Ağlasığmaz görsəniş baş verməkdədir: neftin qiyməti son illər qalxıb yüksəldiyi dağ başından üzüaşağı yumbalana-yumbalana gedir. Kimsə onun haralarda dayanacağını bilmir. Bilirsə də (bilməmiş deyi), bunu dünyanı yönətən superdövlət bilir. Bunu da bilənlər bilir: neftin dünya bazarındakı qiyməti çoxdan bir sıra siyasi çıxarlara uyğun olaraq yönətilən qiymətlərdəndir. Dövlət, dövlətçilik düşüncəsindən çox-çox uzaq ikən, zəlzələdənmi, vəlvələdənmi gəlib dövlət başına çıxan, neft pulları üzərində özünü hamıdan güclü sayan bir para dövlət başçılarına indi yavaş-yavaş yerləri göstərilir. Son çağlardakı davranışlarından göründüyü kimi, Putin yanlışını anlamağa başlayıb… Ardını oxu »
Soylu Atalı. Türklüyün Yenilməsinin Yenilənməsi
Türkiyə ilə Azərbaycan arasında yaranan siyasi gərginlik çox çək-çevir edilməkdədir. Hər iki ölkədə duruma olduqca həssas, ehtiyatlı yanaşmalar da var, buradan oranı, oradan buranı yamanlayanlar da. Yamanlayanları iki yerə bölmək olar: Dış güclərin çıxarlarına qulluq edənlər, bir də hakimiyyətlərin istəklərinə qulluq edən trollar. Ehtiyatlı davrananlar çox çətin durumda qalıblar. Bəzən onlar barışdırıcı mövqe seçirlər, bəzən […]
Asif Ata. Özüylədöyüş və Özüyləbarışma
Həyatda insan özüylə döyüşür, ancaq bu döyüşdə tam qələbə qazanmır, son nəticədə özüylə barışır. Özüyləbarışmada o, gerçəkliyin məntiqinə əsaslanır. “Yırtıcı olmasam, yaşaya bilmərəm, məni parçalayarlar” – deyir. “Xudbin olmasam, yaşaya bilmərəm, başqasının əsarətinə düşərəm” – deyir. “Şəhvəti sevməsəm, yaşamaram, çünki həyat – cismani nəşələnməkdir” – deyir. “Şöhrəti sevməsəm, yaşamaram, çünki həyat özünütəsdiqdir” – deyir. “Yalana […]
Başsağlığı
Asif Atanın Mütləqə İnam Ocağı Ocaqdostu, Güney Azərbaycan aydını Ağşın Ağkəmərlinin ölümü ilə bağlı ailəsinə, millətimizə başsağlığı verir. Evindən işıq əskilməsin. Balalarında yaşasın. Yurdu, Ulusu var olsun.
Asif Ata. Dostluq – Düşmənlik
Həyatda ən yüksək dostluq belə, mütləq səviyyəyə qalxmır. Bu səbəbdən də həyatdakı ən böyük dostluqda belə düşmənlik yaşayır. Əgər insan xudbinlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan həsəd eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan mənfəətpərəstlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən […]
Ağşın Ağkəmərli. Yolçu yolda gərək
1965-ci ildə 5 yaşında kənddə məktəbə getmişəm. Bütün dərslər fasca olduğuna görə heç nə başa düşmürdüm. Təkcə mən yox, heç kim heç nə başa düşmürdü. Ancaq məni başqalarından fərqləndirən bir şey vardı, – şeiri bir dəfə eşitməklə öyrənirdim, daha doğrusu, sözlərini əzbərləyirdim. Atam hər ilin qış aylarında kəndə gəlirdi. 1-2 ay qalandan sonra evə gərək […]
Soylu Atalı. Yadlıqlara doğmalar
Yanvar 17th, 2015
admin Yurdumuzda qaranlıq gündən-günə qatılaşır. Qaranlığın yarasaları çoxalır. İşığı görmək istəməyən, işığa kor baxan yarasalar həyata qaranlıqdan baxırlar. Özlərinin varlığını qaranlıq həyatda dərk edirlər…
Yadlığı bayraq edənlər, milli kimliyinə arxa çevirənlər, ruhunu, mənliyini buxovlayıb, canını, cəmdəyini azad edənlər qaranlığa soxulurlar, yarasalaşırlar… Ardını oxu »
Xaliq Bahadır. Kvadratura çevrəsi
Yanvar 15th, 2015
admin Marş! Marş! Marş! Aya marş! Ulduza marş! Kosmosa marş!.. Bir az da Yerdə – Yelisey meydanında marş! Onlar kimlərdir? Çoxu dünyanı yönətən tanıdığımız kimsələr! Tanıdığımız hökumətlər, dövlət liderləri, onların ideya – siyasət arxadaşları… Birlik görsənişi olaraq indiki marşı alqışlamaq olar, ancaq 21-ci yüzildə, özgürlük-demokratiya ideallarının dünya boyunca qana bələndiyi dönəmdə, bizə birlik sərgiləyən marşlar deyil, indikindən, indiyədək yürüdülən qlobal siyasətlərdən bütünlüklə seçilən yeni siyasətlər gərəkdir. Ardını oxu »
İlham Axund. Siyasətdə də toxunulmazlıq yoxdur
Yanvar 13th, 2015
admin Bütün dinləri, peyğəmbərləri və siyasi xadimləri lağa qoyan, toxunulmaz mövzu yoxdur deyən, Danimarkanın “Jullandes Posten” qəzetinin Məhəmməd peyğəmbərin, böyük qalmaqala səbəb olan, karikaturasını təkrar yayımlayan “Charle Hebdo” jurnalı terror basqısına uğradı: 12 jurnalist öldürüldü, 11-i yaralandı.
Ərazini tərk edərkən “Məhəmməd peyğəmbərin qisasını aldıq!” – deyən Fərid və Şerif Kuaşi qardaşları bir polisi də atəşə tutub qaçdılar. Ardını oxu »
Xaliq Bahadır. Ay can! Ay can!.. (Sabirsayağı)
Yanvar 13th, 2015
admin Düşdü bütün nöyütlər hörmətdən, ay can! Ay can!..
Xalqın canı qurtardı töhmətdən, ay can! Ay can!..
Pul gətirən nəsnəydi nöyüt xalqın gözündə,
Yüz dövlət gücü vardı bircə nöyüt sözündə,
Bel bağlayıb nöyütə qaldıq çölün düzündə,
Əlləşmədən qutardıq zəhmətdən, ay can! Ay can!..
Düşdü bütün nöyütlər qiymətdən, ay can! Ay can!.. Ardını oxu »
İlham Axund. Əmanətə Xəyanət
Yanvar 13th, 2015
admin Mən hakimiyyətdə olan Şura hökumətinin rudimentlərinə inanmadığımdan, onların bank sistemlərinə də heç etibar etmirəm.
Sovet dönəmində yeganə övladımın xoşbəxt gələcəyi üçün uşaq əmanət kitabçasına illərlə, hissə-hissə qoyduğum 4.200 rublu mənə 20 ildən sonra Xüsusi Təyinatlı Milli Məclisin saxta deputatlarının, saxta əllərilə öldürüb, 300 Azn qaytardılar.
Bu açıq soyğunçuluq oldu.
Xalqın hakimiyyətini qəsb edənlər, onun varidatını da “talamağa borcludurlar!”. Ardını oxu »
Xaliq Bahadır. Terror: günümüzün Paris yaşantısı…
Yanvar 11th, 2015
admin Bütün televiziyalar Parisə bağlanıb. Baxırsan, düşünürsən, adamı ağlamaq tutur: 21-ci yüzil planetin bu başından o başına söz özgürlüyü axarında könül qırıqlığına uğrayıb, göz yaşına bürünüb, insan qanına bələnib. Aparıcı dövlətlərin başçıları: Obama, Olland, Merkel, Kemeron,.. Putin! – bir-birinin ardınca telekanallarda görünərək terroru, terrorçuları qınayırlar – özləri qınaq obyekti olmalı ikən! Ardını oxu »
Güntay Atalı. Sevgimin yönü
Yanvar 11th, 2015
admin Son vaxtlar Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı ilə ünsiyyətimizdə bir ənənə yaranıb: Soylu bəy bütün yeni yazılarını telefonda oxumaqla məni yazılarının ilk oxucusuna çevirir. Həm də işlədiyi yeni mövzularla bağlı düşüncələrini bölüşür mənimlə. Əslində buna mənim ehtiyacımın olduğunu o, məndən yaxşı bilir. Yaxşı bilir ki, onunla ünsiyyətim məni daim kökləyir, idrakımı duruldur, bilgilərimi zənginləşdirir, nizama salır. Ardını oxu »
İnamlı Atalı. Fərəh haqqı
Yanvar 11th, 2015
admin (Asif Atanın “Fərəh Haqqı – Fərəh Borcu”
içsəsi üstə)
Fərəh haqqı
İnsanın fərəh haqqı var, ancaq o fərəhlənə bilmir. Buna səbəb insanın gerçəklikdən üstun ola bilməməsidir. Mühitə uyğun yaşayan, şəraitə bel bağlayan, zamanı özünün alın yazısı sayan insan özünə inanmır, ona görə fərəhlənə bilmir. Fərəhlənəndə də bəsit, keçici uğurlarına fərəhlənir. Nisbi yaşamı fərəhsizliyə qərq olur.
Çünki insan maddi dünyanı görur, onun uğrunda döyüşür, ruhanı dünyanı görmür, tanımır. Ardını oxu »




