Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız!
Topluma bəllidir ki, Asif Atanın Mütləqə İnam Ocağı davamlı olaraq soydaşlarımızla görüşlər keçirir, bağlantılar qurur. Asif Atanın Dünyabaxışını öyrənmək ulusal kimliyimizin özül prinsiplərinə yiyələnmək deməkdir. Bu səbəbdən də biz, Asif Atanın Ocağı olaraq, ulusal varlığımızın keşiyində dururuq.
Bizi millət eləyən dəyərlərimizi qorumaq və dirçəltmək borcdur. Bu borcu anlamaq, eləcə də, ödəmək gərəkdir. Ardını oxu »
Soylu Atalı. Türklüyün Yenilməsinin Yenilənməsi
Türkiyə ilə Azərbaycan arasında yaranan siyasi gərginlik çox çək-çevir edilməkdədir. Hər iki ölkədə duruma olduqca həssas, ehtiyatlı yanaşmalar da var, buradan oranı, oradan buranı yamanlayanlar da. Yamanlayanları iki yerə bölmək olar: Dış güclərin çıxarlarına qulluq edənlər, bir də hakimiyyətlərin istəklərinə qulluq edən trollar. Ehtiyatlı davrananlar çox çətin durumda qalıblar. Bəzən onlar barışdırıcı mövqe seçirlər, bəzən […]
Asif Ata. Özüylədöyüş və Özüyləbarışma
Həyatda insan özüylə döyüşür, ancaq bu döyüşdə tam qələbə qazanmır, son nəticədə özüylə barışır. Özüyləbarışmada o, gerçəkliyin məntiqinə əsaslanır. “Yırtıcı olmasam, yaşaya bilmərəm, məni parçalayarlar” – deyir. “Xudbin olmasam, yaşaya bilmərəm, başqasının əsarətinə düşərəm” – deyir. “Şəhvəti sevməsəm, yaşamaram, çünki həyat – cismani nəşələnməkdir” – deyir. “Şöhrəti sevməsəm, yaşamaram, çünki həyat özünütəsdiqdir” – deyir. “Yalana […]
Başsağlığı
Asif Atanın Mütləqə İnam Ocağı Ocaqdostu, Güney Azərbaycan aydını Ağşın Ağkəmərlinin ölümü ilə bağlı ailəsinə, millətimizə başsağlığı verir. Evindən işıq əskilməsin. Balalarında yaşasın. Yurdu, Ulusu var olsun.
Asif Ata. Dostluq – Düşmənlik
Həyatda ən yüksək dostluq belə, mütləq səviyyəyə qalxmır. Bu səbəbdən də həyatdakı ən böyük dostluqda belə düşmənlik yaşayır. Əgər insan xudbinlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan həsəd eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan mənfəətpərəstlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən […]
Ağşın Ağkəmərli. Yolçu yolda gərək
1965-ci ildə 5 yaşında kənddə məktəbə getmişəm. Bütün dərslər fasca olduğuna görə heç nə başa düşmürdüm. Təkcə mən yox, heç kim heç nə başa düşmürdü. Ancaq məni başqalarından fərqləndirən bir şey vardı, – şeiri bir dəfə eşitməklə öyrənirdim, daha doğrusu, sözlərini əzbərləyirdim. Atam hər ilin qış aylarında kəndə gəlirdi. 1-2 ay qalandan sonra evə gərək […]
Özümlüyümüz – Özgürlüyümüz
Yanvar 9th, 2015
admin
Xaliq Bahadır. Yalanın ayaq tutub yeridiyi ölkə
Yanvar 9th, 2015
admin Azərbaycan! Sən bu ölkəni sevirsən? Sevirəm! Burda sevməli nə var: doğru-düzgünlükdən uzaq, bütünlüklə yalana bürünmüş ölkədə sevməli nə ola bilər? Qadınlı-kişili böyük çoxluğun yalan danışdığı, doğru-düzgünlükdən uzaq olduğu ölkədə yaşamağa dəyərmi? Dəyər, ancaq dəyişiklik istəyi ilə yaşayır, çalışırsansa. Yalansız yaşamağın olumsuz olduğu bu ölkənin gələcəyi yoxdur, ola bilməz. Ortada bu ölkənin gələcəyini gələcəksiz edən bir rejim var – yalan rejimi! Ardını oxu »
Nurtəkin Atalının “Heyrətimin İnciləri” kitabı basılmışdır
Yanvar 7th, 2015
admin Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız!
Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağının yeni kitabı: Bu dəfə Nurtəkin Atalının yenicə basılmış “Heyrətimin İnciləri” kitabını Ocaqsevərlərə təqdim edirik.
Kitab yaxın günlərdə kitab satışı dükanlarında və kitab evlərində olacaq. Kitabıln elektron variantını isə www.asifataocagi.com saytının “Ocaqçılar” Odasından da oxumaq mümkündür.
Bu bir ömür yoludur – özünü milli-insani yöndən təsdiq və xalqyaratma əməlinin izharıdır. Kitabı səhifələdikcə bir daha bunun şahidi olmaq olar. Odur ki, bu fikrin inkişafı üçün burada Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalının kitaba “Ön söz”ünü sunuruq. Ardını oxu »
Xaliq Bahadır. Litvadan əsən küləklər
Yanvar 7th, 2015
admin İşə bax: qabaqlar Azərbaycana Rusiyadan küləklər əsərdi, indi… Litvadan əsir. Bunu nədən bilmək olar? Böyük Rusiyanın Balaca Litva qarşısındakı qorxusundan! “Avronyus”dan sonra çox Rusiya kanallarına, daha doğrusu, informasiya proqramlarına baxıram. Yaxın, böyük, üstəlik aqressiv qonşumuz olaraq Rusiyada nələr baş verdiyini bilib-öyrənmək Azərbacanın jurnalist- siyasət adamlarına çox gərəkdir. Ancaq burasını da bildirmək gərəkdir: Putin dönəminin, başlıcası da son çağların Rusiya televiziyaları informasiya proqramları, informasiyanın sunulması baxımından Sovet çağlarındakına çox bənzəyir. Ardını oxu »
Asif Atayla görüş (90-cı illərdə) II hissə
Yanvar 6th, 2015
admin Sual: Asif müəllim, sizin kitabınızı çox çətinliklə tapıb oxuduq. Çox təəssüf ki, belə bir kitab kiçik tirajla… (Ata sualı yenə axıradək oxumadan cavab verir – S.A.)
Cavab: Bütün yaxşı kitablar həmişə kiçik tirajla çap olunur. (Alqış səsi – S.A.).
Sual: Bu kitabda toplanan bütün məqalələr 70-ci illərdə yazılıb. Bəs sizin sonrakı yaradıcılığınız haqda nə vaxt məlumat alacağıq? (Ata: Yaxşı sualdı.). Ardını oxu »
Asif Atayla görüş (90-cı illərdə) I hissə
Yanvar 5th, 2015
admin (Kamançanın ifasında Ata “Doğmalarıma” izharını oxuyur, sonda alqışlar).
Xarici gözlə baxanda Azərbaycan balaca görünür. Daxili gözlə baxmaq lazımdır Azərbaycana. Heç bir mənanı xarici gözlə görmək olmaz, Mənanı yalnız daxili gözlə görmək olar. Daxili gözlə baxanda Azərbaycan böyük görünür. Şumer tarixiyik – həmin o Şumer ki, dünya mədəniyyətini, mahiyyətini özündə ilk dəfə yaradıb ifadə elədi. İlk şəhər oldu, ilk Allah ideyası oldu, ilk əlifba oldu, ilk … oldu… Ardını oxu »
Xaliq Bahadır. Azadlığımızın Azadlığı (Özgürlüyümüzün Özgürlüyü)
Dekabr 29th, 2014
admin Çox-çox illər öncə Azərbaycanda dünyaya yeni bir qəzet gəldi – Azadlıq qəzeti. Gerçəkdən yeni qəzet – yeni gerçəkliyin yeni qəzeti. İlkin yaranış cücərtilərindən indiyədək bu qəzetə bağlı kimsə olaraq Azadlıq adına bildiyim çox nəsnələr var. İndi onlardan danışmyacam; onlar tarix üçün, gələcək soylarımız üçün detallarınadak yazılıb qalmalıdır. Yazarıq. İndilikdə bir neçə qaranlıq epizoda ötəri aydınlıq gətirmək yetər. İndilik… Ardını oxu »
Türkçülüyün yeni dönəmdə İnkişaf Yolları
Dekabr 25th, 2014
admin Soylu Atalı: Ürəyinizdə Günəş olsun, istəkli yurddaşlarımız!
Artıq bizim təqdim elədiyimiz mövzu – Azərbaycanın köklü məsələlərini əhatə eləyən VII söhbətimizdir. Nəzərdə tutduğumuz addımların birinci mərhələsi maarifçilik işimizin gerçəkləşməsindən ibarətdir. Bunun üçün milli-ruhani düşüncə sistemimizi ortaya qoymaq məqsədi daşıyırıq. İşin əsas qayəsi İnam təsirinin ümumazərbaycan səviyyəsində yayılmasından, özəllikcə Güney Azərbaycanı əhatə eləməsindən ibarətdir. Bundan sonra Azadlıq mücadiləsi ümumazərbaycan – Uluyurd Hərəkatına yüksəlməlidir. Böyük Azadlıq Daxili tələbdir. Ardını oxu »
Asif Ata. Üzübərk Özgəçiliymiz
Dekabr 25th, 2014
admin 1
Özgəçiliyimizdən ayrıla bilmədik. Rusiya prezidentçiliyə qoşuldu, biz də qoşulduq.
Rusiya parlamentçiliyə qoşuldu, biz də qoşulduq.
Rusiya bunu sivilizasiyaya qovuşmaq adlandırır. Biz də…
Qərbçi Rusiya yaranır – qərbçi Azərbaycan yaranır. Ardını oxu »
XALİQ BAHADIR. AZƏRBAYCAN HANSI KOMPANİYADA?!
Dekabr 13th, 2014
admin Son çağlar dünyada iki kompaniyanın biçimləndiyi açıq görünməkdədir. Bunlardan biri Avropanın da qatqısı ilə başında Obamanın durduğu Amerika kompaniyasıdır. İkinci, başında Putinin dayandığı, Bəşər kimilərin də qatıldığı Rusiya kompaniyasıdır. Son çağların gəlişmələrindən göründüyü kimi, əliyevçi rejim eləcə bu kompaniyaya qatılmaqla qalmayıb, Amerikaya aqressiya sərgiləmə baxımından kompaniyanın ən aktiv, ən aqressiv üyələrindən birinə çevrilib. Ardını oxu »




