Tarixdə türkün bəzi uduzmalarının nədəni doğru araşdırılsa, onun siyasət yürütmədə başarısız olduğu üzə çıxar. Yəni üz-üzə qol döyüşləri gedən çağlarda meydana mərdlik havası gətirmiş, gizlənib arxadan vurma, məkr, fəndgirlik kimi aşağılıqları xislətinə yaxın buraxmamışdır. Bu xarakter getdikcə folklorumuza yerimiş və mərdlik kimi yüksək keyfiyyət, demək olar ki, folklorumuzda əsas məzmunu əmələ gətirmişdir. Biz bunu “Dədə Qorqudun Kitabı”nda da görürük, Koroğlu dastanlarında da və b.k. Bu dastanların birində Koroğlu tüfəngi görüb mərdliyin sona çatdığını vurğulayır… Ardını oxu »
Asif Ata. Özüylədöyüş və Özüyləbarışma
Həyatda insan özüylə döyüşür, ancaq bu döyüşdə tam qələbə qazanmır, son nəticədə özüylə barışır. Özüyləbarışmada o, gerçəkliyin məntiqinə əsaslanır. “Yırtıcı olmasam, yaşaya bilmərəm, məni parçalayarlar” – deyir. “Xudbin olmasam, yaşaya bilmərəm, başqasının əsarətinə düşərəm” – deyir. “Şəhvəti sevməsəm, yaşamaram, çünki həyat – cismani nəşələnməkdir” – deyir. “Şöhrəti sevməsəm, yaşamaram, çünki həyat özünütəsdiqdir” – deyir. “Yalana […]
Başsağlığı
Asif Atanın Mütləqə İnam Ocağı Ocaqdostu, Güney Azərbaycan aydını Ağşın Ağkəmərlinin ölümü ilə bağlı ailəsinə, millətimizə başsağlığı verir. Evindən işıq əskilməsin. Balalarında yaşasın. Yurdu, Ulusu var olsun.
Asif Ata. Dostluq – Düşmənlik
Həyatda ən yüksək dostluq belə, mütləq səviyyəyə qalxmır. Bu səbəbdən də həyatdakı ən böyük dostluqda belə düşmənlik yaşayır. Əgər insan xudbinlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan həsəd eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan mənfəətpərəstlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən […]
Ağşın Ağkəmərli. Yolçu yolda gərək
1965-ci ildə 5 yaşında kənddə məktəbə getmişəm. Bütün dərslər fasca olduğuna görə heç nə başa düşmürdüm. Təkcə mən yox, heç kim heç nə başa düşmürdü. Ancaq məni başqalarından fərqləndirən bir şey vardı, – şeiri bir dəfə eşitməklə öyrənirdim, daha doğrusu, sözlərini əzbərləyirdim. Atam hər ilin qış aylarında kəndə gəlirdi. 1-2 ay qalandan sonra evə gərək […]
Soylu Atalı. Türkün qədim ABEsi (Tamğası)
90-cı illərdə Asif Atadan eşitdiyimiz başlıca qonulardan biri millətimizin öz abesinin, (əlifbasının) olması ilə bağlı idi. Ancaq abenin yaranması hər addımda baş tuta bilən asan bir məsələ deyil. Bu üzdən axtarışlar bizi Orxon-Yenisey yazılarının üzərinə aparıb çıxardı. Bəllidir ki, ərəblərin türkləri mənəvi-ruhani işğal eləməsinə qədər türklər arasında bu abe qullanılmışdır. İşğaldan sonra qədim türk abesi […]
Ulussevərlərin Görümünə
Sentyabr 3rd, 2015
admin Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız!
Asif Atanın Mütləqə İnam Ocağı indiki qarışıq bir gedişdə özünün dayanıqlı, qalıcı işləri ilə uğraşır. Ocaq üçün ideya yaratma – dəyər yaratma – xalq yaratma bir əməl sistemidir. İdeya – yurdumuzda ruhaniyyat gələnəyi oluşdurur. Dəyər – xalqın özünü ifadə və qoruma gücünün adıdır. Xalq yaratma isə ideyaya və dəyərə bağlı şəkildə milli şüurun yenilənməsi və gəlişməsi anlamı daşıyır. Bu əməl sistemini gerçəkləşdirmək olduqca gərəkli bir məsələdir. Gələnəksəl olaraq, gərəkli işlər həmişə çətin yeriyən, gec oluşan xarakterli olur. Ardını oxu »
Xaliq Bahadır. Hamı seçkiyə – hamı heç nəyə!
Sentyabr 3rd, 2015
admin İstənilən seçki intellekt-güc sınağıdır. Başqa cür desək, intellektə söykənən güc sınağı. Ancaq bu, antidemokratik seçki üçün deyil, demokratik seçki üçün keçərli formuldur. Özümü, intellektimi-gücümü sınamaq – göstərmək üçün mən istənilən seçkiyə (prezident, parlament, bələdiyə) sevinə-sevinə gedərəm! Burada pis nəsə yoxdur: başqalarına görk olası intellektual yarışma, siyasi bacarıq, yetkin ideoloji üstünlük görsənişi var. Bu baxımdan gerçək seçki sınaqları istənilən Ulus, Ölkə, Dövlət üçün qarantiyalı uğur sınaqları deməkdir. Ancaq… seçki gerçək seçkidirsə?.. Ardını oxu »
Soylu Atalı. İNAMIN ÖZÜLÜ VƏ FƏLSƏFƏSİ
Avqust 31st, 2015
admin Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız!
Qarşıdan Asif Atanın anadan olmasının 80 illiyi gəlir. Mütləqə İnam Ocağı Ocaq Atasının 80 illiyi qarşısında ruhsal hesabat üçün bir sıra əməllər həyata keçirmiş və davam edir. Bu əməllərdən biri də Asif Atanın yeni Bitiqinin işıq üzü görməsidir. “Fəlsəfənin Təməli” adlanan Bitiq bu gündən başlayaraq oxucuların ixtiyarına verilir. Yaxın günlərdə “Fəlsəfənin Təməli”ni Milli Kitab Evindən və kitab satışı yerlərindən əldə eləmək olar.
İstəkli oxucu, Bitiqlə ilkin tanışlıq üçün indi Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalının ön sözünü diqqətinizə sunuruq. Ardını oxu »
XALİQ BAHADIR. DƏYƏRLƏRİ DƏYƏRSİZLƏŞDİRƏNLƏR
Avqust 30th, 2015
admin Satılmış birisi qəzetində seçkiyə qatılma kampaniyası aparır. Üç il, beş il, on beş il qabaq olduğu kimi o yenə kampaniya lideridir – xalq üçün, toplum üçün uğursuzluq kampaniyasının lideri. Onda partiya sədrlərini, bir çox başqa tanınmışları aldadıb öz oyununun oyunçusuna çevirmək bacarığı var. Sözsüz, bu onun təkbaşına bacardığı deyil; ona arxa duran, pul verib yönətən, yiyəlik edən gücün – rejimin bacardığıdır. Dənə gələn toyuqlar kimidir onun oyununa gələnlər… Ardını oxu »
Göylü Atalı. TƏBRİZ – BÜTÖVLÜYÜN HƏSRƏTİ
Avqust 30th, 2015
admin Özümü dərk edəndən içimdə Təbrizi görmək sevdası gəzdirmişəm. Asif Atanın Mütləqə İnam Ocağına Evlad olandan sonra bu sevgi qarşısıalınmaz bir həsrətə çevrildi. Doğrusu bu çağacan istəyimi gerçəkləşdirməyə fürsət bula bilməmişdim. Bir az da gerilikçi İran rejimindən ehtiyat edirdim. Böyük diləklərim var, yarı yolda qoya bilərlər…
Bu arada ailəlikcə yaxın olduğumuz O Taylı bir dostumuz bizi evlənmə törənlərinə çağırdı. Elə bu çağırışla da Təbrizi görmək diləyimi gerçəkləşdirə bildim.
İlk baxışdan Təbriz adama baxımsız, köhnə, inkişafdan geri qalan, orta çağ şəhəri etkisi bağışlayar. Ardını oxu »
Xaliq Bahadır. Bir yanda korrupsiya, bir yanda repressiya…
Avqust 26th, 2015
admin Başımızın üstündən, yan-yörəmizdən milyardlar gəlib keçdi – neft milyardları! Hamısı oğurlandı, mənimsəndi. İndi bizə neftlə bağlı unutqanlq aşılanır: unudun, getsin. Var idi, indi yoxdur. Elə bilin olmayıb. Unudardıq, elə bilərdik. Ancaq nə unutmaq olur, nə elə bilmək. Axı, bütün bunlar gözümüzün qabağında olub: gözümüzün qabağında kimlərsə bizi – xalqı aldada-aldada milyardlara yiyələnib. “Əsrin müqaviləsi”, “neft xalqın sərvətidir” yalanlarıyla xalqı, xalqın neft başda olmaqla bütün var-yatırını yağmalaya- yağmalaya özünə plutokratiya, xalqa yoxsulluq yaradanlar gözümüzün qabağındaykən necə unutmalı, necə elə bilməli? Ardını oxu »
Soylu Atalı. TÜRKCƏMİZİN LƏYAQƏTİNİ QORUYAQ
Avqust 26th, 2015
admin Azərbaycanın siyasi faciəsi zaman-zaman onun həyatının bütün sahələrində özünü göstərib. Bu gün də biz həmin faciələrin ağırlığı altından çıxa bilmirik. Bəlkə də bizə ən böyük gaciəni “Türkmənçay bağlaşması” yaşadıb. Tarixdə başqa xalqların aqibətinə də parçalanmalar düşüb. Ancaq heç bir xalqa parçalanma bizdəki kimi məzhəkə taleyi yaşatmayıb. Yurdumuzun bir parçası Rusiya tərəfindən işğal olundu. O biri parçasında isə türk idarəçiliyinə son qoyuldu. Yerində fars hakimiyyəti bərqərar olundu. Ardını oxu »
Xaliq Bahadır. Qanunçuluq istəyirik!
Avqust 23rd, 2015
admin Jurnalist Rasim Əliyevin öldürülməyi ilə bağlı ortaya çıxan çoxsaylı reaksiyalar bizim hansı ölkədə, hansı rejim altında, hansı dəyərlər ortamında yaşadığımızın parlaq göstəricisidir. Demokratik yönümlülər qanunçuluqdan çıxış edərək cinayəti törədənlərin cəzalandırılmasına çalışırlar. Rejimə bağlı olanlar ideya-mənəvi yönümlərinə uyğun olaraq qanunçuluqdan deyil, siyasi konyunkturadan çıxış edirlər: rejimə necə yararlıdırsa, elə də olmalıdır. Sosial şəbəkələrdəki toplumsal görsəniş ölkənin salındığı bataqlığın güzgüsü yerindədir: qanunçuluqdan daha çox özəl istək, “bizimki”, “sizinki”. Ardını oxu »
Xaliq Bahadır. Döydürən tutuldu, döyənlər tutuldu, qaldı öldürənlər
Avqust 19th, 2015
admin Jurnalist Rasim Əliyevi döydürən də tutuldu, döyənlər də, bəs Rafiq Tağı kimi Rasimi də öldürən həkim-tibb personalı? Başdan başlayaq. Çoxillik rejim praktikasından çıxış edərək, inamla deyə bilərik: bugünkü tutquların nədəni Rasimin xəstəxanadakı son sözləridir. Rejimə bağlı bir çox bəlli subyektlərin, əlaltı deputatların Rasimi qınağa qalxmalarından da aydın görünür: rejim indiyədək baş vermiş oxşar cinayət-ölüm faktları kimi bu faktı da çoxillik yalançı “istintaqla” ört-basdır etməyə çalışacaqdı. Ancaq Rasimin konkret adlar çəkməklə cinayətkarları tanıtması hakimiyətə alternativ yeri qoymadı. Buna görə də rejimin xarakterinə uyğun olaraq hüquq orqanlarına “Tutun!” göstərişi verildi. Ardını oxu »




