Suallar:
1. Hamıya məlumdur ki, ənənə müasir sənətin əsasını təşkil eləyir. Ancaq bu məlum həqiqət gerçəklikdə mürəkkəb şəkildə meydana çıxır.
Sizin bu haqda qənaətiniz?
2. Sənətdə Dünyəvilik və Xəlqilik haqqında müxtəlif fikirlər söylənilir.
Sizin fikriniz? Ardını oxu »
Soylu Atalı. Türklüyün Yenilməsinin Yenilənməsi
Türkiyə ilə Azərbaycan arasında yaranan siyasi gərginlik çox çək-çevir edilməkdədir. Hər iki ölkədə duruma olduqca həssas, ehtiyatlı yanaşmalar da var, buradan oranı, oradan buranı yamanlayanlar da. Yamanlayanları iki yerə bölmək olar: Dış güclərin çıxarlarına qulluq edənlər, bir də hakimiyyətlərin istəklərinə qulluq edən trollar. Ehtiyatlı davrananlar çox çətin durumda qalıblar. Bəzən onlar barışdırıcı mövqe seçirlər, bəzən […]
Asif Ata. Özüylədöyüş və Özüyləbarışma
Həyatda insan özüylə döyüşür, ancaq bu döyüşdə tam qələbə qazanmır, son nəticədə özüylə barışır. Özüyləbarışmada o, gerçəkliyin məntiqinə əsaslanır. “Yırtıcı olmasam, yaşaya bilmərəm, məni parçalayarlar” – deyir. “Xudbin olmasam, yaşaya bilmərəm, başqasının əsarətinə düşərəm” – deyir. “Şəhvəti sevməsəm, yaşamaram, çünki həyat – cismani nəşələnməkdir” – deyir. “Şöhrəti sevməsəm, yaşamaram, çünki həyat özünütəsdiqdir” – deyir. “Yalana […]
Başsağlığı
Asif Atanın Mütləqə İnam Ocağı Ocaqdostu, Güney Azərbaycan aydını Ağşın Ağkəmərlinin ölümü ilə bağlı ailəsinə, millətimizə başsağlığı verir. Evindən işıq əskilməsin. Balalarında yaşasın. Yurdu, Ulusu var olsun.
Asif Ata. Dostluq – Düşmənlik
Həyatda ən yüksək dostluq belə, mütləq səviyyəyə qalxmır. Bu səbəbdən də həyatdakı ən böyük dostluqda belə düşmənlik yaşayır. Əgər insan xudbinlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan həsəd eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan mənfəətpərəstlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən […]
Ağşın Ağkəmərli. Yolçu yolda gərək
1965-ci ildə 5 yaşında kənddə məktəbə getmişəm. Bütün dərslər fasca olduğuna görə heç nə başa düşmürdüm. Təkcə mən yox, heç kim heç nə başa düşmürdü. Ancaq məni başqalarından fərqləndirən bir şey vardı, – şeiri bir dəfə eşitməklə öyrənirdim, daha doğrusu, sözlərini əzbərləyirdim. Atam hər ilin qış aylarında kəndə gəlirdi. 1-2 ay qalandan sonra evə gərək […]
HƏYAT – SƏNƏT – İNSAN. (ASİF ATA İLƏ MÜSAHİBƏ)
Fevral 2nd, 2015
admin
XALİQ BAHADIR. BÖYÜK PROJELƏR İÇİNDƏKİ BALACA YAŞANTILAR (I)
Fevral 2nd, 2015
admin Siyasi yazıları ilə tanınan jurnalistlərdən biri fransız sosioloqu Le Bondan (1841-1931) alıntı vermişdi: “Xalqların taleyi onların xarakteri ilə bağlıdır”. Bunun ardınca o, yazırdı: “Həqiqətən də bizim xalq olaraq inkişaf etdirdiyimiz xarakter, taleyimizin bütün mərhələlərinə “zəhər” qatmağa xidmət etdi”. Beləcə, ardınca o, oxucularla oxşar düşüncələrini bölüşür. Bu, dünən, sırağagün deyil, çoxdan olub – ötən il.
XALİQ SƏFƏVİ. ŞAH İSMAYIL HAQQINDA MƏNFİ SÖZ SÖYLƏYƏN AZƏRBAYCANLININ SADƏCƏ BİR ADI VAR “DÖNÜK”
Fevral 1st, 2015
admin İstər millət vəkili, tarixçi , aparıcı, jurnalist istərsə də sıradan bir insan mili dəyərlərimizdə xüsusi nüfuza malik olan insanlar haqqında fikir söyləyərkən yüz ölçüb bir biçilməlidir. Beş qram çəkisi və nüfuzu olmayanların yüksək çəkili şəxsiyyətlər haqqında səfeh danışmaları yol verilməzdir.
Son günlər efirdə və mətbatda Şah İsmayıla qarşı birmənalı olmayan yanaşma insanlar arasında xoş olmayan fikir ayrılığına gətirib çıxartmışdır. Əslində Şah İsmayıl kimdir? Ardını oxu »
ASİF ATA. TARİXƏ ÇATMAQ. ƏNƏLHƏQLİYİMİZ (III HİSSƏ)
Yanvar 31st, 2015
admin FATEH ƏMƏLSİZLİYİ
Əməlsizdir Teymurləng, çünki Fatehlikdə ruhaniyyat yoxdur, insaniyyat yoxdur; Qorxutmaq, Sarsıtmaq əzəmətində qüdrət yoxdur; Zor İşıqdan məhrumdur, Yırtıcılıqda Ucalıq yoxdur; əslində Qələbəsizdir Teymurləng, çünki qələbəsində İnsanilik yoxdur; Zəbt eləyir dünyanı Teymur – ancaq Dünyasızdır, çünki Dünyasında İnsanilik yoxdur; Gücünə baş əydirir Dünyanı – ancaq gücsüzdür, çünki gücündə İnsanilik yoxdur, Dəhşət törədəndir – barsızdır, bəhrəsizdir – dəhşətdə İnsani Əməl bitmir, vəhşi əməlsizlik bitir; zülm yaradır, işgəncə yaradır, qan tökür – Böyüklük yaranmır Yırtıcılıqdan. Ardını oxu »
ASİF ATA. TARİXƏ ÇATMAQ (I və II HİSSƏ)
Yanvar 30th, 2015
admin I. TƏLƏB
Tarixi görmək üçün daxili göz gərək – RUHANİ.
II. BABƏKLİYİMİZ
XƏLİFƏT BOŞLUĞU
Keçilməz Boşluq yaşayır Xəlifə nəşəsevərliyində, zənginliyində, dəbdəbəsində.
Boşluğa doğrudur Xəlifə ömrünün yönü, bərli-bəzəkli məqamlarda neçə əsrlik Boşluq yaşayır; Boşluqla zəngindir ömrü Xəlifənin, Boşluq yaşadır ömründə Xəlifə – ömür Mənadan ayrılıb, mənasızlaşıb. Ardını oxu »
Tariximizi sümürənlər – Qoltuqlarda sürünənlər
Yanvar 27th, 2015
admin (Türkel Araşdırma Qurumu təqdim edir)
Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız!
Bu gün biz “Türkel Araşdırma Qurumu” adına yenidən bir araya gəldik. Bugünkü qonumuz milli dəyərlərimizi savunmaqdan və sunmaqdan ibarət olacaq. Bu baxımdan biz dəyərlərimizlə bağlı vaxtaşırı söhbətlər aparırıq. Çünki buna çox böyük ehtiyac var. Onu da deyim ki, biz 4 il bundan öncədən başlamışıq bu söhbətləri, Abil bəy, Ağşın bəy və mən. Köklü şəkildə dəyərlərimizi araşdırmış, ona milli-mənəvi-fəlsəfi yöndən qiymətlər verməyə çalışmışıq. Həm də bu fikirləri soydaşlarımıza sunmaq istəyində bulunmuşuq. Nədən qaynaqlandı bu istək? Ardını oxu »
Xaliq Bahadır. İçində olduğumuz 20 Yanvar
Yanvar 25th, 2015
admin 20 Yanvardan 25 il ötdü. Hər il olduğu kimi, biz yenə Şəhidlər xiyabanına getdik. Getdik, ayrı-ayrılıqda: hökumət ayrı, xalq ayrı, müxalifət ayrı. Üstəlik, müxalifət özü də ayrı-ayrılıqda! Bunları hamılıqda götürsək, belə deyə bilərik: Azərbaycanın özü kimi darmadağın, param-parça! Belədə soruşmaq gərəkir: biz 20 Yanvarda Şəhidlər xiyabanına niyə gedirik, Şəhidlərimizi niyə anırıq? Belə param-parça anım törəni nədən ötrüdür? Axı, 20 Yanvarın ideya yönü, fəlsəfəsi dağınıqlıq, param-parçalıq deyil, Birlik, Birgəlik, Bütövlükdür! Ardını oxu »
Xaliq Bahadır. İnkişafın Azərbaycan modeli: 2 qəpik aşağı, 2 qəpik yuxarı
Yanvar 20th, 2015
admin Dünya dağılır, dünya batıb gedir, Azərbaycandasa bütün dünyanın, ən çox da ABŞ prezidenti Barak Obamanın acığına durmadan İNKİŞAF gedir. Götürək elə Tarif şurası adına son qərarı. Prezident göstəriş verdi, Azərbaycan iqtisadiyyatının yüksək inkişafını bütün dünyaya, başlıcası da ağlar dünyasının ən qara prezidenti Barak Obamaya göstərmək üçün yanacağın qiyməti 2 qəpik artırıldı. Birincisi, 2 qəpiklik inkişaf sizə gülməli gəlməsin; bu 2 qəpiyin arxasında, tanınmış iqtisadçı ekspert Nemət Əliyevin sayımına görə, 80 milyon manatlıq qazanc var. Ardını oxu »
Ocağın yeni bölgə səfərləri
Yanvar 18th, 2015
admin Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız!
Bu gün yurdumuzda milli yöndən boşluqlar daim dərinləşir, ideoloji ziddiyyətlər getdikcə kəskinləşir. Sərbəst fəaliyyət göstərən yüzlərlə fərqli dünyagörüş daşıyıcısı olan qurumlar milli mühitin formalaşmasına ciddi əngəl olurlar. Onlar hər yerdə söz deyir, iş aparırlar. Onların basın (mətbuat) imkanları geniş, televiziyaya çıxmaq istəkləri qarşısıalınmazdır.
Milli dəyərlərimizə qarşı təbliğat qurulur, gəncliyin vətənə, millətə olan münasibəti kökündən sarsıdılır. Ardını oxu »
Ulusəs Atalı. Babək – Azadlıq Peyğəmbəridir
Yanvar 18th, 2015
admin On dörd mart Babəkin qətl günüdür
Babək zamanın ideoloji baxışlarına sığmayan dəyər hadisəsidir. Son vaxtlar Babək haqqında əsərlər nəşr olunur. Bu əsərlərdə Babək təhrif olunur. Ərəb xilafəti, rus kommunist rejimi dövründə olduğu kimi. Dövrünün ziddiyyətli ideoloji basqıları altından çıxa bilməyən müəlliflər əsərlərində Babək surətini yarada bilməzlər. Onlar Babəki ən yaxşı halda cəsur qəhrəman, döyüşkən sərkərdə kimi təqdim edirlər. Babək bu deyil. Babək Azadlıq peyğəmbəridir. Onun ömrü işgəncəli ölümlə bitən məşəqqətli peyğəmbər ömrüdür.
Ardını oxu »




