Yanlış Əqidədən İmtina!
Saxta Müəssisələrdən İmtina!
Rütbələrdən, vəzifələrdən, mükafatlardan İmtina!
Yalançı kitablardan, sözlərdən, çağırışlardan İmtina!
Ağlı, Ürəyi, Həqiqəti buxovlayan süni silahdaşlıqdan İmtina!
Parniklərdə becərilmiş İdrakdan, Bədiiyyatdan İmtina! Ardını oxu »
Soylu Atalı. Türklüyün Yenilməsinin Yenilənməsi
Türkiyə ilə Azərbaycan arasında yaranan siyasi gərginlik çox çək-çevir edilməkdədir. Hər iki ölkədə duruma olduqca həssas, ehtiyatlı yanaşmalar da var, buradan oranı, oradan buranı yamanlayanlar da. Yamanlayanları iki yerə bölmək olar: Dış güclərin çıxarlarına qulluq edənlər, bir də hakimiyyətlərin istəklərinə qulluq edən trollar. Ehtiyatlı davrananlar çox çətin durumda qalıblar. Bəzən onlar barışdırıcı mövqe seçirlər, bəzən […]
Asif Ata. Özüylədöyüş və Özüyləbarışma
Həyatda insan özüylə döyüşür, ancaq bu döyüşdə tam qələbə qazanmır, son nəticədə özüylə barışır. Özüyləbarışmada o, gerçəkliyin məntiqinə əsaslanır. “Yırtıcı olmasam, yaşaya bilmərəm, məni parçalayarlar” – deyir. “Xudbin olmasam, yaşaya bilmərəm, başqasının əsarətinə düşərəm” – deyir. “Şəhvəti sevməsəm, yaşamaram, çünki həyat – cismani nəşələnməkdir” – deyir. “Şöhrəti sevməsəm, yaşamaram, çünki həyat özünütəsdiqdir” – deyir. “Yalana […]
Başsağlığı
Asif Atanın Mütləqə İnam Ocağı Ocaqdostu, Güney Azərbaycan aydını Ağşın Ağkəmərlinin ölümü ilə bağlı ailəsinə, millətimizə başsağlığı verir. Evindən işıq əskilməsin. Balalarında yaşasın. Yurdu, Ulusu var olsun.
Asif Ata. Dostluq – Düşmənlik
Həyatda ən yüksək dostluq belə, mütləq səviyyəyə qalxmır. Bu səbəbdən də həyatdakı ən böyük dostluqda belə düşmənlik yaşayır. Əgər insan xudbinlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan həsəd eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan mənfəətpərəstlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən […]
Ağşın Ağkəmərli. Yolçu yolda gərək
1965-ci ildə 5 yaşında kənddə məktəbə getmişəm. Bütün dərslər fasca olduğuna görə heç nə başa düşmürdüm. Təkcə mən yox, heç kim heç nə başa düşmürdü. Ancaq məni başqalarından fərqləndirən bir şey vardı, – şeiri bir dəfə eşitməklə öyrənirdim, daha doğrusu, sözlərini əzbərləyirdim. Atam hər ilin qış aylarında kəndə gəlirdi. 1-2 ay qalandan sonra evə gərək […]
Han Ataman Türk. “DİĞERLERİNDE” VE TÜRKLERDE DİNLERİN VE SINIFLARIN OLUŞUMU
Avqust 6th, 2015
admin İnsanlık tarihine baktığımızda karşımıza çıkan bütün konular üç denklem üzerinedir: Din, milliyet ve madde (Para). Bu konular geçmiş tarihin bizlere aktardığı delillerle incelendiğinde bütün savaşların bu üç sebepten çıktığını görürüz. Bu sebeplerin de topluma anlatılmasını, aktarılmasını bilim insanları siyaset (politika) diye adlandırmışlar. Dinin bu üç etkenden en etkili olması hakim güçlerin bu konuyu çok sık kullanmalarına neden olmuştur. Din tarih dilimlerinde politikayla birleştirilerek neredeyse tüm zamanlara damgasını vurmuştur. Ardını oxu »
Soylu Atalı. TÜRKİYƏ TÜRKÇÜLÜYƏ QAYITMALIDIR
Avqust 5th, 2015
admin Bu gün dünya siyasətçilərinin də, yazarlarının da, hətta sıradan adamlarının da diqqəti Türkiyəyə yönəlib. Bu diqqət – Ukraynaya, Gürcüstana, İrana, Suriyaya, İraqa, eləcə də başqalarına yönələn diqqətdən çox başqadır (fərqlidir). İndi araşdıra bilən də, bilməyən də, anlayan da, anlamayan da bir fikir səsləndirir: “axır ki Türkiyəni də bu oyunlara soxa bildilər”. Söz yox, bu fikir son günlər Türkiyənin yaşadığı olaylara görə deyilir. Ancaq bilmək gərəkdir, Türkiyə çoxdan bu oyunların içərisindədir. Bu olaylar da yeni deyil. Türkiyə 80-ci illərdən bənzər olaylar yaşamaqdadır. Ardını oxu »
“Amal Bağı”nda Ziyarət sözü
İyul 30th, 2015
admin Asif Atanın Mütləqə İnam Ocağının “Atagün” və “Ulufərəh” Ailələrinin Evladları Od Ayının 16-da Amal Bağını Ziyarət ediblər. Ata cisminin ilk qoyulduğu torpağın üstündə səcdə sözü deyilib. İnam Evinin (Məbədin) tikintisi ilə bağlı fikir bölüşmələri olub.
Soylu Atalı (Ataya səcdə edir – G. A.): Qutsal Ziyarət anımızdır. Atamızın üz qoyduğu torpaq qutlu olsun. Onun üz qoyduğu torpağı ziyarət edirik. Onun üz qoyduğu torpaq yurdumuzun ləyaqətinin, şərəfinin, varlığının ruhani ifadəsidir. Atanın yaratdığı İnam insanı vətənli, millətli, şəxsiyyətli olmağa çağırır. Ardını oxu »
Xaliq Bahadır. Yalan rejimində yaxşı yaşamaq
İyul 30th, 2015
admin Biz yalanın Dövlət SİYASƏTİNƏ çevrildiyi bir dönəmdə yaşayırıq. Biz rüşvətin-korrupsiyanın-oğurluğun-soyğunçuluğun-monopoliyanın DÖVLƏT SİYASƏTİNƏ çevrildiyi bir dönəmdə yaşayırıq. Bütün bunlarla yanaşı biz dinin dövlətlə birgəliyi dönəmini yaşayırıq. Bugünlərdə şeyxülislamın açdığı iftar süfrəsində prezident İ.Əliyev xalqa əliyevçi gerçəkliyə uyğun mesaj verdi: din dövlətdən, şeyxülislam dövlət başçısından ayrılmazdır! Ardını oxu »
GÜNEV ATALININ ANASININ ANIM TÖRƏNİNDƏ DEYİLMİŞ FİKİRLƏR
İyul 30th, 2015
admin Asif Atanın – İnam Atanın
Mütləqə İnam Ocağı
Günev Atalının anasının Anım Törənində
deyilmiş fikirlər
Ocaq Günsırası ilə Od Ayının (iyul) 16-da Atagün Elində (Beyləqan rayonu) Asif Atanın Mütləqə İnam Ocağı Günev Atalının anasına “Anım Törəni” keçirdi. Ardını oxu »
İlqar Türkoğlu. Yeri, göyü yox
İyul 29th, 2015
admin Tələyə salınıb, şərə düşübdü,
Talanan yurdumun neçə köyü yox.
Dağılıb dünyası yerə düşübdü,
Üzünü tutmağa indi göyü yox.
Gündə qulaq deşir molla əzanı,
İşi tərs gətirib yolu azanı.
Elimin, obamın hanı Ozanı?
Sevinib gülməyə bir şən toyu yox. Ardını oxu »
Soylu Atalı. TÜRK BİRLİYİNiN QAÇILMAZLIĞI
İyul 27th, 2015
admin
Bu gün dünyada gedən oyunlar yeni siyasi düzənin ortaya çıxacağından soraq verir. Sovetlər dağılandan sonra pozulmuş ağalıq balansı başqa biçim almaqdadır. Batı özbaşınalıq gedişləri ilə hər yeri qarşıdırdı. Dünyanın ortasında – enerji ilə zəngin olan Doğu ölkələrində istədiyi quruluşu yaratmaq, özünə qulluq göstərəcək satılmışları yönətim (idarəetmə) sisteminin başına gətirmək onun çalışmalarının yönünə çevrildi. Ancaq Sovet-rus imperiyasının ixtiyarında olan bütün Avropa, Asiya ölkələrini öz etkisi altına keçirdisə də, hələ bir çox məsələləri öz xeyrinə çözə bilmədi. Ardını oxu »
Asif Ata. Harda ki, Türkçülük yoxdur, orada Azərbaycan da yoxdur!
İyul 25th, 2015
admin Sübut eləmək istəyirlər ki, Azərbaycanda yaşayanlar hamısı azərbaycanlıdır. Gözəl də səslənir: «Bizdə irqi, milli assimilyasiya yoxdur, yəni yağılıq yoxdur, yadlıq yoxdur, hamı bizdə azərbaycanlıdır». Amma bizim elə fəlakətimiz də bu olmayıbmı ki, Azərbaycan həm ölkə adı olub və Azərbaycan adı millət məfhumunu ləğv eləyib? Ardını oxu »




