Archive for the ‘Türk Dünyası’ Category

Nurtəkin Atalı. Xalqın Özümləşmə gərəyi

…Hər bir xalqın özünəxas dəyərləri var. Bu dəyərlər həm xalq ruhunu yetişdirir, həm də onun fərdi və ümumi təzahürüdür. Xəlqi dəyərlər müqəddəsdir, ölməzdir. Çünkü onlar insan müqəddəsliyini, vətən müqəddəsliyini təsdiq edirlər. Məna üstə yaşayan, müqəddəsləşən insan dəyər yaradır. Özünü Mütləqdə tapan xalqda yaşayır. Xəlqi ruh – xalqın öz keçmişi, mədəniyyəti, dəyərləri, dili, tarixidir. Tarixdəki ağrıları […]

Asif Ata. Zamandan yüksək yaşamaq

Zaman – məhdud, nöqsanlı, natamam keyfiyyətləri təsdiq edir. Bu səbəbdən də insan zamandan yüksək yaşamalıdır. Zaman nisbi məziyyətlərə tapınır. Bu səbəbdən də insan zamandan yüksək yaşamalıdır. Zaman qeyri-Mütləq niyyətləri həyata keçirir. İnsanın Mütləq mahiyyəti həmin niyyətlərə sığmır. Bu səbəbdən də insan zamandan yüksək yaşamalıdır. Zaman insanı keçiciyə, maddiyə bağlayır. Bu səbəbdən də insan zamandan yüksək […]

Soylu Atalı. Yolsuzluq

Bir şeyi özümüz üçün aydınlaşdırmaqdan ötrü təsəvvürümüzdə canlandırıb bilgi əldə etməyə çalışırıq. Deyək ki, bir yerə gedirik. Qarşıda, uzaqlarda nəsə görünür. Biz onu təsvir etməyə, haqqında düşüncə sərgiləməyə çalışırıq. Ancaq uzaq olduğundan onu aydın görə bilmirik. Ya da axşam qaranlığı olur, toz, duman, günəşin işığı, nələrsə aydın görməyə əngəl olur. Onu görə biləcək qədər yaxın […]

Araz Gündüz. Asif Ata haqqında xatirələrim

Asif Atanın BDU-da yaratdığı “Etik-estetik tərbiyə klubu” çoxsaylı gəncliyin sevərək dinlədiyi bir yığıncağa çevrilmişdi. Bu yığıncaqlarda öncədən qoyulmuş mövzular ətrafında söhbətlər və diskussiyalar aparılırdı. İlk vaxtlar bu yığıncaqlara Ziya Bünyadovdan başlamış tanınmış alimlər və yazıçılar qatılardı, sonradan klubun ətrafında vəziyyət gərginləşdikcə bu adamların çoxu yığıncaqlara gəlmədilər. Burada tələbələr qarşısında daimi çıxış eləyənlərin sırasında ən çox […]

Asif Ata. Aşiqlik

Mütləq ruhani vəhdət. Müqəddəs əsarət. Xeyirin dərki. Əbədinin dərki. Kamilin dərki. Sonsuzun dərki. Mənəviyyatın ali zirvəsi. Hissiyyatın ali zirvəsi. Nisbidə Mütləqi görmək. Cismanidə ruhu görmək. Özünü itirmək ülviyyəti! Özünü yenidən tapmaq ülviyyəti! Mənəvi sədlərin ölümü!

Araz Gündüz. Asif Ata Haqqında xatirələrim

Sovet dönəmində barmaqsayı qəzetlər çıxardı. Düzdür, hər rayonun yerli qəzetləri də vardı, ancaq mərkəzi qəzetlərin sayı az idi. Bu qəzetləri indikindən çox oxuyardılar, çünki onlara məcburi abunəçilik sistemi vardı. Həm də, kütlə arasında bu qəzet sözünün mötəbərliyinə yalançı bir inam formalaşmışdı. Mən orta məktəbdə oxuyanda evimizə dörd qəzet gələrdi: Azərbaycan Müəllimi (atam müəllim idi), Azərbaycan […]

Asif Ata – 90

Araz Gündüz. Asif Ata haqqında xatirələrim

Öncə, Asif Atanın öz dilindən soykökü ilə bağlı eşitdiklərimi danışmaq istəyirəm. Qazax-Dərələyəz bölgəsindən, Qaraqoyunlulardan olduğunu deyirdi. Son bir neçə yüz ildə babaları çox tanınmış ruhanilər olmuşdu. Əfəndiyev soyadı da ulu babası Hacı Alı əfəndi ilə bağlı idi. Babası molla Məhəmmədi yanılmıramsa 1939-cu ildə həbs edib güllələmişdilər. Ən qəribəsi, babasının əmisioğlu Bala Əfəndiyev Azərbaycanda Sovet hakimiyyətinin […]

Soylu Atalı. Altıncı kalon

Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarım! Bizi bilən bilir, – biz irqçi, ayrımçı, bölücü (seperat) düşüncələrə, davranışlara, əməllərə qarşıyıq. Ancaq elə məsələlər var, onları yazmaq, ya da dilə gətirmək heç də irqçi, ayrımçı, bölücü anlamına gəlməz. Hər şeyi adı ilə demək yanlış sayılmasın gərək. Söz yox, indi deyəcəyim məsələ ilə bağlı mən bir türk olaraq, bir […]

Asif Ata. Etiqad

Mütləq inam. Mütləq özünütəsdiq. Mütləq hökm. Mütləq qanun. Seçilmiş yol. Seçilmiş tale. Seçilmiş ömür. İnam bəxtiyarlığı. İnam vəfadarlığı. İnam qəhrəmanlığı.

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv