Xaliq Bahadır. M.Ə.Rəsulzadə yolu – milli birlik (II)

Klançılığı, regionçuluğu dövlət siyasətinə dönüşdürmüş indiki rejim yetkililəri tez-tez  “dövlətin imici” deyilən bir nəsnədən danışırlar. Hakimiyətə lat-lüt gəlib adambaşına, ailəliklə biznes imperiyası quranların dövlət imicindən danışmalarının özü dövləti, dövlətçiliyi ələ salmaqdır –xalqla birlikdə. Başqa bir yandan, ən başlıcası, klançılığın, regionçuluğun dövlət siyasətinə dönüşdürülməsi – dövlət, dövlətçilik adına bağlı bütün əyriliklərin, aşağı-yuxarı yamanlıqların, neqativlərin özülündə bu durur! Bu, əliyevçi rejim dövləti, əliyevçi rejim dövlətçiliyidir. Bir də var Rəsulzadə adına bağlı gerçək Ulu Öndər dövləti, gerçək Ulu Öndər dövlətçiliyi! Ardını oxu »

İlqar Türkoğlu. Gəzirəm

Əzəldən dərdimi dərin çəkmişəm,
Zənnimi aldadıb təhər gəzirəm.
Acının üstünə şirin çəkmişəm,
Dəyişib dadını, zəhər gəzirəm.

Nağıla aldanıb,dinib getdiyim,
Daha gözlərimdə enib,getdiyim.
Dəyişib yolumu,minib getdiyim,
Özgənin tərkində, yəhər gəzirəm. Ardını oxu »

Soylu Atalı. AZADLIQ HARAYI

Müstəqillik arzuladıq. Arzularımızda müstəqil olduq. Ümumi axara qoşulduq, tarixi şəraitlə yetərləndik. Özümüz Yol yaratmadıq, şəraitin göstərdiyi yol ilə getdik. Şəraitin göstərdiyi yol tarixin dolanbaclarında qırılır, bir yana çıxmır. Bir yana çıxa bilmədik. Asılılığın girdabından dartındıq, dairəsindən çıxa bilmədik. Başımızın altına yastıq qoyanlara güvəndik. Ağlımızı aldadanlara inandıq. Ardını oxu »

Mütləqə İnam Ocağının Ruhani Başçısı - Atası

ASİF ATA. SİYASƏTDƏN ÜSTÜN

(Otuz Yeddinci Qutsal Kitab)

1. CƏMİYYƏT – SİYASİ DÜNYA

Siyasi Dünya – Cəmiyyətin Davamıdır.
Cəmiyyətdə Ağalıq hökm sürür.
Ölkələr arasında münasibətdə Ağalıq hökm sürür.
Böyük ölkələr kiçik ölkələr üzərində Ağalıq eləyir. Ağalıq üsulu dəyişir, Ağalıq dəyişmir; Ağalıqdan məhrum olan ölkə – Böyük ölkə sayılmır; ölkələrə təsir etməyən, ölkələri özündən asılı etməyən ölkə Böyüklüyünü itirir.
Kiçik ölkələri dirçəldən ölkələr əslində özlərini zənginləşdirirlər; mahiyyətcə Böyük ölkələr Kiçik ölkələrin kiçikliyini qoruyurlar.
Fövqəlölkələr varsa, ölkələr kiçikliyi də var, ölkələr kiçikliyi ölkələrin böyüklüyünü qoruyur. Ardını oxu »

Xaliq Bahadır. M.Ə.Rəsulzadə yolu – milli birlik (I)

Azərbaycan özünün ən çətin dönəmlərindən birini yaşayır. El diliylə desək, bu, it yiyəsini tanımayan bir dönəmdir. Bu dönəmi yaradan indiki rejim, eləcə də bu rejimi quran, arxasında duran güclərdir. Şah İsmayıl dönəmi başda olmaqla Azərbaycanda ən əski çağlardan güclü dövlətlər qurulub. Doğuyla Batının arasında yerləşən Azərbaycan yalnız yerləşim, yalnız doğal resurslar baxımından deyil, eləcə də çağına görə qabaqcıl, üstün, yüksək ideyalar ölkəsi olaraq tanınıb. Böyük, üstün, güclü Türk Birliyi baxımından da Azərbaycanın dünya düzənində ayrıca yeri var. İç, dış yağıların çağlar boyunca əlbir çalışmaları Azərbaycanın yaranış atamasına (atama – təyinat) uyğun olaraq özünü göstərməsinin qarşısını almağa yönəlib. Ardını oxu »

İlqar Türkoğlu. TÜRKÜN ŞƏRƏFİ-TÜRKÜN QİBLƏSİ

Qiblə gəzib, ay namazı sorulan,
Babəkinin qollarından vurulan,
Şərəfini qanla yuyub, durulan,
Azad etsən, Laçın, Şuşandı qiblən!

Yol göstərir biri irana sarı,
Birisi sür,deyir virana sarı.
Yetər ey türk,özün yaranı sarı,
Özcə əlin, özcə başındı qiblən! Ardını oxu »

Xaliq Bahadır. Azərbaycan – banan ölkə!

Bəlli olduğu kimi, Azərbaycanda hər nə yetişsə də, banan yetişmir. Ancaq, bizim ölkəmiz BANAN ölkələrdən sayılır. Ortalığa çıxarmağa dəyərli nəyisə olmayan ölkələrə BANAN ÖLKƏ deyirlər. Başqa cür desək, heç nəyi olmayan ölkə! Düzdür, bu gün bizim İlham Əliyevi, dünyanın ən güclü prezidentlərindən, YAP hakimiyətini dünyanın ən güclü hakimiyətlərindən biri kimi göstərən neftimiz, qazımız var. Pula gedən ayrı nəyimiz var? Qızılımız, gümüşümüz, balığımız, kürümüz. Bunlar İlham Əliyevə-hakimiyətə böyük güc verir, sarsılmazlıq görsənişi yaradır. Ardını oxu »

Dünyanın çağdaş gedişində Türk sorunu

Türkel Araşdırma Qurumu sunur

Soylu Atalı: Ürəyinizdə Ata Günəşi olsun, istəkli soydaşlarımız!
 Bu gün Türkel Araşdırma Qurumunda aydınlarımız yenidən bir araya gəlib. Söz yox, bizi bir araya, istər vətənimizin, istər bütövlükdə Türk Dünyasının sorunları gətirir. İstəyərdik bu qonularda  soydaşlarımıza fikirlərimizi bildirərkən, bizim hansı ölçüdən yanaşmağımızı, nə üçün bu cür yanaşmağımızı doğru dəyərləndirsinlər. Biz bu söhbətlərimizin heç birində diplomatik davranmırıq. Vətənimizə, ulusumuza yönəlik atılan addımlar, istər içəridən, istər dışarıdan olan yanlışlar, bir aydın olaraq, bizi qayğılandırır, düşündürür. Biz burda çılpaq danışırıq, fikirlərimizi açıq deyirik. Ardını oxu »

Xaliq Bahadır. Dələduzluq – korrupsioner rejim fabriki

Sosial-siyasi xarakterindən asılı olmayaraq dələduzluq faktı istənilən rejimdə ola bilir. Ancaq onun azlığı, çoxluğu, ötəri, xarakterik olması var. Demokrarik rejimlərdə dələduzluq az-az, o da ötəri olur. Bu isə demokratik rejimlərin xarakterindəki açıqlığa, qanunçuluğa, ən önəmlisi, hakimiyətin bölünməsi prinsipinə bağlıdır. Bütün bunlara görə demokratik rejimdə tək-tək görsənən dələduzluq faktı geniş yayıla bilmir, ortaya çıxınca ortadan qaldırılır.
Bəs diktatura rejimində? Diktatura rejimi qanunsuzluğa bağlı qapalılıq, gizlilik üzündən özünü dələduzluq fabriki kimi göstərir. Ardını oxu »

Asif Ata. HÜQUQ TƏLƏSİ

I. Təbii  hüquq

 “İnsanlar bir-birinə bərabərdir” – deyirlər.
Əslində isə insanlar bir-birinə yalnız maddi baxımdan  bərabərdirlər.
Yəni hamı təbiətdən eyni dərəcədə bəhrələnə bilər, bəhrə­lən­məlidir. Mənəvi cəhətdən insanlar bir-birinə bərabər deyillər.
Bərabərlikdən danışırlar, həm də maddiyyatı ləyaqət ölçü­­sünə çevirirlər.
Maddi imtiyaz – cəmiyyətdə labüd şəkildə ictimai imtiyaz yaradır.
Maddiyyatdan ən çox bəhrələnən – cəmiyyətdə ən çox dəyərlənir.
Mənəvi ləyaqət maddi məziyyətə qurban verilir. Ardını oxu »

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv