsun!
İyul 16th, 2014
admin Söhbətimizi türk ruhundan başlayırıq. Türk ruhunun mahiyyəti, mənası, canı inanclıq deməkdir. Türk ruhu qədər inanc ruh yoxdur, bəlkə almanlarda da bizdən aşağıdır. Lakin bu inanclıqda itaət yoxdur, qismətçilik yoxdur, cənnətçilik, cəhənnəmçilik, xurafat və cəfəngiyyat yoxdur. Türklər Göyə inanıblar, Göyün özünü ilahi varlıq sayıblar. Göy burda islam Göyü deyil, qətiyyən. Burda Allahın taxtı yoxdur, tacı yoxdur. Ardını oxu »




