Jurnalist Rasim Əliyevi döydürən də tutuldu, döyənlər də, bəs Rafiq Tağı kimi Rasimi də öldürən həkim-tibb personalı? Başdan başlayaq. Çoxillik rejim praktikasından çıxış edərək, inamla deyə bilərik: bugünkü tutquların nədəni Rasimin xəstəxanadakı son sözləridir. Rejimə bağlı bir çox bəlli subyektlərin, əlaltı deputatların Rasimi qınağa qalxmalarından da aydın görünür: rejim indiyədək baş vermiş oxşar cinayət-ölüm faktları kimi bu faktı da çoxillik yalançı “istintaqla” ört-basdır etməyə çalışacaqdı. Ancaq Rasimin konkret adlar çəkməklə cinayətkarları tanıtması hakimiyətə alternativ yeri qoymadı. Buna görə də rejimin xarakterinə uyğun olaraq hüquq orqanlarına “Tutun!” göstərişi verildi. Ardını oxu »
Soylu Atalı. Türklüyün Yenilməsinin Yenilənməsi
Türkiyə ilə Azərbaycan arasında yaranan siyasi gərginlik çox çək-çevir edilməkdədir. Hər iki ölkədə duruma olduqca həssas, ehtiyatlı yanaşmalar da var, buradan oranı, oradan buranı yamanlayanlar da. Yamanlayanları iki yerə bölmək olar: Dış güclərin çıxarlarına qulluq edənlər, bir də hakimiyyətlərin istəklərinə qulluq edən trollar. Ehtiyatlı davrananlar çox çətin durumda qalıblar. Bəzən onlar barışdırıcı mövqe seçirlər, bəzən […]
Asif Ata. Özüylədöyüş və Özüyləbarışma
Həyatda insan özüylə döyüşür, ancaq bu döyüşdə tam qələbə qazanmır, son nəticədə özüylə barışır. Özüyləbarışmada o, gerçəkliyin məntiqinə əsaslanır. “Yırtıcı olmasam, yaşaya bilmərəm, məni parçalayarlar” – deyir. “Xudbin olmasam, yaşaya bilmərəm, başqasının əsarətinə düşərəm” – deyir. “Şəhvəti sevməsəm, yaşamaram, çünki həyat – cismani nəşələnməkdir” – deyir. “Şöhrəti sevməsəm, yaşamaram, çünki həyat özünütəsdiqdir” – deyir. “Yalana […]
Başsağlığı
Asif Atanın Mütləqə İnam Ocağı Ocaqdostu, Güney Azərbaycan aydını Ağşın Ağkəmərlinin ölümü ilə bağlı ailəsinə, millətimizə başsağlığı verir. Evindən işıq əskilməsin. Balalarında yaşasın. Yurdu, Ulusu var olsun.
Asif Ata. Dostluq – Düşmənlik
Həyatda ən yüksək dostluq belə, mütləq səviyyəyə qalxmır. Bu səbəbdən də həyatdakı ən böyük dostluqda belə düşmənlik yaşayır. Əgər insan xudbinlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan həsəd eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan mənfəətpərəstlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən […]
Ağşın Ağkəmərli. Yolçu yolda gərək
1965-ci ildə 5 yaşında kənddə məktəbə getmişəm. Bütün dərslər fasca olduğuna görə heç nə başa düşmürdüm. Təkcə mən yox, heç kim heç nə başa düşmürdü. Ancaq məni başqalarından fərqləndirən bir şey vardı, – şeiri bir dəfə eşitməklə öyrənirdim, daha doğrusu, sözlərini əzbərləyirdim. Atam hər ilin qış aylarında kəndə gəlirdi. 1-2 ay qalandan sonra evə gərək […]
Üstün Atalı. Şabran səfərim
Avqust 19th, 2015
admin Bu günlərdə oğlum Elqala ilə birlikdə Şabrana ruhani səfər elədim. Bəzi ünvanlara getmək üçün bizə bələdçilik edən qələm adamları Bayram bəy və Məzahir bəylə söhbətləşdik. Asif Atanı tanısalar da, onun ideyalarından soraqsız idilər. Bir az dinlədikdən sonra Ocaq ruhuna doğma olduqlarını bildirdilər, Atanın və Ocaq Evladlarının kitablarını sevə-sevə götürdülər.
Mədəniyyət evinin başçısı Əhməd bəyə, işçiləri Mehparə xanıma, Qulu bəyə də Ocaq ədəbiyyatı verdik. Ardını oxu »
Xaliq Bahadır. Kriminal rejim – kriminallaşan ölkə!
Avqust 18th, 2015
admin Daha bir jurnalist öldürüldü. Gözlənilməz nəsə yoxdur. Kriminal rejim əkdiyini doğurur. Məhkəmə-hüquq sistemindəki çoxillik yalançı, imitasiya xarakterli “islahatlar” bu sistemin bütünlüklə çöküşünə gətirib çıxarıb; “iqtisadiyat” adına yalançı, imitasiya xarakterli “islahatlar” ölkəni dugünkü dözülməz dolanışıq dirənişinə gətirib çıxarıb: adamlar dolanışıq dözülməzliyindən 28-44 faiz arası kreditin altına girir, sonra da özlərini öldürmək qaçılmazlığı ilə üzləşirlər; “ölkədə mətbuatın inkişafı ilə əlaqədar islahatlar uğurla aparılır” (İlham Əliyev), ancaq Azərbaycan mətbuatı – Azərbaycan jurnalistikası bu gün korrupsiya-repressiya rejiminin yürütdüyü ardıcıl ANTİMİLLİ, ANTİDEMOKRATİK siyasətlər üzündən… ölüm ayağındadır. Ardını oxu »
Soylu Atalı. Ümumtürk Hərəkatı başlamalıdır
Avqust 18th, 2015
admin Nəhənglər yaralananda yan-yörələrindəkiləri gəmirməyə başlayırlar. Elə olanda güclülər döyüşür, balacalar ayaqlar altında qalır…
70 il özünü dünyanın birinci yerində güclü sayan Rusiya axır ki, böyük istəklərində yaralandı. Bununla da yedəyindən açılmaq istəyənləri çağaşırı əzməyə başladı. O bu çağa qədər ən böyük saldırıları Azərbaycana qarşı yönəldib. Vətənimizin böyük bir kəsimini əlimizdən alıb erməniyə bağışlayıb. Bu azmış kimi insanlarımızı doğmaca baş kəndimizdə evlərinin içində, qarşısında gülləbaran eləyib. Ardını oxu »
Xaliq Bahadır. “…Dağlar qoynunda Şəki”yə sözardı. “Xan sarayı” kimindir?
Avqust 17th, 2015
admin Şəkidən Bakıya avtobusla qayıtdıq. Belə bilsəydik, Şəkiyə elə avtobusla gedərdik; avtobus birayaq-birayaq, taqqatukla yol gedən qatar kimi yorucu-bezdirici deyildi. Gəldiyimiz “Hunday” markalı avtovus “Xan sarayı” şirkətinindir. Dediklərinə görə, şirkət 9 belə avtobus alıb. Hər baxımdan (qiymət baxımından da) olduqca yaxşı, əlverişli avtobusdur. Şirkət yolun yarılandığı yerdə – Kürdəmirdə yolçularına ayrıca qulluq üçün restoran da tikib. Restoranda Şəki yeməkləri verilir. Çay qoymaq üşün su Şəkidən gətirilir. (Kürdəmirdə Şəki suyu! – bundan gözəl nə ola biıər!) Ardını oxu »
Xaliq Bahadır. … Dağlar qoynunda Şəki (II)
Avqust 15th, 2015
admin Şəkinin şəkil gözəlliyi
Şəkinin şəkil gözəlliyi demək doğadan (doğa – təbiət) gələn gözəllik deməkdir. Çox-çox əski çağların Türk yurdu olan, Saklardan qalma sayılan Şəki hər baxımdan özümlü bir yerdir – doğadan tutmuş tikililərinə, adamlarınadək. Bunların hər birinin üzərində ayrı-ayrılıqda dayanmaqla çox böyük yazı yazmaq olar. Ancaq mən bunlara yeri gəlmişkən ötəri toxunub, Şəki ilə, bütövlükdə ölkəmizlə bağlı başqalarının yazmayacaqlarından yazacam. Ardını oxu »
Soylu Atalı. Psixologiya insanı yanlış qiymətləndirir
Avqust 14th, 2015
admin Bu çağa kimi insan haqqında başqa-başqa fikirlər, ideyalar ortaya qoyulubdur. Ancaq bununla belə, insan ən çox bilimin (elmin) subyekti kimi araşdırılıb, bilimin baxışları altında da qiymətləndirilib. Bu halda insanın ruhani mahiyyət daşıması elə də böyük önəm daşımayıb. Sonucda insana yiyə durmaq yerinə onu yönəltmək (idarə etmək) haqqında düşünüblər. İnsan küçümsənilib, suçlandırılıb – basqı altında saxlanılıb.
Din insanı günah daşıyıcısı kimi tanıyıb, onun yaşamını sanki yasaqları ilə gözaltına alıb. Yəni din bəşər övladına günah aqibəti uydurub – bəlli Adəm-Həvva olayı. Ardını oxu »
Üstün Atalı. Xaçmaz səfərim
Avqust 14th, 2015
admin Hər bir kəs gözəl mühit arzulayır, yalansız, çəkişməsiz, nifrətsiz, qayğısız. Bəs bu mühitin yaranması üçün hansı addımlar atılır? Bütün bu gözəlliklər yalnız kinoda, nağıllardamı olacaq? Birey olaraq öz ömrümlə uğraşa bilirəmsə, deməli, başqası da bunu edə bilər.
Asif Atanın özüylədöyüş prinsiplərinə yiyələnmək, sağlam mühit yaratmaq, insanı uzaq düşdüyü inama çağırmaq, yeni dünya halı yaratmaq tələbi var qarşımızda. Bu tələblə yaşamaq üçün Mütləqə İnam Ocağının Evladları davamlı olaraq səfərlərə çıxırlar. Bu günlərdə belə bir tələbi yaşamaq istəyiylə Xaçmaz rayonuna səfər etdim. Ardını oxu »
Xaliq Bahadır. …Dağlar qoynunda Şəki (I)
Avqust 14th, 2015
admin Şəkiyə getmək söhbəti ortaya çıxandan hamımıza tanış mahnının başlıca, vurğusal sözlərini anmağa başlamışdım. Özümdən asılı olmadan. İstər-istəməz yaddaş öz işini görmüşdü: assosiativ duyum, assosiativ anım yaratmaqda idi. Bunun nə olduğunu, necə ortaya çıxdığını anlamaq da, anlatmaq da mənlik deyil; ola bilsin, bu bir psixoanlaitik işi-bacarığıdır. Ancaq burası məndən ötrü də çox ilgincdir: necə olur getmək istədiyin yerlə bağlı səndə belə bir anım baş qaldırır? O yerlə bağlı, ola bilsin, illərlə anmadıqlarını birdən-birə anmağa başlayırsan. Ardını oxu »




