Göylü Atalı: Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız! Yüzillərdir milli şüurumuzun inkişafına və dövlətçilik ənənələrimizə ardıcıl olaraq zərbələr vurulur. Bu da ən çox ərəb, fars və rus irticasının təsirində özünü göstərir. Bəlli “Türkmənçay bağlaşması” nəticəsində Qacar-türk dövləti ikiyə parçalandı. Ardını oxu »
Soylu Atalı. Türklüyün Yenilməsinin Yenilənməsi
Türkiyə ilə Azərbaycan arasında yaranan siyasi gərginlik çox çək-çevir edilməkdədir. Hər iki ölkədə duruma olduqca həssas, ehtiyatlı yanaşmalar da var, buradan oranı, oradan buranı yamanlayanlar da. Yamanlayanları iki yerə bölmək olar: Dış güclərin çıxarlarına qulluq edənlər, bir də hakimiyyətlərin istəklərinə qulluq edən trollar. Ehtiyatlı davrananlar çox çətin durumda qalıblar. Bəzən onlar barışdırıcı mövqe seçirlər, bəzən […]
Asif Ata. Özüylədöyüş və Özüyləbarışma
Həyatda insan özüylə döyüşür, ancaq bu döyüşdə tam qələbə qazanmır, son nəticədə özüylə barışır. Özüyləbarışmada o, gerçəkliyin məntiqinə əsaslanır. “Yırtıcı olmasam, yaşaya bilmərəm, məni parçalayarlar” – deyir. “Xudbin olmasam, yaşaya bilmərəm, başqasının əsarətinə düşərəm” – deyir. “Şəhvəti sevməsəm, yaşamaram, çünki həyat – cismani nəşələnməkdir” – deyir. “Şöhrəti sevməsəm, yaşamaram, çünki həyat özünütəsdiqdir” – deyir. “Yalana […]
Başsağlığı
Asif Atanın Mütləqə İnam Ocağı Ocaqdostu, Güney Azərbaycan aydını Ağşın Ağkəmərlinin ölümü ilə bağlı ailəsinə, millətimizə başsağlığı verir. Evindən işıq əskilməsin. Balalarında yaşasın. Yurdu, Ulusu var olsun.
Asif Ata. Dostluq – Düşmənlik
Həyatda ən yüksək dostluq belə, mütləq səviyyəyə qalxmır. Bu səbəbdən də həyatdakı ən böyük dostluqda belə düşmənlik yaşayır. Əgər insan xudbinlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan həsəd eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan mənfəətpərəstlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən […]
Ağşın Ağkəmərli. Yolçu yolda gərək
1965-ci ildə 5 yaşında kənddə məktəbə getmişəm. Bütün dərslər fasca olduğuna görə heç nə başa düşmürdüm. Təkcə mən yox, heç kim heç nə başa düşmürdü. Ancaq məni başqalarından fərqləndirən bir şey vardı, – şeiri bir dəfə eşitməklə öyrənirdim, daha doğrusu, sözlərini əzbərləyirdim. Atam hər ilin qış aylarında kəndə gəlirdi. 1-2 ay qalandan sonra evə gərək […]
XALİQ BAHADIR. Yanğın yaradanlar
May 22nd, 2015
admin Sosial şəbəkə öz işini görmüşdü: mayın 19-da Bakıda baş verən yanğın- 16 qatlı binanın avtomobil şini sayaq qatı tüstü içində yanması, başqa bilgilər operativ olaraq yayınlanmışdı. Ertəsi günü elə-belə, rejimin xarakterik özəlliklərini bir daha görmək üçün AzTV-lərə baxdım. Bir-birindən biliksiz, yararsız, düşük aparıcılar telekanalları əttökən çıxışlara bürümüşdülər. Doğru-düzgün, analitik, qınaq xarakterli çıxışların yerinə hökumətə yaltaqlıq, yarınma sərgilənirdi. Ortadakı cinayət birbaşa hökumətdən gəlirkən! Ardını oxu »
Turan Dursun. İSLAMIN TÜRKLƏRƏ GƏLİŞİ
May 22nd, 2015
admin Göylü Atalı
Ürəyinizdə Günəş olsun, istəkli yurddaşlarımız!
Bu gün Azərbaycanın, eləcə də bütün Türk Dünyasının ictimai-siyasi, mədəni, dini durumu aşırı dərəcədə mürəkkəbdir. Əlbəttə, bu mürəkkəbliyi yaradan xeyli səbəblər var. Üzdən baxanda bu səbəblərin aradan qaldırılması imkansız görünür. Təbii ki, öz içində yaşamaq üçün özümlü bir zəmin tapmayan toplum mürəkkəb durumunu aradan qaldıra bilməz. Biz bir millət olaraq hər bir problemimizin həllinə biganə yanaşır, yaxud həll eləmək haqqında heç düşünmürük. Ardını oxu »
XALİQ BAHADIR. Topladıqca qucaq-qucaq… pulları!
May 20th, 2015
admin Ötən yüzilin 70-ci illərində “Kənd zəhmətkeşləri üçün konsert” seriyasından belə bir populyar mahnı vardı: “Topladıqca qucaq-qucaq pambığı”. O çağlar respublikamızın başında Əliyev dururdu, indi də Əliyevdi. O çağlar respublikanın baş ideoloqu R.Mehdiyev idi, indi də odur. Onlar onda qucaq-qucaq pambıq yığdırardılar, indi – 1993-dən bu yana – qucaq-qucaq pul yığdırırlar. Britaniya parlamentinə bağlı vergi qurumunun bəlirlədiyinə görə, ata-bala Əliyevlər 1993-2010-cü illər arasında təkcə ofşor zonalara Azərbaycandan 48 milyard dollar PUL toplayıb ötürüblər. Ardını oxu »
TÜRKİYƏMİZ SINAQ QARŞISINDA
May 20th, 2015
admin (Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı
Türkiyənin indiki durumuna münasibət bildirir)
Üstün Atalı: Soylu bəy, istərdim bir neçə sualıma cavab verəsən. Birincisi, bu gün Azərbaycanın Türkiyə ilə münasibəti hansı səviyyədədir?
Soylu Atalı: Burada mən bəlli siyasi detalları sadalamayacağam, yazılarımızda bu barədə çox demişik. Bu gün Azərbaycanın nəinki Türkiyə ilə, əslində bütün ətraf ölkələrlə münasibəti normal deyil. O münasibət ki, dünya düzəni deyilən gedişata təsirləri var. Məsələn, İran, Rusiya, Ermənistan, üstəlik Avropa dövlətləri, Amerika və s. Başqa dövlətlərlə münasibətin aşağı-yuxarı olmasına dözmək olar, ancaq Türkiyə ilə münasibətin ürək açan səviyyədə olmaması düşündürücüdür. Ardını oxu »
Xaliq Bahadır. Azərbaycan – satılır!
May 16th, 2015
admin Bir prezident var idi – regionun lider dövlətinin lider prezidenti! Başqaları yox, o özü başında durduğu dövləti belə adlandırırdı. Lider – başçı, qabaqcıl, başda gedən deməkdir. Onun başında durduğu dövlət gerçəkdən lider dövlət idi, ancaq qara işlərdə: rüşvət-korrupsiya-oğurluq-soyğunçuluq-monopoliya… Belə-belə işlərdə çempion-dövlət. Neftin qiymətinin durmadan düşdüyü dönəmdə belə, prezident tez-tez televiziya ekranlarından bildirirdi: “Neftin qiyməti dünya bazarında haracan düşür-düşsün, bizə təsir etməyəcək – bizim güclü iqtisadiyatımız var”. Ardını oxu »
ASİF ATA. SİYASƏT YALANI
May 16th, 2015
admin 1. Əxlaqdan keçən
Ölkələr, xalqlar, təbəqələr arasında münasibətdə İnsaniyyət itir.
Siyasət Əxlaqdan keçir.
Riyaya söykənir – Həyalı görünür.
Qətlə çatdırır – Xilaskar görünür.
Yalana tapınır – Doğruçu görünür.
Zalımdır – Adil görünür.
Qəsbkardır – Hami görünür.
Yırtıcıdır – Məsum görünür.
Yaddır – Doğma görünür.
Bulanıqdır – Saf görünür.
Məkrlidir – Şəfaqətli görünür. Ardını oxu »
Xaliq Bahadır. Bizdə bir ailə var!
May 15th, 2015
admin Bizdə bir ailə var – bütün Azərbaycana yiyələnmiş bir ailə. Bütün Azərbaycan bu ailənin istəyinə, şıltağına bağlıdır. Elə Avrovijin, Avropa oyunları, İslam oyunları adına şou-oyunlar da! Hamısı da hakimiyətdə daha çox qalmaq, bu xalqı, bu ölkəni daha çox soyub-yağmalamaq üçündür. Bu soyub-yağmalamanınsa az qala əlli illik tarixi var! Milyonlar milyardlara çevrilib, milyardlar trilyona çevrilir, ancaq soyub-yağmalama, yığım istəyi bitmək bilmir… Ardını oxu »
Soylu Atalı (Mütləqə İnam Ocağının Yükümlüsü) Türkcəmizin Poeziya Ruhu
May 15th, 2015
admin Dini dünyabaxışda ərəbin, poeziyada farsın etkisinə uğrayıb uduzan türk etnosu orta çağlarda təriqətlər araçılığıyla (vasitəsiylə) türklüyün mədəni çöküşünün qismən qarşısını ala bildi. Türk dilini poeziyaya gətirməklə isə yeni aşama başladı. Ümumən, şeiriyyəti insan qəlbinin dərinliklərinə yeriyə bilən ən uğurlu etki saymaq olar. Qutsallığın, ruhaniliyin şeir dili ilə öyülməsi duyğulara tez yol tapır. Ardını oxu »
Xaliq Bahadır. Ay haray, hakimiyətdə erməni var… imiş!
May 14th, 2015
admin Bəri başdan “O olmasın, bu olsun” komediyasındakı bəlli epizodu yada salın. Sərvərlə əlbir olub gəlinin qaçırılmasına yardımçı olan qulluqçu Sənəm sonra necə …şüvənlik salır: “Ay haray, qoymayın, gəlini qaçırdılar!” İndi bizdə bu sayaq bir görsəniş yaşanmaqdadır. Rejimə bağlı bir sıra saytlar hakimiyətdə erməni tapıblar. Yumurtlamış toyuq kimi səsləri dünyanı başına götürüb. Nə var, nə var… hakimiyətin içindən erməni çıxıb! Kinder-sürpriz! Ardını oxu »




