Diplomat Arif Məmmədovla bağlı baş verənlər bir daha Azərbaycanda necə iyrənc ortam yaradıldığını topluma göstərdi. Bu, yalanın, mənliksizliyin, düşkünlüyün at oynatdığı, doğru-düzgünlüyün, Azərbaycan sevgisinə bağlı kimsələrin yenildiyi ortamdır. Bu ortamı yaradan yalnız indiki İŞĞALÇI rejim deyil, bu rejimin müxalifətdəki satqın əlaltıları deyil, eləcə də dünyadakı Böyük, Bütöv, Güclü Azərbaycan yağılarıdır – bir sıra yaxın qonşularımızdan tutmuş, bəlli uzaqlaradək. Bu gün bizdə olan rejimi çoxları repressiv-korrupsioner rejim adlandırır. Doğrudur, ancaq bütöv doğru deyil. Bu rejim yalnız repressiv – korrupsioner xarakterli olsaydı, bəlkə də, necəsə, haçağadəksə ona dözmək olardı. Ancaq belə deyil; bu rejim sözün gerşək anlamında İŞĞALÇI rejimdir! Ardını oxu »
Soylu Atalı. Türklüyün Yenilməsinin Yenilənməsi
Türkiyə ilə Azərbaycan arasında yaranan siyasi gərginlik çox çək-çevir edilməkdədir. Hər iki ölkədə duruma olduqca həssas, ehtiyatlı yanaşmalar da var, buradan oranı, oradan buranı yamanlayanlar da. Yamanlayanları iki yerə bölmək olar: Dış güclərin çıxarlarına qulluq edənlər, bir də hakimiyyətlərin istəklərinə qulluq edən trollar. Ehtiyatlı davrananlar çox çətin durumda qalıblar. Bəzən onlar barışdırıcı mövqe seçirlər, bəzən […]
Asif Ata. Özüylədöyüş və Özüyləbarışma
Həyatda insan özüylə döyüşür, ancaq bu döyüşdə tam qələbə qazanmır, son nəticədə özüylə barışır. Özüyləbarışmada o, gerçəkliyin məntiqinə əsaslanır. “Yırtıcı olmasam, yaşaya bilmərəm, məni parçalayarlar” – deyir. “Xudbin olmasam, yaşaya bilmərəm, başqasının əsarətinə düşərəm” – deyir. “Şəhvəti sevməsəm, yaşamaram, çünki həyat – cismani nəşələnməkdir” – deyir. “Şöhrəti sevməsəm, yaşamaram, çünki həyat özünütəsdiqdir” – deyir. “Yalana […]
Başsağlığı
Asif Atanın Mütləqə İnam Ocağı Ocaqdostu, Güney Azərbaycan aydını Ağşın Ağkəmərlinin ölümü ilə bağlı ailəsinə, millətimizə başsağlığı verir. Evindən işıq əskilməsin. Balalarında yaşasın. Yurdu, Ulusu var olsun.
Asif Ata. Dostluq – Düşmənlik
Həyatda ən yüksək dostluq belə, mütləq səviyyəyə qalxmır. Bu səbəbdən də həyatdakı ən böyük dostluqda belə düşmənlik yaşayır. Əgər insan xudbinlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan həsəd eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan mənfəətpərəstlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən […]
Ağşın Ağkəmərli. Yolçu yolda gərək
1965-ci ildə 5 yaşında kənddə məktəbə getmişəm. Bütün dərslər fasca olduğuna görə heç nə başa düşmürdüm. Təkcə mən yox, heç kim heç nə başa düşmürdü. Ancaq məni başqalarından fərqləndirən bir şey vardı, – şeiri bir dəfə eşitməklə öyrənirdim, daha doğrusu, sözlərini əzbərləyirdim. Atam hər ilin qış aylarında kəndə gəlirdi. 1-2 ay qalandan sonra evə gərək […]
Soylu Atalı. Qarabağ sorunu müsəlman faktı yox, türk faktıdır
İyun 29th, 2015
admin Hər bir sorunun anlamı, ona yanaşmadan asılı olaraq, doğru, yaxud yanlış çözülə bilir. Bir sıra hallarda isə sorunun anlamına doğru yanaşmayanda uzun illər çözülmür, tərsinə, daha da mürəkkəbləşə-mürəkkəbləşə gedir. Bu dediklərimizə ən çox siyasi sorunlar özgündür (aiddir). Bunlardan biri Azərbaycanın Dağlıq Qarabağla bağlı sorunudur. Söz yox, Dağlıq Qarabağ sorununun çözümü biranlamlı olaraq savaş yoludur. Ancaq bu savaşı aparmaq üçün Azərbaycan bir çox yönlərdən gücsüzdür. Gücsüzlüyün nədənini deməzdən öncə, niyə savaşın təkcə yol olduğuna qısaca aydınlıq gətirək. Ermənistan adlanan dövlət Rusiyanın yardımı ilə Azərbaycan torpaqlarını ələ keçirib. Siyasətdə aparıcılıq edən dünya dövlətləri də buna üzdən yanaşır, yalançı, gözə külüfürmə yönündə qarşılıq verir. Ardını oxu »
Xaliq Bahadır. Ərdoğanın Türkiyəyə qazandırdığı sonuclar
İyun 20th, 2015
admin Bu gün Türkiyədə ortaya çıxan seçki sonuclarını “gözlənilməz” sayanlar var. Ancaq siyasətin nə olduğunu bilənlər üçün burada gözlənilməz nəsə yoxdur. Ərdoğanın 13 ildən bəri yürütdüyü xaraktercə antiTürkiyə siyasəti belə bir sonuc doğurmalı idi. Onu hakimiyətə gətirən güc, o gücün arxasında dayanan plan-proqram indiki sonucları qaçılmaz edirdi. Ərdoğan hakimiyətə parlaq bir demokrat görüntüsüylə gəldi. Onun illərlə demokratiya yönündə etdiyi parlaq çıxışlar yadımızdadır. Bunlar yalnız söz olaraq qaldığından Azərbaycandakı bir “ümummili lider” çıxışlarına çox bənzəyirdi – sözlə işin başqalığı, azacıq da olsa yovuşmazlığı baxımından. Ardını oxu »
Asif Ata. MÜSTƏQİL VƏTƏN SABAHI
İyun 20th, 2015
admin 1
Nə qədər ki, kapitalizm var – «balaca xalqların» suverenliyindən danışmaq olmaz.
Nə qədər ki, sosializm var – «balaca xalqların» suverenliyindən danışmaq olmaz.
Kapitalizm – «böyük xalqlar» dünyasıdır.
Sosializm – «böyük xalqlar» dünyasıdır.
«Böyük xalqlar» dünyasında «balaca xalqlara» yer yoxdur. Ardını oxu »
Xaliq Bahadır. Xalqla aparılan “erməniqanlı” savaşı
İyun 19th, 2015
admin Rejimin bütünlüklə rüşvət-korrupsiya bataqlığına batırdığı bir ölkədə yaşayırıq. Rüşvət-korrupsiya qanunçuluğu içində bütün hüquqlarımız tapdansa da, bizə yalnız susmaq, susaraq dözmək hüququ tanınır. Birbaşa hakimiyətin başından qaynaqlanan özbaşınalıq-hüquqsuzluq siyasətlərinə dözməyənlərə, dözmək istəməyənlərə əlüstü “erməni dəyirmanına su tökən”, “erməniqanlı” kimi “adımı sənə qoyaram…” seriyasından damğalar vurulur. Yanlışlarını düzəltmək, düz yola gəlmək yerinə doğrunu deyəni, düzgünlüyə çağıranı topa tuturlar. Ardını oxu »
Dünyanın çağdaş gedişində Türk Sorunu
İyun 18th, 2015
admin Türkel Araşdırma Qurumu sunur
Dünyanın çağdaş gedişində Türk Sorunu
Bu gün türk dünyasının yaxınlaşması yönündə çoxlu fikirlər səsləndirilir. Ancaq gerçək görsəniş ayrı şey deyir. Hər yerdə türk dünyasının yaranmalı olan birliyini pozan addımlar atılır. İçəridəki çalışmalar isə birliyi doğuracaq ideolojiliyi hazırlayıb ortaya çıxarmır. Sonucda dağınıq durumda olan türklər soyqırıma uğrayır, özgələşdirilir (assimilyasiya edilir), gələcəksizləşdirilir. Ardını oxu »
Asİf Ata. YALNIZ RUHANİYYATÇILIQ BƏŞƏRİ XİLAS EDƏCƏK
İyun 12th, 2015
admin Siyasi dünya hərbi gücü tanıyır, iqtisadiyyat tanıyır, siyasət tanıyır. Təəssüf ki, belədir. Bütün Amerika ruhaniyyatı «Məndə sığar iki cahan, mən bu cahana sığmazam» kəlamına bərabər deyil. Amma Amerika Amerikadır, Azərbaycan – Azərbaycandır. Bu, XX əsrin özünün eybəcərliyindən doğan bir maddiyyatçılıq dəhşətidir ki, bunu biz gərək bilək və dəhşətə gəlməyək. Ardını oxu »
ASİF ATA. TARİX
İyun 6th, 2015
admin (“Mütləqə İnam” Müqəddəs Kitabı, “Ruh” Əsərindən)
Tarix həmişə əbədiliyə, kamilliyə, sonsuzluğa can atıb.
Bu baxımdan o, ruhanidir.
Tarix həmişə nisbini, qeyri-kamili, sonlunu təsdiq edib.
Bu baxımdan o, qeyri-ruhanidir.
Tarixdə nisbilik – Mütləqilik, sonlu – sonsuz, maddi – mənəvi biçimdə təzahür edib, qeyri-ruhanilik ruhanilik şəklində təqdim olunub. Ardını oxu »
Yadigar Türkel. AZƏRBAYCANÇILIĞIN TARİXİ, İDEYA QAYNAQLARI, GƏLƏCƏYİ
May 28th, 2015
admin İdeya Yunan sözüdür, Türk dilində düşüncə, baxış, görüş deməkdir. İnsan sinir-nerv sistemilə doğadan (ərəbcə təbiətdən) aldığı bilgilərdən sözlər, ideyalar, baxışlar yaradır. İdeyalar gerçək (obyektiv), bir də düşüncəl (subyektiv) olur. Doğa bilimləri (ərəbcə elmləri) gerçək ideyaları öyrənir. Toplumsal-politik bilimlər gerçək ideyalarla yanaşı az da olsa düşüncəl ideyaları da öyrənir. İnsanlar ideyaları yaşamlarını qurmaq, çatışmazlıqlarını ödəmək üçün yaradırlar. İdeya bireyi, ulusu, dövləti, Yer üzündəki yaşamı yox etmək üçün də yaradıla bilər.
İnsan bilinci (ərəbcə şüuru) bilgi-bilik-bilim oldubitdini (ərəbcə mütləqi) anlama yolu, ilkəsilə (prinsipilə) qurulmuşdur. Oldubitdi ikidir, doğa, tanrı. İnsan beyni nerv sistemilə dışdan-içdən qıcıqlar – bilgilər alır. Ardını oxu »
XALİQ BAHADIR. YANĞINDAN BİR GÜN SONRAKI İLHAM ƏLİYEV
May 25th, 2015
admin Nobel prospektindəki yanğından sonra Bakıda gündəlik gözlənilən böyük yanğın baş verdi – 16 qatlı bina yanıb kül oldu. 16 adam öldü, bir ailə bütünlüklə varlıqdan yoxluğa döndü. Ortada baş verəcəyi qabacdan bəlli bir cinayət var: Markesin “Gözlənilən bir qətlin tarixçəsi” kimi. Binalara tez alışan materialdan üzlük çəkilmişdi. Bununla bağlı “Azadlıq” qəzetində, Feysbukda çıxışlar olmuş, hökumətə ardıcıllıqla soraqlar ötürülmüşdü. Ancaq hökumət özü, daha doğrusu, hökumətdəki bir çox qandancandan belə pul çıxarmağa öyrəncəlilər özlərini sonadək kar-kor yerinə qoydular. Ardını oxu »




