Archive for the ‘Türk Dünyası’ Category

Asif Ata. Gerçəklikdən Yüksək yaşamaq

Gerçəklik nöqsanlını kamil kimi qələmə verir. Gerçəklik keçicini sonsuz kimi qələmə verir. Gerçəklik ölümlünü ölümsüz kimi qələmə verir. Gerçəklik insanı aldadır. İnsan gerçəkliklə döyüşür. İnsan gerçəkliyin yalanını rədd edir. İnsan gerçəkliyin tələbini eşitmir, onun məntiqinə inanmır. İnsan gerçəkliyə deyir ki, sənin həqiqət kimi təqdim etdiyin həqiqət deyil, ülviyyət kimi təqdim etdiyin ülviyyət deyil, zirvə kimi […]

Galip SARIALTIN. Erdogan hayranı arkadaş bu yazıyı oku

Erdogan hayranı arkadaş bu yazıyı sonuna kadar okumanı rica ediyorum .. Ama ağır ağır oku. Sindire sindire oku ….. Uyarsa Cevap yaz yaz yaz .. yaz ama küfretmeden. Masayı devirmeden Mantıklı cevaplar ver.. Konuya bir örnekle gireyim.. TÜRKİYE 1967 yılında Aliminyum faprikası yapmak için Amerika dan kredi ve teknik yardım ister. Amerika “Siz bir tarım […]

Paşa Talıblı. Şeirlər

Bu payız hicrətdə qaldım… … hansı suyu xatırlayım, yadıma bərə düşməsin. Necə tutum bu dünyanı, əlimdən yerə düşməsin… … gülü görüm güllələnsin, gülü gillə qarışdırdım. Yanmaq məni kül elədi, odu küllə qarışdırdım. Əlnən tutulmur qəriblik, dilnən deyilmir heç dərd də!.. … dağdöşü, dağdibi uzaq, qaldım bu payız hicrətdə.

Soylu Atalı. 20 Yanvar Dərsi

Zərdüşt Əsilliyik – İşıqçılıq həsrətlisiyik. Qaranlığa alışmadıq, «20 Yanvar» yaratdıq. Babək Əsilliyik – Azadlıq həsrətlisiyik. Əsarətə dözmədik – «20 Yanvar» yaratdıq. Dədə Qorqud Əsilliyik – Mərifət təşnəsiyik. Təhqirə dözmədik – «20 Yanvar» yaratdıq. Nəimi–Nəsimi Əsilliyik – Daxili Kamillik həsrətlisiyik. Cəhalətin zülmünə dözmədik – «20 Yanvar» yaratdıq. Füzuli Əsilliyik – Aşiqlik pərəstişkarıyıq. Həyasızlıq təqibinə dözmədik – […]

Asif Ata. 20 Yanvar

Qərb Erməniləri Qorbaçovşinadan incimişdilər. Moskva Erməniləri Qorbaçovşinadan incimişdilər. Ermənistan Erməniləri Qorbaçovşinadan incimişdilər. Balalarımıza güllə atılmalıydı. Qorbaçovşina inciyənlərlə barışmalıydı. Azərbaycan hökuməti özünün elan etdiyi suverenliyə elə inandı ki, özünü doğrudan da, müstəqil saydı və Mərkəzə diş qıcartdı. Mərkəz də onun dişini qırıb qarnına tökdü. Nəqliyyat Blokadaçılarına atıldı balalarımıza atılan güllə.Neftçalalılara atıldı.

Fazil Aliev. Qıpçaq-Afşar etnosistemində Soğanlığın tarixi

“Oğuz Sistemində Soğanlıq Tayfası” XVI–XVIII əsrlər arasında Soğanlıq tayfasının etnogenezi və məskunlaşma dinamikasını Oğuz–Afşar konteksti içində izah edən, arxiv və xəritə materiallarına dayanan ilk sistemli tədqiqatdır. Kitab, Oğuzların 24 boy sistemi, damğa/onqon rəmzləri və “çəngəl dönəmi” nəzəri çərçivəsindən başlayaraq Afşar–So ğanlıq xəttini morfoloji, onomastik və areal analizlərlə izləyir. Osmanlı idarəçiliyində tahrir–tımar–iskân mexanizminin Tiflis–Kür sağ sahilində […]

Soylu Atalı – 60. Yaşamaq – Özünü Dərkdədir

İnsan özündə egonu formalaşdıran keyfiyyətlərlə iç-içə olursa, bütün varlığı gün-güzarana, kefə, əyləncəyə bağlı olur. İnsan İçində ruhani keyfiyyətlərlə ünsiyyətdə olarsa, onu içdən ruhanilik formalaşdırar. Yəni insan öz içində nə ilə ünsiyyətdədirsə, nə ilə söhbət edirsə, onun varlığını ünsiyyətdə olduğu keyfiyyətlər formalaşdırır. Bunu da insanın özü bilməlidir, tanımalıdır. Özünü tanımalıdır ki, nə ilə ünsiyyətdədir, nəyə boy […]

Asif Ata. Ürəkdən gələn səs

Dünyada, Həyatda, İnsanda – dünyaya, həyata, insana sığma­yan, onlardan yüksək olan, ali, böyük olan, onlarda təza­hür edən, nişanələriylə aşkara çıxan, onları böyüdən, yüksəldən Mütləq yaşayır. Dünyada, Həyatda, İnsanda gözəl, kamil, ülvi nə varsa – hamısında Mütləq var. Gözəlliklər, ülviliklər, kamilliklər Mütləqin əlamətləridir. Ancaq dünyada, həyatda, insanda gözəlliklərlə, kamilliklərlə, ülviliklərlə yanaşı, eybəcərliklər, naqisliklər, bəsitliklər də yaşayır. […]

Soylu Atalı. Dəyişmədən Yenilik olmur

…İnsan yeniliyə can atır. Ancaq bu yenilik nədir, onu necə anlayır, necə qəbul edir, – bu çox ilginc bir məsələdir. İnsan həmişə real dünyadan uzaqlaşmağa can atır, çünkü real dünya ona əzablı gəlir, çətin görünür, bəsit, adi bilinir. Bəs o, real dünyadan hansı dünyaya can atır. Bu canatma insanın gerçək yerişinə, reallığına uyğun gəlirmi?! Göyel […]

Asif Ata. Məkandan yüksək yaşamaq

İnsan cismən ən məhdud, kiçik məkana sığır. Ancaq fikrən, ruhən ən geniş, ən böyük məkana sığmır. Buna görə də o, məkandan yalnız cismani mənada asılı olur. İnsan ömrü boyu bir evdə, bir şəhərdə, bir yerdə yaşaya bilər. Ancaq düşüncəsiylə, arzusuyla, duyğularıyla həmin evə, həmin şəhərə, həmin yerə sığmaz. Buna görə də o, həmin evdən, şəhərdən, […]

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv