Ruhani səfərlər Asif Ata Ocağının hər zaman gerçəkləşdirdiyi əməldir. Bu əməl Azərbaycanın dəyərləri, Asif Atanın ideyaları, yurdumuzun qayğıları, eləcə də gələcəyi haqqında soraq deməkdir. Bu sorağı ulusumuza çatdırmaq üçün Ocaqçılar çağaşırı Bakıda, yurdumuzun bölgələrində görüşlər keçirir, ədəbiyyatlarımızı yayırlar. Bu bölgələrdən biri Azərbaycanın Quba rayonudur. Ocaq bu bölgədə bir çox görüşlər keçirmişdir. Bu ilin Od Ayında (iyul) Ocaq soraqlarını yeniləmək istəyiylə yenidən Quba rayonuna səfər elədim. Quba rayon mərkəzi kitab evinə Asif Atanın, eləcə də Ocaq Evladlarının son çap olunmuş kitablarını sundum. Ardını oxu »
Soylu Atalı. Türklüyün Yenilməsinin Yenilənməsi
Türkiyə ilə Azərbaycan arasında yaranan siyasi gərginlik çox çək-çevir edilməkdədir. Hər iki ölkədə duruma olduqca həssas, ehtiyatlı yanaşmalar da var, buradan oranı, oradan buranı yamanlayanlar da. Yamanlayanları iki yerə bölmək olar: Dış güclərin çıxarlarına qulluq edənlər, bir də hakimiyyətlərin istəklərinə qulluq edən trollar. Ehtiyatlı davrananlar çox çətin durumda qalıblar. Bəzən onlar barışdırıcı mövqe seçirlər, bəzən […]
Asif Ata. Özüylədöyüş və Özüyləbarışma
Həyatda insan özüylə döyüşür, ancaq bu döyüşdə tam qələbə qazanmır, son nəticədə özüylə barışır. Özüyləbarışmada o, gerçəkliyin məntiqinə əsaslanır. “Yırtıcı olmasam, yaşaya bilmərəm, məni parçalayarlar” – deyir. “Xudbin olmasam, yaşaya bilmərəm, başqasının əsarətinə düşərəm” – deyir. “Şəhvəti sevməsəm, yaşamaram, çünki həyat – cismani nəşələnməkdir” – deyir. “Şöhrəti sevməsəm, yaşamaram, çünki həyat özünütəsdiqdir” – deyir. “Yalana […]
Başsağlığı
Asif Atanın Mütləqə İnam Ocağı Ocaqdostu, Güney Azərbaycan aydını Ağşın Ağkəmərlinin ölümü ilə bağlı ailəsinə, millətimizə başsağlığı verir. Evindən işıq əskilməsin. Balalarında yaşasın. Yurdu, Ulusu var olsun.
Asif Ata. Dostluq – Düşmənlik
Həyatda ən yüksək dostluq belə, mütləq səviyyəyə qalxmır. Bu səbəbdən də həyatdakı ən böyük dostluqda belə düşmənlik yaşayır. Əgər insan xudbinlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan həsəd eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan mənfəətpərəstlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən […]
Ağşın Ağkəmərli. Yolçu yolda gərək
1965-ci ildə 5 yaşında kənddə məktəbə getmişəm. Bütün dərslər fasca olduğuna görə heç nə başa düşmürdüm. Təkcə mən yox, heç kim heç nə başa düşmürdü. Ancaq məni başqalarından fərqləndirən bir şey vardı, – şeiri bir dəfə eşitməklə öyrənirdim, daha doğrusu, sözlərini əzbərləyirdim. Atam hər ilin qış aylarında kəndə gəlirdi. 1-2 ay qalandan sonra evə gərək […]
Xaliq Bahadır. “İsgəndər”dən daha qorxulu!
İyul 15th, 2015
admin Demək olar, bugünlər hamı “İsgəndər”dən yazır. “İsgəndər” belə gəldi, “İsgəndər” elə getdi. Belə görünür hamının canına qorxu dolub: üstümüzə “İsgəndır” gəlir! Bu biri yandan da kimlərsə belə bir soraq yaymaqdadırlar: “Ermənilər Gəncəni almaq istəyirlər”. Rusiya ermənilərə “İsgəndər” raketi verir deyə, hamı qorxuya düşüb. Adam çaşbaş qalır: bu qorxuya xalqın canında yer hardandı belə? Çoxillik qansız-amansız hakimiyətləri boyunca ata-bala Əliyevlər bu xalqın canını qorxuyla təpbbə-tıxma doldurublar. Düzü, mənə elə gəlirdi bu xalqı daha nəyləsə qorxutmaq olmaz, sən demə, olarmış. Olarmış, özü də nəylə? Ardını oxu »
İlqar Türkoğlu. Astaca
İyul 14th, 2015
admin Yaradan adamdı, öldürən adam,
Əvvəldən ovunu seçər astaca.
Çox ağladıb məni güldürən adam,
Günü min oyunla keçər astaca.
Fürsətdə izini, tozunu kəsər,
Yeyib çörəyini, duzunu kəsər,
Hələ mələməmiş quzunu kəsər,
Şərab tək qanını içər astaca. Ardını oxu »
Xaliq Bahadır. İlham Əliyevin yalançı prezidentliyi
İyul 14th, 2015
admin Yalançı prezident olaraq tanınmaq üçün yalnız yalan danışmaq gərək deyil – bunlu da olar, bunsuz da. Ölkənin bu başından o başına qanunlar işləmirsə, polis-məmur özbaşınalığı ölkəni başına götürübsə, demək, prezidentlik yalançı prezidentlikdir, yalan xarakteri daşıyan prezidentlikdir. İlin başlanğıcında İ.Əliyev bu ilin kənd təsərrüfatı ili olduğunu bildirdi: durar-tutmaz, ağlına belə gəlmiş kimi. Çoxillik əliyevçi praktikadan çıxış edərək mən onda aqrar sektorun bu il batırılacağını bildirmişdim. Onda mənim dediyimə inanan da oldu, inanmayan da. İndi, “kənd təsərüfati ili”nin yeddinci ayında, daha bir proqnozumun doğrulmasından doğan böyük “sevinc” duyğusuyla bildirirəm: ölkənin aqrar sektoru batdı, daha doğrusu, batırıldı. Yaşasın əliyevçi aqrar faşizm! Ardını oxu »
Soylu Atalı. Azərbaycanın siyasi yeri Türk Dünyasındadır
İyul 12th, 2015
admin Çağdaş dünyanın mənzərəsini göstərməyə çalışan qüvvələr, eləcə də ayrı-ayrı yazarlar olduqca qarışıq fikirlər formalaşdırırlar. Söz yox, bu qarışıqlığı bilərəkdən, istiyərəkdən yaradırlar. Çünkü bütün yanaşmalar qrup, partiya, hakimiyət maraqlarına uyğunlaşdırılır.
Çoxları elə düşünürlər, Batı ölkələrində hər cür yanaşma hakimiyət maraqlarına deyil, dövlət maraqlarına hesablanır. Biz burada hər bir incə məsələnin yerini gözləmək üçün “əsil dövlət”, ya da “çağdaş dövlət” anlayışları işlətmək istiyərdik. Nədən? Çünkü əsil dövlət çəkişmə (rəqabət) aparatı rolu daşımır (daşımamalıdır). Çağdaş dövlətlərin maraqları isə çəkişmələrdə gücünə, gücsüzlüyünə görə doğrulur. Söz yox, marağı ödənən dövlətlər əsasən güclü dövlətlərdir. Ardını oxu »
İlqar Türkoğlu. Gedirəm
İyul 11th, 2015
admin Şəhər dumanında şərab nəşəsi,
Ayağım yerimir, əllə gedirəm.
İçimdə qalanıb gülləmin səsi,
İrəvanı “alıb”, güllə gedirəm.
Şuşası göz dağı hər il mayıma,
Bayramı bitməyir qışdan yayıma.
Qələbə yazmadıq bircə ayıma,
Günü qara gəlmiş illə gedirəm. Ardını oxu »
Soylu Atalı. Türkçülükdə umacağımız, gözləntilərimiz, üzləşdiyimiz
İyul 10th, 2015
admin Son çağlar türkçülüklə ilgilənənlər, eləcə də türkçülüklə uğraşanlar türkün minillik tarixini araşdırıb bir-birindən başqa olan (fərqli) sonuclar ortaya qoyurlar. Bu sonuclarda öyünməli çalarlar da var, hayıfslandırıcı çalarlar da. Ancaq nə olursa-olsun keçmiş keçmişdir, geridə qaldı. İndi öyünməli olayları da, enişə nədən olan olayları da öyrənmək, düşünmək, örnək götürmək çağıdır. Son minillik tarixdə türklüyün istər yüksəliş, istər eniş nədənləri doğru düşünülsə, ciddi uğurlara yetilə bilər. Araşdırdıqda görürük, türkün yüksəlişini ən çox fiziki olanaqları yetirib – hünər, döyüşkənlik, qorxmazlıq kimi keyfiyyətləri türkə üstünlüklər qazandırıb. Ardını oxu »
Xaliq Bahadır. M.Ə.Rəsulzadə yolu – milli birlik (III)
İyul 7th, 2015
admin Türk dünyasının iki böyük, ölümsüz öndəri – M.K.Atatürk, M.Ə.Rəsulzadə! Onların ideyaları, baxışları necə də üst-üstə düşür, necə də çulğaşır. Başlıcası da türklük-millətçilik sorunu ilə bağlı. Atatürk 1937-ci ildə deyirdi: “Orta Doğunun Batı imperializminin köləsi olmasına yol verməyəcəyik”. Türkiyədə Atatürkçü düşüncə ilə çarpışmanı özünün başlıca amacına çevirən Ərdoğan deyir: “Mən Amerikanın Böyük Orta Doğu projesinin eş başqanıyam”(2012). ABŞ-ın vitse-prezidenti C.Bayden kürd liderlərilə görüşündə Kürdüstan dövləti ideyasını tezliklə gerçəkləşdirəcəklərini bildirmişdi. Bəlli olduğu kimi, bu, Böyük Orta Doğu super projesi içində subprojelərdəndir – Batının “Ermənistan”, İsrail kimi projelərindən biri. Ardını oxu »
İlqar Türkoğlu. DAŞ QOYURAM
İyul 7th, 2015
admin Ürəyimdə dağı, gözümdə dağı,
Kəsilmişəm özüm özümə yağı.
Basdırmışam diri-diri torpağı,
Heykəl yonur üstünə, daş qoyuram.
Qara çadra qara çəkib üzümə,
Baş yarıram divan tutub özümə.
Məndən ötən,sənə dəyən gözümə,
Bəzək vurur,sürməli qaş qoyuram. Ardını oxu »




