Bugünkü dünyada aparıcı dövlətlər var və onlar tərəfindən tərtib olunmuş taleni yaşayan dövlətlər var. Aparıcılıq uğrunda mübarizə zəif dövlətlərin fəlakətləri üzərində həyata keçirilir. Zəif dövlətlər özlərinin yönünü təyin edə bilmir. Xalq isə öz dövlətindən rahat və firavan yaşamasını təmin etmək umur. Dövlət bu təminatı ödəyə bilməyəndə xalqla onun arasında ziddiyyətlər meydana çıxır. Ardını oxu »
Soylu Atalı. Türklüyün Yenilməsinin Yenilənməsi
Türkiyə ilə Azərbaycan arasında yaranan siyasi gərginlik çox çək-çevir edilməkdədir. Hər iki ölkədə duruma olduqca həssas, ehtiyatlı yanaşmalar da var, buradan oranı, oradan buranı yamanlayanlar da. Yamanlayanları iki yerə bölmək olar: Dış güclərin çıxarlarına qulluq edənlər, bir də hakimiyyətlərin istəklərinə qulluq edən trollar. Ehtiyatlı davrananlar çox çətin durumda qalıblar. Bəzən onlar barışdırıcı mövqe seçirlər, bəzən […]
Asif Ata. Özüylədöyüş və Özüyləbarışma
Həyatda insan özüylə döyüşür, ancaq bu döyüşdə tam qələbə qazanmır, son nəticədə özüylə barışır. Özüyləbarışmada o, gerçəkliyin məntiqinə əsaslanır. “Yırtıcı olmasam, yaşaya bilmərəm, məni parçalayarlar” – deyir. “Xudbin olmasam, yaşaya bilmərəm, başqasının əsarətinə düşərəm” – deyir. “Şəhvəti sevməsəm, yaşamaram, çünki həyat – cismani nəşələnməkdir” – deyir. “Şöhrəti sevməsəm, yaşamaram, çünki həyat özünütəsdiqdir” – deyir. “Yalana […]
Başsağlığı
Asif Atanın Mütləqə İnam Ocağı Ocaqdostu, Güney Azərbaycan aydını Ağşın Ağkəmərlinin ölümü ilə bağlı ailəsinə, millətimizə başsağlığı verir. Evindən işıq əskilməsin. Balalarında yaşasın. Yurdu, Ulusu var olsun.
Asif Ata. Dostluq – Düşmənlik
Həyatda ən yüksək dostluq belə, mütləq səviyyəyə qalxmır. Bu səbəbdən də həyatdakı ən böyük dostluqda belə düşmənlik yaşayır. Əgər insan xudbinlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan həsəd eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan mənfəətpərəstlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən […]
Ağşın Ağkəmərli. Yolçu yolda gərək
1965-ci ildə 5 yaşında kənddə məktəbə getmişəm. Bütün dərslər fasca olduğuna görə heç nə başa düşmürdüm. Təkcə mən yox, heç kim heç nə başa düşmürdü. Ancaq məni başqalarından fərqləndirən bir şey vardı, – şeiri bir dəfə eşitməklə öyrənirdim, daha doğrusu, sözlərini əzbərləyirdim. Atam hər ilin qış aylarında kəndə gəlirdi. 1-2 ay qalandan sonra evə gərək […]
Xaliq Bahadır. Mənim kəndim – Azərbaycan kəndi (özət)
Oktyabr 24th, 2014
admin Keçən yazıdakı kimi yenə kəndin adını çəkmədəm yazıram. Bir kəndə baxıb bütün Azərbaycan kəndlərindən yazdığım üçün. Kəndlərimiz öldürülür – adamları, ağacları, mal-qarası, ildən-ilə şoranlaşan topraqlarıyla öldürülür. İllərdi bu yöndə yazılar yazıram, səsimə səs verən yoxdur. Bilmək gərək: mən bu yazıları müxalifətçi olaraq yazmıram – Ölkəmi yalnız yaşadığım Bakısı ilə deyil, ən ucqar yerləriylə də sevdiyim üçün yazıram. Ardını oxu »
Birhan bəyin və Sevda xanımın BEŞİKBAŞI MƏRASİMİ
Oktyabr 24th, 2014
admin Bu günlərdə Asif Atanın Mütləqə İnam Ocağı öz qurallarından biri olan “Qutsal Beşikbaşı Mərasimi”ni həyata keçirmişdir. Mərasim cəmiyyətin toy qaydası ilə paralellik təşkil etmişdir. Ocaq hesab edir ki, xalqımızın qutsal ailə qurma ənənəsi indiki səviyyəsini ötməli və başlanğıcdan sonacan milli ruhumuza uyğun olaraq “Beşikbaşı Quralı” əsasında gerçəkləşməlidir. Ardını oxu »
Xaliq Bahadır. Mənim kəndim – Azərbaycan kəndi
Oktyabr 22nd, 2014
admin Ölkəmizə güz (farsca – payız) gəlib, mən də kəndimizə gəlmişəm. Çoxdandı gəlmirdim. Gəlməli deyil, görməli deyil, sevinib-gülməli deyil. Gəlməlisi, görməlisi sonucda ağlamalıdır. 21 illik əliyevçi rejim kəndlərimizi ağlamalı günə qoyub. İndi kəndlərimizdə fəsil dəyişikliyindən çox nəsil (soy) dəyişikliyi baş verir. Adamlar yapraq kimi tökülüb gedir. Susuzluğun tökdüyü yapraq kimi! Ardını oxu »
Xaliq Bahadır. Ay alan, məmləkəti-Rey satıram!
Oktyabr 14th, 2014
admin Böyük Sabirin İran şahına yazdığı bu satira örnəyinin üstündən 100 il keçib. Sabir bunu bizə doğma qonşu ölkə üçün demişdi, indi bu olay bizim öz başımıza gəlməkdədir: Azərbaycan torpaqları Rusiyaya İCARƏYƏ verilir. İstər-istəməz yada “Avropalı gəlin” İran filmindən bir epizod düşür: “Xanım, bəyəm Avropada kişi azlığıdır?” İndilikdə: bəyəm 17 075, 54 min kvadratkilometrlik Rusiyada topraq azlığıdır? Ardını oxu »
Özgürlüyümüz-Bütövlüyümüz-Bağımsızlığımız
Oktyabr 11th, 2014
admin Günaydın sayğılı yurddaşlarımız!
“Türkel Araşdırma Qurumu”nda aparılan söhbətlərdən ibarət 2 cildlik kitab hazırlanıb. Bu kitablarda milli-mənəvi dəyərlərin qorunması və dirçəldilməsi yönündə fikir bölüşmələri aparılmış, ortaya doğru, önəmli ideoloji mövqe qoyulmuşdur.
Bu münasibətlə Türkel Araşdırma Qurumunda vaxtaşırı söhbətlərdə bulunan aydınların bəziləri bir araya gəlmiş, kitablar onlara təqdim olunmuşdur. Təqdimatdan sonra bir sıra mövzularla bağlı fikir bölüşmələri aparılmışdır. Ardını oxu »
Xaliq Bahadır. Azərbaycan uğrunda böyük savaş dönəmi
Oktyabr 9th, 2014
admin Azərbaycan uğrunda böyük savaş dönəmini yaşamaqdayıq. Getdikcə qızışmaqda olan bu savaş içdə də gedir, dış da da. Dışda gedən savaş daha çox GEOPOLİTİK xarakterli savaşdır. Geopolitika, bəlli olduğu kimi, böyük güclərin resurslar üzərində gözətim – kontrol uğrunda apardıqları çarpışma-qarşıdurmadır. Burası bəlli. İç savaşa gəlincə, geopolitik faktorla yanaşı, burada bir də Özgürlük-Demokratiya uğrunda aparılan savaş önə çəkilir. Ardını oxu »
Türkçülük və Dinçilik
Oktyabr 8th, 2014
admin Türkçülük və Dinçilik
Bu gün Azərbaycanda, Türkiyədə, bütövlükdə Türk Dünyasında türkün yaxınlaşmasını əngəlləmək, türklüyü sıradan çıxarmaq üçün çeşidli oyunlar gedir. Bu gedişat bütün dövrlərdə Türkçülüyə qarşı düşünülmüş planların təzələnməsidir. Belə bir məsələyə qarşı öz düşüncələri ilə dirəniş göstərmək üçün milli mübarizənin təmsilçiləri Milli Qurtuluş Partiyasının başqanı Vüqar Bəyturan, Abil Ulusoy, Üzeyir Əlizadə, Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı bu mövzunu müzakirə etmişlər. Həmin müzakirəni təqdim edirik. Ardını oxu »
Asif Atanın “Hüquqdan Haqqa” Bitiqi (Kitabı) çapdan çıxdı
Oktyabr 1st, 2014
admin Ürəyinizdə Günəş olsun, sayğılı oxucular!
Bu dəfə sizə Asif Atanın (İnam Atanın) yeni çapdan çıxardığımız “Hüquqdan Haqqa” Bitiqini (Kitabını) təqdim edirik. Asif Atanın bütün məsələlərə öz yaratdığı Dünyabaxışının ölçüsü ilə yanaşma, qiymətləndirmə üslubu Azərbaycan toplumuna bəllidir. Bu Bitiqdə “hüquq”, “haqq”, “siyasət”… anlayışlarının doğru qiyməti ilə və təyinatı ilə tanış olmaq mümkündür. Ardını oxu »
Soylu Atalı. DİN İNAMSIZLIĞI
Sentyabr 27th, 2014
admin Qiyamət Günü – Allaha inamsızlıqdır. Din dünyanın düzələcəyinə, insanın kamilləşəcəyinə, hətta özünün iddia elədiyi kimi, Allahın peyğəmbərlərə göndərdiyi kitablarla insanı düzəldə biləcəyinə şübhə edir. Əgər Qiyamət mütləq qopacaqsa, deməli, insan düzəlməyəcək. İnsan düzəlsəydi Qiyamət qoparılmazdı. Deməli, bəri başdan insanın düzəlməyəcəyi bəllidir ki, Qiyamətin qopması ilə bağlı hökm verilib. Ardını oxu »




