Ürəyinizdə Günəş olsun!
Sovetlər Birliyi dağılandan üzü bəri demək olar ki, hər il Bakının Daşnak-Bolşevik silahlı birləşmələrinin qırğınlarından azad olunması haqqında söhbətlər aparılır, tarixi faktlar üzrə yazılar dərc olunur və s. Bu gün biz həmin faktın növbəti ildönümü qarşısındayıq. O vaxtdan bu vaxta qədər həmin hadisələr bu və ya başqa biçimdə davam edir, erməni-türk münasibətləri sağalmır. Axı bu, hardan qaynaqlanır?! Bu və başqa suallara cavab tapmaq üçün Müxalif düşərgənin tanınmış siması Xaliq Bahadırın və Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalının münasibətlərini öyrənib təqdim edirik.
Soylu Atalı. Türklüyün Yenilməsinin Yenilənməsi
Türkiyə ilə Azərbaycan arasında yaranan siyasi gərginlik çox çək-çevir edilməkdədir. Hər iki ölkədə duruma olduqca həssas, ehtiyatlı yanaşmalar da var, buradan oranı, oradan buranı yamanlayanlar da. Yamanlayanları iki yerə bölmək olar: Dış güclərin çıxarlarına qulluq edənlər, bir də hakimiyyətlərin istəklərinə qulluq edən trollar. Ehtiyatlı davrananlar çox çətin durumda qalıblar. Bəzən onlar barışdırıcı mövqe seçirlər, bəzən […]
Asif Ata. Özüylədöyüş və Özüyləbarışma
Həyatda insan özüylə döyüşür, ancaq bu döyüşdə tam qələbə qazanmır, son nəticədə özüylə barışır. Özüyləbarışmada o, gerçəkliyin məntiqinə əsaslanır. “Yırtıcı olmasam, yaşaya bilmərəm, məni parçalayarlar” – deyir. “Xudbin olmasam, yaşaya bilmərəm, başqasının əsarətinə düşərəm” – deyir. “Şəhvəti sevməsəm, yaşamaram, çünki həyat – cismani nəşələnməkdir” – deyir. “Şöhrəti sevməsəm, yaşamaram, çünki həyat özünütəsdiqdir” – deyir. “Yalana […]
Başsağlığı
Asif Atanın Mütləqə İnam Ocağı Ocaqdostu, Güney Azərbaycan aydını Ağşın Ağkəmərlinin ölümü ilə bağlı ailəsinə, millətimizə başsağlığı verir. Evindən işıq əskilməsin. Balalarında yaşasın. Yurdu, Ulusu var olsun.
Asif Ata. Dostluq – Düşmənlik
Həyatda ən yüksək dostluq belə, mütləq səviyyəyə qalxmır. Bu səbəbdən də həyatdakı ən böyük dostluqda belə düşmənlik yaşayır. Əgər insan xudbinlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan həsəd eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan mənfəətpərəstlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən […]
Ağşın Ağkəmərli. Yolçu yolda gərək
1965-ci ildə 5 yaşında kənddə məktəbə getmişəm. Bütün dərslər fasca olduğuna görə heç nə başa düşmürdüm. Təkcə mən yox, heç kim heç nə başa düşmürdü. Ancaq məni başqalarından fərqləndirən bir şey vardı, – şeiri bir dəfə eşitməklə öyrənirdim, daha doğrusu, sözlərini əzbərləyirdim. Atam hər ilin qış aylarında kəndə gəlirdi. 1-2 ay qalandan sonra evə gərək […]
Bakının qurtuluşu – Türklüyün qurtuluşu idi
Sentyabr 15th, 2014
admin
Xaliq Bahadir. Sərdar Cəlaloğlunun yeni tarix yaradıcılığı
Sentyabr 15th, 2014
admin Çağdaş dünyada tarix siyasəti ayrıca aktuallıq qazanıb. Bu gün, ermənilər başda olmaqla, gerçək tarixi olmayan bir sıra toplumlar özlərinə onları birəşdirib gələcəyə aparmağa yönəlik uydurma tarix düzəldirlər. Bir daha demək gərəkir: çağdaş dünyada geniş yayılmış bu görsənişin adı tarix siyasətidir. Bir çox toplumlar çox düzgün olaraq tarixə yalnız keçmişə bağlı, keçmişdə qalmış olaylar yığını olaraq baxmır, eləcə də böyük, uğurlu gələcəklərinin özülü olaraq dəyərləndirirlər. Ardını oxu »
Asif Ata. Nikbinlik
Sentyabr 15th, 2014
admin Nikbinlik
(Füzuli üstə)
1.
Kədərdən qəhərlənməyə nə var, kədərdən bəhrələnmək gərək!
Füzuli kədərlənir, həm də kədərlə qaynayıb-qarışır, kədərə qovuşur, kədərləşir. Həm: Mənim tək heç kim zarü pərişan olmasın, yarəb! deyir, həm də “zarü pərişanlıq məkanı” haqqında: Ardını oxu »
Asif Ata. Bayatı işığı
Sentyabr 10th, 2014
admin Bayatı işığı
I
Ağlamaq – Ağlanmaq – Ağ olmaq – İşıqlanmaq deməkdir xalq idrakında.
Bayatı – göz yaşı işığıdır, daxili aləmi duruldan. Ağlaya-ağlaya işıqlanıblar. Zülmətdən ayrılıb işığa düşüblər qədimlərimiz.
Kədər göz yaşlarında tamlanıb, yuyulub, saflanıb. Göz yaşı yağıb daxili dünyaya və günəş doğub daxildə. Ardını oxu »
Üstün Atalı. Ümidsizləşən Bölgələrimiz
Avqust 31st, 2014
admin İnsanın özünə münasibəti necədirsə, ətrafına da elə münasibət göstərir. Özünə inanan başqasına da inanır. İçində vətən, millət sevgisi olan başqasında da bunu yaratmağa, qorumağa çalışır. Ömür özü bir örnəkdir, yoldur. Yanımızda böyütdüyümüz övladlarımız insanın bütün keyfiyyətlərini – münasibətlərin qurulmasını, milli düşüncənin sözdə və əməldə ifadəsini ilk olaraq bizlərdə – valideyinlərdə görür. Ardını oxu »
“Türkdən Başlayan Yeni Bəşər İnamı” kitabı işıq üzü gördü
Avqust 30th, 2014
admin Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız!
Bu gün dünyanı bürüyən haqsızlıq, ədalətsizlik ayrı-ayrı ölkələrdə insanların varlığını, həyatını fərqli və oxşar biçimlərdə təhdid etməkdədir. Fərqli biçim insanların ideoloji mübarizələrinə görədir, oxşar biçim isə insanlığı basqı altına alan Quruluşun bütün dünyada eyni xarakterdə olmasına görədir. Ardını oxu »
İnamlı Atalı. Fərəh haqqı
Avqust 23rd, 2014
admin İnsanın fərəh haqqı var, ancaq o fərəhlənə bilmir. Buna səbəb insanın gerçəklikdən üstun ola bilməməsidir. Mühitə uyğun yaşayan, şəraitə bel bağlayan, zamanı özünün alın yazısı sayan insan özünə inanmır, ona görə fərəhlənə bilmir. Fərəhlənəndə də bəsit, keçici uğurlarına fərəhlənir. Nisbi yaşamı fərəhsizliyə qərq olur. Çünki insan maddi dünyanı görur, onun uğrunda döyüşür, ruhanı dünyanı görmür, tanımır. Ardını oxu »
ASİF ATA. XALQ
Avqust 22nd, 2014
admin “Yol. Ata Sözü” Müqəddəs Kitabından
Xalq Ruhu və cəmiyyətdə bərqərar olan ideologiya – müxtəlif hadisələrdir.
Xalq – Mənəvi Ənənənin daşıyıcısı, hifz edəni və gələcək nəsillərə bəxş edənidir.
Bu səbəbdən də o, Əbədi Sərvətlər rəmzidir.
Cəmiyyət dəyişilir, Xalq Ruhu isə çox cüzi dəyişilməyə məruz qalır, onun yalnız zahiri cəhətlərində, üst qatında dəyişiklik müşahidə olunur.
Xalq Ruhunda həmişə Əbədi keyfiyyətlər saxlanılır. Ardını oxu »
Üstün Atalı. Vətən güzəranımızdan arxada deyil
Avqust 12th, 2014
admin Maddiyyatçılığın, varidatçılığın, pulçuluğun həyatı qapsadığı bir dövrdə İnsaniliyə çağırmaq, xilası İnsanilikdə görmək, bu həqiqəti soydaşlarımıza çatdırmaq üçün yurdumuzu qarış-qarış gəzmək nə qədər gözəldir. Bu gözəllik üzlərdə, gözlərdə heyrətə çevrilir, ümid yaradır, mənim isə ömrümə nizam gətirir, fərəhimə işıq salır… Ardını oxu »
Soylu Atalı. Türklük Tərəqqinin ölçüsüdür
Avqust 6th, 2014
admin Ötən yüzilin 90-illərində geniş yayılmış bir şüar var idi: – XXI yüzil türk yüzili olacaq. Bu söz ictimai həyatda yeriməkdən daha çox dəbləşməyə uğradı (dəbləşən nə varsa köhnəlib aradan gedir). Bunun da səbəbi bəllidir. Mixail Qorbaçovun Sovetlər Birliyində hakimiyyətə gəlişindən sonra Batı siyasətinin bu Birliyi dağıtmaq planları öz işini görməyə başlamışdı. Hər kəs hesab edirdi ki, Sovetlər Birliyi dağılandan sonra onun əsarətində olan türk respublikaları bağımsızlıq əldə edəcək, bununla da Türk Birliyi labüd şəkildə inkişaf edəcək. Ardını oxu »




