XALİQ BAHADIR. AZƏRBAYCAN – ƏLİYEVLƏRİN AİLƏ BİZNESİ

1848-ci ildə yayılmış “Komunist Partiyasının Manifesti”ndə belə yer vardı: “Bu gün Avropada bir kabus – kommunizm kabusu dolaşmaqdadır”. Bu gün Azərbaycanda bütünlüklə başqa bir kabus – biznes kabusu dolaşmaqdadır. Bu, Əliyevlər ailəsinin bütün Azərbaycanı sarmış Ailə biznesidir. Ayrıca olaraq MTN, polis, bütövlükdə, məhkəmə-hüquq sistemi başda olmaqla, bütün dövlət qurumları tapşırığa uyğun olaraq bu biznesi qorumağa yükümlüdür. Ardını oxu »

XALİQ BAHADIR. İNTİQAMLI YOLLARLA

O yol uzun yoldur. Çətin, qorxulu, ağrı-acılı yoldur. Buna baxmayaraq, dünyanın-insanlığın yaranışından indiyədək o yolu boş görən olmayıb. Başqa yolların milyonlarla, milyardlarla yolçusu var ikən o yolun da az-az, tək-tək, ancaq necə, necə, necə!- yolçuları olub, indi də var. Sözsüz, gələcəkdə də olacaq. Min illərdir dünya o yolu gedənlərin çiynində durur. Sən demə, dünya bir belə yüngül imiş – sözsüz, qıraqdan baxıb dəyərləndirən üçün. Ardını oxu »

ASİF ATA. MÜTLƏQ TƏLƏB

İctimai İnqilab – cəmiyyəti baş-ayaq qoyur və çox cüzi nəticə əldə edir.

Azadlıq, Bərabərlik, Qardaşlıq… şüarlarının heç biri həyata keçmədi.
İnqilab həm də cəmiyyəti məhv olmaq təhlükəsi qarşısında qoyur.
Fransanı əslində Monarxizmi bərpa edən Napoleon xilas etdi. Ardını oxu »

Xaliq Bahadır. 6 milyard 390 milyon dollarlıq borcun nağılı

Biri var imiş, biri yox imiş, Tanrının yeraltı-yerüstü var-yatırla dopdolu yaratdığı bir ölkə var imış. Bu ölkədə bir də olduqca oğru hakimiyyət var imiş. Bu oğru hakimiyyət bu yeraltı-yerüstü var-yatır baxımından dopdolu ölkənin var-yatırından gələn pulları oğurlayıb dış banklara doldurduğundan… dövlətin başqa dövlətlərə, başqa banklara 6 milyard 390 milyon dollar borcu yaranmış imiş. Ardını oxu »

Ulusal kimliyimizi qoruyaq

Ürəyinizdə Günəş olsun!

Bu günlərdə Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı Bakı şəhərində məktəb öyrənciləri və öyrətmənləri ilə görüş keçirmişdir. Görüşdə Azərbaycançılıq-Türkçülük mahiyyətini özündə daşıyan dəyərlərimizdən bəhs edilmişdir. Dünənimizin, Bugünümüzün uğurlu, uğursuz hadisələri, cəhətləri izah və şərh edilərək, milli fəlakətlərimizi doğuran səbəbləri dərk edib dərs götürməyin gərəkliyi vurğulanmışdır. Ardını oxu »

ASİF ATA. İNSANİLİK ƏVƏZSİZLİYİ

Cəmiyyət – İnsan yaratmır, yarada bilmir, yaratmaq istəmir. İnsaniliyi Qanunlarla əvəz eləmək istəyir. Cəza – Ləyaqət əvəzi olur; qəbahət ölmür, yaşayır və cinayət yaradır; adamlıq, nisbilik dəyişməz qalır, cəza adamları cinayətdən çəkindirir, ancaq cinayəti öldürmür, cinayət yaşayır və təzə cinayətkarlıq peyda olur. Ardını oxu »

Sabir Yanardağın “İstibdad və İstila” kitabı çapdan çıxdı

Ürəyinizdə günəş olsun, sayğılı yurddaşlarımız!
Bu günlərdə istedadlı və dəyərli adln araşdırmaçı Sabir Yanardağın “İstibdad və İstila” kitabı çapdan çıxdı.
Yanardağın bu kitabı sənət vasitəsilə insanın, bütövlükdə bəşəriy­yətin sosial, mədəni, mənəvi sorunlarını, bu sorunların qaynaqlandığı nədənləri incələmişdir. Buradakı doğruçu və ədalətli axtarışlara dayanıb ağlın, düşüncənin genişlənməsinə zəmin tapmaq mümkün­dür. Ardını oxu »

Asif Atanın “Özüllər Özülü” Bitiqi (kitabı) çapdan çıxdı.

Ürəyinizdə günəş olsun, sayğılı yurddaşlarımız!
Asif Atanın “Qutsal Onluğu”ndan “Özüllər Özülü” Bitiqi (kitabı) də çapdan çıxdı.
Artıq bu və bundan öncə çap olunmuş Bitiqləri Kitab evlərindən və satış məntəqələrindən əldə eləmək mümkündür.
Kitabla ilkin tanışlıq üçün burada Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalının ön sözünü təqdim edirik.

Mütləqə İnam Ocağı Ardını oxu »

Soylu Atalı. ÖZÜMLƏŞMƏK TƏLƏBİ

Mədəniyyətlər xurafat üstə qurulur – ya dini xurafat, ya da ideoloji xurafat. Azərbaycanda mədəniyyət dəyişiklikləri yüzillərdir özümləşmə yönündə yox, həm dini, həm də ideoloji cəhətdən baş verir. Son dəfə 90-cı illərə qədər ərəbçilik xurafatı kommunist – atesit xurafatı ilə üstələnmişdi. Sonra isə Qərbin demokratik xurafatı ilə qaynayıb-qarışdı. Mədəniyyətlərin (?) qarışmasından yaranan ictimai mühit qarşısıalınmaz bir anarxiya durumundadır. Mədəniyyətdə özgələşmə, dini və ideoloji əsarət millətimizi ictimai, siyasi uğursuzluqlar orbitində saxlayır.

xxx

Bu gün millətimizin mənəvi dayaq nöqtəsi isə hələ də ərəbçiliyin uğursuz quramalarında, başqa sözlə xurafat göyündədir. Ardını oxu »

Xaliq Bahadır. Azərbaycanın kadr bazasını daığdanlar

Bu gün Azərbaycanda hakimiyyət başında olan iki başlıca qrupdan birinin ağsaqqalı 20-ci yüzilin başlanğıcında ölkəmizdəki sosial-siyasi gerçəklərdən çıxış edərək bəlli romanında demişdi: “İtə ataram, yada satmaram”. Bilməyənlərin bilməsi üçün: romanda ötən yüzilin başlanğıc çağlarında ingilislərin Azərbaycanı tutması dönəmi göstərilir. Balalarına çörək qazanmaq nədənilə sevimli xalçasını satmalı olan Sona ana xalçaya, bəlkə, dəyərindən də artıq pul verən ingilisə acıqla deyir: “İtə ataram, yada satmaram”. Ardını oxu »

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv