Türkiyə prezident seçkisi qarşısındadır. Ərdoğan kimi bir güc qarşısında bələdiyyə seçkisinə birləşmiş güclə getməməklə uduzan Türkiyə müxalifətinin prezident seçkisini birləşmiş güclə uduzacağını proqnozlaşdırmaq olar. Bələdiyyə seçkisindəki uğursuzluğu mən müxalifətin birləşməməyində görmüşdüm. Müxalifət birləşsəydi, seçkini uda bilərdi, demişdim. Ardını oxu »
Soylu Atalı. Türklüyün Yenilməsinin Yenilənməsi
Türkiyə ilə Azərbaycan arasında yaranan siyasi gərginlik çox çək-çevir edilməkdədir. Hər iki ölkədə duruma olduqca həssas, ehtiyatlı yanaşmalar da var, buradan oranı, oradan buranı yamanlayanlar da. Yamanlayanları iki yerə bölmək olar: Dış güclərin çıxarlarına qulluq edənlər, bir də hakimiyyətlərin istəklərinə qulluq edən trollar. Ehtiyatlı davrananlar çox çətin durumda qalıblar. Bəzən onlar barışdırıcı mövqe seçirlər, bəzən […]
Asif Ata. Özüylədöyüş və Özüyləbarışma
Həyatda insan özüylə döyüşür, ancaq bu döyüşdə tam qələbə qazanmır, son nəticədə özüylə barışır. Özüyləbarışmada o, gerçəkliyin məntiqinə əsaslanır. “Yırtıcı olmasam, yaşaya bilmərəm, məni parçalayarlar” – deyir. “Xudbin olmasam, yaşaya bilmərəm, başqasının əsarətinə düşərəm” – deyir. “Şəhvəti sevməsəm, yaşamaram, çünki həyat – cismani nəşələnməkdir” – deyir. “Şöhrəti sevməsəm, yaşamaram, çünki həyat özünütəsdiqdir” – deyir. “Yalana […]
Başsağlığı
Asif Atanın Mütləqə İnam Ocağı Ocaqdostu, Güney Azərbaycan aydını Ağşın Ağkəmərlinin ölümü ilə bağlı ailəsinə, millətimizə başsağlığı verir. Evindən işıq əskilməsin. Balalarında yaşasın. Yurdu, Ulusu var olsun.
Asif Ata. Dostluq – Düşmənlik
Həyatda ən yüksək dostluq belə, mütləq səviyyəyə qalxmır. Bu səbəbdən də həyatdakı ən böyük dostluqda belə düşmənlik yaşayır. Əgər insan xudbinlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan həsəd eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan mənfəətpərəstlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən […]
Ağşın Ağkəmərli. Yolçu yolda gərək
1965-ci ildə 5 yaşında kənddə məktəbə getmişəm. Bütün dərslər fasca olduğuna görə heç nə başa düşmürdüm. Təkcə mən yox, heç kim heç nə başa düşmürdü. Ancaq məni başqalarından fərqləndirən bir şey vardı, – şeiri bir dəfə eşitməklə öyrənirdim, daha doğrusu, sözlərini əzbərləyirdim. Atam hər ilin qış aylarında kəndə gəlirdi. 1-2 ay qalandan sonra evə gərək […]
Soylu Atalı. Qərb siyasəti qorxu təbliğatıdır
İyul 13th, 2014
admin Uşağı böyütmək çox çətindir. Əslində ata, ana olmaq çətindir. Ancaq bu çətinliyi ananın yuxusuz qalmaları ilə, yaxud atanın dolanışığı təmin etmək üçün çəkdiyi əzablarla məhdudlaşdırmaq doğru deyil. Bunlardan daha ağır, daha çətin bir məsələ uşağı milli, insani ruhda böyütməyi bacarmaqdır. Təəssüf ki, bu məsələ demək olar ki, özünü doğrultmur. Çünki belə bir ənənə yaranmayıb. Ardını oxu »
Xaliq Bahadır. Milli dirilik faktoru
İyul 12th, 2014
admin Bugünlərdə tanınmış sütunçu (köşə yazarı) dostlarla görüşümüz oldu. Yığışmışdıq. Geniş oxucu auditoriyası ilə seçilən dostlardan biri nədən, nələrdən etkilənmişdisə çox danışdı. Danışdıqlarının da SÜTUNU bu idi: bizi bu günə qoyan, bütün millətlərdən geri salan adət-ənənələrimiz (bizim dildə: gələnək-görənəklərimiz), millətçilik, bir də ideologiya oldu; qabağa getmək istəyən millət adət-ənənədən, millətçilikdən, ideologiyadan uzaq olmalıdır. Ardını oxu »
Üstün Atalı. Duyğularımda çiçəklənən ümidlər
İyul 11th, 2014
admin I
…Qüdrət – zor vasitəsiylə təsdiq olunmur. Zor qorxunu, mütiliyi, avamlığı aşkarlayır.
Soylu Atalı deyir “bu gün insanları birləşdirən Asif Atanın harayını çəkdiyi İnsani keyfiyyətlər deyil, Qorxudur. Qorxu toplumun gerçək yaşamının özülündə dayanır. Hər kəs söz deməyə, söz dinləməyə qorxur. Ardını oxu »
Xaliq Bahadır. Bizim türmə – konslager (II)
İyul 11th, 2014
admin II
Penitensiar Xidmətdən bildirildiyinə görə, 12 saylı Cəzaçəkmə müəssisəsinin bir qrup dustağı adından yayılanlar – dustaqlara işgəncə verilməsi, çoxsaylı qanunsuzluq faktları – “əsassızdır”. Adına “Xidmət” deyilən, bildirildiyinə görə, araşdırma aparıb: ”Məlum oldu ki”… Sizcə, nə “məlum” ola bilərdi? “Müraciəti” imzalayanların “yoxluğu”. Sən demə, 12-ci kalonda bu adda kimsə yoxdur. Ardını oxu »
Han Ataman Türk. KEMALİZM NEDİR, NE DEĞİLDİR
İyul 10th, 2014
admin Türkleri binlerce yıldır ayakta tutan ve her dönem var olmalarını sağlayan tek şey tanrının vermiş olduğu özel donanımlar sayesinde elde etmiş olduğu TÖREDİR. TÖRENİN temelinde paylaşımcılık, özgürlük, imtiyazsızlık ve sınıfsızlık vardır. Bu düşünce yapısını 20-ci yüzyıl uygulamalarıyla yaşama geçiren ULUĞ BAŞBUĞ Mustafa Kemal ATATÜRKTÜR. Ardını oxu »
Xaliq Bahadır. Bizim türmə – konslager (I)
İyul 10th, 2014
admin I
Bir qrup dustaq “Azadlıq”a məktub yazıb. Məktub nə məktub – qanlı gündəm məktubu! Onlar 12 saylı cəzaçəkmə yerindən yazırlar. Yazdıqları başdan-ayağa, açıq-açığına KONSLAGER görsənişləridir. Dustaqlara verilən işgəncələrdən yazırlar. Dustaqlar kimlərdir? Azərbaycan yurddaşları! İşgəncə verənlər kimlərdir? Onlar da Azərbaycan yurddaşları! Ardını oxu »
Türkçülük və Dinçilik
İyul 10th, 2014
admin Bu gün Azərbaycanda, Türkiyədə, bütövlükdə Türk Dünyasında türkün yaxınlaşmasını əngəlləmək, türklüyü sıradan çıxarmaq üçün çeşidli oyunlar gedir. Bu gedişat bütün dövrlərdə Türkçülüyə qarşı düşünülmüş planların təzələnməsidir. Belə bir məsələyə qarşı öz düşüncələri ilə dirəniş göstərmək üçün milli mübarizənin təmsilçiləri Milli Qurtuluş Partiyasının başqanı Vüqar Bəyturan, Abil Ulusoy, Üzeyir Əlizadə, Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı bu mövzunu müzakirə etmişlər. Həmin müzakirəni təqdim edirik. Ardını oxu »
Xaliq Bahadır. Əliyevlərin sonuncu bazarlığı – Suverenlik
İyul 9th, 2014
admin Dönə-dönə yazmışıq, bir daha yazaq: onlar Qarabağ, Neft-Qaz bazarlığı üzərində hakimiyyətə gəldilər, bu bazarlığa bağlanaraq 22 il hakimiyyətdə qaldılar, bütün seçkiləri bu bazarlıq bazasında qazandılar. Qazandılar, qazandırdılar. Ölkəni, Xalqı soyub-yağmalamaqla milyardlar qazandılar, eləcə də bu axarda yaxın-uzaq güclərə milyardlar qazandırdılar. Özlərinin tez-tez dedikləri kimi, “uğurlu neft-qaz strategiyası”, geniş işğalçılıq, dərin düşmənçilik siyasəti ilə! Ardını oxu »
Xaliq Bahadır. Dirəniş düyünü
İyul 8th, 2014
admin Belə bir deyim var: Ən çürük ağac da itələmədən yıxılmır. Əliyevçi rejimin siyasi-ideoloji, eləcə də sosial-ekonomik baxımdan çürük rejim olduğunu Azərbaycanın ən ucqarlarında da bilməyən çox az adam tapılar. İndi hamı bu rejimin çürüklüyündən –yararsızlığından danışır. Demək olar, hamı. Rejimin planlı repressiv siyasətləri üzündən bunu yazanların sayı azalıb. Ardını oxu »




